wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Qoşma

Total questions: 10

Worksheet time: 20mins

Name
Class
Date
1.

Hansı cümlədə “doğru” sözü qoşmadır?

a)

O özü haqqında doğru fikirdə idi.

b)

Həmin adamın iti addımlarla mənə doğru gəldiyini hiss etdim.

c)

Doğru söz acı olur.

d)

Sənin verdiyin doğru qərarlar başımızı uca edir.

2.

Hansı qoşma həmdə əsas nitq hissəsi kimi işlənə bilir?

a)

Üçün

b)

Görə

c)

Sarı

d)

İlə

3.

Hansı cümlədə səbəb bildirən qoşma var?

a)

Atam maşınla getdi.

b)

Axşama doğru hava soyumağa başladı.

c)

Evə qədər bir yerdə getdik.

d)

Biz bu şəhərə sizə görə gəlmişik.

4.

Sözə qoşularaq məsafə mənası yaradan qoşmaları müəyyən edin

a)

Tərəf, sarı, doğru

b)

Qədər, -dək, -can²

c)

Əvvəl, sonra, bəri

d)

Üçün, ötrü, görə

5.

"Məlik iclasdan sonra evinədək piyada getdi"

cümləsindəki qoşmaların məna növlərini

müəyyənləşdirin.

a)

Zaman, məsafə

b)

Zaman, istiqamət

c)

Zaman, səbəb

d)

Məsafə, istiqamət

6.

"Sarı, tərəf, doğru" qoşmaları hansı məna növündədir və hansı halda işlənən sözlərə qoşulur?

a)

Zaman, çıxışlıq hala

b)

Bənzətmə, yiyəlik hala

c)

İstiqamət, yönlük hala

d)

Məsafə, yönlük hala

7.

Hansı birləşmədə zaman bildirən qoşma var?

a)

Evə qədər

b)

Onun kimi

c)

Vətən uğrunda

d)

Dərsdən sonra

8.

Hansı qoşmanın yazılışı səhvdir?

a)

Sənin kimi

b)

Günəş tək

c)

Onun üçün

d)

Qələmlə

9.

"Əvvəl" qoşması ilə sinonim olan qoşmanı seçin.

a)

Qabaq

b)

Sonra

c)

Qədər

d)

Bəri

10.

Cümlədəki boşluğa uyğun gələn qoşmanı seçin: "Mən də onun .... həkim olacağam"

a)

Sarı

b)

Kimi

c)

Sonra

d)

Doğru