NEW
Font size
WorksheetsMƏLUMAT ELMİ-1 VARIANT
Total questions: 10
Worksheet time: 5mins
1.Keyfiyyət məlumatlarının yeganə kəmiyyət qiymətləndirmələri (xarakteristikası) kimi çıxış edir?
a) ölçmək
b) təsadüf edilən tezliklər
c) çihazla qiymətləndirmək
ç) təsadüf edilməyən tezliklər və ölçmək
d) bunların hamısı
2.Verilən variantlardan düzgün olanını seçin:
a) kəmiyyət məlumatlarını əsasında parametrlər duran metodların köməyi ilə təhlil etmək olar
b) keyfiyyət məlumatları öyrəndiyimiz obyektlərin kəmiyyətini yaxud mühüm xüsusiyyətini əks etdirir
c) keyfiyyət məlumatları nominal və sıralanmayan məlumatlara ayrılır
ç) sıra məlumatlar nominaldan onlarda sıralama münasibətinin təzahür etməsi ilə fərqlənir
d) a və ç
Verilənlərdən hansılar strukturlaşdırılmamış məlumatların idarəedilməsi vasitələrinə aid edilir?
a) SQLite
b) a və c
c) MongoDB, Apache Hadoop
ç) Microsoft Azure
d) c və ç
4. Verilən variantlardan düzgün olanını seçin:
a) obyekt atributlar dəstidir
b) dezinformasiya (yalan məlumat vermək) faydalı informasiyanın mənfi qiyməti kimi qiymətləndirilir
c) informasiyanın köhnəlməsinin əsas səbəbi vaxt özü deyil, yeni informasiyanın ortaya çıxmasıdır
ç) məzmunluluq informasiyanın semantik (məna) tutumudur
d) bunların hamısı
5. Zəruri dəqiqliklə informasiya mənbələrinin əks etdirilməsi informasiyanın hansı keyfiyyət xarakteristikasını anladır?
a) dəqiqlik
b) etibarlılıq
c) vaxtlı-vaxtlılıq
ç) reprezentativlik
d) a və c
6.Verilənlərdən hansılar informasiyanın xüsusiyyətləri hesab edilir?
a) praqmatiklik
b) atributivlik
c) mərhələlik
ç) a və b
d) b və c
7.İnformasiyanın əldə edilməsi, yaradılması, toplanması, işlənməsi, saxlanması, axtarışı, yayılması və istifadəsi prosesi nəyi anladır?
a) informasiyanın dinamikliyini
b) informasiyanın yayılması xüsusiyyətini
c) informasiyanın təhlili -təslim prosesini
ç) informasiya prosesini
d) a və b
8.Verilənlərdən hansı problemin həll edilməsi modeli kimi PPDAC alqoritminin 2-ci mərhələsi hesab edilir?
a) məlumatlar
b) nəticə
c) plan
ç) təhlil
d) problem
9.Verilənlərdən hansılar informasiyanın keyfiyyət xarakteristikaları hesab edilir?
a) əlverişlilik
b) aktuallıq
c) dəqiqlik
ç) etibarlılıq
d) bunların hamısı
10. Verilənlərdən hansılar NoSQL məlumatlar bazasının ən geniş yayılmış tipləri hesab edilir?
a) acar-qiymət
b) sənəd
c)qraf
d) geniş sütunlar
d) bunların hamısı
