wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Kurikulum - XXI əsr bacarıqları və kompetensiyaları (problem həll etmə, qərarvermə və s.) izah + 20 test

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.
🛑 1. Cədvələ əsasən uyğunluğu müəyyən edin.
a)
🟢A) 1, 2
b)
🟢B) 3, 4
c)
🟢C) 1, 3
d)
🟢D) 2, 3
e)
🟢E) 2, 4
2.
🔴 2. XXI əsr bacarıqları ilə bağlı olan fikirlərdən hansı yanlışdır❓
a)
🟢A) Şagirdlərdə bu bacarıqları formalaşdırmaq üçün onların müəyyən bir yaş həddinə çatması əsas şərtlərdən biridir.
b)
🟢B) Riyazi kompetensiyaya malik olmaq riyazi təfəkkürdən istifadə edərək gündəlik həyatda rast gəlinən problemlərin həll yolunu tapmağı da ehtiva edir.
c)
🟢C) Rəqəmsal savadlılığa malik olmaq həm də rəqəmsal texnologiyadan əldə edilən informasiyanın etibarlılığını yoxlamaq, ona tənqidi yanaşmağı da ehtiva edir.
d)
🟢D) Şəxsi, sosial və öyrənməyi öyrənmək kompetensiyası həm də emosiyaları düzgün idarə edərək gələcəyə yönəlik planlar qurmaq bacarığını da ehtiva edir.
e)
🟢E) Maliyyə savadlılığı nümayiş etdirmək başqaları ilə müzakirələr aparıb riskləri nəzərə almaq sahibkarlıq kompetensiyasına aid xüsusiyyətdir.
3.
🔴 3. Müəllim dərs zamanı keçiriləcək mövzuda şagirdlərlə debat təşkil edir. Şagirdlər mövzu ilə bağlı iki fərqli mövqedən çıxış edirlər. Lakin onlar debat zamanı öz fikirlərini dəstəkləyəcək düzgün arqumentlər gətirə bilmirlər. Müəllim proses boyu şagirdlərin mənbələri düzgün araşdırmaq bacarığının olmadığını da müəyyənləşdirir. Situasiya ilə bağlı hansı fikir doğrudur❓
a)
🟢 A) Şagirdlərdə savadlılıq kompetensiyası zəifdir, onlarda tənqidi düşünmə bacarığının inkişafına ehtiyac var.
b)
🟢 B) Şagirdlərdə rəqəmsal savadlılıq kompetensiyası zəifdir, onlarda informasiyanı araşdırmaq, toplamaq, emal etmək bacarıqlarının inkişafına ehtiyac var.
c)
🟢 C) Şagirdlərdə mədəni məlumatlılıq kompetensiyası zəifdir, onların özünü ifadəetmə bacarıqlarının inkişafına ehtiyac var.
d)
🟢 D) Şagirdlərdə sahibkarlıq kompetensiyası zəifdir, onlarda yazılı və şifahi nitqin inkişafına ehtiyac var.
e)
🟢 E) Şagirdlərdə mühəndislik kompetensiyası zəifdir, onlarda ünsiyyət bacarıqlarının inkişafına ehtiyac var.
4.
🛑 4. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin:
a)
🟢 A) 1, 3
b)
🟢 B) 1, 2
c)
🟢 C) 3, 4
d)
🟢 D) 2, 3
e)
🟢 E) 1, 4
5.
🛑 5. Müəllim şagirdləri qruplara bölür. Hər qrupa müxtəlif ölkələrdə yaşayan əhalinin bayramları, yaşam tərzləri haqqında məlumat toplayıb təqdimat hazırlamağı tapşırır. Bununla bağlı şagirdlərə müxtəlif mənbələr təqdim edir. Şagirdlər mənbələrdən vacib məlumatları seçərək təqdimatı tamamlayırlar. Verilmiş situasiyaya əsasən müəllimin şagirdlərdə hansı səriştəni formalaşdırmağa çalışdığını müəyyən edin❓
a)
🟢 A) çox dil bilmək kompetensiyası
b)
🟢 B) şəxsi, sosial və öyrənməyi öyrənmək kompetensiyası
c)
🟢 C) mədəni müxtəlifliyə hörmət kompetensiyası
d)
🟢 D) riyazi, elmi mühəndislik kompetensiyası
e)
🟢 E) savadlılıq kompetensiyası
6.
🛑 6. Müəllim şagirdlərə bir ay müddətində özlərinin akademik cəhətdən inkişafını izləməyi, öyrənmədə tətbiq etdikləri strategiyaları təhlil edərək onlardan özlərinə daha çox uyğun olanları qeyd etmələrini tapşırır. Müəllimin verdiyi tapşırığın şagirdlərdə formalaşdırdığı kompetensiyanın xüsusiyyətini müəyyən edin❓
a)
🟢 A) yerli, milli, beynəlxalq mədəniyyətlərin xüsusiyyətləri haqqında məlumatlı olmaq
b)
🟢 B) ideyaların reallaşdırılması üçün müxtəlif kontekstlərin, imkanların olduğunu bilmək
c)
🟢 C) məsuliyyətli vətəndaş kimi dövlətin ictimai həyatında iqtisadi konsepsiyaları nəzərə alaraq iştirak etmək
d)
🟢 D) müxtəlif dillərdən səmərəli istifadə etmək və lüğət ehtiyatına malik olmaq
e)
🟢 E) özünün fiziki, psixoloji və emosional durumunu sağlam saxlamaq və sağlam düşüncə haqqında məlumatlı olmaq
7.
🛑 7. 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar müəllim şagirdlərə istifadə edilməyən ərazilərdə yaşıllaşdırma işlərinin aparılması ilə bağlı layihə və təqdimat hazırlamalarını tapşırır. Şagirdlər qruplarla təyin edilmiş müddət ərzində həmin ərazilərin xüsusiyyətlərini araşdırıb layihə təqdim etməlidirlər. Qruplar araşdırmada ofis proqramlarının imkanlarından effektiv şəkildə istifadə edirlər. Verilmiş situasiyaya istinad etməklə şagirddə hansı kompetensiyanın inkişaf etdiyi görülür? 🔻 1. fəal vətəndaş mövqeyi kompetensiyası 🔻 2. rəqəmsal savadlılıq kompetensiyası 🔻 3. mədəni məlumatlılıq və özünüifadə kompetensiyası 🔻 4. çox dil bilmək kompetensiyası
a)
🟢 A) 1, 4
b)
🟢 B) 2, 4
c)
🟢 C) 3, 4
d)
🟢 D) 1, 2
e)
🟢 E) 1, 3
8.
🛑 8. Məktəbdə şagirdlər üçün dərnəklər təşkil olunur. Bəzi şagirdlər əlavə dil öyrənmək məqsədi ilə dil dərnəyinə yazılır. Şagirdlərdən bir neçəsi dərnəyə davamlı olaraq gəlsə də, müəllimin verdiyi tapşırıqları vaxtında yerinə yetirmir, uğursuzluqla qarşılaşdıqda tez ruhdan düşür və çıxış yolu tapmaqda çətinlik çəkir. Verilmiş situasiyaya əsasən şagird davranışı haqqında hansı fikri söyləmək olar❓
a)
🟢 A) Şagird çox dil bilmək kompetensiyasını formalaşdırmaq istəsə də, öyrənməyi öyrənmək kompetensiyası zəif inkişaf etdiyindən o, nəticə əldə etməkdə çətinlik çəkir.
b)
🟢 B) Şagirddə rəqəmsal texnologiyadan istifadə bacarığı zəif inkişaf etdiyindən onda çox dil bilmək kompetensiyasının formalaşması baş tutmur.
c)
🟢 C) Şagird sahibkarlıq kompetensiyasını formalaşdırmaq istəsə də, özünü ifadəetmə bacarığının zəif olmasından nəticə əldə edə bilmir.
d)
🟢 D) Şagirddə vətəndaşlıq kompetensiyasının zəif inkişaf etməsi onun çox dil bilmək kompetensiyasının formalaşmasına təsir edir.
e)
🟢 E) Şagirddə savadlılıq kompetensiyasının zəif inkişaf etməsi ona digər kompetensiyaların da formalaşmasına birbaşa təsir edir.
9.
🛑 9. Şagirdlər “Yaşıl enerji çağırışı” adlı layihə işi üzərində çalışırlar. Layihə çərçivəsində məktəbdə enerji istehlakını azaltmaqla bağlı innovativ ideyalar irəli sürmək hədəflənir. Onlar istifadə edilmədikdə sinif işıqlarını avtomatik söndürən sistemin üzərində çalışırlar. Layihəyə məktəbdə digər şagirdləri də cəlb edirlər. Verilmiş situasiya ilə bağlı hansı fikir yanlışdır❓
a)
🟢 A) Verilmiş layihə şagirddən müxtəlif fənlərlə bağlı malik olduğu biliklərdən əlaqəli şəkildə istifadə etməyi tələb edir.
b)
🟢 B) Layihə işinin effektiv nəticələnməsi şagirddən vaxtı və informasiyanı səmərəli idarə və istifadə etmək bacarığı tələb edir.
c)
🟢 C) Layihə şagirdlərdə müxtəlif situasiyalarda konstruktiv ünsiyyətqurma bacarığının formalaşdırılması baxımından da effektiv hesab edilir.
d)
🟢 D) Layihə üzərində işləyərkən şagirdlər müxtəlif fənlərdən əldə etdikləri bacarıqlardan real həyati problemlərin həllində istifadə etmək imkanı qazanırlar.
e)
🟢 E) Layihənin gedişatında şagirdlərin yoldaşlarını motivasiya etməsi onlarda savadlılıq kompetensiyasının inkişafına təsir edəcək.
10.
🛑 10. Verilmiş fəaliyyətlərdən hansı rəqəmsal savadlılıq kompetensiyasına aiddir❓
a)
🟢 A) Şagirdlər texnologiyanın imkanlarından istifadə etməklə müxtəlif şəhərlərdən olan şagirdlərin iştirak etdiyi virtual qruplar yaradır və onlarla fərqli mövzularda müzakirələr təşkil edirlər.
b)
🟢 B) Şagird müəllimdən aldığı rəyləri effektiv şəkildə dəyərləndirir və buna əsasən özünü daha da inkişaf etdirmək üçün tədbirlər görür.
c)
🟢 C) Şagird istər milli, istərsə beynəlxalq müstəvilərdə baş verən hadisələrlə bağlı müzakirələrdə konstruktiv yanaşma nümayiş etdirmək bacarığına malik olduğunu nümayiş etdirir.
d)
🟢 D) Şagird təşkil edilən məktəbdənkənar fəaliyyətlərdə ünsiyyətə daxil olduğu insanların müxtəlif mədəniyyətlərə malik olduqlarını nəzərə alaraq fikirlərini ifadə edir.
e)
🟢 E) Şagird digər şəxslərin fəaliyyətlərini də müşahidə edir və əldə etdiyi məlumatlar əsasında öz öyrənmə prosesində müəyyən tənzimləmələr edib fəaliyyət göstərir.
11.
🛑 11. Müəllim şagirdlərə ekoloji çirklənmənin qarşısının alınması ilə bağlı layihə işi tapşırır. Layihəyə başlamazdan öncə onlar araşdırma aparırlar. Şagirdlər ekoloji narahatlıqlara səbəb olan plastik tullantıların təbiətə atılmasının miqdarının artdığını müşahidə edirlər. Müəllim şagirdlərdən müxtəlif amilləri nəzərə alan həll yolları təklif edərək bu problemi həll etmələrini istəyir. Verilmiş situasiya ilə bağlı hansı fikir yanlışdır❓
a)
🟢 A) Şagirdlər atılan plastik qabların sayını müəyyən etməli, onların sayını necə azalda biləcəklərini araşdırmalıdırlar ki, bu da onlardan riyazi savadlılıq kompetensiyasına malik olmağı tələb edir.
b)
🟢 B) Layihə işinin icrası şagirdlərin ətraf aləmin çirklənməsinə təsir edən amillərlə bağlı coğrafi biliklərdən istifadəni tələb edir.
c)
🟢 C) Sakinləri prosesə cəlb etmək və tullantıların atılmaması vərdişlərini təşviq etmək üçün ictimaiyyətin məlumatlandırılması şagirdlərdən kommunikativ bacarıqlar tələb edir.
d)
🟢 D) Müəllimin tədris zamanı planlaşmasına fənlərarası və fənnüstü inteqrasiya ilə bağlı fəaliyyətlər daxil etməsi şagirdlərdə layihə işi üçün lazım olan kompetensiyaların formalaşmasını təmin edə edir.
e)
🟢 E) Verilmiş layihənin məqsədi proses zamanı şagirdlərdə müxtəlif fikirlərə və mədəni müxtəlifliyə dözümlülük nümayiş etdirmək, yeni fikirlərə açıq olmaq bacarığı formalaşdırmaqdır.
12.
🛑 12. Uyğunluq gözlənilmişdir.
a)
🟢 A) 1, 2
b)
🟢 B) 2, 4
c)
🟢 C) 1, 3
d)
🟢 D) 2, 3
e)
🟢 E) 1, 4
13.
🛑 13. Şagirdlər yaşıllaşdırılmış sahələri artırmaq və havanın çirklənməsi ilə mübarizə məqsədilə geniş miqyaslı ağacəkmə kampaniyasının planını hazırlayırlar. Fəaliyyət zamanı şagirdlər vətəndaşlarla söhbətlər aparmalı, onları bu kampaniyada aktiv iştiraka sövq etməlidirlər. Eyni zamanda onlar ağac növlərinin ekoloji faydalarını və yerli iqlim şəraitinə uyğunluğunu araşdırıb, nəticəni əks etdirən təqdimat hazırlamalıdırlar. Verilmiş situasiyaya əsasən hansı fikirlər doğrudur❓ 🔻 1. Şagirdlərin ümumi maraqlar üçün digər insanları əməkdaşlığa sövq etmələri onların fəal vətəndaş mövqeyi kompetensiyasına malik olduqlarını göstərir. 🔻 2. Şagirdlərin fikirlərini müxtəlif mədəniyyətlərə uyğun ifadə etmək bacarıqları onların mədəni məlumatlılıq kompetensiyasına malik olduqlarını göstərir. 🔻 3. Şagirdlərin həyatda baş verən müxtəlif proseslərlə bağlı təhlillər aparıb nəticə çıxarmaları onlarda elmiilik kompetensiyasının inkişaf etdiyini göstərir. 🔻 4. Şagirdlərin yaranmış problemin həllinə maraq göstərməsi onlarda rəqəmsal savadlılıq kompetensiyasının inkişaf etdiyini söyləməyə imkan verir.
a)
🟢 A) 2, 4
b)
🟢 B) 1, 3
c)
🟢 C) 1, 4
d)
🟢 D) 2, 3
e)
🟢 E) 1, 2
14.
🛑 14. Şagird qarşısına qoyduğu məqsədlərə çatdıqca onda özünəinam artır, hələ çatmadığı hədəflərinin səbəblərini araşdırıb səhvlərini təhlil edir. Uğurlarını və uğursuzluqlarının səbəblərini müəyyənləşdirdikdən sonra müəllimdən istiqamət alaraq bəzi mövzuları daha dərindən araşdırmağa qərar verir. Verilmiş situasiya ilə bağlı hansı fikir doğru hesab edilir❓
a)
🟢 A) Şagird öz bacarıqlarını müəyyən etməklə bağlı səriştəyə sahibdir.
b)
🟢 B) Şagird öyrənmə strategiyaları haqqında məlumatlıdır.
c)
🟢 C) Şagirddə problemlərin həlli üçün qərar qəbuletmə bacarığı inkişaf edib.
d)
🟢 D) Şagird vaxtdan səmərəli istifadə etmək bacarığına malikdir.
e)
🟢 E) Şagird məqsədə çatmaq üçün daxili motivasiyası inkişaf edib.
15.
🛑 15. Yanlış fikri müəyyən edin❓
a)
🟢 A) Şagirdlərdə müstəqil öyrənmə səriştəsinin formalaşdırılmasında onların özünü motivasiya bacarığının inkişaf etdirilməsi əhəmiyyətli rol oynayır.
b)
🟢 B) Müəllim şagirdlərdə mədəni məlumatlılıq kompetensiyası formalaşdırmaq üçün Azərbaycanın müxtəlif bölgələrinin kulinariya nümunələri ilə bağlı müzakirə təşkil edə bilər.
c)
🟢 C) Şagirdlərdə riyazi savadlılıq səriştəsinin formalaşdırılması riyazi anlayışları real həyati situasiyalara tətbiq etmək bacarığını ehtiva edir.
d)
🟢 D) Müəllim şagirdlərə öz fəaliyyətlərini monitorinq edib uyğun tənzimləmələr etmələrinə istiqamət verməklə onlarda şəxsi, sosial və öyrənməyi öyrənmək kompetensiyasının inkişafını təmin edə bilər.
e)
🟢 E) Şagirdin riyazi savadlılıq kompetensiyasına malik olması onun bu fənlə bağlı akademik bacarıqları ilə ölçülür.
16.
🛑 16. Şagird adətən müəllimin ona hansısa materialları təqdim etməsini gözləmədən, eləcə də özü tapşırıqların həllində lazım olan məlumatları əldə etmək üçün əlavə resursları araşdırmağa təşəbbüs göstərir. Şagirdin fəaliyyəti onun hansı kompetensiyaya malik olduğunu deməyə əsas verir❓
a)
🟢 A) riyazi savadlılıqla bağlı kompetensiya
b)
🟢 B) öyrənməyi öyrənmək kompetensiyası
c)
🟢 C) mədəni məlumatlılıq kompetensiyası
d)
🟢 D) özünüifadə etmək kompetensiyası
e)
🟢 E) sahibkarlıq kompetensiyası
17.
🛑 17. Cədvələ əsasən uyğunluğu müəyyən edin:
a)
🟢 A) 1, 3
b)
🟢 B) 1, 2
c)
🟢 C) 3, 4
d)
🟢 D) 2, 3
e)
🟢 E) 1, 4
18.
🛑 18. XXI əsr bacarıqlarının inkişafına yönəlmiş dərsdə şagirdlər layihə işinə cəlb olunurlar. Layihə şagirddən tənqidi düşüncə, ünsiyyət və texnoloji bacarıqlara malik olmağı tələb edir. Sinfə yeni gələn, uzun müddət xarici ölkədə təhsil almış şagirdin də təcrübəsindən yararlanmaq nəzərə alınır, qrup daxilində şagirdlər arasında iş bölgüsü edilir. Situasiyaya əsasən yanlış fikri müəyyən edin❓
a)
🟢 A) Layihəni uğurla həyata keçirmək üçün şagirdlərdən rəqəmsal savadlılıq kompetensiyasına malik olmaq tələb olunur.
b)
🟢 B) Şagirdlərin elmiilik kompetensiyasına malik olmaları onların layihə zamanı əldə olunan informasiyaları doğru təhlil etməsinə yardım edər.
c)
🟢 C) Layihə şagirdlərdə yumşaq bacarıqları, qərar qəbuletmə və müstəqil öyrənmə səriştələrini formalaşdırmağa şərait yaradır.
d)
🟢 D) Layihə zamanı problemi həll edərkən şagirdlərin müxtəlif mədəni xüsusiyyətləri nəzərə alması onlarda fəal vətəndaş mövqeyi səriştəsinin yüksək olduğunu göstərir.
e)
🟢 E) Şagirdlərin eyni layihə daxilində müxtəlif fəaliyyətlərə cəlb olunması müəllimin şagirdyönümlü yanaşmanın tələblərini qoruduğunun göstəricisidir.
19.
🛑 19. Şagirdlərdə şəxsi, sosial və öyrənməyi öyrənmək səriştəsinin formalaşdırılması ilə bağlı yanlış fikri müəyyən edin❓
a)
🟢 A) Şagirdlərə başqaları ilə münaqişələrdən yayınmağa yardım edir.
b)
🟢 B) Şagirddə fikirləri müxtəlif mədəniyyətlərə uyğun şəkildə ifadə etmək üçün əhəmiyyətlidir.
c)
🟢 C) Şagirddə özünəinam yaradır və onun dövrün tələbinə uyğunlaşmasına yardım edir.
d)
🟢 D) Şagirddə yumşaq bacarıqların inkişafını təmin edən əsas amillərdəndir.
e)
🟢 E) Şagirdlərin müxtəlif situasiyalarda emosional sabitlik nümayiş etdirməsinə şərait yaradır.
20.
🛑 20. Müəllim şagirdlərə onlayn əməkdaşlıq platformasından istifadə edərək sinif yoldaşları ilə birgə etmələri üçün layihə üzərində iş tapşırır. Hər bir üzv paylaşılmış materiala məzmunla bağlı əlavələr etmək üçün məsuliyyət daşıyır. Komanda üzvlərindən biri təsadüfən sənədin mühüm bir hissəsini silir. Şagirdin hansı addımı atması onun rəqəmsal savadlılığa malik olduğunu deməyə əsas verir❓
a)
🟢 A) Silinmiş məzmunu bərpa etmək üçün sənədin tarixçəsini və ya təkrar emal qutusunu yoxlamağı təklif etməsi
b)
🟢 B) Yaranmış problemə məhəl qoymadan layihənin özünə aid hissəsində işləməyə davam etməli
c)
🟢 C) Dəqiqliyi təmin etmək üçün silinmiş hissəni yenidən təkrar hazırlaması
d)
🟢 D) Komanda üzvlərinin səhvlərinin məsuliyyətini öz üzərlərinə götürmələrini təmin etməsi
e)
🟢 E) Yaranmış situasiyada emosional sabitlik nümayiş etdirməklə fəaliyyəti yenidən nəzərdən keçirməsi