WorksheetsKURİKULUM - MİQ 2023 QƏBUL SUALLARI
Total questions: 10
Worksheet time: 5mins
Name
Class
Date
1.
1. "1-ci və 2-ci dünya müharibəsini müqayisə edin. Bunlardan hansı bəşəriyyətə daha çox ziyan vurmuşdur?". Bu tapşırıq bilik və təfəkkürün hansı növünə, idraki sahənin hansı mərhələsinə uyğundur?
a)
A) Konseptual/ Tənqidi təfəkkür / Təhlil etmək
b)
B) Konseptual bilik / Məntiqi təfəkkür / Anlamaq
c)
C) Deklarativ bilik / Tənqidi təfəkkür / Təhlil etmək
d)
D) Prosedural bilik / Məntiqi təfəkkür / Anlamaq
e)
E) Deklarativ bilik / Yaradıcı təfəkkür / Tətbiq etmək
2.
2. "Getmək istədiyiniz ölkəni müəyyənləşdirin və fikrinizi faktlarla əsaslandırın" fikri İdrak Taksanomiyasının hansı mərhələsindədir?
a)
A) Təhlil etmək
b)
B) Yaratmaq
c)
C) Anlamaq
d)
D) Dəyərləndirmək
e)
E) Tətbiq etmək
3.
3. Asim avtobusda olarkən, özündən böyük adam avtobusa minir və o, durub yaşlı adama yer verir. Çünki Asim düşünürdü ki, "Böyüklərə yer verməliyəm, qoy desinlər ki, gör necə mədəni və tərbiyəlidir". L. Kolberqin "Mənəvi İnkişaf" nəzəriyyəsinə görə, şagird mənəvi inkişafın hansı mərhələsindədir?
a)
A) Qəbulolunma
b)
B) Səlahiyyət və sosial nizamı qoruma
c)
C) İndividualizm
d)
D) Sosial müqavilə
e)
E) İtaət və cəza
4.
4. "Müəllim Eldənizlər dövlətindən 'Atabəy Cahan Pəhləvan'ı keçərkən Eldəniz hökmdarı Qızıl Arslanın ədəbi əsərlərdəki rolundan danışır" fikri hansı inteqrasiya növünə aiddir?
a)
A) Fənlərarası
b)
B) Fəndaxili
c)
C) Şaquli
d)
D) Üfüqi
e)
E) Fənüstü
5.
5. "Qəhvə niyə Azərbaycanda yetişdirilmir?" fikri hansı bilik növünə aiddir?
a)
A) Faktoloji
b)
B) Prosedural
c)
C) Deklarativ
d)
D) Metakoqnitiv
e)
E) Konseptual
6.
6. Qrup işi üçün qaydalar və meyarlar kim tərəfindən təyin edilir?
a)
A) Müəllim
b)
B) Valideyn
c)
C) Müəllim və şagird
d)
D) Müəllim və valideyn
e)
E) Valideyn və şagird
7.
7. "Müəllim ancaq zəif uşaqlarla işləyir, aktiv uşaqları isə nə dinləyir, nə də onlara vaxt ayırır. Sonda da həmin şagirdlərin dərsə marağı itmiş olur". Bu zaman ümumi təhsilin təşkilinə dair verilmiş pedaqoji tələblərdən hansının prinsipi pozulmuş olur?
a)
A) Şəxsiyyətyönümlülük
b)
B) Məktəb-valideyn əlaqələrinin tənzimlənməsi
c)
C) İnkişafyönümlülük
d)
D) İnklüzivlik
e)
E) Pedaqoji prosesin tamlığı
8.
8. "Ən başlıca səbəbi tapmaq" fikri İdrak Taksonomiyasının hansı mərhələsindədir?
a)
A) Təhlil etmək
b)
B) Yaratmaq
c)
C) Anlamaq
d)
D) Dəyərləndirmək
e)
E) Tətbiq etmək
9.
9. Səfanın gözəl rəsm çəkmək qabiliyyəti olsa da, onun idrak fəaliyyəti aşağı səviyyədədir. Fizika müəllimi Riyaziyyat müəllimi ilə söhbət edərkən bildirir ki, Səfa Fizika fənnini yaxşı oxumur. Riyaziyyat müəllimi isə bildirir ki, o, Səfanın rəsm çəkmək qabiliyyətindən istifadə edərək ona uyğun olaraq Səfaya məsələ həlləri (qrafik, diaqram çəkmək) tapşırır. Buna görə də o, Riyaziyyat fənninə həvəslə yanaşır, dərslərə hazır gəlir. Aşağıdakı fikirlərdən hansını bu situasiyaya uyğun gəlir?
a)
A) Müəllim şagirdin potensialından istifadə edərək onda açıq düşüncə tərzini formalaşdırır
b)
B) Hər hansı çətinlikdən sonra şagird tez ruhdan düşür
c)
C) Şagird motivasiyadan tez düşür
d)
D) Müəllim şagirdin rəylərinə qulaq asmır
e)
E) Şagird bir fənni yaxşı öyrəndiyini, digər fənni isə heç öyrənə bilmədiyinə özünü inandırması
10.
10. "Müəllim şagirdlərə deyir: "Təsəvvür edin ki, meşədəsiniz"" fikri təfəkkürün hansı növünə aiddir?
a)
A) Yaradıcı təfəkkür / Sistemli düşünmə
b)
B) Yaradıcı təfəkkür / Ardıcıl düşünmə
c)
C) Məntiqi təfəkkür / Qeyri-verbal düşünmə
d)
D) Tənqidi təfəkkür / Analoji düşünmə
e)
E) Məntiqi təfəkkür / Verbal düşünmə
100 %
