WorksheetsTaksonomiya - 100 test
Total questions: 100
Worksheet time: 50mins
Name
Class
Date
1.
🛑 1. Aşağıdakılardan biri Anlamaq mərhələsinin sualı ola bilməz:
a)
🟢 A) Verilmiş sözləri hansı kateqoriyalar altında ümumiləşdirə bilərsən?
b)
🟢 B) Bu iki hökmdarın oxşar və fərqli cəhətlərini necə müqayisə edərsən?
c)
🟢 C) Verilmiş atalar sözünü anladığın kimi izah et.
d)
🟢 D) Verilmiş fikirlərə görə gəldiyin nəticəni əsaslandır.
e)
🟢 E) Enerji çevrilməsinin izahını ver.
2.
🛑 2. İdraki sahənin Tətbiq etmək mərhələsi ilə bağlı fikirlərdən hansı yanlışdır❓
a)
🟢 A) Prosedural biliklə də əlaqəli olur.
b)
🟢 B) Həm əvvəlki, həm də yeni taksonomiya variantında eyni sırada yer almışdır.
c)
🟢 C) Anlama mərhələsi ilə sıx bağlıdır.
d)
🟢 D) Taksonomiyanın aşağı təfəkkür səviyyəsinə aiddir.
e)
🟢 E) Şagirdlərdən yeni həll yolları axtarmağı tələb edir.
3.
🛑 3. Blumun idraki sahənin Dəyərləndirmək mərhələsi haqqında verilənlərdən hansı doğru deyil?
a)
🟢 A) Yuxarı Təfəkkür Səviyyəsinin mərhələsidir.
b)
🟢 B) Meyarlar və standartlar əsasında mühakimə etmək kimi xarakterizə edilir.
c)
🟢 C) Müəyyən mövqeyi, yaxud qərarı əsaslandırmağı tələb edir.
d)
🟢 D) Əldə olunan ideyanın məntiqiliyini yoxlamağı tələb edir.
e)
🟢 E) Müəllifin mövqeyini müəyyənləşdirməyi tələb edir.
4.
🛑 4. Duzlu göllərin yaranmasının səbəbini müəyyənləşdirin. Bu tapşırıqda İdraki sahənin hansı mərhələsinə uyğun gəlir?
a)
🟢 A) Təhlil etmək
b)
🟢 B) Xatırlamaq
c)
🟢 C) Anlamaq
d)
🟢 D) Dəyərləndirmək
e)
🟢 E) Tətbiq etmək
5.
🛑 5. “Şagird riayət etməli olduğu nizam-intizam qaydalarını sadalayır” – tapşırıq İdrak taksonomiyasının hansı mərhələsinə uyğundur?
a)
🟢 A) Xatırlamaq
b)
🟢 B) Yaratmaq
c)
🟢 C) Tətbiq etmək
d)
🟢 D) Dəyərləndirmək
e)
🟢 E) Anlamaq
6.
🛑 6. “Eskalatordan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edir” tapşırıq İdrak taksonomiyasının hansı mərhələsinə uyğundur?
a)
🟢 A) Təhlil etmək
b)
🟢 B) Yaratmaq
c)
🟢 C) Tətbiq etmək
d)
🟢 D) Dəyərləndirmək
e)
🟢 E) Anlamaq
7.
🛑 7. “Mədəniyyətlərarası münasibətlərdə əxlaq və davranış normalarının ümumbəşəri əhəmiyyətini qiymətləndirir” – tapşırıq İdrak taksonomiyasının hansı mərhələsinə uyğundur?
a)
🟢 A) Tətbiq etmək
b)
🟢 B) Yaratmaq
c)
🟢 C) Təhlil etmək
d)
🟢 D) Dəyərləndirmək
e)
🟢 E) Xatırlamaq
8.
🛑 8. Verilən tapşırıqlardan biri İdrak taksonomiyasının “tətbiq etmək” mərhələsinə aiddir?
a)
🟢 A) Yanlış hökmü müəyyənləşdir.
b)
🟢 B) Verilən məlumatlar əsasında təlimat hazırla.
c)
🟢 C) Verilənləri qruplaşdır.
d)
🟢 D) Təqdim edilən anlayışları ümumiləşdir.
e)
🟢 E) Köhnə bilikləri ilə yeni biliklər arasında əlaqə qurur.
9.
🛑 9. Hansı fikir doğrudur?
a)
🟢 A) Taksonomiya refleksiyanın düzgün aparılmasına xidmət edir.
b)
🟢 B) Taksonomiya təlim məqsədlərini düzgün planlaşdırmağa imkan yaradır.
c)
🟢 C) Taksonomiya yalnız Aşağı Təfəkkür Səviyyəsinə uyğun qiymətləndirmə vasitəsi tərtib etməyə imkan yaradır.
d)
🟢 D) Taksonomiya şagirdlərin əsasən yaddaş və hafizəsinin inkişafına imkan yaradır.
e)
🟢 E) Taksonomiya tapşırıqların eyni səviyyədə hazırlanmasına şərait yaradır.
10.
🛑 10. “Problemi həll etmək üçün başqa hansı yoldan istifadə etməyi planlaşdırırsan?” Bu situasiya Blumun idrak taksonomiyasının hansı mərhələsinə uyğundur?
a)
🟢 A) Tətbiq etmək
b)
🟢 B) Yaratmaq
c)
🟢 C) Təhlil etmək
d)
🟢 D) Anlamaq
e)
🟢 E) Xatırlamaq
11.
🛑 11. Müəllim keçilən mövzuları möhkəmləndirmək məqsədilə şagirdlərə mövzu ilə bağlı layihə hazırlamağı tapşırır. Bu zaman o, dərsdə İdraki sahənin hansı mərhələsini tətbiq edir?
a)
🟢 A) Dəyərləndirmək
b)
🟢 B) Yaratmaq
c)
🟢 C) Anlamaq
d)
🟢 D) Tətbiq etmək
e)
🟢 E) Təhlil etmək
12.
🛑 12. Doğru fikri müəyyənləşdirin.
a)
🟢 A) İdraki taksonomiya təlim prosesinin yalnız elmi səviyyədə planlaşdırılmasına xidmət edir.
b)
🟢 B) İdraki taksonomiya bir-birindən asılı olmayan, biri-biri ilə əlaqəli olmayan mərhələlərdən ibarətdir.
c)
🟢 C) İdrak taksonomiyasının bütün sahələrini eyni anda eyni səviyyədə inkişaf etdirmək mümkündür.
d)
🟢 D) İdrak taksonomiyası idraki fəaliyyətin müxtəlif səviyyələri üzrə təfəkkürün müxtəlif növlərinin inkişafına imkan yaradır.
e)
🟢 E) İdrak taksonomiyasının yaratmaq mərhələsini formalaşdırmaq üçün şagirdin yuxarı siniflərə çatmasını gözləmək şərtdir.
13.
🛑 13. “Dünyanın dərk olunmasına dair elmi və dini dünyagörüşlərin izahını verir” – Tapşırıq İdrak taksonomiyasının hansı mərhələsinə uyğundur?
a)
🟢 A) Tətbiq etmək
b)
🟢 B) Yaratmaq
c)
🟢 C) Anlamaq
d)
🟢 D) Dəyərləndirmək
e)
🟢 E) Xatırlamaq
14.
🛑 14. Yanlış fikri müəyyənləşdirin.
a)
🟢 A) İdrak taksonomiyası təlim məqsədlərini müəyyənləşdirməyə xidmət edir.
b)
🟢 B) İdrak taksonomiyası üzrə şagirdin təfəkkürünü inkişaf etdirmək üçün sadədən mürəkkəbə doğru idraki fəaliyyəti formalaşdırmaq lazımdır.
c)
🟢 C) İdraki sahənin bütün mərhələlərini eyni səviyyədə inkişaf etdirmək mümkün deyil.
d)
🟢 D) İdrak taksonomiyasına əsasən şagird üçün müxtəlif çətinlik dərəcəli qiymətləndirmə vasitələri hazırlanır.
e)
🟢 E) Aşağı sinif şagirdlərinə idraki sahənin yaratmaq mərhələsinə uyğun tapşırıqlar vermək doğru deyil.
15.
🛑 15. “Şagird insan həyatı üçün əlverişli təbii amilləri qruplaşdıraraq təsvir edir.” Bu situasiya Blumun İdrak taksonomiyasının hansı mərhələsinə uyğundur?
a)
🟢 A) Xatırlamaq
b)
🟢 B) Yaratmaq
c)
🟢 C) Dəyərləndirmək
d)
🟢 D) Anlamaq
e)
🟢 E) Tətbiq etmək
16.
🛑 16. Müəllim müzakirə şəklində “Dünyada içməli su çatışmazlığı” mövzusunda dərs təşkil edir. Qarşıya qoyulan məqsəd şagirdin bu məsələyə münasibətini bildirməyini təmin etməkdən ibarətdir. Şagird Blumun idrak taksonomiyasının hansı mərhələsindədir?
a)
🟢 A) Dəyərləndirmək
b)
🟢 B) Anlamaq
c)
🟢 C) Xatırlamaq
d)
🟢 D) Təhlil etmək
e)
🟢 E) Yaratmaq
17.
🛑 17. Müəllim şagirddən feil sifət tərkibinin isimləşərək cümlədə mübtəda rolunda iştirak etməsini göstərən bir cümlə yazmasını tapşırır. Bu tapşırıq İdraki sahənin hansı mərhələsinə uyğundur?
a)
🟢 A) Xatırlamaq
b)
🟢 B) Təhlil etmək
c)
🟢 C) Tətbiq etmək
d)
🟢 D) Anlamaq
e)
🟢 E) Dəyərləndirmək
18.
🛑 18. Müəllim sinifdə Çaldıran döyüşünün Azərbaycan və ümumtürk tarixinə təsiri mövzusunda debat təşkil edir. Bu tapşırıq Blumun İdrak taksonomiyasının hansı səviyyəsinə uyğundur?
a)
🟢 A) Dəyərləndirmək
b)
🟢 B) Xatırlamaq
c)
🟢 C) Təhlil etmək
d)
🟢 D) Tətbiq etmək
e)
🟢 E) Anlamaq
19.
🛑 19. Yanlış fikri müəyyənləşdirin.
a)
🟢 A) İdrak taksonomiyası təlim məqsədlərinə uyğun qiymətləndirmə vasitəsi tərtib etməyə imkan yaradır.
b)
🟢 B) İdrak taksonomiyası şagirdlərin təfəkkürünün inkişaf etdirməyə şərait yaradır.
c)
🟢 C) İdrak taksonomiyası təlim metodunu müəyyənləşdirməyə kömək edir.
d)
🟢 D) İdrak taksonomiyası materialın öyrənilməsində şagirdin idraki fəaliyyət səviyyəsini müəyyənləşdirməyə imkan yaradır.
e)
🟢 E) İdrak taksonomiyasının əsası aşağı səviyyədən təhlil təfəkkürünü formalaşdırmadan başlayır.
20.
🛑 20. Aşağıdakı suallardan hansı Xatırlamaq mərhələsinin sualı ola bilməz?
a)
🟢 A) Vaterloo döyüşü nə vaxt baş vermişdir?
b)
🟢 B) M.Füzulinin fars dilində yazdığı əsərləri hansılardır?
c)
🟢 C) Dünyanın ən yüksək zirvəsi hansıdır?
d)
🟢 D) Şeiri əzbərləməsi üçün hansı yollardan istifadə doğru olar?
e)
🟢 E) Şah İsmayıl Xətainin hakimiyyəti dövründə hansı islahatlar aparılmışdır?
21.
🛑 21. Hansı fikir yanlışdır?
a)
🟢 A) Affektiv fəaliyyət şagirdlərin emosiyalarını ifadə etməsini formalaşdırır.
b)
🟢 B) Xatırlamaq idraki fəaliyyətdir.
c)
🟢 C) Prosedural bilik yalnız tətbiq mərhələsi ilə bağlıdır.
d)
🟢 D) Metakoqnitiv təfəkkür konkret bir fənlə bağlı deyil.
e)
🟢 E) Təhlil edərkən müəllifin mövqeyini müəyyənləşdirmək tələb olunur.
22.
🛑 22. “Şagirdlər prosesi əks etdirən videonu izləyib daha sonra şkafı yığırlar.” Şagird psixomotor sahənin hansı mərhələsindədir?
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Təbiiləşmə
23.
🛑 23. “Şagird əl qabiliyyətini yüksəltmək üçün tez-tez ağ vərəq üzərində düz xətlər çəkir.” Şagirdin fəaliyyəti psixomotor taksonomiyasının hansı mərhələsinə uyğundur?
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Təbiiləşmə
24.
🛑 24. “Şagird bütün şərflərini nəfis və naxışlı formada özü toxuyur.” Şagird psixomotor sahənin hansı mərhələsindədir?
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Təbiiləşmə
25.
🛑 25. “Şagird PowerPoint proqramında slayd düzəltmək bacarığını inkişaf etdirmək üçün evdə özü məşq edir.” Şagird psixomotor sahənin hansı mərhələsindədir?
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Təbiiləşmə
26.
🛑 26. Şagird əlavə tapşırıqların yerinə yetirilməsinin mövzunu daha yaxşı anlamağa kömək etdiyini bilir və əlavə tapşırıqları müəllimin tapşırığı olmadan da yerinə yetirir. Verilən situasiyada şagird Affektiv sahənin hansı mərhələsindədir?
a)
🟢 A) Xarakterizəetmə
b)
🟢 B) Təşkiletmə
c)
🟢 C) Cavabvermə
d)
🟢 D) Dəyərləndirmə
e)
🟢 E) Qəbuletmə
27.
🛑 27. Sual işarələrinin yerinə uyğun gələni müəyyənləşdirin.
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Təşkiletmə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Xarakterizəetmə
e)
🟢 E) Cavabvermə
28.
🛑 28. Müəllim yeni dərsi izah edərkən şagird izahatı diqqətlə dinləmədiyinə görə bəzi məqamları anlamır. Müəllim onun diqqətini dərsə cəlb etmək üçün müəyyən suallar verir. Bununla müəllim şagirddə Affektiv sahənin hansı mərhələsini formalaşdırmağa çalışır❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Təşkiletmə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Xarakterizəetmə
e)
🟢 E) Cavabvermə
29.
🛑 29. Müəllim yeni mövzunu izah edəndən sonra şagirdlərə Nə öyrəndim? Aldığım məlumatlar içərisində ən maraqlı nə oldu? Nə qaranlıq qaldı? suallarından ibarət sorğu vərəqəsi paylayır. Bu üsulla müəllim şagirdlərdə Affektiv sahənin hansı mərhələsini formalaşdırmağa çalışır❓
a)
🟢 A) Dəyərləndirmə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Cavabvermə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
30.
🛑 30. Müəllimin göstərişlərinə əsasən şagird ekskursiya zamanı yolunu itirməyərək təyinat məntəqəsinə gələrək, çatdı. Bu şagirddə Psixomotor taksonomiyasının hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) Manipulyasiya
b)
🟢 B) İmitasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Təbiiləşmə
31.
🛑 31. Məktəbdə ictimai tədbirlər zamanı bir neçə şagirdin fəallığı həmişə müşahidə olunur. Bütün tədbirlərdə həmin şagirdlər prosesə cəlb olunur. Verilən situasiyada şagirdlər Emosional sahəsinin hansı mərhələsindədirlər❓
a)
🟢 A) Dəyərləndirmə
b)
🟢 B) Xarakterizəetmə
c)
🟢 C) Qəbuletmə
d)
🟢 D) Cavabvermə
e)
🟢 E) Təşkiletmə
32.
🛑 32. Çox sürətli və səliqəli şəkildə yazı yazan şagirddə Psixomotor taksonomiyasının hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Təbiiləşmə
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Manipulyasiya
33.
🛑 33. “Müəllim dərsi izah etdikdən sonra sinfə müraciət edir, sualların olub-olmadığını soruşur. Nərgiz anlamadığı məqamlarla bağlı suallarını müəllimə deyir və izahını xahiş edir.” Şagird affektiv sahənin hansı mərhələsindədir❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
34.
🛑 34. “Müəllim mətnin oxusunu bitirdikdən sonra şagirdlərə tapşırır ki, mətnin ideyasını müəyyən etsinlər.” Tapşırıq idraki sahənin hansı mərhələsinə uyğundur❓
a)
🟢 A) Anlamaq
b)
🟢 B) Təhlil etmək
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Yaratmaq
e)
🟢 E) Tətbiq etmək
35.
🛑 35. “Müəllim uşaqlara Leyli rolunda iştirak edən ilk aktyorlar mövzusunda təqdimat hazırlamağı tapşırır. Nazlı digər sinif yoldaşlarından fərqli olaraq təqdimatda musiqidən, operadakı kadrlardan istifadə edir.” Nazlı affektiv və psixomotor sahənin hansı mərhələsindədir❓
a)
🟢 A) Qəbuletmə / Manipulyasiya
b)
🟢 B) Dəyərləndirmə / Təbiiləşmə
c)
🟢 C) Təşkiletmə / Dəqiqlik
d)
🟢 D) Xarakterizəetmə / İmitasiya
e)
🟢 E) Cavabvermə / Artikulyasiya
36.
🛑 36. “Şagird müəllimin tapşırdığı təqdimatı hazırlayıb gətirir. Təqdimatda hər şey: musiqi də, rənglər də, səs effekti də yerində idi. Amma şagird təqdimat prosesinə həvəssiz yanaşır, fikrini rahat ifadə etməyə utanır.” Şagirddə affektiv sahənin hansı mərhələsi zəifdir və psixomotor sahənin hansı mərhələ yaxşı inkişaf edib❓
a)
🟢 A) Cavabvermə / Artikulyasiya
b)
🟢 B) Qəbuletmə / Manipulyasiya
c)
🟢 C) Dəyərləndirmə / Təbiiləşmə
d)
🟢 D) Təşkiletmə / Dəqiqlik
e)
🟢 E) Xarakterizəetmə / İmitasiya
37.
🛑 37. “Müəllim şagirdlərin tapşırıq işləyərkən yorulduqlarını görür. Müşahidə edir ki, şagirdlərdən biri öz yorğunluğunu aradan qaldırmaq üçün ayağa qalxır və yenidən eyləşir.” Şagird affektiv sahənin hansı mərhələsindədir❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
38.
🛑 38. “Müəllim müasir dövrdə aktual olan mövzuda müzakirə keçirir və şagirdlərdən bu mövzuyla bağlı fikirlərini ifadə etmələrini istəyir. Mövzu şagirdlərin marağını cəlb etdiyi üçün aktiv iştirak edib öz fikirlərini deyirlər.” Bu zaman müəllim şagirdlərdə affektiv sahənin hansı mərhələni inkişaf etdirmiş olur❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
39.
🛑 39. “Müəllim dinləmə mətnini üzrə işin icrasına başlamamış şagirdlərə tapşırır ki, qeydlər aparsınlar. Bu onlara tapşırıqların icrası zamanı kömək edəcək.” Müəllim şagirdlərdə affektiv sahənin hansı mərhələsini inkişaf etdirmiş olur❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
40.
🛑 40. “Müəllim sinifdə müşahidə edir ki, şagirdlərdən biri qrupda uğurlu liderlik nümayiş etdirir. Qrupda yaranan konfliktləri uğurla həll edir.” Şagird affektiv sahənin hansı mərhələsindədir❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
41.
🛑 41. Affektiv sahə ilə bağlı hansı fikir yanlışdır?
a)
🟢 A) Affektiv sahəni inkişaf etdirmək şagirdlərdə emosional vəziyyətlərini idarə etməyə və ifadə etməyə şərait yaradır.
b)
🟢 B) Affektiv sahənin inkişafı şagirdlərdə metadüşüncəni formalaşdırır.
c)
🟢 C) Affektiv sahənin inkişafı idraki sahə ilə bağlı deyil, bu sahə şagirdlərdə ayrıca formalaşdırılmalıdır.
d)
🟢 D) Şagirddə problem həll etmə bacarığının, tənqidi təfəkkürün formalaşdırılması onu affektiv sahənin xarakterizəetmə mərhələsinə çatdıra bilər.
e)
🟢 E) Bir insanın dəyərləri haqqında fikir söyləmək olarsa, deməli, haqqında fikir söylənilən şəxs affektiv sahənin xarakterizəetmə mərhələsinə yüksəlmişdir.
42.
🛑 42. “Qrup işi zamanı şagird öz fikrini bildirməmişdən qabaq qrupdakı bütün uşaqların fikir bildirməsini təmin edir və sonda kimi dinləyir. Lazım gələrsə, ümumi işin xeyrinə öz verdiyi qərarı dəyişir.” Bu şagird affektiv sahənin hansı mərhələsindədir❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
43.
🛑 43. “Tənəffüsdə iki şagird mübahisə edir. Onlardan biri Səlimin qardaşıdır. Səlim mübahisəni həll etmək üçün həm qardaşını, həm də həmin uşağı diqqətlə və səbrlə dinləyir. Səlim bunun səmərəli olduğunu bilir. Sonda obyektiv fikir bildirir.” Səlim affektiv sahənin hansı mərhələsindədir❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
44.
🛑 44. “Müəllim dərsi izah edir və ev tapşırıqlarının yerini deyib şagirdlərdən qeyd etmələrini istəyir. Elnur evə getdikdən sonra zəng edib Muraddan tapşırığın yerini soruşur.” Elnurda affektiv sahənin hansı mərhələsi zəifdir❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
45.
🛑 45. “11-ci sinif şagirdi, adətən, təqdimat edərkən qətiyyən slayda baxmır, bədən dili və göz kontakti ilə auditoriyanın diqqətini özündə saxlamağa nail olur.” Şagird affektiv sahənin hansı mərhələsindədir❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
46.
🛑 46. “Şagird hər gün məktəbə daxil olanda məktəbin heyətində və dəhlizdə qarşılaşdığı təmizlik işçiləri ilə ehtiramla salamlaşır. Bununla da bir çoxlarından fərqlənir.” Bu şagird affektiv sahənin hansı mərhələsindədir❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
47.
🛑 47. “Şagird qrup işi zamanı yoldaşları tərəfindən lider seçilir. Çünki o hər zaman qrupdakı fəaliyyəti idarə edə bilir, problem olanda obyektiv yanaşıb nəticə çıxarmağı yaxşı bacarır.” Şagird affektiv sahənin hansı mərhələsindədir❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
48.
🛑 48. “Uşaq anasının paltar tikdiyini müşahidə edərək özünün gəlinciyinə qalıq parçalardan paltarlar tikir. Blumun psixomotor sahəsinə görə şagird hansı mərhələdədir❓
a)
🟢 A) Manipulyasiya
b)
🟢 B) Dəqiqlik
c)
🟢 C) Artikulyasiya
d)
🟢 D) İmitasiya
e)
🟢 E) Təbiiləşmə
49.
🛑 49. “Şagirdlər musiqi dərsində müəllimin şifahi təlimatı ilə hərəkətləri ardıcıllıqla təkrarlayırdılar.” Şagirdlər psixomotor sahənin hansı mərhələsindədirlər❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Təbiiləşmə
50.
🛑 50. Şagird bütün təlimatları yerinə yetirib cihazı təmizlədi. Bu şagirddə Psixomotor taksonomiyasının hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Artikulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Manipulyasiya
e)
🟢 E) Təbiiləşmə
51.
🛑 51. Şagird basketbol oyunlarının bir çoxunda hücumçu kimi müxtəlif manevrlərdən istifadə edir və topu səbətə dəqiq şəkildə atır. Bu situasiyaya görə şagirdlər psixomotor sahənin hansı mərhələsindədilər❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Təbiiləşmə
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Dəqiqlik
52.
🛑 52. Şagird əlini öyrəşdirmək üçün müstəqil şəkildə parça üzərində müxtəlif tikiş növlərindən nümunələr tikir. Bu situasiyaya görə şagirdlər psixomotor sahənin hansı mərhələsindədirlər❓
a)
🟢 A) Manipulyasiya
b)
🟢 B) Təbiiləşmə
c)
🟢 C) Artikulyasiya
d)
🟢 D) Dəqiqlik
e)
🟢 E) İmitasiya
53.
🛑 53. Müəllim şagirdlərə “Zəfər günü” ilə əlaqədar video təqdimat hazırlamağı tapşırır. Şagirdlərdən biri videotəqdimata musiqi də əlavə edir. Şagird psixomotor sahənin hansı mərhələsindədir❓
a)
🟢 A) Dəqiqlik
b)
🟢 B) İmitasiya
c)
🟢 C) Artikulyasiya
d)
🟢 D) Manipulyasiya
e)
🟢 E) Təbiiləşmə
54.
🛑 54. Fiziki tərbiyə dərsində şagird sadə özünümüdafiə elementlərini təkrarlamağa çalışır. Şagird psixomotor sahənin hansı mərhələsinə hələ hazır deyil❓
a)
🟢 A) Dəqiqlik
b)
🟢 B) Təbiiləşmə
c)
🟢 C) Artikulyasiya
d)
🟢 D) Manipulyasiya
e)
🟢 E) İmitasiya
55.
🛑 55. Dərs zamanı müəllim şagirdləri qruplara ayıraraq ev quşları haqqında tədqiqat aparmaları üçün onlara iş vərəqləri verir. Qruplardan birinin nümayəndəsi auditoriya qarşısında çıxış etməkdən çəkinərək öz qrup təqdimatını nümayiş etdirməkdən imtina edir. Verilmiş situasiyaya görə şagirddə emosional sahənin ilk olaraq hansı mərhələsinin inkişafına ehtiyac var❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
56.
🛑 56. “Valideyniniz ilə birlikdə göstərişə əsasən şəkil çərçivəsi düzəldin.” Tapşırıq şagirddə Psixomotor taksonomiyasının hansı mərhələsinə uyğundur❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Təbiiləşmə
57.
🛑 57. “Təlimatdakı göstərişə əsasən cihazı işə salın.” Tapşırıq Psixomotor sahənin hansı mərhələsinə uyğundur❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Təbiiləşmə
58.
🛑 58. “Şagird müəllimə özü hazırladığı və standartlara cavab verən yeni cihaz təqdim edir.” Şagird psixomotor sahənin hansı mərhələsindədir❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Təbiiləşmə
59.
🛑 59. “Şagird kitabdakı reseptə əsasən peçenye bişirir.” Şagird psixomotor sahənin hansı mərhələsindədir❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Təbiiləşmə
60.
🛑 60. “8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sinfin oğlan şagirdləri sinif yoldaşlarına öz əlləri ilə taxtadan düzəldilmiş mücrülər təqdim etdilər.” Sinfin oğlan şagirdləri psixomotor sahənin hansı mərhələsindədilər❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Təbiiləşmə
61.
🛑 61. Şagird bilir ki, rəsmə olan marağını dəyərləndirmək üçün rəssamlıq kursuna getməlidir. Şagirdin fəaliyyəti Affektiv sahənin hansı mərhələsinə uyğundur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
62.
🛑 62. Müəllimin təşkil etdiyi könüllülük layihəsinə getmək barədə götür-qoy edən şagirdin fəaliyyəti Affektiv sahənin hansı mərhələsinə uyğundur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
63.
🛑 63. Şagird müəllimlə birlikdə təşkil etdikləri qayda və prosedurlara hər zaman riayət edir. Bu xüsusiyyət onun intizamlı şagird kimi tanınmasına səbəb olur. Bu şagirddə Affektiv sahənin hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
64.
🛑 64. İş zamanı alətdən sərbəst şəkildə istifadə etmək üçün çalışan şagirddə Psixomotor sahənin hansı mərhələsi formalaşıb❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Təbiiləşmə
d)
🟢 D) Dəqiqlik
e)
🟢 E) Artikulyasiya
65.
🛑 65. Şagird qərar qəbul edərkən daima obyektiv reallığa əsaslanır, subyektiv fikirlərini kənara qoymağı bacarır. Bu şagirddə Affektiv sahənin hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
66.
🛑 66. Şagird hər dəfə araşdırma zamanı sərbəst şəkildə işləyir və tam rahat şəkildə işini ortaya qoyur. Bu şagirddə Affektiv sahənin hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
67.
🛑 67. Şagird sinifdə yoldaşlarını olduğu kimi qəbul edib onlarla tam problemsiz əməkdaşlıq içində təhsilini davam etdirir və hər kəs onu bu xüsusiyyəti ilə tanıyır. Bu şagirddə Affektiv sahənin hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
68.
🛑 68. Məktəbdə “Maradona” ləqəbi ilə tanınan yığmanın futbol üzrə daima birinci yerə çıxmasında mühüm rolu olan şagirddə Psixomotor taksonomiyasının hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Təbiiləşmə
e)
🟢 E) Artikulyasiya
69.
🛑 69. Şagird hazırladığı əl işləri ilə məktəbdə daima hər kəsdən fərqlənir. Bu şagirddə Psixomotor taksonomiyasının hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Təbiiləşmə
e)
🟢 E) Artikulyasiya
70.
🛑 70. Şagirdlərdən biri ekskursiya zamanı komanda yoldaşlarının “Bababulağına” getmək istədiyini görüb, çoxluğun istəyinə qarşı gəlmir və onlara qoşulur. Bu şagirddə Affektiv sahənin hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Dəyərləndirmə
c)
🟢 C) Cavabvermə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
71.
🛑 71. Şagirddə fəal dinləmə bacarığı zəifdirsə, o Affektiv sahənin hansı mərhələsindədir❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
72.
🛑 72. Müəllim əsərin yarısında əsəri oxuyan şagirdi saxlayaraq digər şagirdin davam etdirməsini istəyir. Lakin şagird yoldaşının hansı hissədə qaldığını bilmədiyindən, oxumağa davam edə bilmir. Bu şagirddə Affektiv sahənin hansı mərhələsi zəifdir❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
73.
🛑 73. Müəllim şagird şeiri bitirdikdən sonra yoldaşının ona sual verməsini söylədi. Yoldaşı çox maraqlı sual verdi. Şagirdin fəaliyyəti Affektiv sahənin hansı mərhələsinə uyğundur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
74.
🛑 74. Şagird müzakirə zamanı aktivlik göstərir, daima öz fikir, çıxışları ilə diqqəti cəlb edir. Bu şagirddə Affektiv sahənin hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
75.
🛑 75. Yoldaşının təqdimatını diqqətlə dinləməsinə baxmayaraq heç bir fikir ifadə edə bilməyən şagird Affektiv sahənin hansı mərhələsinin inkişafına ehtiyac var❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
76.
🛑 76. Qrup işi zamanı təqdimat edə bilməyən şagirdin Affektiv sahənin hansı mərhələsinin inkişafına ehtiyacı var❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
77.
🛑 77. Şagird müxtəlif dənli bitkilərdən portret hazırlayırdı. Bu şagirddə Psixomotor taksonomiyasının hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Artikulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Manipulyasiya
e)
🟢 E) Təbiiləşmə
78.
🛑 78. Şagird həmişə qrup işində yoldaşlarına kömək edir, onlara problem həllində yeni yollar göstərir. Bu şagirddə Affektiv sahənin hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Xarakterizəetmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Dəyərləndirmə
79.
🛑 79. Şagird yoldaşının xətrinə dəydikdən bir müddət sonra ondan üzr istəyib həmin vaxt gərgin olduğu üçün belə etdiyini bildirdi. Səhvini boynuna almağın doğru olduğunu bilən şagirddə Affektiv sahənin hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
80.
🛑 80. Şagird divardakı çatlaqlara qeyri-adi yanaşaraq maraqlı 3D şəkillər çəkmişdi. Bu şagirddə Psixomotor taksonomiyasının hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Artikulyasiya
d)
🟢 D) Dəqiqlik
e)
🟢 E) Təbiiləşmə
81.
🛑 81. Oyuncaqlar hazırlamaq şagirdin asudə vaxtlarında istifadə etdiyi fəaliyyətidir. Şagird düzəltdiyi oyuncaqlardan məktəbdə sərgi təşkil edir. Bu şagirddə Psixomotor taksonomiyasının hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Artikulyasiya
d)
🟢 D) Dəqiqlik
e)
🟢 E) Təbiiləşmə
82.
🛑 82. Şagirdlər kreativ bir hədiyyə hazırlayaraq müəllimlərə öz qayğıkeşliyinə görə təşəkkür etdilər. Bu şagirdlərdə Psixomotor taksonomiyasının hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Təbiiləşmə
83.
🛑 83. Şagirdlər arasında həmişə öz yardımsevərliyi ilə seçilən şagirddə Affektiv sahənin hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
84.
🛑 84. Şagirdlər bayramda bir-birlərinə öz bacarıqlarına uyğun əl işləri hədiyyə etdilər. Bu şagirdlərdə Psixomotor taksonomiyasının hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Artikulyasiya
d)
🟢 D) Dəqiqlik
e)
🟢 E) Təbiiləşmə
85.
🛑 85. Şagird tədbir və yarışlarda həmişə sinifi çox gözəl dizayn edir. Onun bunu sürətlə və qısa vaxtda etməsi maraqla qarşılandı. Bu şagirddə Psixomotor taksonomiyasının hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Manipulyasiya
c)
🟢 C) Təbiiləşmə
d)
🟢 D) Artikulyasiya
e)
🟢 E) Dəqiqlik
86.
🛑 86. Sual-cavabda aktiv iştirak edən şagirddə Affektiv sahənin hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
87.
🛑 87. Şagirdlər ekskursiya zamanı yağışa düşdülər. İslanmamaq üçün özlərinə müvəqqəti xarakterlisə də sığınacaq düzəltdilər. Bu şagirdlərdə Psixomotor taksonomiyasının hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) İmitasiya
b)
🟢 B) Artikulyasiya
c)
🟢 C) Dəqiqlik
d)
🟢 D) Manipulyasiya
e)
🟢 E) Təbiiləşmə
88.
🛑 88. Şagird yoldaşının zəif nəticə əldə etdiyini görərək, ona öz köməyini təklif edir. Bu şagird Affektiv sahənin hansı mərhələsindədir❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
89.
🛑 89. Müəllim şagirdlərin dərs zamanı müzakirədə aktiv iştirak etməli olduğunu bildirib. Şagirdlərdə Affektiv sahənin hansı mərhələsi mövcuddur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
90.
🛑 90. Müəllim şagirdlərin dərs zamanı qaydaları yerinə yetirmədiklərini bildirib. Bu şagirdlər Affektiv sahənin hansı mərhələsinə hazır deyil❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Dəyərləndirmə
d)
🟢 D) Təşkiletmə
e)
🟢 E) Xarakterizəetmə
91.
🛑 91. Müəllim fərdi iş formasından istifadə etməklə dərsi tədris edir. Bu zaman şagird növbəti dəfə nəticə üçün nələrə diqqət yetirməli olduğunu öyrənir. Üzərində işləyəcək məqamların qeydini götürür. Bu zaman şagird Affektiv sahənin hansı mərhələsinə uyğundur❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Təşkiletmə
d)
🟢 D) Dəyərləndirmə
e)
🟢 E) Xarakterizəetmə
92.
🛑 92. Şagirdlərin müəyyən bir mövzu barədə fikir və baxışlarını öyrənmək üçün sorğu təşkil edilməsi planlaşdırılır. Ənənəvi olaraq sorğu üçün sualları hazırlamaq sinifimizin fəal şagirdlərindən olan Əliyə tapşırıldı. Bu zaman şagird Affektiv sahənin hansı mərhələsinə uyğundur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Xarakterizəetmə
c)
🟢 C) Cavabvermə
d)
🟢 D) Dəyərləndirmə
e)
🟢 E) Təşkiletmə
93.
🛑 93. Müəllim dərsin təlim nəticəsini lövhəyə yazır. Şagirdlər fikri yayındıra biləcək heç nəyə diqqət etmədən bütün diqqətini müəllimə yönəldir. Bu zaman şagird Affektiv sahənin hansı mərhələsinə uyğundur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Xarakterizəetmə
c)
🟢 C) Cavabvermə
d)
🟢 D) Dəyərləndirmə
e)
🟢 E) Təşkiletmə
94.
🛑 94. Müəllim mövzunu tədris edərkən şagirdlərdən biri “verilən suala cavab olduğunu bildirir”. Bu zaman şagird Affektiv sahənin hansı mərhələsinə uyğundur❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Təşkiletmə
d)
🟢 D) Dəyərləndirmə
e)
🟢 E) Xarakterizəetmə
95.
🛑 95. Müəllim mətnin keçməzdən əvvəl çətin sözlərin izahını verir. Bunu dinləyən şagird periodik olaraq başı ilə dinlədiklərini təsdiq edir. Bu zaman şagird Affektiv sahənin hansı mərhələsinə uyğundur❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Təşkiletmə
d)
🟢 D) Dəyərləndirmə
e)
🟢 E) Xarakterizəetmə
96.
🛑 96. Şagird hər zaman ünsiyyət zamanı danışanla göz təması qurur, danışanı yalnız dinləmir, eyni zamanda bədən dilinə də “qulaq asır”. Bu zaman şagird Affektiv sahənin hansı mərhələsinə uyğundur❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Təşkiletmə
d)
🟢 D) Dəyərləndirmə
e)
🟢 E) Xarakterizəetmə
97.
🛑 97. Müəllim şagirdlərə Frayer modeli iş üsulundan istifadə etmək üçün iş vərəqi paylayır. Bu iş üsulunun söz ehtiyatını artırmaqda faydasını görən şagird, bu strategiyadan digər fənlərdə də istifadə edir. Bu zaman şagird Affektiv sahənin hansı mərhələsinə uyğundur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Təşkiletmə
d)
🟢 D) Dəyərləndirmə
e)
🟢 E) Xarakterizəetmə
98.
🛑 98. Müəllim Akvarium iş üsulundan istifadə edərək dərs keçir. Xarici və daxili qrup üçün qaydalar müəyyənləşdirir. Şagirdlər müəllimin qoyduğu qaydalara əməl edərsə, Affektiv sahənin hansı mərhələsinə uyğun olacaq❓
a)
🟢 A) Cavabvermə
b)
🟢 B) Qəbuletmə
c)
🟢 C) Təşkiletmə
d)
🟢 D) Dəyərləndirmə
e)
🟢 E) Xarakterizəetmə
99.
🛑 99. Müəllim dərsdə sual-cavab sessiyası üçün qaydalar müəyyən edib. Şagirdlər qaydaları bilsələr də, onlara riayət etmirlər. Ona görə də müzakirə zamanı xaotik səs-küy yaranıb. Bu situasiyaya görə Affektiv sahənin hansı mərhələsinin inkişafına ehtiyac var❓
a)
🟢 A) Dəyərləndirmə
b)
🟢 B) Xarakterizəetmə
c)
🟢 C) Təşkiletmə
d)
🟢 D) Cavabvermə
e)
🟢 E) Qəbuletmə
100.
🛑 100. Komanda işi zamanı vaxtdan səmərəli istifadə etmək üçün cədvəl hazırlamaq lazım idi. Bunun üçün Murada müraciət olundu. Artıq birinci dəfə deyil ki, bu iş ona həvalə olunur. Hesab işlərini o, dəqiqliklə etmək bacarığına malikdir. Bu zaman şagird Affektiv sahənin hansı mərhələsinə uyğundur❓
a)
🟢 A) Qəbuletmə
b)
🟢 B) Cavabvermə
c)
🟢 C) Xarakterizəetmə
d)
🟢 D) Dəyərləndirmə
e)
🟢 E) Təşkiletmə
100 %
