WorksheetsKURİKULUM - Ümümi sinaq
Total questions: 10
Worksheet time: 8mins
Name
Class
Date
1.
1. Hansı fikir yanlışdır?
a)
A) Müəllim səmərəli təlim mühiti formalaşdırmaq üçün şagirdini tanımalı, onun haqqında bütün əhəmiyyətli məlumatlara malik olmalıdır.
b)
B) Şagirdyönümlü təlimin səmərəli olması üçün müəllim sinifdə öz fəaliyyətini fasilitasiya üzərindən qurmalıdır.
c)
C) Dərs prosesinə aid olan bütün fəaliyyətlər bir-biri ilə əlaqəli olmalı, öyrənmə fəaliyyəti təlim nəticələrinə və qiymətləndirmə meyarlarına yönəlməlidir.
d)
D) Hər bölmənin sonunda mütləq layihə işi işlədilməlidir ki, şagirdlərdə həyati bacarıqlar formalaşdırılsın.
e)
E) Müşahidə zamanı şagirdin “bədən dili”nin oxunması onun emosional vəziyyəti, həmçinin təlim nəticələrinə çatıb-çatmaması ilə bağlı informasiyanı anlamağa kömək edir.
2.
2. "Şagirdlərdən birinin ailəsində problem olduğundan təlim nailiyyətləri aşağı düşmüşdür. Başqa şagird bu problemi öyrənir, sinfə gəlib hamıya danışır. Sinif yoldaşının bundan xoşu gəlmədiyini görsə də, fikir vermir. Bu hərəkət sinifdə şagirdlər arasında problem yaradır". Bu situasiyanı düzəltmək üçün müəllimin atacağı hansı addım daha səmərəli ola bilər?
a)
A) Müəllim valideyn iclası çağırmalı və şagirdin davranışını müzakirə etməlidir. Çünki valideynlər öz övladlarına çox təsir edə bilirlər.
b)
B) Müəllim şagirdi öz aralarında apardıqları yersiz söhbətlərə görə cəzalandırmalıdır ki, onlar öz davranışlarını korrektə etsinlər.
c)
C) Müəllim şagirdlə görüş keçirməli, şagirdin fəaliyyətini refleksiya etdirməli, sinifdə dəyərləri inkişaf etdirməlidir.
d)
D) Müəllim şagirdin bu hərəkətini görən kimi yerindəcə onu danlamalıdır ki, başqalarına nümunə olsun.
e)
E) Müəllim sinifdə şagirdlər arasında münasibəti düzəltmək üçün bir müddət avtoritar yanaşma nümayiş etdirməlidir.
3.
3. "Müəllim yeni bölmənin tədrisinə keçməmişdən əvvəl bu bölmə üzrə şagirdlərin təlim ehtiyaclarını müəyyənləşdirmək üçün sual-cavab edir. Bu proses müəllimə tədrisi effektiv planlaşdırmağa da kömək edəcək". Bu fəaliyyət haqqında verilənlərdən hansı doğrudur?
a)
A) Müəllim diaqnostik qiymətləndirmə aparır.
b)
B) Müəllim formativ qiymətləndirmə aparır.
c)
C) Müəllim şagirdlərin intellektini dəyərləndirir.
d)
D) Müəllim summativ qiymətləndirmə aparır.
e)
E) Müəllim şagirdləri xarakterlərinə görə qiymətləndirir.
4.
4. "Əsərin sənə maraqlı gələn hissəsi hansı idi? Nə üçün?" Tapşırıq Blumun idrak taksonomiyasının hansı mərhələsinə uyğundur?
a)
A) təhlil etmək
b)
B) tətbiq etmək
c)
C) dəyərləndirmək
d)
D) yaratmaq
e)
E) anlamaq
5.
5. "Şəklə bax. Rəssamın ötürmək istədiyi emosiyaları əks etdirən mətn qur". Tapşırıq Blumun İdrak taksonomiyasının hansı mərhələsinə uyğundur?
a)
A) təhlil etmək
b)
B) tətbiq etmək
c)
C) dəyərləndirmək
d)
D) xatırlamaq
e)
E) anlamaq
6.
6. "Müəllim bu il yeni sinfə daxil olacaq. O, dərs ilinin başlanmağına bir neçə gün qalmış valideynlərə məktub göndərərək özü və gələcək təlim prosesi haqqında onlara məlumat verir". Bu addımı atmaqda müəllimin məqsədi nədir?
a)
A) Pedaqoji prosesin tamlığını təmin etmək
b)
B) Şagirdləri formativ qiymətləndirmək
c)
C) Valideynlərlə effektiv münasibət yaratmaq
d)
D) Şagirdlərlə əks-əlaqə yaratmaq
e)
E) Sosial-emosional öyrənməni təmin etmək
7.
7. "Müəllim dərsin izahından sonra şagirdləri mövzu ilə bağlı sual-cavab edir. Prosesdə aydın olur ki, şagirdlərdən biri mövzudakı bəzi məqamları anlamayıb. Müəllim şagirdin anlamaqda çətinlik çəkdiyi məqamları tapıb, ona bu məqamların üzərində işləmək üçün istiqamət verir". Bu proseslə bağlı verilənlərdən hansı doğrudur?
a)
A) Situasiyadan aydın olur ki, müəllim dərsi səmərəli izah etməyib.
b)
B) Situasiya göstərir ki, müəllim dərsi planlaşdırmayıb.
c)
C) Bu proses formativ qiymətləndirmənin səmərəli aparıldığını göstərir.
d)
D) Bu proses müəllimin təlim nəticələrini əvvəlcədən şagirdlərə bildirdiyini göstərir.
e)
E) Bu proses müəllimin mövzu ilə bağlı biliklərinin yüksək olduğunu göstərir.
8.
8. X sinfində dərsə gecikən şagird sinfə daxil olur, sakitcə yerinə keçir, Y sinfində isə dərsə gecikən şagird qapının ağzında dayanır və müəlliminin ona icazə verməsini gözləyir". Prosesin bu şəkildə getməsi nədən xəbər verir?
a)
A) Hər iki sinfin müəllimi sinfin idarə edilməsində qaydalar yaratmışdır.
b)
B) Hər iki müəllim sinifdə effektiv təlim mühiti yaradaraq proaktiv münasibət göstərir.
c)
C) X sinfinin müəllimi proaktiv, Y sinfinin müəllimi reaktiv yanaşmadan istifadə etmişdir.
d)
D) X sinfinin müəlliminin əvvəlcədən hazırlanmış planı yoxdur, Y sinfinin müəllimi isə sinfi planlı şəkildə idarə edir.
e)
E) Həm X, həm də Y sinfinin müəllimi problemin qarşısını necə almal olduqlarını bilmirlər.
9.
9. "Xarici dil dərsində müəllim şagirdlərə baxdıqları filmdən aldıqları təəssüratı ya şəkil, ya da qısa mətn şəklində təsvir etməyi tapşırır". Müəllim bu tapşırığı verərkən hansı inteqrasiyanı reallaşdırır?
a)
A) fənlərarası, fənnüstü
b)
B) yalnız fənnüstü
c)
C) yalnız fəndaxili
d)
D) fəndaxili, fənnüstü
e)
E) fəndaxili, fənlərarası
10.
10. Situasiya: "Qrup işi zamanı iki şagird arasında anlaşılmazlıq yaranır. Müəllim səbəbi soruşanda şagirdlərdən biri bildirir ki, şagird onun sözünü kəsir, fikrini ifadə etməyə imkan vermir. Digəri isə bildirir ki, sinif yoldaşı onun fikirlərinə hörmətlə yanaşmır. Bu da onu motivasiyadan salır". Sinifdə sosial-emosional öyrənmənin prinsiplərini necə tətbiq edərsiniz ki, bu problemi həll edəsiniz?
a)
A) Şagirdləri öz hisslərini ifadə etməyə təşviq etmək. Bu onlara sinifdə fikirlərini ifadə etməyə uyğun şəraitin olduğunu hiss etməyə kömək edəcək.
b)
B) Bütün qrupda fəal dinləmə bacarıqlarını inkişaf etdirən müzakirə mühiti yaratmaq və şagirdləri konfliktlərin sakitliklə həll edilməsinin səmərəli olduğunu fikrinə yönəltmək.
c)
C) Hər iki şagirdə öz emosiyalarını və fikrini ifadə etməyə, empatiya qurmağa şərait yaratmaq. Şagirdlərə problemin həlli üçün hər iki tərəfin marağında olan qərarların qəbul edilməsinin uyğun variant olduğunu göstərmək.
100 %
