NEW
Font size
Worksheetsmodal sözlər
Total questions: 15
Worksheet time: 8mins
1)Modal sözlər haqqında hansı fikir səhvdir?
A)Modal sözlərin məna əsasını modallıq təşkil edir
B)Modal sözlər cümlədə başqa sözlərdən ayrı tələffüz edilir və ayrı yazılır
C)Danışan bu sözlər vasitəsilə öz fikrinə və ya başqasının dediyi fikrə münasibət bildirir
D)Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə modal sözlər deyilir
2)Modal sözlər haqqında hansı fikir səhvdir?
A)Bir sözdən ibarət olan modal sözlər quruluşca sadədir
B)Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır
C)Modal sözlər cümlənin sonunda işlənə bilmir
D)Modal sözlər quruluşca sadə və mürəkkəb olur nj
3)Həm modal söz, həm də fel kimi işlənən sözləri seçin:
A)Demə, görəsən
B)Görünür, beləliklə
C)Olmaya, xülasə
D)Düzü, doğrusu
4)Hansı cümlədə modal söz işlənməmişdir?
A)Deyəsən, yağış yağacaq
B)Görünür, düşmən bizim zəif yerimizi bilir
C)Sirrini dostuna demə, dostunun da dostu var
D)Elə danışır, elə bil uşaqdır
5)Modal sözlərə aid olanlardan yalnız biri düzgündür:
A)Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır və cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir
B)Əlbəttə, bəlkə də, doğrudan da sözləri quruluşca sadə modal sözlərdir
C)«Xülasə » sözü həm isim, həm də modal söz kimi işlənir
D)Modal sözlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur
6)Aşağıdakı cümlələrdən birində modal söz işlənmişdir: (durğu işarəsi qoyulmamışdır )
A)Burdan baxdıqda hər şey aydın görünür
B)Mənə bu haqda bir kəlimə belə demə
C)Yəqin kəndlərdən şəhərə müşavirəyə gəlirlər
D)Sözün doğrusunu zarafatla deyərlər
7)Modal sözlər cümlədə nə kimi işlənir?
A)Ara sözlər
B)Xitab
C)Tamamlıq
D)Zərflik
8)Modal sözlərdən biri ehtimal və şübhə bildirir:
A)Şübhəsiz
B)Ümumiyyətlə
C)Sanki
D)Yəqin
9)Nəticə, ümumiləşdirmə bildirən modal söz işlənmiş cümləni seçin:
A)Beləliklə, biz oranı tərk etməli olduq
B)Görünür, düşmən bizim zəif yerimizi bilir
C)Əlbəttə ki, düz sözə zaval yoxdur
D)Məncə, o, yalan danışmır
10)Hansı cümlədə güman, şübhə bildirən modal söz işlənmişdir?
A)Sözsüz, qələbə gec – tez bizim olacaqdır
B)Sanki ona dünyanı bağışladılar
C)Gərək ki, sən onu tanıyırsan
D)Doğrudan da, insan gücü tükənməzdir
11)Hansı cümlədə təsdiq bildirən modal söz var?
A)Nəhayət, gözlədiyimiz gün gəlib çatdı
B)Əlbəttə ki, düz sözə zaval yoxdur
C)Təəssüf ki, biz mənəviyyata az əhəmiyyət veririk
D)Birincisi, o, hələ uşaqdır
12)Həm modal söz, həm də əsas nitq hissəsi kimi işlədilən sözlər hansı bənddədir
A)belə, beləliklə, kimi, ancaq
B)ehtimal ki, doğru, kimi
C)ancaq, doğru, tərəf
D)xülasə, yaxşı, düzü
13)Nəticə bildirən modal sözləri göstərin.
A)əlbəttə, elə bil, güman ki
B)yaxşı, yox, bəli
C)nəhayət, yaxşı, ümumiyyətlə
D)nəhayət, sanki, əlbəttə
14)Hansı cümlədə modal söz cümlənin ortasında işlənmişdir?
A)Doğrusu, mən yorulmuşam
B)Sən öz istəyinə çatacaqsan, əlbəttə
C)Yəqin, kəndlərdən şəhərə müşavirəyə gəlirlər
D)Sən, yəqin ki, bu işdən xəbərdarsan
15)Əsas nitq hissələrinin köməkçi nitq hissələrindən əsas fərqi:
A)Şəkilçi qəbul etməməsi
B)Ayrılıqda cümlə üzvü kimi işlənməməsi
C)Müstəqil suala cavab verməməsi
D)Leksik mənası olması
