Worksheetsstr menedj 2 kollokv
Total questions: 10
Worksheet time: 55mins
Strateji potensialın müəyyən edilməsində daxili mühit amillərinə aid olan aşağıdakılardan hansıdır?
Dövlətin iqtisadi siyasəti
Xarici bazarlarda rəqabət səviyyəsi
Müəssisədə çalışan ixtisaslı və stajlı işçilər
Xammal idxalında gömrük rüsumlar
İstehlakçıların gəlir səviyyəsi
Aşağıdakılardan hansı firmadaxili dəyişikliklərə aid edilmir?
Qarşıya qoyulan məqsədlər
Vəzifə bölgüsü
Texnologiya
Xarici bazarda tələb dəyişiklikləri
Təşkilati struktur
Strateji potensialın formalaşmasında texnologiyanın rolu nə ilə izah olunur?
İşçilərin maaş artımı ilə
Gələn elementlərin çıxan məhsullara çevrilməsi ilə
Təşkilati strukturun dəyişməsi ilə
Xarici investisiyaların artması ilə
Müştəri bazasının genişlənməsi ilə
Strateji potensialın iqtisadi mahiyyəti ilə bağlı aşağıdakılardan hansı doğrudur?
Strateji potensial yalnız maliyyə ehtiyatlarından ibarətdir
Potensial yalnız dövlət müəssisələri üçün keçərlidir
Strateji potensial – müəssisənin məqsədlərinə çatmaq üçün səfərbər edilə bilən imkan və mənbələrin məcmusudur
Potensial ancaq istehsal gücü ilə məhdudlaşır
Strateji potensial yalnız texnologiya ilə ölçülür
Aşağıdakılardan hansının olmaması müəssisənin bazarda mövqeyini itirməsinə səbəb ola bilər?
İşçilərin sayının çoxluğu
Rəqiblərin və iqtisadi meyllərin düzgün proqnozlaşdırılmaması
Müəssisənin dövlət qeydiyyatına alınmaması
Xarici bazarlara çıxış imkanlarının artırılması
Təşkilati strukturun sabit qalması
Aşağıdakılardan hansı xarici mühitin dolayı təsir amilinə aiddir?
İstehsalçılar
İstehlakçılar
Rəqiblər
Siyasi vəziyyət
Həmkarlar təşkilatı
Makromühit təhlilində nəzərə alınan amillər arasında hansı aid deyil?
Hüquqi tənzimləmə
Müəssisədaxili təşkilati struktur
Təbii resurslar
Sosial-mədəni aspektlər
Elmi-texniki inkişaf
Xarici mühitin birbaşa təsir amilləri sırasında aşağıdakılardan hansı yer alır?
Beynəlxalq vəziyyət
Qanunlar və dövlət orqanlar
Təbii ehtiyatlar
Texnoloji infrastruktur
Sosial rifah göstəriciləri
Mikromühit təhlili zamanı aşağıdakılardan hansı araşdırılmır?
Tədarükçülər
Rəqiblər
Alıcılar
Siyasi qərarların təsiri
Vasitəçilər
Nəyə görə müəssisənin xarici mühiti daima təhlil edilməlidir?
maliyyə hesabatlarının hazırlanması üçün
Dövlət nəzarətindən yayınmaq üçün
Strateji planlaşdırmanı və inkişaf istiqamətlərini düzgün qurmaq üçün
Təşkilatdaxili iş bölgüsünü müəyyən etmək üçün
Rəqiblərlə əməkdaşlıq yaratmaq üçün
