NEW
Font size
WorksheetsKibertəhlükəsizlik 7ci sinif
Total questions: 15
Worksheet time: 9mins
İnformasiya təhlükəsizliyi nə deməkdir?
Kompüter oyunlarının qorunması
Məlumatın qorunması və icazəsiz əldə olunmasının qarşısının alınması
İnternetin sürətli işləməsi
Telefonun yaddaşının artırılması
İnformasiya təhlükəsizliyinin əsas məqsədi nədir?
Sosial şəbəkələrdə aktivlik artırmaq
Məlumatları silmək
Məlumatları qorumaq və düzgün saxlamaq
Viruslar yükləmək
İnformasiya təhlükəsizliyinin əsas prinsipləri neçə ədəddir?
2
3
4
5
Aşağıdakılardan hansılar informasiya təhlükəsizliyinin əsas prinsipləridir?
Yükləmə, yandırma, söndürmə
Konfidensiallıq, tamlıq, əlçatanlıq
Parol, antivirus, proqram
Məlumat, format, cihaz
Konfidensiallıq(Məxfilik) nədir?
Məlumatın başqaları tərəfindən sərbəst istifadəsi
Məlumatın düzgünlüyü
Məlumatın yalnız icazəli şəxslər tərəfindən görülməsi
Məlumatın internetdə paylaşılması
Tamlıq nə deməkdir?
Məlumatın parolla qorunması
Məlumatın dəyişdirilmədən və düzgün şəkildə qalması
Məlumatın tez-tez silinməsi
Məlumatın şifrələnməsi
Əlçatanlıq nə zaman pozulur?
Məlumat yükləndikdə
Kompüter açıldıqda
Lazım olan zaman məlumat əlçatan olmadıqda
Şifrə çox sadə olduqda
Aşağıdakılardan hansı şəxsi məlumat sayılır?
Günlük hava durumu
Məktəbin adresi
Şəxsiyyət vəsiqəsi seriyası
Açıq dərs cədvəli
Parol necə olmalıdır?
Qısa və asan
Ad və soyaddan ibarət
Sadəcə 123456
Mürəkkəb və yalnız sənə məlum
Fişinq nədir?
Balıq tutmaq oyunu
Sosial şəbəkədə yazı paylaşmaq
Saxta saytlar və e-poçtlarla məlumat oğurlamaq üsulu
Kompüterin yenilənməsi
Sosial mühəndislik nədir?
Tikinti layihəsi
İnsanları aldadaraq onlardan məlumat alma üsulu
Şəbəkə sürətinin artırılması
Qrafik dizayn proqramı
Aşağıdakılardan hansı daxili təhdidə nümunədir?
Zəlzələ nəticəsində kompüterin sıradan çıxması
Xaricdən viruslu proqram yüklənməsi
Şagirdin müəllim kompüterində məlumat silməsi
İnternetin işləməməsi
Xarici təhdid nədir?
Kompüterin format olunması
Proqram təminatının köhnəlməsi
Hakerin sistemə kənardan sızması
Parolun itirilməsi
Aşağıdakılardan hansı kibertəhlükə növüdür?
Məktəbin qapısının bağlı qalması
Sosial şəbəkədə şəkil paylaşmaq
Virus və zərərli proqramların kompüterə daxil olması
Kompüterin klaviaturasının pozulması
Fişinq hücumu zamanı nə baş verir?
Kompüterin ekranı sönür
Kompüter yanır
Saxta e-poçt və ya saytla şəxsi məlumatlar oğurlanır
Parol avtomatik dəyişir
