NEW
Font size
S
M
L
XL
WorksheetsDestinasiya
Total questions: 30
Worksheet time: 18mins
Name
Class
Date
1.
Allosentrik turistlər üçün hansı xüsusiyyət xarakterik deyil?
a)
Dəbdəbəli xidmətlər tələb etmək
b)
Yeni yerlər kəşf etmək
c)
Sadə qonaqlama yerlərinə üstünlük vermək
d)
Xarici mədəniyyətlərlə maraqlanmaq
e)
Macəraçı ruha sahib olmaq
2.
Psixosentrik turistlər əsasən hansı tip turlara üstünlük verirlər?
a)
“Hər şey daxil” paket turları
b)
Ekspedisiyalar
c)
Dağ yürüşləri
d)
Motosikletlə səyahət
e)
Çadır kampinqi
3.
Hansı mərhələdə destinasiya sakinləri destinasiyanın layihələndirilməsində iştirak etmədən sadəcə məlumatlandırılırlar?
a)
Süni
b)
Kortəbii
c)
Məcburi
d)
İnteqrasiya
e)
İkili yanaşma
4.
Turizm destinasiyalarının yaşam dövrü modelinə görə “midsentriklər” hansı mərhələdə destinasiyaya maraq göstərməyə başlayır?
a)
İnkişaf
b)
Araşdırma
c)
Tənəzzül
d)
Durğunluq
e)
Bərpa
5.
İcma əsaslı destinasiyaların inkişafında hansı yanaşma daha dayanıqlı sayılır?
a)
Kortəbii
b)
Süni
c)
Məcburi
d)
Tək tərəfli
e)
Qərarverici
6.
Aşağıdakılardan hansı “bağlılıq” reaksiyasına uyğun gəlir?
a)
Turizm proseslərinin fəal hissəsi olmaq
b)
Turistləri imitasiya etmək
c)
Sadəcə iqtisadi maraqla turizmə yaxınlaşmaq
d)
Turistlərə qarşı laqeydlik
e)
Qonaqlara soyuq münasibət göstərmək
7.
“Allosentriklər” termini turizm ədəbiyyatına kim tərəfindən daxil edilmişdir?
a)
Stanley Plog
b)
Demirer Holding
c)
Euromonitor International
d)
Mark Elliot
e)
Thomas Cook
8.
Aşağıdakılardan hansı “İcma Əsaslı Destinasiyalar” modelinin əsas xüsusiyyətlərindən biri deyil?
a)
Yalnız xarici turistlər üçün marketinq planlaması
b)
İcmanın adət-ənənələrinə diqqət
c)
İcma iştirakçılığının stimullaşdırılması
d)
QHT-lərlə əməkdaşlıq
e)
Dayanıqlı ictimai maraq
9.
Destinasiyanın populyarlığının azaldığı mərhələdə hansı turist tipi onu ziyarət etməyə davam edə bilər?
a)
Psixosentriklər
b)
Allosentriklər
c)
Midsentriklər
d)
Ekosentriklər
e)
Yerli turistlər
10.
Emik yanaşma turizmdə nəyi əsas götürür?
a)
Yerli əhali qruplarının ehtiyac və maraqlarını
b)
Xarici turistlərin komfortunu
c)
Yalnız iqtisadi gəliri
d)
Sadəcə müasir infrastruktur qurulmasını
e)
Otel və restoranların sayının artırılmasını
11.
Emik və Etik yanaşmanın əsas fərqi nədir?
a)
Emik yerli əhali, Etik isə kənar ziyarətçilərə fokuslanır
b)
Emik iqtisadi, Etik isə ekoloji yanaşmadır
c)
Emik müasir, Etik isə ənənəvi turizmi əhatə edir
d)
Emik reklam yönümlü, Etik isə sosial yönümlüdür
e)
Emik qısamüddətli, Etik isə uzunmüddətli planlamadır
12.
Aşağıdakılardan hansi biri emik destinasiyaya nümunədir?
a)
Zaqatala bazarı
b)
Park Bulvar
c)
Bazarstore
d)
Metadore
e)
Domino’s Pizza
13.
Emik turizmin üstünlüklərindən biri hansıdır?
a)
İrsin qorunmasını təmin etməsi
b)
Turistlər üçün vahid yemək menyusu təklif etməsi
c)
Beynəlxalq fast-food brendlərinin artması
d)
Əcnəbilərə yönəlmiş reklam kampaniyaları
e)
Lüks otel və resortların tikilməsi
14.
Emik turizmin məqsədi nədir?
a)
Yerli əhalinin rifahını və həyat keyfiyyətini artırmaq
b)
Yalnız valyuta gəliri əldə etmək
c)
Xarici brendlərin bölgəyə gətirilməsi
d)
Turistlərə komfortlu alış-veriş mühiti yaratmaq
e)
Yalnız gənc turistləri cəlb etmək
15.
Emik yanaşma ilə təşkil olunmuş destinasiya hansı hallarda cəlbedici olur?
a)
Ziyarətçilərin ehtiyaclarına uyğun gəldikdə
b)
Yalnız beynəlxalq standartlara uyğun olduqda
c)
Lüks otellərlə təmin olunduqda
d)
Brend mağazaların çoxluğu ilə
e)
Xarici dillərdə xidmət göstərildikdə
16.
Hansı məkan Etik destinasiyaya nümunə ola bilər?
a)
Park Bulvar
b)
Zaqatala bazarı
c)
Yaşıl bazar
d)
Əliabad bazarı
e)
Quba alma festivalı
17.
Emik turizm strategiyalarından biri hansıdır?
a)
Yerli materiallar və üslublardan istifadə
b)
Xarici investorların cəlbi
c)
Brend restoranların açılması
d)
Otellərin beynəlxalq şəbəkələrə qoşulması
e)
Mövcud ənənələrin dəyişdirilməsi
18.
UNESKO-nun yaradıcı turizm üçün tərifi hansı əsas elementi vurğulayır?
a)
Aktiv və həqiqi səfər elementləri ilə mədəni irslə tanışlıq
b)
Muzey və abidələrin ziyarəti
c)
Yalnız incəsənət festivalları
d)
Ənənəvi bazarların gəzintisi
e)
Otel xidmətlərinin qiymətləndirilməsi
19.
Yaradıcı turizm nəyi əhatə edir?
a)
Qeyri-maddi irslə aktiv tanışlığı
b)
Təkcə təbiət mənzərələrinin izlənməsini
c)
Yalnız maddi irs yerlərinin ziyarətini
d)
Otellərdə konsertlərin izlənməsini
e)
Klassik muzey ekskursiyalarını
20.
“Çiy məhsul” termini yaradıcı turizmdə nəyi ifadə edir?
a)
Turistlərin məhsulu özləri yaratması
b)
Hazır məhsulun ziyarətçilərə təqdim edilməsi
c)
Turistlərin məhsulu dadması
d)
Təbiətə baxış ekskursiyası
e)
Gəzinti zamanı foto çəkilişi
21.
Bişmiş məhsulun misalını göstərin.
a)
Muzey ziyarəti
b)
Alma yığımı
c)
Qəlyanaltı hazırlığı
d)
Toxuculuq fəaliyyəti
e)
Qab hazırlama dərsi
22.
REALC modelində "R" nə deməkdir?
a)
Rewarding (Mükafatlandıran)
b)
Relaxing
c)
Refreshing
d)
Reliable
e)
Rational
23.
Aşağıdakılardan hansı yaradıcı destinasiya inkişafının ilk addımıdır?
a)
Mövcud yaradıcılıq və infrastrukturun inventarlaşması
b)
Turistlərin təhlili
c)
Xarici sərmayədarların cəlb olunması
d)
Rəqəmsal reklamların verilməsi
e)
Otel tikintisinə başlamaq
24.
Aşağıdakılardan hansı yaradıcı destinasiyanın xüsusiyyətidir?
a)
Proaktiv iştirak
b)
Yalnız baxış turizmi
c)
Passiv müşahidə
d)
Repetitiv turizm
e)
Yalnız lüks otellər
25.
Aşağıdakılardan hansı yaradıcı turizm fəaliyyətinə aiddir?
a)
Dulusçuluq dərsi
b)
Muzey turu
c)
Qala divarlarının baxışı
d)
Otel konserti
e)
Yalnız foto çəkilişi
26.
Avropa Komissiyasının yaradıcı şəhərləri qiymətləndirmə meyarlarından biri hansıdır?
a)
Yaradıcı iqtisadiyyat
b)
Otel sayı
c)
Hava limanlarının sayı
d)
Gəzinti marşrutları
e)
İqlim şəraiti
27.
YUNESKO-nun yaradıcı şəhərlər şəbəkəsinə Azərbaycandan hansı şəhərlər daxildir?
a)
Bakı və Şəki
b)
Gəncə və Quba
c)
Lənkəran və Qusar
d)
Sumqayıt və Mingəçevir
e)
Qəbələ və Şamaxı
28.
Sakit destinasiya konsepsiyası hansı ölkədə yaranmışdır?
a)
İtaliya
b)
Fransa
c)
Yunanıstan
d)
İspaniya
e)
Portuqaliya
29.
Cittaslow sertifikatı almaq üçün hansı əsas şərt mövcuddur?
a)
72 prinsipin ən azı yarısını yerinə yetirmək
b)
10 otel açmaq
c)
Yalnız yerli icra hakimiyyətinin razılığı
d)
Beynəlxalq sərmayə cəlbi
e)
Ən az 100 min turist qəbul etmək
30.
Sakit turizmdə “yerli icmanın hazırlanması” dedikdə nə nəzərdə tutulur?
a)
Təlimlər və dəstək proqramları
b)
Xarici turist axınının azaldılması
c)
Yalnız restoranların açılması
d)
Otellərin lisenziyalaşdırılması
e)
Avtomobil yollarının tikintisi
Reset
