wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

1-RME-AZE-M3

Total questions: 7

Worksheet time: 8mins

Name
Class
Date
1.

1. “Klonlama” üsuli ilə plagiarizm dedikdə nə başa düşülür?

a)

Hansısa müəllifin elmi işindən müəyyən hissələri nüsxələyərək öz elmi işində tətbiq etmək

b)

Öz keçmiş elmi işlərinə istinad verərək istifadə etmək

c)

Hər hansı bir elmi işi tamamilə köçürmək

d)

Səhifələmələrin və intervalların dissertasiyada pozulması

e)

Titul səhifəsinin yanlış formalaşdırılması

2.

2. Ədəbiyyat axtarışı elmi işin hansı hissəsinə daxil edilə bilər?

a)

      Əsasən xülasə (annotasiya) hissəsində yer alır.

b)

.      Ədəbiyyat axtarışı elmi işin heç bir hissəsində istifadə edilmir.

c)

      Dissertasiyanın bütün fəsillərində, əsasən də birinci fəsildə öz əksini tapır

d)

     Ədəbiyyat axtarışı yalnız istinadlar siyahısına əlavə edilir.

e)

    Ədəbiyyat axtarışı yalnız giriş hissəsində yazılır, digər bölmələrdə istifadəsi qadağandır.

3.

3. Aşağıdakı ardıcıllıqlardan hansı onun tədqiqat planını düzgün əks etdirir?

a)

  Tədqiqat metodları → Nəticələr və müzakirə → Ədəbiyyat icmalı → Giriş → Nəticə və təkliflər

b)

     Giriş → Nəticələr və müzakirə → Ədəbiyyat icmalı → Tədqiqat metodları → Nəticə və təkliflər

c)

     Nəticə və təkliflər → Tədqiqat metodları → Giriş → Ədəbiyyat icmalı → Nəticələr və müzakirə

d)

      Ədəbiyyat icmalı → Giriş → Tədqiqat metodları → Nəticələr və müzakirə → Nəticə və təkliflər

e)

    Giriş → Ədəbiyyat icmalı → Tədqiqat metodları → Nəticələr və müzakirə → Nəticə və təkliflər

4.

4. Açar sözlər tədqiqat işində hansı funksiyanı yerinə yetirir?

a)

    Yalnız müəllifin şəxsi fikirlərini ifadə edir

b)

  Yalnız tədqiqat metodlarını təsvir edir

c)

    Məqalənin tam məzmununu ətraflı izah edir

d)

   Tədqiqatın əsas mövzusunu və konsepsiyalarını əhatə edir

e)

    Yalnız tədqiqat metodlarını təsvir edir

5.

5. Dissertasiya işində dəqiqliyi təmin etmək üçün hansı qaydaya riayət edilməlidir?

a)

   Bir ifadə mümkün qədər çox mənalı olmalıdır.

b)

  Sözlərin mənası oxucu tərəfindən sərbəst yozula bilər.

c)

Terminlər bədii ifadələrlə əvəz edilməlidir.

d)

   Hər anlayış üçün bir neçə fərqli izah təqdim edilməlidir.

e)

  Eyni cümlədə sinonim terminlərdən istifadə olunmamalıdır.

6.

6. Aynur AzTU-da magistr təhsili alır və digər 4 nəfər magistr tələbə yoldaşı ilə birlikdə tədqiqat işini yekunlaşdırmışdır və giriş hissəni yazmaq istəyir. Hansı ifadə tədqiqatın giriş hissəsi üçün ən uyğun təsvir edilir?

a)

Giriş hissəsində mövzunun məqsəd və vəzifələri qeyd olunur.

b)

Mövzu ilə bağlı istənilən məlumat giriş hissəsinə daxil edilə bilər.

c)

Giriş hissəsi yalnız mövzunu təqdim etmək üçündür, əlavə izaha ehtiyac yoxdur.

d)

Giriş hissəsində əsasən tədqiqatın nəticələri təqdim olunur

e)

Giriş hissəsində mövzunun aktuallığı qeyd olunur

7.

7. Vəfa AzTU-da magistr təhsili alır və digər 4 nəfər magistr tələbə yoldaşı ilə birlikdə magistr dissertasiya-tədqiqat layihəsini artıq tamamlamışlar. Daha sonra dissertasiya işinin birinci fəsilini oxuduqları elmi mənbələri analiz edib xülasə formasında yazmalıdırlar. Xülasə yazarkən əsas diqqət nəyə yönəldilməlidir?

a)

Məqalənin əsas hissələri qısa formada daxil edilməlidir

b)

Tədqiqatın bütün detalları xülasədə açıqlanmalıdır.

c)

Məqalənin mövzusunu mümkün qədər geniş formada təqdim etmək

d)

Yalnız tədqiqat metodlarına diqqət yetirilməlidir.

e)

Əsas nəticələri və tövsiyələri qısaca təqdim edilməlidir