Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Dil qaydaları (4-cü sinif ümumi təkrar) Yarışma

Total questions: 20

Worksheet time: 37mins

Name
Class
Date
1.

Hansı cümlənin xəbəri sayla ifadə olunub?

a)

Sənin maaşın nə qədərdir?

b)

Uşaqlar xeyli ağac əkdilər.

c)

Mənim sevdiyim rəqəm yeddidir.

d)

Beşinci sinifdə oxuyan Günay mənim bacımdır.

2.

Hansı bənddə çoxmənalı söz hər iki birləşmədə həqiqi mənada işlənmişdir?

a)

oğlanın qolu - çayın qolu

b)

acı istiot - acı söz

c)

uşağın ayağı - toyuğun ayağı

d)

pulunu itirmək - ağlını itirmək

3.

Gülü sevən, tikanına dözər.

Verilmiş atalar sözündə altından xətt çəkilmiş sözlər ismin hansı halında işlənib?

a)

Adlıq, yönlük

b)

Təsirlik, yönlük

c)

Yönlük, çıxışlıq

d)

Təsirlik, yerlik

4.

Cümlələrdən birində vergül işarəsi buraxılıb:

a)

Almaz və Gülnar sinfin əlaçılarıdır.

b)

Bu bizim ən sevdiyimiz filmdir.

c)

Uşaqlar meşədən göbələk böyürtkən və çiyələk yığdılar.

d)

Mənim nənəmin adı Bənövşədir.

5.

Hansı cümlədə zərf yoxdur?

a)

Bu gün önəmli gündür.

b)

Axşam babam bizə gəldi.

c)

Dünən çox gülməli filmə baxmışıq.

d)

Şagirdlər xeyli kitab oxudular.

6.

Hansı cümlədə həm ismi, həm də feili birləşmə var?

a)

Mənim hobbim musiqi dinləməkdir.

b)

Məktəbə gedəndə yolda it gördüm.

c)

Məktəbin yolu palçıqlı idi.

d)

Yemək bişirən qadın polis idi.

7.

"Yadda saxlamaq" frazeoloji birləşməsinin sinonimi hansıdır?

a)

ağzı açıla qalmaq

b)

can qoymaq

c)

başına iş gəlmək

d)

qulağında sırğa etmək

8.

Sən dərslərini necə oxuyursan? cümləsində sual əvəzliyi hansı nitq hissəsini əvəz edib?

a)

şəxs əvəzliyini

b)

sifəti

c)

zərfi

d)

feili

9.

Hansı azaltma dərəcəsində olan sifət səhv yazılıb?

a)

tünd yaşıl

b)

açıq-sarı

c)

alaçiy

d)

mürəkkəb

10.

Hansı cümlədə səhv yazılmış söz var?

a)

A.Şaiq uşaqlar üçün şeirlər yazıb.

b)

Onun həyatında bəzi problemlər var.

c)

İşığa qənayət etmək lazımdır.

d)

Həkim xəstəni müalicə etdi.

11.

Tərkibində yalnız dodaqlanan, incə saitlər olan sözü seç.

a)

hörümçək

b)

qoğal

c)

süpürmək

d)

ömür

12.

Hansı cərgədəki sözə saitlə başlanan şəkilçi qoşulduqda sözün sonundakı samit dəyişmir?

a)

qonaq

b)

yataq

c)

külək

d)

şəfəq

13.

Hansı sözdə leksik şəkilçi var?

a)

bacı

b)

maraqlı

c)

kitabın

d)

göbələklər

14.

Tərkibində şəxsə və zamana görə dəyişməyən feil işlənmiş cümləni seç.

a)

Oturacaq yağışdan sonra yaş idi.

b)

İşçi restorandakı boşqabları sındırdı.

c)

Köhnə dostum bizə gələndə mən çox sevindim.

d)

Ü.Hacıbəyli çox dəyərli bəstəkarımız olub.

15.

Hansı bənddə mürəkkəb cümlə verilib?

a)

Ayan kitablarını toplayıb məktəbə getdi.

b)

Mənim anam məktəb direktorudur.

c)

Çəmənlikdə quzular otlayır, su içir, mələşirdilər.

d)

Mən yolda atamla rastlaşdım və biz birlikdə evə qayıtdıq.

16.

Hansı məlumat yanlışdır?

a)

Dialoq zamanı tire işarəsindən istifadə olunur.

b)

Durğu işarələrinə nümunə olaraq vergül, dırnaqlar, defis və s. göstərmək olar.

c)

Sitatların yazılışında dırnaqlardan istifadə olunur.

d)

Yazıda tarixi qısa şəkildə ifadə etmək üçün nöqtədən istifadə olunur.

17.

Mənim ən sevdiyim idman növü, əlbəttə, futboldur cümləsində hansı köməkçi nitq hissələri işlənib?

a)

modal sözlər və bağlayıcı

b)

ədat və bağlayıcı

c)

qoşma və modal söz

d)

ədat və modal söz

18.

Hansı cümlədə ki ədatdır?

a)

Mən ki sənə çox güvənirdim.

b)

Sözümü bitirdim ki, sən də sözünü deyəsən.

c)

Mən görürəm ki, müəllim şagirdlərini çox istəyir.

d)

Demişdim ki, sabah yağış yağacaq.

19.

Cümlədə altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar?

Həkim dedi ki, ancaq kənd məhsulları yeməlisən.

a)

amma

b)

lakin

c)

yalnız

d)

ona görə

20.

Mən dəftərxanadan kitab üzü aldım cümləsində mübtəda nə ilə ifadə olunub?

a)

isim

b)

sifət

c)

söz birləşməsi

d)

əvəzlik