WorksheetsTirist davranışı və psixologiyası
Total questions: 20
Worksheet time: 8mins
Psixologiyanın ilk laboratoriyası kim tərəfindən yaradılmışdır?
Ziqmund Freyd
İvan Pavlov
Vilhelm VunEth
Karl Yaspers
Psixologiyanın müasir tərifi aşağıdakılardan hansıdır?
Şüurun introspektiv tədqiqidir
Psixikanın inkişafı və fəaliyyət qanunları haqqında elmdir
Yalnız davranışların müşahidəsidir
İnsan orqanizminin fizioloji funksiyalarını izah edən elm
Psixologiyada “obyekt” və “subyekt” anlayışları necə izah olunur?
Obyekt – dərk edən; Subyekt – təsvir edilən
Obyekt – fikirləşən insan; Subyekt – ətraf mühit
Obyekt – eksperimentator; Subyekt – müşahidə olunan şəxs
Obyekt – insanın təsir etdiyi cisim; Subyekt – dərk edən və dəyişən insan
Psixologiya elminin predmetini təşkil edən hadisələrin əsas xüsusiyyəti nədir?
Asan müşahidə olunmaları
Maddi obyektlərə aid olmaları
Mürəkkəb və çətin dərk olunmaları
Sadə və gündəlik olması
Psixi hadisələr hansı əsas qruplara bölünür?
Bioloji, sosial, mədəni
Psixi proseslər, psixi hallar, psixi xassələr
Hisslər, fikirlər, davranışlar
Şüurlu, şüursuz, yarımşüurlu
Ta qədim zamanlardan insanlar bir-birini necə xarakterizə etməyə çalışıblar?
Yaşlarına görə
Fiziki güclərinə görə
Psixoloji xüsusiyyətlərinə görə
İntellekt səviyyəsinə görə
Psixi proseslərin əsas fərqləndirici xüsusiyyəti hansıdır?
Başlanğıc, gediş və sonluğa malik olması
Onların passiv xarakter daşıması
Sabit və dəyişməz olması
Müstəqil şəkildə formalaşması
Aşağıdakılardan hansılar iradi proseslərə xas olan xüsusiyyətlərdəndir?
Gerçəkliyin qavranılması və düşüncə formalaşması
Emosional təəssürat və psixoloji gərginlik
Qərar qəbuletmə, çətinlikləri dəf etmə, davranışı idarəetmə
Duyğu orqanlarının təsiri ilə yaranan ilkin siqnallar
Psixi hallar ilə psixi proseslər arasındakı fərqi daha düzgün ifadə edən variant hansıdır?
Psixi hallar vəziyyəti xarakterizə edir, psixi proseslər isə davranışı formalaşdırır
Psixi hallar qısa müddətli, psixi proseslər uzunmüddətlidir
Psixi hallar davranışı istiqamətləndirir, psixi proseslər isə təxəyyülə təsir edir
Psixi hallar yalnız müsbət emosiyalarla bağlıdır, proseslər isə neqativlə
Aşağıdakılardan hansı idrak proseslərinə aid DEYİLDİR?
Təxəyyül
Nitq
Qavrayış
Qorxu
Psixi xassələrin fərdi xüsusiyyətlərə təsirini düzgün izah edən variant hansıdır?
Psixi xassələr yalnız davranışı müəyyən edir
Psixi xassələrin inkişaf səviyyəsi fərdiyyətin və təkrarolunmazlığın əsasını təşkil edir
Psixi xassələr müvəqqəti emosiyalara əsaslanır
Psixi xassələr yalnız təlim və tərbiyə yolu ilə formalaşır
Aşağıdakılardan hansılar şəxsiyyətin psixi xassələrinə AİD DEYİLDİR?
İntellekt, duyğu, diqqət
Xarakter
Qabiliyyətlər
Temperament
Psixologiyada tədqiqat metodlarının birinci qrupuna aid olan və TƏŞKİLATI metodlar adlandırılan üsullar hansılardır?
Eksperiment, müşahidə, introspeksiya
Psixodiaqnostika, sorğu, müsahibə
Müqayisəli, uzunmüddətli və kompleks metodlar
Fəaliyyətin məhsulunun təhlili, bioqrafik metodlar
Empirik metodun əsas xüsusiyyəti nədən ibarətdir?
Təcrübəyə əsaslanan və obyektiv qanunların aşkarlanmasına kömək etməsi
Subyektiv yanaşmalara əsaslanması
Müşahidə və təxəyyüllə məhdudlaşması
Nəzəri nəticələrin əvvəlcədən qəbul edilməsi
Empirik tədqiqat metodunun nəzəri tədqiqat metodundan əsas üstünlüyü nədədir?
Daha tez nəticə verməsi
İnsan duyğu orqanlarına əsaslanması və məlumatların daha etibarlı sayılması
Az məlumatla işləməsi
Qeyri-obyektiv proseslərin öyrənilməsində istifadəsi
Aşağıdakılardan hansı empirik tədqiqat metoduna aid DEYİLDİR?
Eksperiment
Ölçmə
Müqayisə
Analiz və sintez
Elmi müşahidənin əsas şərtləri arasında YALNIŞ olan variantı seçin:
Müşahidə məqsədyönlü və mütəşəkkil olmalıdır
Müşahidə təbiilik prinsipinə uyğun həyata keçirilməlidir
Müşahidə subyektin şəxsi təəssüratları ilə aparılmalıdır
Müşahidənin nəticələri digər metodlarla yoxlanıla bilməlidir
Müqayisə metodunun səmərəli tətbiq olunması üçün əsas şərtlərdən biri hansıdır?
Müqayisə yalnız fərqli obyektlər arasında aparılmalıdır
Müqayisə mütləq say çoxluğu olan obyektlər üzərində aparılmalıdır
Müqayisə yalnız təcrübəli psixoloqlar tərəfindən aparılmalıdır
Müqayisə ümumi və əsas xüsusiyyətlərə görə aparılmalıdır
Aşağıdakılardan hansı eksperiment metodunu müşahidə metodundan fərqləndirən əsas xüsusiyyətdir?
Daha çox subyektivliyə yol verir
Hadisələrin təbii şəraitdə öyrənilməsini təmin edir
Hadisələrin süni və təkrarlana bilən şəraitdə öyrənilməsinə imkan verir
Eksperiment uzun müddətli tədqiqat üçün uyğundur
Şifahi sorğunu yazılı sorğudan fərqləndirən əsas üstünlük nədir?
Respondentlərin reaksiyalarına əsaslanaraq sualları tənzimləmək imkanı
Sorğunun nəticələrinin tam obyektiv olması
Daha çox insana tətbiq olunması
Daha az vaxta ehtiyac duyulması
