wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Ümumi təkrar

Total questions: 15

Worksheet time: 30mins

Name
Class
Date
1.

Hansı ədədin üzərinə 70 əlavə edib nəticəni 8-ə bölsən, qismət 20 olar?

a)

80

b)

90

c)

40

d)

60

2.

Baba və nəvənin yaşlarının cəmi 80-dir. Babanın yaşı nəvənin yaşından 4 dəfə çoxdur. Nəvənin neçə yaşı var?

a)

16

b)

20

c)

24

d)

10

3.

947371 ədədindəki 4 rəqəminin mərtəbə qiyməti neçədir?

a)

40000

b)

400000

c)

4000

d)

400

4.

Məktəb ləvazimatları mağazasında il ərzində 980 dəftər, dəftərdən 1458 ədəd çox qələm satılmışdır. İl ərzində cəmi neçə ləvazimat satılmışdır?

a)

2438

b)

2538

c)

3418

d)

3318

5.

(x+18) x 12 = 960

X-i tapın

a)

72

b)

62

c)

98

d)

93

6.

Velosipedçi 3 saata 27 km yol getdi. Sürəti velosipedçinin sürətindən 5 dəfə böyük olan motosikletçi 4 saata nə qədər yol gedər?

a)

45

b)

405

c)

200

d)

180

7.

Kvadratın sahəsi 64 sm2-dir. Onun perimetrini hesablayın.

a)

256

b)

64

c)

32

d)

16

8.

Kompüterin qiyməti 1249 manatdır. Alıcı əvvəlcə 365 manat ödəyir və qalan məbləği 4 aya hissəli ödəyəcəyini qeyd edir. Alıcı hər ay nə qədər ödəniş etməlidir?

a)

200 manat

b)

231 manat

c)

221 manat

d)

241 manat

9.

x : 12 = 25 (q 9) olarsa, x-i tapın.

a)

309

b)

300

c)

308

d)

209

10.

Aşağıdakılardan hansı 45 sm-ə bərabər deyil?

a)

4 m 5 sm

b)

4 dm 5 sm

c)

450 mm

d)

0,45 m

11.

Nurlan hazırladığı robot modeli üçün dünən biri 4 manatdan 8 ədəd, bu gün isə 14 ədəd detal aldı. Nurlan detallara cəmi nə qədər pul verdi?

a)

36 manat

b)

56 manat

c)

78 manat

d)

88 manat

12.

Düzbucaqlı formasında olan tarlanın perimetri 1800 metrdir. Onun eni 400 metr olarsa, uzunluğunu tapın.

a)

700 m

b)

500 m

c)

600 m

d)

450 m

13.

9 dəftər və bir neçə qələm üçün 13,2 manat pul verdilər. Bir dəftərin qiyməti 1,2 manat, bir qələmin qiyməti 0,6 manat olarsa, neçə qələm alınmışdır?

a)

3

b)

4

c)

5

d)

6

14.

Düzgün yuvarlaqlaşdırmanı göstərin:

a)

4654=4600

b)

3698=3800

c)

6914=6920

d)

8914=9000

15.

2 kvadrat və 1 dairəni yan-yana düzməklə ornament düzəldilir. Əgər bu ornamentdə 8 dairə istifadə olunubsa, neçə kvadrat istifadə olunub?

a)

4

b)

8

c)

6

d)

16