wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Qasımova Aytəkin

Total questions: 25

Worksheet time: 23mins

Name
Class
Date
1.

1823-cü  ildə Qacarların müqavilə bağladığı dövlət:

a)

Rusiya

b)

İngiltərə

c)

Osmanlı

d)

Fransa

2.

1828-ci ildə ruslar tərəfindən ələ keçirilən Azərbaycan şəhərləri:

1.Təbriz     2.İrəvan     3.Urmiya     4.Naxçıvan     5.Ərdəbil

a)

1, 5    

b)

2, 3     

c)

3, 5     

d)

2, 4

3.

Türkmənçay müqaviləsinə aid deyil:

a)

Qacarlar dövləti Rusiyaya təzminat ödəməli idi

b)

16 maddədən ibarət idi

c)

Qacarlar Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı

d)

İrəvan və Naxçıvan xanlıqları Qacarlar dövlətinə tabe edilirdi

4.

Qarabağ  və Şamaxı  xanlıqları üçün oxşar xüsusiyyət:

 

1.İşğalın birinci mərhələsində əyalət şurasının təşkil edilməsi

2.Eyni ildə Rusiya tabeliyinə keçmələri

3.İşğalın ilk mərhələsində daxili müstəqilliyinin saxlanılması

4.İkinci Rusiya-Qacarlar müharibəsi dövründə işğal olunmaları

a)

1,2

b)

2,4

c)

3,4

d)

2,3

5.

Ermənilərin Şimali Azərbaycan ərazisinə köçürülməsini nəzərdə tutan müqavilələr:

a)

Buxarest , Gülüstan         

b)

Gülüstan , Türkmənçay

c)

Kürəkçay, Türkmənçay

d)

Türkmənçay, Ədirnə       

6.

Yerli bəylərdən ibarət əyalət şurası təşkil olunmuşdu:

a)

Qubada  

b)

Bakıda  

c)

Şamaxıda

d)

Lənkəranda

7.

1826-ci ildə ruslarla Qacar ordusu arasında baş vermiş döyüşlər:

1.Cavanbulaq     2.Aslandüz     3.Gəncə    

4.Sərdərabad     5.Şəmkir

a)

1, 5    

b)

3, 5     

c)

2, 3     

d)

2, 4

8.

Uyğunsuzluğu müəyyən edin:

a)

”Andlı öhdəlik” –    Car-Balakən camaatlığı - Rusiya

b)

Ədirnə müqaviləsi – Osmanlı – Rusiya

c)

Kürəkçay müqaviləsi – Gəncə xanlığı - Rusiya

d)

Türkmənçay müqaviləsi – Qacarlar  - Rusiya

9.

Gülüstan və Türkmənçay müqavilələrinin oxşar cəhətlərini seç:

         1.Rusiya ilə Qacarlar arasında imzalanmaları

        2. XIX əsrin 20-ci illərində imzalanmaları

     3.    Azərbaycan torpaqlarının bir hissəsinin Rusiya

         tərəfindən işğalı

   4.      Qacarların təzminat ödəməsi

      5.   Xəzər dənizində hərbi donanma saxlamaq

         hüququnun Rusiyaya verilməsi

          

a)

125

b)

234

c)

135

d)

345

10.

Göy Məscid və Sərdar sarayını tikilmişdi:

 

a)

Bakıda

b)

Lənkəranda

c)

Naxçıvan

d)

İrəvan

11.

.”Şimal ittifaqı”na daxil deyildi: 

a)

Danimarka   

b)

Osmanlı   

c)

Rusiya

d)

Saksoniya

12.

Rusiya Baltik dənizinə çıxış əldə etdi:

a)

Niştadt sülhünə görə

b)

Kişik Qaynarca sülhünə görə

c)

Yassı müqaviləsinə görə

d)

Belqrad sülhünə görə

13.

1654-cü ildə Rusiya Ukrayna uğrunda müharibəyə başladı:

a)

Osmanlı ilə      

b)

İsveçlə    

c)

Reç Pospolita ilə

d)

Avstriya ilə      

14.

Rusiyanın  bağladığı müqavilələrin ardıcıllığını müəyyən edin:

 

1.Niştadt     2.Yassı      3.Kiçik Qaynarca      4.Prut

 

a)

2134

b)

1234

c)

3421

d)

4132

15.

.I Pyotrun Rusiyada keçirdiyi hərbi islahat nəticəsində:                                                                                

1.Ordunun əsasını daimi piyada və süvari birləşmələri təşkil etdi                       

2.Senat yaradıldı

3.Könüllülük prinsipi əsasında ordu yaradıldı

4.İk hərbi donanma yaradıldı

a)

14

b)

24

c)

34

d)

23

16.

Rusiya bazarlarında pərakəndə mal satmaq xarici tacirlərə qadağan edilirdi:

a)

I Pyotrun islahatlarına görə

b)

Məclis qanunnnaməsinə görə

c)

Yeni ticarət nizamnaməsi”nə görə

d)

Kiçik Qaynarca sülhünün şərtlərinə görə

17.

Quba və Urmiya xanlıqlarının oxşar cəhətlərinə aiddir:

a)

Şəki xanlığının asılı hala salınması

b)

Əfşarlar sülaləsinin nümayəndələri tərəfindən idarə edilməsi

c)

Qarabağ xanlığına uğursuz yürüş edilməsi

d)

Rusiyadan hərbi yardımın alınması

18.

. Səfəvi dövlətinin 16-cı yüzillik və 18-ci yüzillik tarixlərinə aid oxşar cəhətdir:

a)

Rusiya işğalına qarşı mübarizə aparılması

b)

Osmanlı qoşunlarının tutduğu əraziləri tərk etməyə məcbur olması

c)

Misir Məmlük dövləti ilə geniş əlaqələrə sahib olması

d)

Qızılbaş tayfalarının dövlət idarəsindəki əhəmiyyətini itirməsi

19.

Göstərilən məsələlər hansı hökmdarın vaxtında Səfəvilər dövlətinin xarici siyasətinin əsas istiqamətləri idi: 

- Osmanlı işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək;

- Hörmüzü portuqallardan təmizləmək

a)

I Şah İsmayıl    

b)

I Təhmasib     

c)

I Şah Abbas

d)

I Şah Səfi          

20.

Auqsburq  sülhünün nəticələrinə aid olanları seçin:

 

1.Fransada  katolikliklə yanaşı kalvinizm də rəsmiləşdirildi

2.Almaniyada katolik kilsəsinin bölünməsi rəsmi olaraq qəbul edildi

3.Təbəələrə öz dinini seçmək hüququ verildi

4.Üç yüzdən çox alman dövlətinin müstəqilliyi hüququ tanındı

a)

12

b)

23

c)

34

d)

14

21.

İngiltərə kral hakimiyyətinin ləğv olunduğu ildə Rusiyada

a)

Məclis Qanunnaməsi tərtib edildi

b)

Təhkimçiliq hüququ ləğv edildi

c)

Zemstvo islahatı keçirildi

d)

Yeni ticarət nizamnaməsi qəbul edildi

22.

Xanlıqlar dövründə kəndli qrupuna daxil deyildilər:

a)

Rəiyyət

b)

Elbəyilər

c)

Rəncbərlər 

d)

Elatlar

23.

XVIII əsrin sonlarında Xudafərin körpüsü sökülmüşdü:

a)

Ağa Məhəmməd xan Qacar tərəfindən

b)

Gürcülər tərəfindən

c)

İbrahimxəlil xan tərəfindən

d)

Pənahəli xan tərəfindən

 

24.

Uyğunluğu müəyyən edin:

 

1.Çöpbaşı

2.Malcəhət

3.Rəhdari

4.Bağbaşı

 

a.Xanlıqlarda əsas vergi sayılırdı

b.Kəndli bağlarından toplanılırdı

c.Otlaqlardan istifadə müqabilində alınırdı

d.Daxili gömrük vergisi idi

a)

1c 2a 3d 4b

b)

1c 2a 3b 4d

c)

1a 2b 3c 4d

d)

1b 2c 3d 4a

25.

ABŞ-da konstitusiyanın qəbul edilməsi

a)

1773

b)

1787

c)

1791

d)

1776

Similar Resources on Wayground