WorksheetsCSS - Exam
Total questions: 33
Worksheet time: 37mins
1. CSS nə üçün istifadə olunur?
A) Sayta məzmun əlavə etmək üçün
B) Saytda məlumat saxlamaq üçün
C) Saytın görünüşünü tənzimləmək üçün
D) Saytda axtarış etmək üçün
2. Aşağıdakılardan hansı CSS sintaksisidir?
A) <h1> color: red; </h1>
B) h1 { color: red; }
C) {h1: color = red}
D) color(h1: red);
3. CSS faylını HTML-ə necə əlavə edirik?
A) <script src="style.css">
B) <css href="style.css">
C) <style src="style.css">
D)<link rel="stylesheet" href="style.css">
4. margin nə edir?
A) Elementin iç hissəsini doldurur
B) Font ölçüsünü dəyişir
C) Elementlə digər element arasında məsafə yaradır
D) Mətni sağa çəkir
5. Hansı dəyər position üçün düzgün deyil?
A) Float
B) Absolute
C) Relative
D) Static
6. box-sizing: border-box; nə edir?
A) Margin-i sıfırlayır
B) Padding və border-i elementin ölçüsünə daxil edir
C) Yalnız border-i elementin ölçüsünə daxil edir
D) Elementin ölçüsünü 100% edir
7. CSS-də em və rem vahidlərinin əsas fərqi nədir?
A)em parent font ölçüsünə əsaslanır, rem isə root font ölçüsünə
B) rem parent font ölçüsünə əsaslanır, em isə root font ölçüsünə
C) İkisində də font ölçüsünə təsir etmir
D) em yalnız scss-də istifadə olunur
8.CSS-də overflow: hidden; xüsusiyyəti hansı məqsədlə istifadə olunur?
A) Elementləri yuxarı çəkmək üçün
B) Səhifənin arxa fonunu dəyişdirmək üçün
C) Elementin görünməsini təmin etmək üçün
D) İçəridəki məzmunu gizlətmək üçün
9.CSS-də flex-direction: column-reverse; xüsusiyyəti nə iş görür?
A) Flex elementləri sola çəkir
B) Flex elementləri sütun olaraq tərs sıralayır
C) Flex elementləri sətir olaraq tərs sıralayır
D) Bütün elementləri ortalayır
10. CSS-də position: fixed; xüsusiyyəti nə edir?
A) Elementi ekranın mərkəzinə yerləşdirir
B) Elementi səhifənin bir hissəsinə sabitləyir
C) Elementi ana konteynerdə sabitləyir
D) Elementin görünməz olmasını təmin edir
11. CSS-də bir linkin rəngini dəyişmək üçün hansı pseudo-sinifi istifadə edərsiniz?
A) :hover
B) :active
C) :visited
D) :link
12. CSS-də @media xüsusiyyəti hansı məqsədlə istifadə olunur?
A) Mediya fayllarını dəyişdirmək üçün
B) Səhifənin görünüşünü ekran ölçüsünə görə dəyişmək üçün
C) Şəkilləri böyütmək üçün
D) Elementləri gizlətmək üçün
13. CSS-də inline-block xüsusiyyətinin təsiri nədir?
A) Elementləri tam blok halında göstərir
B) Elementləri iç-içə inline halda göstərir
C) Elementi həm inline, həm də blok kimi göstərir
D) Elementi gizlədir
14. CSS-də nth-child(2) xüsusiyyəti nə edir?
A) Bütün elementləri seçir
B) 2-ci uşağı seçir
C) Sonuncu uşağı seçir
D) 2-ci elementdən başlayaraq hər ikincini seçir
15.CSS-də text-transform: uppercase; nə iş görür?
A) Mətni altından xətt çəkir
B) Mətni sağa çəkir
C) Mətni kiçik hərflərlə göstərir
D) Mətni böyük hərflərlə göstərir
16. CSS-də :hover və :active pseudo-class-ları arasındakı əsas fərq nədir?
A) :hover yalnız linklər üçün işləyir, :active bütün elementlər üçün
B) :hover elementin üzərinə gəldikdə, :active klikləndikdə işə düşür
C) :hover klikləndikdə, :active elementin üzərinə gəldikdə işə düşür
D) Hər ikisi eyni funksiyanı yerinə yetirir
17. CSS-də flex-grow xüsusiyyəti nə işə yarayır?
A) Flex elementlərin boşluğunu təyin edir
B) Flex konteynerin ölçüsünü artırır
C) Flex elementləri gizlədir
D)Flex konteyner içindəki elementlərin genişlənmə nisbətini təyin edir
18.CSS-də @media screen and (max-width: 768px) nə üçün istifadə olunur?
A) Ekran 768px-dən böyük olduqda tətbiq olunur
B) Ekran ölçüsü 768px-dən kiçik olduqda tətbiq olunur
C) Yalnız çap üçün tətbiq olunur
D) Yalnız mobil cihazlarda tətbiq olunur
19. calc(100% - 50px) ifadəsi nə edir?
A) Rəqəmləri birləşdirir
B) CSS-də hesablama aparır
C) Margin artırır
D)Font ölçüsünü sıfırlayır
20.line-height nəyə təsir edir?
A) Sətirlər arasındakı məsafəyə
B) Mətnin qalınlığına
C) Sözlər arasındakı məsafəyə
D) Rəngə
21. CSS-də float nə üçündür?
A) Şəklin arxasında mətni göstərmək üçün
B) Box kölgəsi əlavə etmək üçün
C) font dəyişmək üçün
D) Elementləri sola və ya sağa yerləşdirmək üçün
22. CSS-də transition-delay nə üçün istifadə olunur?
A) Keçid effektinin dərhal başlaması üçün
B) Hover zamanı keçid effektini dərhal başlatmaq üçün
C) Keçid effektinin başlamasını müəyyən qədər gecikdirmək üçün
D) Keçid effektinin daha sürətli baş verməsi üçün
23.CSS-də list-style-type: none; nə edir?
A) Siyahı üzərinə hover effekti əlavə edir
B) Siyahı nöqtələrini -(işarələrini) ləğv edir
C) Siyahı elementlərinə çərçivə (border) əlavə edir
D) Siyahı üzərinə hover effekti əlavə edir
24. :not(selector) psevdoselektoru nə edir?
A) selector-a uyğun olan elementləri seçir
B) selector-a uyğun olmayan elementləri seçir
C) selector-a uyğun bütün elementləri gizlədir
D) selector-ın valideyn elementini seçir
25.@keyframes nə üçün istifadə olunur?
A) Responsiv dizayn yaratmaq üçün
B) Hover effekti vermək üçün
C) Animasiyalar yaratmaq üçün
D) Rəng dəyişikliklərini idarə etmək üçün
26.transform: scale(1.2); nə edir?
A) Elementin şəffaflığını 20% artırır
B) Elementin ölçüsünü 1.2 dəfə böyüdür
C) Elementi tamamilə şəffaf edir
D) Elementə 1.2 piksel border əlavə edir
27.Aşağıdakı CSS kodunda səhv hansıdır?
.header {
background-color: #fff;
border-radious: 5px;
box-shadow: 0 0 10px rgba(0,0,0,0.3);
}
A) box-shadow səhvdir
B) border-radious səhvdir
C)background-color səhvdir
D) Heç bir səhv yoxdur
28.Aşağıdakılardan hansı inline elementdir?
A) <div>
B) <section>
C) <span>
D)<article>
29.Aşağıdakılardan hansılar CSS-də ölçü vahidi kimi istifadə olunur?
1. px
2. %
3. kg
cm
30.Hansılar flexbox-da justify-content xüsusiyyətinin mümkün dəyərlərindəndir?
A) space-between
B) top
C) auto
D) center
31.Kodda funksional səhv nədir?
button:hover {
background-color: green;
cursor: point;
}
A) cursor: point səhvdir, pointer olmalıdır
B) :hover yalnız a elementi üçün istifadə olunur
C) background-color :hover üçün işləmir
D) button elementinə CSS tətbiq olunmaz
32.Aşağıdakı kodda hansı uyğunsuzluq var?
@media (max-width: 768px) {
.menu {
display: hidden;
}
}
1. max-width: 768px səhv yazılıb
2.display: hidden; CSS-də mövcud deyil
3.display: none; istifadə olunmalı idi
4.@media yalnız min-width ilə işləyir
33.SCSS-də nesting nədir?
A) Eyni dəyişəni birdən çox yerdə təkrar yazmaqdır
B) Dəyişənlərin xarici fayllarda saxlanmasıdır
C) Stil seçicilərini iç-içə yazmaqla daha oxunaqlı və səliqəli kod yaratmaqdır
D) CSS faylını JS-ə çevirməkdir
