WorksheetsUntitled Quiz
Total questions: 40
Worksheet time: 23mins
Aşağıdakılardan hansı şəxsi məlumat deyil?
Ad
Ünvan
Telefon
Suyun donma temperaturu
Əmək haqqı
Aşağıdakılardan hansı güçlü şifrədir?
123456
Əli2015
VətəN22*_Baku
Aylin123
01.05.1984
Aşağıdakılardan hansı fishing deyil?
Aldadıcı mesajlar
Başqa adla göndərilmiş elektron poçtlar
Endirim başlığı altında göndərilən zərərli linklər
Sosial şəbəkədə göndərilən dostluq istəyi
Hədiyyə başlığı ilə göndərilən zərərli linklər
Gizlilik tənzimləmələrinin məqsədi nədir?
Kompyüteri sürətləndirmək
Oyunların şifrəsini açmaq
İnterneti bağlamaq
Kompyüteri viruslardan qorumaq
Hansı məlumatları kimlərin görə biləcəyini tənzimləmək
Şifrənizi kənar şəxslərlə paylaşmağınızın nə kimi zərəri ola bilər?
Şifrəmi unuda bilərəm
Şəxsi məlumatlarım yanlış məqsədlərlə istifadə oluna bilər
İnternetim zəyifləyə bilər
Kompyüterim zəyifləyə bilər
Vaxt itirərəm
Aşağıdakılardan hansı informasiya deyil?
Su 100 dərəcədə qaynayır
Mən 10-cu sinifdə oxuyuram
Hava soyuqdur
7454fddsffd
Elnurun 15 yaşı var
Dezinformasiyaya qarşı nə etməliyik?
Məlumatların doğruluğunu etibarlı saytlardan yoxlamalıyıq
İnternetdən məlumat almamalıyıq
Kompyüter istifadə etməməliyik
Sosial şəbəkədə oxuduğumuz heç bir məlumata inanmamalıyıq
Ancaq kitab oxumalıyıq
Aşağıdakılardan hansı güçlü şifrə deyil?
AgkHu753_%*
Zəhra123
Qmvuy+:_947A
AsTrPg741.)
ƏsgəR92*
Tanımadığımız şəxslərdən gələn linklərə daxil olduğumuzda nə baş verə bilər?
Hədiyyə qazana bilərik
Pulsuz internet qazana bilərik
Bank hesablarımız oğurlana bilər
Yeni dostlar qazana bilərik
Telefonumuz daha sürətli çalışa bilər
Sosial şəbəkədə tanıdığımız bir insan bizdən ünvanımızı soruşarsa nə etməliyik?
Ünvanımızı yazıb göndərməliyik
Ünvanımızı deməsək də o şəxslə danışmağa davam etməliyik
Başqa bir unvan deməliyik
Söhbəti dayandırmalıyıq
Valideynlərimizə məlumat verməliyik
Dezinformasiya nədir?
Həqiqətə uyğun olmayan məlumat
Doğru məlumat
Tarixi məlumat
İri həcmli məlumat
Gizli məlumat
a. Gizli məlumat
Aşağıdakılardan hansını etsək təhlükəsiz şəkildə internet istifadəçisi ola bilərik?
Şifrələrimizi unutmamaq üçün dostumuza dediyimizdə
Şifrələrimizi unutmamat üçün dəftərimizə yazdığımızda
Sosial şəbəkədə çox izləyicimiz olarsa
Yüklədiyimiz faylların mənşəyini yaxşı araşdırdığımızda
İnternetdən az istifadə etdiyimizdə
İnternetdən bir oyun yüklədiyimiz zaman nəyə diqqət etməliyik?
Proqramın rənginə
Proqramı etibarlı bir saytdan yüklədiyimizə
Proqramın həcminə
Oyunun neçə dəqiqəyə yükləndiyinəa. Oyunun hansı tarixdə yazıldığına
Sosial şəbəkədə bizə təhlükəli bir mesaj gələrsə nə etməliyik?
Eyni şəkildə cavab verməliyik
Görməzdən gəlməliyik
Valideynlərimizə vəya səlahiyyətli orqanlara müraciət etməliyik
Çəkib paylaşmalıyıqa. Mesajı dostlarımıza göndərməliyik
Antivirus programları nə işə yarayır?
Kompüteri sürətləndirir
İnterneti sürətləndirir
Virusların qarşısını alır
Telefonu sürətləndirir
Kompyüteri format edir
Uşaq hüquqları anlayışı aşağıdakılardan hansı fikri daha əhatəli şəkildə ifadə edir? (dolğun cavabı seçin)
Uşaqların yalnız təhsil alma və tibbi xidmətlərdən yararlanmaq imkanları
Valideyn və dövlətin uşağa qarşı qida və təhsil öhdəliklərinin təmin olunması
Uşaqların hüquqlarının yalnız zorakılıq və istismar hallarında qorunması
Uşaqların yaşından, cinsindən, sosial vəziyyətindən asılı olmayaraq sağlam, təhlükəsiz və ləyaqətli şəkildə yaşamaq, inkişaf etmək və cəmiyyətin aktiv üzvü olmaq hüquqları
BMT-nin Uşaq Hüquqları Konvensiyası hansı ildə qəbul edilmişdir?
1945
1989
2001
1992
BMT-nin Uşaq Hüquqları Konvensiyasına görə "uşaq" dedikdə kim nəzərdə tutulur?(dolğun cavabı seçin)
18 yaşına qədər olan hər bir şəxs
Yalnız 16 yaşına qədər olan şəxslər
Məktəbli yaşında olan uşaqlar
Yalnız 6 yaşından 18 yaşına qədər olan şəxslər
Uşaqların fikirlərinin ifadə olunması hüququ hansı hüquqlara aiddir?
Sosial hüquqlar
Mülki hüquqlar
İfadə azadlığı hüququ
Təhsil hüquqları
Uşaqların fiziki zorakılığa məruz qalması halında hansı tədbir ən doğru yoldur?
Zorakılığı gizlətmək
Yardım üçün müvafiq qurumlara müraciət etmək
Zorakılığı davam etdirmək
Hadisəni görməzdən gəlmək
Aşağıdakılardan hansı uşaq hüquqları ilə bağlı əsas prinsiplərdən biri deyil?
Uşağın mənafeyinin üstün tutulması
Ayrı-seçkiliyin yolverilməzliyi
Uşağın fikrinin nəzərə alınması
Yalnız istedadlı uşaqların müdafiə olunması
Uşağın təhsil hüququnun dövlət tərəfindən qorunması aşağıdakılardan hansını əhatə etməlidir?
Yalnız fiziki olaraq məktəb binalarının tikilməsi
Yalnız istedadlı uşaqlar üçün əlavə dərslərin təşkili
Təhsilin keyfiyyətli, əlçatan, ayrı-seçkilikdən uzaq və uşağın inkişafına uyğun şəkildə təşkil olunması
Valideynlərin uşaqlarını istədikləri məktəbə yazdırmaq azadlığı
Uşaq hüquqlarının pozulmasına bir nümunə göstərin:
Uşağın işləməsi
Uşağın digər uşağın fikrinə öz narazılığını bildirməsi
Uşağın psixoloji zorakılığa məruz qalması
Uşağın idmana cəlb edilməsi
Aşağıdakılardan hansı uşaq hüquqlarına aiddir?
1. Seçkilərdə səsvermə hüququ
2. Səyahət etmək və oyun oynamaq hüququ
3. Sürücülük vəsiqəsi alma hüququ
4. Nikaha daxil olmaq hüququ
5. Uşağın əməklə məşğul olması
1,2,5
2,5
2,3,5
1,2,4,5
Uşağın məxfi məlumatlarının yayılmaması hansı hüququ ilə bağlıdır?
Sağlamlıq hüququ
Şəxsi həyata hörmət hüququ
Təhsil hüququ
Qida təhlükəsizliyi hüququ
Bir məktəbdə müəllim uşağı sinif qarşısında təhqir edir. Bu vəziyyət hansı hüququn pozulmasıdır?
Təhsil hüququ
İfadə azadlığı
Şəxsi toxunulmazlıq və ləyaqət hüququ
Sosial müdafiə hüququ
Əgər valideyn uşağı məktəbə göndərmirsə və onu işləməyə məcbur edirsə, bu zaman aşağıdakılardan hansı baş verir?
Valideyn məsuliyyət daşımır, amma uşaq hüquqları pozulur
Valideyn məsuliyyət daşıyır və uşağın hüquqları pozulur
Uşaq əmək bacarığı qazanır
Uşağın sağlamlığı inkişaf edir
Bir uşaq öz hüquqlarının pozulduğunu hiss edir və kiməsə müraciət etmək istəyir. Aşağıdakılardan hansı ən uyğun addımdır?
Sosial şəbəkədə paylaşım etmək
Polisə şikayət etmək
Məktəb rəhbərliyinə və ya məktəb psixoloquna müraciət etmək, valideynləri məlumatlandırmaq, dövlət qurumlarına məlumat vermək
Susmaq və vəziyyətin səngiməsini gözləmək
Bir məktəbdə sağlamlıq imkanları məhdud uşaqlar üçün pandus və lift yoxdur, bu səbəbdən bir uşaq dərs otaqlarına daxil ola bilmir. Bu vəziyyət hansı hüququn pozulmasına aiddir? (dolğun cavabı seçin)
Əyləncə və oyun hüququ
Sağlamlıq hüququ
Ləyaqət hüququ
Təhsil hüququ və bərabər imkanlara çıxış hüququ
Bir ölkədə uşaqların çoxu yoxsulluq içində yaşayır, məktəbə gedə bilmir və erkən yaşdan işləməyə məcbur qalır. Bu hansı hüquqların sistemli şəkildə pozulduğunu göstərir?
Əyləncə və oyun hüququ
Səyahət hüququ və seçki hüququ
Təhsil, sosial təminat və istismardan qorunma hüquqları
Mülkiyyət hüququ və səyahət azadlığı
Bir şagird müəllim tərəfindən şikayətinə görə cəzalandırılır və susmağa məcbur edilir. Bu zaman hansı hüquq pozulmuş olur?
Təhsil hüququ
Fikir və söz azadlığı hüququ
Qida hüququ
Sağlamlıq hüququ
Aşağıdakılardan hansını məişət zorakılığına aid bir hal kimi qiymətləndirmək olar?
Valideynin uşağı ev tapşırığını etmədiyinə görə xəbərdar etməsi
Ailədə bir şəxsin digər ailə üzvünü təhqir etməsi, daim izləməsi və qorxu hissi yaratması
Qonşular arasında yaranan mübahisə
Uşağın oyun oynamaq üçün həyətə buraxılmaması
Uşaq hüquqları baxımından aşağıdakılardan hansı doğrudur?
16 yaşına çatdıqda uşaqlar sərbəst nikaha girə bilərlər
Uşaq yalnız ailəsinin icazəsi ilə 14 yaşında nikaha girə bilər
Uşağın yetkinlik yaşına çatmadan nikaha daxil edilməsi onun hüquqlarının pozulması sayılır
Qız uşaqları 15 yaşında, oğlan uşaqları isə 17 yaşında evlənə bilərlər
Uşaqlar hansı halda işləyə bilər?
15 yaşdan yuxarı və könüllü olduqda, təhsildən yayınmadan
İstənilən yaşda, ailəsinə kömək etmək üçün
16 yaşdan yuxarı və könüllü olduqda, təhsildən yayınmadan
10 yaşdan sonra tam iş günü üzrə
Aşağıdakılardan hansını kiberbullinq halı kimi qiymətləndirmək olar?
Sosial şəbəkədə fikir mübadiləsi zamanı bir məsələni müzakirə etmək
Bir nəfərin digər şəxsə internet vasitəsilə davamlı olaraq təhqiredici mesajlar göndərməsi və onu alçaltması
Sinif yoldaşının fikrini ələ salmaq
İnternetdəki paylaşımı bəyənməmək və bunu ifadə etmək
Sosial şəbəkədə kimisə təhqir edən şəxsə cəza verilə bilər?
Uşaqların söylədikləri təhqirə görə yalnız valideynləri məsuliyyət daşıyır
Bəli, əgər təhqir şərəf və ləyaqətə toxunursa
Xeyr, sosial şəbəkədə təhqir qanunsuz hesab edilmir
Uşaqlar kimisə təhqir etməyə görə heç bir məsuliyyətə cəlb olunmur
Sinifdə söylədiyi fikrə görə Azər Əlini cəzalandırmaq məqsədilə ona ağır xəsarət yetirirsə, bu halda uşaq olduğuna görə Azər cəzadan tam azad edilə bilərmi?
Bəli, uşaqlar cinayət məsuliyyətindən tam azaddırlar
Yalnız əgər uşaq 16 yaşdan aşağıdırsa, polis nəzarəti altına verilə bilər
Xeyr, uşağın yaşı nəzərə alınmaqla məsuliyyətə cəlb edilə, onun barəsində törətdiyi əmələ uyğun tədbirlər görülə bilər
Uşaqlara yalnız yazılı xəbərdarlıq edilə bilər
Sosial şəbəkədə başqasının şəklini onun icazəsi olmadan şantaj məqsədilə paylaşmaq hüquqi məsuliyyətə səbəb ola bilərmi?
Xeyr, sosial şəbəkələrdə istənilən şəkli paylaşmaq olar
Uşaqlar uşaq olduğuna görə belə cəzaya məruz qala bilməzlər
Uşaq olduğuna görə yalnız xəbərdarlıq oluna bilər
Bəli, bu, şəxsi həyatın toxunulmazlığının pozulması və şantaj sayılır, cəza verilə bilər
Sosial şəbəkədə şəxsi məlumatları icazəsiz paylaşmaq aşağıdakılardan hansı nəticəyə gətirib çıxara bilər?
Heç bir nəticəsi olmaz
Hüquq mühafizə orqanlarının və ya məhkəmənin qərarı ilə məsuliyyət və cəza tətbiq oluna bilər
Yalnız profilin bağlanması ilə nəticələnir
Sosial şəbəkə özü cəza verir, başqa tədbir lazım deyil
Təsəvvür edin ki, siz sinif nümayəndəsisiniz. Sinif yoldaşınızın hüquqlarının pozulduğunu görsəniz, nə edərsiniz?
