NEW
Font size
WorksheetsFeilin qrammatik məna növləri
Total questions: 15
Worksheet time: 3mins
Keçmiş zamanda işlənmiş feili göstərin.
yazacaqlar
apardılar
oxuyur
yaşayaq
yazar
Feillərdən biri icbar növdədir?
qaldır
güldür
sildir
dindir
ağlat
Hərəkətin birgə icra edildiyi feili müəyyən edin.
Həyətdə uşaqlar qaçışırdılar.
Onlar dost kimi görüşdülər.
Tərəflər səhərə kimi atışdılar.
Qoşunlar səhərə kimi döyüşdülər.
Dostlar çoxdan yazışırlar.
Qayıdış növ işlənmiş cümləni müəyyən edin
Onun ürəyi döyünür.
Azər qapını açdı.
Bu məsələyə baxıldı.
Məktublar çatdırıldı.
Otaq yığışdırıldı.
Feilin hansı növündə iş görən qrammatik cəhətdən məlum olmur? Subyekt yoxdur.
məlum növ
məchul növ
qarşılıq-birgəlik növ
icbar növ
şəxsiz növ
Ümumi qrammatik mənasına görə hərəkət bildirən nitq hissəsi hansıdır?
isim
feil
sifət
say
zərf
Feillərdən birini icbar növ kimi göstərmək olar:
sökdürmək
barışdırmaq
yandırmaq
çaxnaşdırmaq
söndürmək
Feilin keçmiş zaman şəkilçisidir:
-ar2
-acaq2
-dı4
-ası2
-malı2
-ma2 inkarlıq şəkilçisi hansı nitq hissəsinə aiddir?
ismə, feilə
feilə
sifətə, zərfə
saya
əvəzliyə, feilə
Feilin icbar növü hansı şəkilçi ilə düzəlir?
-dır4 , -ıl4
-ıl4 , -ın4
-ış4, -ın4
-ış4 , -l
-dır4, -t
Biri saydan düzəlmiş feildir:
endir
azal
irəlilə
yaxşılaş
düzül
Feilin hansı növündə işin başqası tərəfindən icra olunduğu bildirilir?
qayıdış
məchul
icbar
qarşılıq-birgəlik
məlum
Təsirli feillər cərgəsini müəyyən edin.
bişirmək, almaq, dəyişdirmək
baxmaq, getmək, çalışmaq
getmək, qaçmaq, yerimək
oturmaq, yaşamaq, köçmək
"Bu söhbətləri eşidəndə ürəyim sıxılır" cümləsində feil hansı qrammatik məna növündədir?
məchul
məlum
qayıdış
icbar
şəxssiz
Məchul növdə olan feilləri müəyyən edin.
deyildi, tapıldı, görüldü
yıxıldı, sevindi, yoruldu
eşitdi, çapıldı, uçuruldu
açıldı, yuyundu, şadlandı
qızardı, bozardı, göründü
