Font size
WorksheetsAtəş divarları, VPN
Total questions: 20
Worksheet time: 15mins
İnternet üzərindən gedən məlumatların icazəsiz baxışdan və dəyişiklikdən qorunması üçün hansı texnologiya istifadə olunur?
A)Antivirus proqramı
B) Firewall
C) VPN
D) Hamısı
2.Firewall-un əsas vəzifəsi hansıdır?
A) Şəbəkəyə gələn və gedən məlumat paketlərini yoxlayıb filtrləmək
B) Yalnız şəbəkəni sürətləndirmək
C) İstifadəçi şifrələrini saxlamaq
D) İnterneti sürətlə açmaq
3. Proxy-server nə üçün istifadə olunur?
A) VPN tuneli yaratmaq
B) Antivirus kimi işləmək
C) Daxili və xarici şəbəkə arasında vasitəçi olmaq
D) IP ünvanını açıq göstərmək
4. Hangi firewall tipi sadə statik qaydalar əsasında işləyir?
A) Stateful
B) Stateless
C) Proxy
D) VPN
5. Stateful firewall nə edir?
A) Əlaqələrin vəziyyətini izləyir və təhlükəsiz bağlantıları buraxır
B) Yalnız statik qaydaları tətbiq edir
C) IP ünvanlarını gizlədir
D) Proxy-server funksiyasını yerinə yetirir
6. Remote Access VPN nə üçün istifadə olunur?
A) İki ofis arasında şifrələnmiş əlaqə yaratmaq
B) Fərdi istifadəçilərin uzaqdan şirkət şəbəkəsinə qoşulması
C) Antivirus funksiyasını yerinə yetirmək
D) Şəbəkə trafikini izləmək
7. Site-to-Site VPN nə üçün istifadə olunur?
A) Evdən şirkət şəbəkəsinə qoşulmaq
B) İki və ya daha çox ofis arasında təhlükəsiz əlaqə yaratmaq
C) Proxy-server yaratmaq
D) Antivirus proqramı kimi işləmək
8. Client-to-Site VPN nə edir?
A) Hər bir istifadəçinin kompüterinə quraşdırılır və şirkət şəbəkəsinə qoşulmasını təmin edir
B) Yalnız iki ofisi birləşdirir
C) Sadəcə firewall funksiyasını yerinə yetirir
D) IP ünvanı açıq göstərir
9. VPN istifadə edildikdə hansı üstünlüklər əldə olunur?
A) IP ünvan gizlənir
B) Məlumatlar şifrələnir
C) Coğrafi məhdudiyyətlər aşılır
D) Hamısı
10. Hakerlər məlumatları oğurlamaq üçün hansı üsullardan istifadə edə bilər?
A) Kənardan icazəsiz daxil olma
B) Şəbəkə virusları
C) Məlumatların tutulması və dəyişdirilməsi
11. Fərdi firewall-un əsas məqsədi nədir?
A) Bütün şirkət şəbəkəsini qorumaq
B) Yalnız bir kompüteri qorumaq
C) VPN tuneli yaratmaq
D) Proxy-server funksiyası yerinə yetirmək
12. Ənənəvi şəbəkələrarası ekran (firewall) harada yerləşir?
A) Müştərinin kompüterində
B) Şəbəkə şlüzündə (gateway) və ya serverdə
C) VPN serverində
D) Wi-Fi router-də
13. Firewall hansı OSI səviyyəsində işləyə bilər?
A) Şəbəkə səviyyəsi
B) Seans səviyyəsi
C) Tətbiq səviyyəsi
D) Hamısı
14. VPN tuneli necə işləyir?
A) Məlumatları açıq şəkildə ötürür
B) Şifrələnmiş “tunel” vasitəsilə məlumatları göndərir
C) Proxy-serveri bypass edir
D) Firewall-u deaktiv edir
15. NAT (Network Address Translation) nə edir?
A) Daxili IP-ləri xaricə çıxarkən dəyişdirir
B) VPN tunelini yaradır
C) Antivirus proqramını işə salır
D) Firewall qaydalarını yoxlayır
16. Tətbiq səviyyəsində işləyən firewall nə edir?
A) IP ünvanlarını yoxlayır
B) Əlaqə seanslarını izləyir
C) Paketlərin daxilindəki proqram səviyyəsindəki məlumatları yoxlayır
D) Proxy-server funksiyasını yerinə yetirir
17. Şəbəkə virusları nədən ibarətdir?
A) İnternet sürətini artıran proqramlar
B) Sistemə daxil olub zərər verən proqramlar
C) VPN tuneli açan proqramlar
D) Proxy-server üçün istifadə olunan proqramlar
18. VPN-in coğrafi məhdudiyyətləri keçmə funksiyası nə üçün istifadə olunur?
A) Şifrələnmiş əlaqə yaratmaq üçün
B) Regional olaraq bloklanan sayt və xidmətlərə giriş üçün
C) Antivirus proqramı kimi
D) Proxy-server yaratmaq üçün
19. Firewall və proxy-server birlikdə nə təmin edir?
A) Şəbəkəni icazəsiz daxilolmalardan qorumaq
B) Daxili sistemin gizliliyini təmin etmək
C) Trafiki nəzarət altında saxlamaq
D) Hamısı
20. Hər bir Client-to-Site VPN qoşulması üçün hansı doğrulama tələb olunur?
A) Heç bir autentifikasiya lazım deyil
B) Şəxsi autentifikasiya (istifadəçi adı, şifrə, sertifikat və s.)
C) Yalnız IP yoxlaması
D) Antivirus təsdiqi
