wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

DİAQNOSTİK TEST

Total questions: 15

Worksheet time: 1hrs 15mins

Name
Class
Date
1.

1. “Omonim” sözünün fonetik təhlili ilə bağlı səhvi müəyyənləşdirin.

a)

A) 3 qarşılığı olmayan samit var.

b)

B) Vurğu 2-ci hecaya düşür.

c)

C) Ahəng qanunu pozulmuşdur.

d)

D) Dodaqlanan saitlərin sayı 2-dir.

e)

E) İ-incə, qapalı, dodaqlanmayandır.

2.

2. Həm isim, həm də feil kimi işlənən omonimlərin sayını müəyyən edin:

Say, dolu, ağrı, qol, inci, ləpə, zindan, qaş, çiçək

a)

A) 1

b)

B) 2

c)

C) 3

d)

D) 4

e)

E) 5

3.

3. Yalnız leksik şəkilçili sözləri müəyyən edin:

a)

A) ayaqlandı, işlək, saxla

b)

B) yaraşıqlı, bağışlandı, biçinçilər

c)

C) soyğunçuluq, təmizkarlıq, qısqanclıq

d)

D) xalamgildəki, əlacsızlıq, ödəniş

e)

E) güləşən, narazılıq, yazıçılıq

4.

4. Hansı cümlədə həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul edən isim konkretdir?

a)

A) O, xəyallarını düşünməyə başladı.

b)

B) Onun arzusu dünyanı gəzib görmək idi.

c)

C) Fikrini dəyişməkdə çətinlik çəkirdi.

d)

D) Hamı onun ədalətinə inanırdı.

e)

E) Müəlliminə hədiyyə almaq üçün pul yığırdı.

5.

5. Azaltma dərəcəsində olan sifətlə başlayan cümləni müəyyən edin:

a)

A) Qıpqırmızı günəş üfüqdə batarkən səmaya alov rəngləri yayılırdı.

b)

B) Xırdaca quş pəncərənin kənarına qonmuşdu.

c)

C) Ağımtıl duman səhər tezdən dağların ətəyini bürümüşdü.

d)

D) Körpə səhər tezdən şirin-şirin yuxudan oyandı.

e)

E) Lap xırda daş ayağının altına düşdü.

6.

6. Mətndə neçə dənə isimləşmiş say var?

Məktəbdə bu gün cəmi bir tədbir keçirildi. Tədbirə üç yüz şagird qatıldı. Onlardan on ikisi çıxış etdi. Mən birinci çıxış edən şagirdi diqqətlə dinlədim, çünki o, iki maraqlı mövzu haqqında danışdı.

a)

A) 1

b)

B) 2

c)

C) 3

d)

D) 4

e)

E) 5

7.

7. Hansı cümlələrdə əvəzlikdən sonra vergül işlənməlidir? (Durğu işarəsi buraxılmışdır)

1. O bu sahədə ən istedadlı bəstəkarlardan biridir.

2. Bu məlumatı internetdə tapdım.

3. O həmişə klassik əsərlərə üstünlük verirdi.

4. O filmi birlikdə izləmişdik.

5. O deyəsən, sənin fikrinə hörmət edir.

a)

A) 1,4

b)

B) 3,4

c)

C) 1,5

d)

D) 3,5

e)

E) 2,3

8.

8. Hansı cümlənin feili zamanına görə fərqlidir?

a)

A) Sən bu məsələni düzgün həll etdin.

b)

B) Atam bağda işləyib yorulmuşdu.

c)

C) Yağış dayanandan sonra gün çıxdı.

d)

D) O mənə hər şeyi danışdı.

e)

E) Biz hazırda tapşırığı yerinə yetiririk.

9.

9. Hansı cümlədə altından xətt çəkilmiş söz zərfdir?

a)

A) Baharda bağçamız rəngarəng çiçəklərlə dolur.

b)

B) O, yaxşı dostdur və hər zaman kömək edir.

c)

C) Getməzdən əvvəl dərslərini bitir.

d)

D) Həkim cəld müdaxilə etdi və xəstəni xilas etdi.

e)

E) O, pis xəbər eşidəndə çox kədərləndi.

10.

10. Hansı cümlədə “ilə (la,lə)” qoşmadır?

a)

A) Yağışla külək bu gün şəhərdə hava şəraitini çətinləşdirdi.

b)

B) Ana ilə bala parka gəzməyə getdilər.

c)

C) Ay ilə ulduz göydə parlaqlıq yaradırdı.

d)

D) Mən bu işi səninlə görmək istəyirəm.

e)

E) Kitab ilə dəftəri çantasına qoydu.

11.

11. Cümlədəki bağlayıcıların növünü ardıcıllıqla müəyyən edin:

Mən dərslərimi çox çalışdım, amma bəzi mövzuları yaxşı başa düşmədim, çünki vaxtım az idi, ona görə də əlavə məşğələlərə getdim ki, nəticədə imtahandan yüksək bal alım.

a)

A) qarşılaşdırma, səbəb, səbəb, aydınlaşdırma

b)

B) qarşılaşdırma, səbəb, aydınlaşdırma

c)

C) qüvvətləndirici, qarşılaşdırma, səbəb, aydınlaşdırma

d)

D) qüvvətləndirici, qarşılaşdırma, səbəb, səbəb, aydınlaşdırma

e)

E) qarşılaşdırma, qüvvətləndirici, səbəb, səbəb, aydınlaşdırma

12.

12. Məntiqi ardıcıllığı tamamlayın:

Qoy, bax, di...

a)

A) bəs

b)

B) bir

c)

C) gəl

d)

D) yəni

e)

E) əsl

13.

13. Hansı cümlədə modal sözdən sonra durğu işarəsinin işlənməsində yanlışlıq var?

a)

A) Əlbəttə, hər zaman sənə dəstək olacağam.

b)

B) Bəlkə, gələcəkdə fikrini dəyişər.

c)

C) Beləliklə, tədris ilinin sonuna çatdıq.

d)

D) Məncə, yalan danışırsan.

e)

E) Guya, o bu problemi həll edəcəkdi.

14.

14. “Deyəsən, o yalnız öz işinə diqqət edir ki, heç kim onu narahat etməsin”. Cümləsində hansı köməkçi nitq hissələri işlənməmişdir?

a)

A) ədat, qoşma

b)

B) nida, bağlayıcı

c)

C) ədat, bağlayıcı

d)

D) qoşma, modal söz

e)

E) qoşma, nida

15.

15. Daim, xülasə, günorta” sözləri üçün hansı fikir ortaqdır?

a)

A) Ahəng qanununa tabedir.

b)

B) Ahəng qanununa tabe deyil.

c)

C) Uzanan sait vardır.

d)

D) Vurğusu ilk hecaya düşür.

e)

E) Deyilişi və yazılışı arasında üç fərqli məqam var.