Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Konstitusiya və Konstitusionalizm

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

“Konstitusiyaçılıq” (Constitutionalism) nəyi ifadə edir?

a)

Dövlətin iqtisadi sistemini

b)

Dövlət hakimiyyətinin hüquqla məhdudlaşdırılması prinsipini

c)

Parlamentin üstünlüyünü

d)

Yalnız icra hakimiyyətinin fəaliyyətini

2.

Magna Carta sənədinin əsas prinsiplərindən biri hansıdır?

a)

Padşahın məhdudiyyətsiz səlahiyyətləri

b)

Ədalətin satılması

c)

Hər kəsin qanun qarşısında bərabərliyi və hüququn üstünlüyü

d)

Məhkəməsiz cəzalandırma

3.

Yazılı konstitusiyadan fərqli olaraq şifahi konstitusiya hansı ölkəyə xasdır?

a)

ABŞ

b)

Fransa

c)

Böyük Britaniya

d)

Türkiyə

4.

Aşağıdakılardan hansı konstitusiya ideologiyalarından biri deyil?

a)

Liberal

b)

Sosialist

c)

İslami

d)

Totalitar

5.

“Sərt konstitusiya” termini nə deməkdir?

a)

Dəyişdirilməsi asan olan konstitusiya

b)

Yazılı formada mövcud olmayan konstitusiya

c)

Dəyişdirilməsi çətin olan konstitusiya

d)

Parlament qərarı ilə hər zaman dəyişdirilə bilən konstitusiya

6.

Qurucu iqtidar (təsis edici hakimiyyət) nə deməkdir?

a)
Qurucu iqtidar, mövcud dövlətin gücləndirilməsi üçün istifadə olunan bir strategiyadır.
b)
Qurucu iqtidar, yalnız müvəqqəti hakimiyyət formasıdır.
c)
Qurucu iqtidar, yalnız iqtisadi islahatlarla bağlıdır.
d)

Qurucu iqtidar, bir dövlətin və ya sistemin əsaslarını qoyan hakimiyyətdir.

7.

Yeni dövlətin və hüquq sisteminin əsasını yaradan hakimiyyət hansıdır?

a)

Qanunları icra edən hakimiyyət

b)

Qurucu iqtidar

c)

Qanunları icra edən hakimiyyət

d)

Qanunlara nəzarət edən hakimiyyət

8.

Qurulmuş iqtidar nəyi ifadə edir?

a)

Dövlətin ilk dəfə yaranmasını

b)

Qanunların dəyişdirilməsini

c)

Artıq yaradılmış konstitusiya çərçivəsində fəaliyyət göstərən hakimiyyəti

d)

Yeni dövlətin elan edilməsini

9.

Azərbaycan Respublikasının Konstitusiyasının hansı maddələri referendumla dəyişdirilə və ya təklif edilə bilməz?

a)

3, 4, 5

b)

1, 2, 6, 7, 8, 21

c)

10, 11, 12

d)

14, 15, 16

10.

Konstitusiyaya dəyişikliklərin referenduma çıxarılması üçün hansı orqanın rəyi tələb olunur?

a)

Milli Məclis

b)

Prezident Administrasiyası

c)

Konstitusiya Məhkəməsi

d)

Mərkəzi Seçki Komissiyası

11.

Milli Məclis deputatlığından çıxanların yerinə seçkilər hansı halda keçirilmir?

a)

Deputatlıqdan çıxan şəxs müstəqil namizəddirsə

b)

Səlahiyyət müddətinin bitməsinə 120 gündən az qalarsa

c)

Prezident fərmanı ilə təxirə salınarsa

d)

Parlament buraxıldıqda

12.

Liberal demokratiya klassik demokratiyadan əsasən hansı meyarla fərqlənir?

a)

Fərdi hüquq və azadlıqların qorunması ilə

b)

Dövlətin iqtisadiyyata müdaxiləsi ilə

c)

Yalnız seçki hüququnun verilməsi ilə

d)

Monarxiyanın mövcudluğu ilə

13.

1. Yalnız çoxluğun iradəsinə əsaslanır, azlıqların hüquqlarını nəzərə almır

a)

Yalnız çoxluğun iradəsinə əsaslanır, azlıqların hüquqlarını nəzərə almır

b)

Seçkilərin keçirilməsi ilə məhdudlaşır, hüquqi dövlət prinsiplərinə toxunmur

c)

Azadlıqların qorunmasını və hüquqi dövlət prinsipini çoxluğun iradəsindən üstün tutur

d)

Hakimiyyətin yalnız icra qolunda cəmlənməsini dəstəkləyir

14.

Suverenliyin xalqa məxsusluğu prinsipinə görə, xalqın suveren hüququ hansı formada həyata keçirilə bilməz?

a)

Seçkilərdə birbaşa iştirak etməklə

b)

Referendum yolu ilə

c)

Dövlət orqanlarının təyin etdiyi məmurlar vasitəsilə

d)

Nümayəndəli orqanlar vasitəsilə

15.

Demokratik institutların mövcudluğu formal olaraq təmin olunsa da, real demokratiyanın formalaşmamasının əsas səbəbi nə ola bilər?

a)

Konstitusiyanın yazılı şəkildə mövcudluğu

b)

Qanunverici orqanın fəaliyyətsizliyi

c)

Demokratik institutların hüquqi mexanizmlərlə deyil, siyasi iradə ilə işləməsi

d)

İcra hakimiyyətinin çoxsaylı strukturlara malik olması

16.

Aşağıdakılardan hansının "dövlətin dini ədalətidir" prinsipinə uyğun olduğu iddia edilə bilər?

a)

Dövlətin rəsmi dini olması və bu dinin qanunvericilikdə üstün tutulması

b)

Dövlətin bütün dinlərə bərabər məsafədə yanaşması və hüquqi qərarların dini əsaslara söykənməməsi

c)

Dövlətin dini liderlər tərəfindən idarə olunması

d)

Dövlətin yalnız bir dinə ibadət azadlığı tanıması

17.

Hüquq dövlətində aşağıdakılardan hansının məhkəmə nəzarətinə tabe olmaması hüquqi baxımdan əsaslandırıla bilər?

a)

Vergi orqanlarının vergi cəriməsi tətbiq etməsi

b)

Prezidentin beynəlxalq münasibətlərdə verdiyi qərarlar

c)

Polis orqanlarının inzibati protokol tərtib etməsi

d)

Bələdiyyənin torpaq bölgüsü ilə bağlı qərarı

18.

Konstitusiyanın dəyişdirilməsi üçün hansı prosedur tələb olunur?

a)

Referendum keçirilməsi

b)

Prezidentin fərmanı

c)

İctimai müzakirələr

d)

Milli Məclisin qərarı

19.

Hüquq sisteminin əsas prinsiplərindən biri hansıdır?

a)

İcra hakimiyyətinin üstünlüyü

b)

Şəxsi azadlıqların məhdudlaşdırılması

c)

Qanunlar qarşısında bərabərlik

d)

İctimai mülkiyyətin qorunmaması

20.

Demokratik seçkilərin keçirilməsi üçün hansı şərt vacibdir?

a)

Seçki nəticələrinin yalnız müstəqil müşahidəçilər tərəfindən təsdiqlənməsi

b)

Seçki hüququnun yalnız müəyyən qruplara verilməsi

c)

Seçki kampaniyalarının dövlət tərəfindən maliyyələşdirilməsi

d)

Seçki orqanının müstəqil olması