Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

macera

Total questions: 39

Worksheet time: 20mins

Name
Class
Date
1.
Ekzotik məkanların (vulkan, ada, şəlalə, faciə yeri və s.) ziyarəti, ekzotik fəaliyyətlə (məs: heyvanları müşahidə və ov məqsədli – safari, dağ çayları boyu enmə – raftinq, xəzinə axtarışı və s.) məşğul olma, yerdəyişmə üçün qeyri-adi nəqliyyat vasitələrinin (it qoşqusu, fil, dəvə, hava şarları və s.) istifadəsi ilə əlaqədar olan turizm növüdür.
a)
macəra turizmi
b)
konqres turizmi
c)
sağlamlıq turizmi
d)
idman turizmi
e)
ekoloji turizm
2.
Bu turizm macəra turizminin bir qolu kimi qəbul olunur, lakin bu növ daha çox bilavasitə turistlər tərəfindən təşkil edilərək, turistlərin həyat və sağlamlığı üçün yüksək risklə xarakterizə olunur.
a)
ekstremal turizm
b)
idman turizmi
c)
ekoloji turizm
d)
konqres turizmi
e)
dini turizm
3.
Hansı ölkədə insan yaşamayan ərazilərdə sahilə çıxan turistlər, demək olar ki, yuxusuz və istirahətsiz şəkildə, minimal su ehtiyatı ilə 500-1000 km məsafə qət edərək “Macəra yarışları” (Adventure Races) həyata keçirirlər?
a)
Yeni Zelandiya
b)
Kipr
c)
Avstriya
d)
Çexiya
e)
Misir
4.
Macəra turizminin əsas xüsusiyyətlərindən biri yanlışdır:
a)
gündəlik həyatdan uzaqlaşmamaq
b)
təhlükə və risk
c)
qeyri-müəyyən nəticə
d)
mübarizə
e)
araşdırma və kəşf
5.
Macəra turizminin əsas xüsusiyyətlərindən biri yanlışdır:
a)
həyəcanın olmaması
b)
təhlükə və risk
c)
qeyri-müəyyən nəticə
d)
mübarizə
e)
araşdırma və kəşf
6.
Quru əsaslı macəra turizminin növlərindəndir:
a)
Ovçuluq
b)
sörfinq
c)
paraşütdən tullanma
d)
raftinq
e)
dayvinq
7.
Hava əsaslı macəra turizminin növlərindən biridir:
a)
şarlarla gəzinti
b)
sörfinq
c)
speleoturizm
d)
kanyon gəzintiləri
e)
raftinq
8.
Quru əsaslı macəra turizminin növlərindəndir:
a)
Dırmanma
b)
şarlarla gəzinti
c)
sörfinq
d)
kanyon gəzintiləri
e)
raftinq
9.
Macəra turizmində turizm ehtiyatlarının, turizmin təşkili üçün istifadə olunan obyekt, təbiət hadisələri, təbii komplekslər və sağlamlıq-müalicə məkanları ilə təqdim olunmuş tərkib hissəsi hesab olunur.
a)
təbii-iqlim amilləri
b)
antropogen amillər
c)
tektonik amillər
d)
infrastruktur amilləri
e)
bütün cavablar doğrudur.
10.
Ölkənin milli sərvəti hesab olunaraq, kadastrda qeydə alınır və turist marağını yaradan əsas amillər hesab olunur.
a)
təbii-iqlim amilləri
b)
antropogen amillər
c)
tektonik amillər
d)
infrastruktur amilləri
e)
bütün cavablar doğrudur.
11.
Bu ərazi Avstriyanın göllər diyarı – turistlərin göz yaşı kimi təmiz göllərdə çimdiyi, balıq tutduğu, su idman növləri ilə məşğul olduğu, dağlara qalxma bacarıqlarına yiyələndiyi kəndləri ilə məhşurdur.
a)
Zalsburq
b)
Vyana
c)
Troodos
d)
Hann-menn
e)
Çenq xu fa
12.
Təbiətdən turizmdə müalicə məqsədləri ilə istifadə yönəlmişdir:
a)
insanın fiziki qüvvələrinin daha geniş mənada bərpasına olan tələbatın ödənilməsinə
b)
insanın intellektual səviyyəsinin yüksəlməsinə və mənəvi potensialının yüksəlməsinə olan tələbatın ödənilməsinə
c)
İnsanın psixoloji qüvvələrinin bərpasına olan tələbatın ödənilməsinə
d)
insanın mənəvi potensialının yüksəlməsinə olan tələbatın ödənilməsinə
13.
Təbiətdən turizmdə idman məqsədləri ilə istifadə yönəlmişdir:
a)
İnsanın fiziki və psixoloji qüvvələrinin bərpasına olan tələbatın ödənilməsinə
b)
insanın intellektual səviyyəsinin yüksəlməsinə və mənəvi potensialının yüksəlməsinə olan tələbatın ödənilməsinə
c)
İnsanın psixoloji qüvvələrinin bərpasına olan tələbatın ödənilməsinə
d)
insanın mənəvi potensialının yüksəlməsinə olan tələbatın ödənilməsinə
14.
Təbiətdən turizmdə dərketmə məqsədi ilə istifadə yönəlmişdir:
a)
İnsanın fiziki və psixoloji qüvvələrinin bərpasına olan tələbatın ödənilməsinə
b)
insanın fiziki qüvvələrinin daha geniş mənada bərpasına olan tələbatın ödənilməsinə
c)
İnsanın psixoloji qüvvələrinin bərpasına olan tələbatın ödənilməsinə
d)
insanın mənəvi potensialının yüksəlməsinə olan tələbatın ödənilməsinə
15.
Təbiətdən istifadənin bu növünün unikal və çətin keçilən təbiət kompleksləri ilə əlaqəli olduğu üçün, təbii maneələrin və ekstremal təbii şəraitin olmasını tələb edir.
a)
Təbiətdən turizmdə müalicə məqsədləri ilə istifadə
b)
Təbiətdən turizmdə dərketmə məqsədi ilə istifadə
c)
Milli parklardan istifadə
d)
Kənd turizmindən istifadə
16.
Turist marşrutlarının təşkili prinsiplərinə aid deyil:
a)
cəlbedicilik
b)
sərfəlilik
c)
məzmunluluq
d)
funksionallıq
17.
Bu prinsip eyni turist marşrutunun ilboyu, lakin müxtəlif mövsümlər üçün müxtəlif xidmət çeşidləri paketi ilə istifadəsini nəzərdə tutur.
a)
cəlbedicilik
b)
sərfəlilik
c)
məzmunluluq
d)
komfortluluq
18.
Aktiv hərəkət üsullarının istifadəsi ilə həyata keçirilən marşrutlardan deyil:
a)
gəmi
b)
piyada
c)
velosiped
d)
atla yürüş
e)
xizək
19.
Macəra marşrutlarının seçilməsində ərazi və ətraf mühit haqqında nəzərə alınmalı amil deyil:
a)
nəqliyyat
b)
vəhşi təbiət
c)
topoqrafiya
d)
geologiya
e)
su hövzələri
20.
Macəra marşrutlarının seçilməsində ərazi və ətraf mühit haqqında nəzərə alınmalı amil deyil:
a)
rabitə
b)
vəhşi təbiət
c)
topoqrafiya
d)
geologiya
e)
su hövzələri
21.
Macəra marşrutlarının seçilməsində əlçatanlıq və logistikaya aid deyil:
a)
topoqrafiya
b)
nəqliyyat
c)
yol işarələri
d)
rabitə
e)
yerli biliklər
22.
Macəra marşrutlarının seçilməsi zamanı nəzərə alınan ətraf mühitə təsir və davamlılığıa aid deyil:
a)
yol işarələri
b)
heç bir iz qoymama prinsipi
c)
tullantıların idarə olunması
d)
səs-küy çirklənməsinin qarşısının alınması
e)
suya qənaət
23.
Macəra marşrutlarının seçilməsi zamanı nəzərə alınan ətraf mühitə təsir və davamlılığıa aid deyil:
a)
mağara mühitləri
b)
heç bir iz qoymama prinsipi
c)
tullantıların idarə olunması
d)
səs-küy çirklənməsinin qarşısının alınması
e)
suya qənaət
24.
Həm horizontal mağara, həm də vertikal mağara elementlərini özündə birləşdirən mağaralar necə adlanır?
a)
qarışıq mağaralar
b)
birləşik mağaralar
c)
bütünləşmiş mağaralar
d)
sualtı mağaralar
e)
yerüstü mağaralar
25.
1.mürəkkəblik kateqoriyasında quyuların dərinliyi nə qədər olur?
a)
40 m
b)
80 m
c)
120 m
d)
500 m
e)
200 m
26.
1.mürəkkəblik kateqoriyasında mağaraların keçilmə müddəti nə qədər vaxt olur?
a)
2-8 saat
b)
3-8 saat
c)
6-16 saat
d)
12-48 saat
e)
2-5 gün
27.
Bu çətinlik dərəcəsindəki mağaralarda quyularda sulu sahələr ola bilər, lakin güclü axınlar olmur. Horizontal mağaralar açıq sifonlara malik ola bilər:
a)
2A m.k
b)
2B m.k
c)
1 m.k
d)
3A m.k
e)
4A m.k
28.
Bu çətinlik dərəcəsindəki mağaralarda quyular adətən quru və keçilmə üçün rahat olur:
a)
1 m.k
b)
2A m.k
c)
2B m.k
d)
3A m.k
e)
4A m.k
29.
4 və 5-ci m.k-na aid olan mağaralar:
a)
vertikal və qarışıq tipli mağaralar olur.
b)
horizontal mağaralar olur.
c)
horizontal və qarışıq tipli mağaralar olur.
d)
horizontal və vertikal tipli mağaralar olur.
e)
bütün cavablar doğrudur.
30.
....................... həm dağlarda, həm düzənlik ərazilərdə məşğul olmaq olar ki, bunun üçün də əsas şərt küləyin olmasıdır.
a)
kaytsörfinqlə
b)
dayvinqlə
c)
sörfinqlə
d)
paraşütlə
e)
raftinqlə
31.
Bu köçəri həyat tərzinin bütün elementlərini özündə birləşdirən ibtidai qəbilədə yaşayışdır.
a)
Cayloo turizm
b)
Kaytsörfinq
c)
Yamac paraşütü
d)
Dağ paraşütü
e)
Bina paraşütü
32.
Burada turistlərə çoban yurtasında odun sobasının ətrafında yerdə gecələmə, təzə qoyun əti və kumıs, eləcə də dağ və yaylaqlarda at belində gəzintilər təklif olunur.
a)
Cayloo turizm
b)
Kaytsörfinq
c)
Yamac paraşütü
d)
Dağ paraşütü
e)
Bina paraşütü
33.
Hal-kazırda dünyanın bu ekzotik ərazilərini, eyni zamanda orada məskunlaşan canlıları, məsələn pinqvinləri görmək istəyənlərin sayı kifayət qədər çoxdur.
a)
Şimal və Cənub qütbünə turizm
b)
Cayloo turizm
c)
Kaytsörfinq
d)
Yamac paraşütü
e)
Dağ paraşütü
34.
Ekstremal turizmdə risk amillərindən deyil:
a)
itmək qorxusu
b)
zədə təhlükəsi
c)
ətraf mühitin təsiri
d)
yanğın təhlükəsi
e)
bioloji təsir
35.
Ekstremal turizmdə risk amillərindən deyil:
a)
iqtisadi risklər
b)
psixofizioloji təhlükə
c)
kimyəvi təsir
d)
ultrabənövşəyi süalanma təhlükəsi
e)
yanğın təhlükəsi
36.
Ekstremal turizmdə risk amili kimi zədə təhlükəsinə aid deyil:
a)
hava şəraiti
b)
daş uçqunu
c)
qar uçqunu
d)
təhlükəli atmosfer hadisəsi
e)
təchizat problemi
37.
Ekstremal turizmdə risk amili kimi ətraf mühitin təsirinə aiddir:
a)
hava şəraiti
b)
daş uçqunu
c)
qar uçqunu
d)
təhlükəli atmosfer hadisəsi
e)
təchizat problemi
38.
Ekstremal turizmdə risk amili kimi bioloji təsirə aiddir:
a)
zəhərli həşəratlar
b)
hava şəraiti
c)
daş uçqunu
d)
qar uçqunu
e)
təhlükəli atmosfer hadisəsi
39.
Ekstremal turizmdə risk amili kimi psixofizioloji təhlükəyə aiddir:
a)
əsəb pozğunluğu
b)
zəhərli həşəratlar
c)
hava şəraiti
d)
daş uçqunu
e)
qar uçqunu