WorksheetsSınaq 2025 1
Total questions: 20
Worksheet time: 3600secs
Üç dost (Leyla, Samir, Nigar) avtobusun gəlmə vaxtı haqqında təxminlərini deyirlər:
Leyla: Avtobus 15 dəqiqədən gec gəlməyəcək.
Samir: Avtobusun gəlməsinə 10 dəqiqədən çox var.
Nigar: Avtobus ən azı 11 dəqiqəyə gələcək.
Əgər yalnız biri düz deyirsə, avtobus neçə dəqiqəyə gələcək?
10
11
15
17
Beş bina (K, L, M, N, O) hündürlüklərinə görə sıralanır. Verilmiş şərtlər:
N binası ən hündür bina deyil, amma O binasından hündürdür.
K binası, L binasından alçaqdır.
M binası, K və L binalarından hündürdür.
Ən hündür bina hansı ola bilər?
K binası
L binası
M binası
N binası
O binası
böyük texnologiya şirkətlərində işçilərə yüksək maaş, bonuslar və geniş sosial paketlər təklif olunur. Buna baxmayaraq, əməkdaşların iş dəyişmə nisbəti kiçik şirkətlərə nisbətən daha yüksəkdir.
Ekspertlər bu faktı əsaslandıraraq, işçilərin əsas motivasiyasının maddi təminat deyil, özlərini inkişaf etdirmək və layihələrdə azadlıq olduğunu fərz etdi.
Aşağıdakı vəziyyətlərdən hansı bu fərziyyəni təsdiqləyir?
Böyük şirkətlərdəki bəzi yüksək ödənişli vəzifələr üçün bazar üzrə orta aylıq maaş, kiçik şirkətlərin ən yüksək maaşlarından 20% daha çoxdur
Tədqiqatlar göstərir ki, işdən ayrılan əməkdaşların böyük bir qismi, maaşı daha aşağı olan, lakin daha çox məsuliyyət və layihə seçim sərbəstliyi təklif edən startaplara keçir
Böyük texnologiya şirkətlərində işçilər arasında keçirilən sorğularda iş şəraitindən və kollektivdən məmnunluq səviyyəsinin yüksək olduğu müəyyən edilmişdir.
Bir çox kiçik şirkət böyük şirkətlərdən fərqli olaraq, işçilərin yalnız daha çox saat işləməsini tələb edir və əlavə ödəniş təklif etmir.
Sütun A :3, 7, 11, ... ədədi silsiləsinin 10-cu həddi
Sütun B: 40
A sütunun xanasında verilmiş miqdar B sütunun xanasında verilmiş miqdardan artıqdır
B sütunun xanasında verilmiş miqdar A sütunun xanasında verilmiş miqdardan artıqdır
A sütunun xanasında verilmiş miqdar B sütunun xanasında verilmiş miqdara bərabərdir
ç) Verilən məlumat hansı miqdarın artıq olduğunu müəyyən etmək üçün kifayət deyil
Bir qutuda 5 qırmızı və 3 mavi kürə var. Qutudan təsadüfən 1 kürə çıxarılır.
Sütun A : Çıxarılan kürənin qırmızı olması ehtimalı.
Sütun B : Çıxarılan kürənin mavi olması ehtimalı.
A sütunun xanasında verilmiş miqdar B sütunun xanasında verilmiş miqdardan artıqdır
B sütunun xanasında verilmiş miqdar A sütunun xanasında verilmiş miqdardan artıqdır
A sütunun xanasında verilmiş miqdar B sütunun xanasında verilmiş miqdara bərabərdir
ç) Verilən məlumat hansı miqdarın artıq olduğunu müəyyən etmək üçün kifayət deyil
Bir hovuz iki kranla T saata dolur. Birinci kran təkbaşına hovuzu 8 saata doldurur, ikinci kran isə 16 saata boşaldır.
Sütun A : T saat
Sütun B : 16 saat
A sütunun xanasında verilmiş miqdar B sütunun xanasında verilmiş miqdardan artıqdır
B sütunun xanasında verilmiş miqdar A sütunun xanasında verilmiş miqdardan artıqdır
A sütunun xanasında verilmiş miqdar B sütunun xanasında verilmiş miqdara bərabərdir
ç) Verilən məlumat hansı miqdarın artıq olduğunu müəyyən etmək üçün kifayət deyil
Sütun A: Zarlarda düşən ədədlərin cəminin 7 olması ehtimalı
Sütun B: Zarlarda düşən ədədlərin hasilinin 6 olması ehtimalı.
A sütunun xanasında verilmiş miqdar B sütunun xanasında verilmiş miqdardan artıqdır
B sütunun xanasında verilmiş miqdar A sütunun xanasında verilmiş miqdardan artıqdır
A sütunun xanasında verilmiş miqdar B sütunun xanasında verilmiş miqdara bərabərdir
ç) Verilən məlumat hansı miqdarın artıq olduğunu müəyyən etmək üçün kifayət deyil
Sütun A: Sahəsi perimetrindən kiçik olan kvadratın tərəfi
Sütun B: 4
A sütunun xanasında verilmiş miqdar B sütunun xanasında verilmiş miqdardan artıqdır
B sütunun xanasında verilmiş miqdar A sütunun xanasında verilmiş miqdardan artıqdır
A sütunun xanasında verilmiş miqdar B sütunun xanasında verilmiş miqdara bərabərdir
ç) Verilən məlumat hansı miqdarın artıq olduğunu müəyyən etmək üçün kifayət deyil
DOB bucağının dərəcə ölçüsünü tapın
58
90
32
106
122
bir qutuda 1-dən 10-a qədər nömrələnmiş 10 kart var. Qutudan təsadüfən bir kart çıxarılır. Çıxarılan kartın üzərindəki ədədin tək ədəd və ya 5-ə bölünən ədəd olması ehtimalını tapın.
1/2
7/10
3/5
4/5
Avtomobil 200 km-lik yolun birinci yarısını 80 km/saat sürətlə, ikinci yarısını isə 40 km/saat sürətlə getdi. Avtomobilin bütün yoldakı orta sürətini tapın. (yuvarlaqlaşdırılmış cavabı seçin)
60 km/saat
53 km/saat
54 km/saat
55 km/saat
Üç fəhlə bir işi birlikdə 6 günə bitirir. Birinci fəhlə təkbaşına bu işi 18 günə, ikinci fəhlə isə 12 günə bitirə bilər. Əgər birinci və ikinci fəhlə işi tərk etsə, üçüncü fəhlə təkbaşına qalan işi neçə günə görər?
12 gün
18 gün
24 gün
36 gün
Bir paltarın qiyməti X lari idi. Qiymət əvvəlcə 20% artırıldı, sonra isə son qiymət üzərindən 25% endirim edildi. Əgər paltarın son qiyməti 360 lari olarsa, onun ilkin qiymətini tapın.
400 lari
450 lari
480 lari
300 lari
Yeni bir elmi kəşf əvvəlcə böyük ___ ilə ___, çünki elmi cəmiyyət sübutların dəqiqliyinə ____ yanaşır. Amma zaman keçdikcə bu yeni nəzəriyyələr qəbul olunur və bəzən hətta əvvəlki mövcud biliklərin əsasını ___ edir.
Şübhə/
Qarşılanır/
Həssas/
Alt-üst edir/
İnam/
Qarşılanır/
Həssas/
Sabitləşdirir
Şübhə/
Bəyənilir/
Laqeyd/
Alt-üst edir
İnam/
Bəyənilir/
Laqeyd/
Sabitləşdirir
Təcrübəli idarəçilər hər zaman komandanın ümumi ___ müzakirə etməyi tövsiyə edirlər, ancaq praktikada insanların əksəriyyəti ___ çəkinir, çünki ____ prosesi adətən _____ başlayır.
Səhvlərini/
Təsdiqdən/
Öyrənmə/
Etiraflardan
Uğurlarını/
Tənqiddən/
Unutma/
Məsuliyyətsizlikdən
Səhvlərini/
Tənqiddən/
Öyrənmə/
Etiraflardan
Uğurlarını/
Təsdiqdən/
Öyrənmə/
Məsuliyyətsizlikdən
Mənəvi inkişafın yüksək səviyyəsində olmaq, insanın həmişə əxlaqa ____ davranacağına ____, çünki bir çox insan yalan, oğurluq və sairənin əxlaqsızlıq olduğunu bilsə də, bu,____ nalayiq davranışlar sərgiləməsinə ______ olmur.
Zidd/
Zəmanət verir/
Onun/
Səbəb
Uyğun/
Zəmanət vermir/
Onun/
Mane
Zidd/
Zəmanət vermir/
Heç kimin/
Mane
Uyğun/
Zəmanət verir/
Onun/
Səbəb
2024-cü ildə _______ immun sistemi ____ gücləndirən, ________ də sakitləşdirən LYT-2 modulatoru molekulunu _____ etdilər. O hüceyrələrarası siqnalları tənzimləyir və balansı ______ . Bu kəşf xərçəng, autoimmun xəstəliklər və dərman inkişafı üçün böyük əhəmiyyət daşıyır.
a) alimlər / həm / həm də / kəşf / qoruyur
b) alimlər / nə/ nə də / ixtira / qoruyur
c) kəşfiyyatçılar / həm / nə də / kəşf /pozur
d) kəşfiyyatçılar / nə / həm də / ixtira /pozur
Verilir : “ İsmayıl hazırlığa getsə, ya idmana, ya da mağazaya getməyəcək.”
Əgər İsmayıl hazırlığa getmədisə, aşağıdakılardan hansı yanlış ola bilər?
I. İsmayıl idmana getdi, mağazaya getmədi.
II. İsmayıl mağazaya getdi, idmana getmədi.
III. İsmayıl həm idmana, həm də mağazaya getdi.
IV. İsmayıl nə hazırlığa nə də idmana getmədi.
yalnız I
yalnız II
yalnız III və IV
hamısı
heçbiri
Verilir:
Heç bir təcrübəli idmançı tez yorulmaz.
Bütün təcrübəsiz idmançılar təməl məşqləri öyrənirlər.
Aşağıdakı fikirlərdən hansı bu müddəalardan mütləq çıxır?
Tez yorulan heç bir idmançı təməl məşqləri öyrənmir.
Təməl məşqləri öyrənən heç kəs təcrübəli idmançı deyil.
Bütün tez yorulmayan idmançılar təcrübəlidir.
Bəzi təcrübəli idmançılar təməl məşqləri öyrənirlər.
Təməl məşqləri öyrənməyən bəzi idmançılar tez yorulmaz.
Dəvələrin xurcunu, əslində yağ toxumasından ibarət olan bioloji enerji deposudur. Xurcunun varlığı həmçinin, bədəndə yağın geniş sahəyə yayılmasının qarşısını alır və beləliklə, dəvə yüksək temperaturda daha az istilik toplayır. Alimlərin araşdırmalarına görə, xurcun uzun müddət qidadan məhrum olduqda tədricən kiçilir. Bu faktlara əsaslanaraq, alimlər dəvənin xurcunu vasitəsilə bədən temperaturunu aktiv şəkildə tənzimlədiyini fərz edirlər."
Sual Kökü:
"Aşağıdakılardan hansı alimlərin bu fərziyyəsini (temperatur tənzimlənməsi) ən güclü şəkildə təsdiq edir?"
Dəvələr, xurcundakı yağı bitirdikdə, qidalanmağa üstünlük verirlər.
Xurcunun ölçüsü və forması dəvənin qida qəbulundan asılıdır.
Xurcunun olması səbəbindən dəvənin dərisi altında yağ təbəqəsi yoxdur, bu da onun bədən temperaturunun daha tez soyumasına şərait yaradır.
Dəvələr isti havada susuz qala bilmək üçün bədən temperaturunu yüksəldib, gecə isə azaldırlar.
