Font size
WorksheetsAzerbaycan dili 9
Total questions: 10
Worksheet time: 6mins
“Qədim Azərbaycan adətinə görə, onlar odun ətrafında halqa vurmuşdular” cümləsində tünd-qara hərflərlə yazılmış ifadənin cümlədəki mənasını müəyyənləşdirin.
A. odu küləkdən qorumaq
B. qollarını bir-birinə keçirmək
C. əl-ələ tutub dayanmaq
D. dövrə vurub oturmaq
E. dairəvi hasar çəkmək
“Göylər buludlu, üfüqlər qaranlıq idi. Ətrafda ağır bir sükut hökm sürürdü. Adamlar bir-birinə qısılıb oturmuşdular”.
Mətndə altından xətt çəkilmiş sözlə eyni mənada (həqiqi və ya məcazi) işlənməyən nümunə hansıdır?
A. Bu sözü ağır bir tərzdə, zəhmlə təkrar etdi.
B. Belə dalğalar ağır gəmi üçün də təhlükəli idi.
C. Doğrudan da, evsizlik problemdir.
D. Hər şeyi təzədən başlamaq ona ağır gəlirdi.
E. Uzun, məşəqqətli ağır illər arxada qalmışdı.
Mətn iki abzasdan ibarətdir. İkinci abzas hansı sözlə başlamalıdır?
“Nəcəf faytonçunun verdiyi çuxanı altına salıb uzandı. O, xeyli müddət dibsiz boşluğa tamaşa etdi. Gözünə yuxu getmədi. Həm aclıq, həm də quru yer yuxunu sanki gözlərindən qovub çıxarmışdı. Dan yeri ağarmağa başladı. Küçədə şəhərlərə məxsus ilk canlanma və səslər eşidilirdi”.
Həm
Küçədə
O
Dan
Gözünə
Hansı sözlə başlayan cümlə mətnin tərkib hissələri arasındakı məntiqi əlaqəni pozur?
“Canavarlar sürü şəklində yaşayır. Əgər iki canavar sürüsü eyni ərazidə toqquşarsa, hamısı bir-birini parçalayar. Adətən, tək həyat tərzi sürürlər. Canavarlar əhliləşməyən yeganə yırtıcı heyvandır. Onların iybilmə qabiliyyəti insandan 100 dəfə güclüdür. Səsləri 9 kilometr məsafədən eşidə bilirlər”.
Canavarlar
Adətən
Onların
Əgər
Səsləri
Mətndə irəli sürülən hansı fikirlə klasteri tamamlamaq olar?
Xəyal gah dağdadır, gah da aranda,
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda bir saat tək oturanda,
Yüz ilin dərdiylə yüklənir insan. (B.Vahabzadə)
A. dərd insanı tənhalığa çəkir.
B. gerçəklik xəyaldan qüdrətlidir.
C. tənhalıq insana dərd gətirir.
D. insan hər zaman yüksəkliyə can atır.
E. insan işsiz oturmamalıdır.
Hansı sıradakı sözlərdən mürəkkəb söz birləşməsi yaratmaq olmaz?
1. məktəb, yol, doğma
2. sürmək, mənalı, həyat
3. təbiət, düşünmək, haqqında
4. qocalar, edə bilmək, yardım
5. o, səma, mavi
A. 1,2,5
B. 1,4
C. 2,3,5
D. 3,4
E. 1,3
Biri sadə söz birləşməsi deyil:
rəqs edə bilmək
kəndə doğru getmək
dost olmağın faydası
otaqda tək qalmaq
qızılgülü dərmək
Feili birləşmə işlənmiş nümunələri müəyyən edin.
1. Hanı mən gördüyüm qurğu-büsatlar? (Aşıq Ələsgər)
2. Dərdiməndlər görsə, tez bağrı çatlar. (Aşıq Ələsgər)
3. Ey Araz, tökürsən göz yaşı sən də
Keçdikcə üstündən çölün, çəmənin. (B.Vahabzadə)
4. Ölmək ölməkdir, xırıldamaq nə deməkdir.
5. Vətəni, məncə, unutmaq, nə demək? (A.Səhhət)
Uyğunluğu müəyyən edin.
1. Frazeoloji birləşmələr
2. İsmi birləşmələr
3. Feili birləşmələr
a) Hər iki tərəfi sifətlə ifadə oluna bilər.
b) Əsas tərəfi yalnız təsriflənməyən feillə ifadə olunur.
c) Əsas və asılı tərəfləri olmur.
d) Bütövlükdə bir leksik məna bildirir.
e) Bəzən tərəfləri ayrı-ayrı cümlə üzvü olur.
(a)
Biri ismi birləşmə deyil:
A) Kişnəyən at
B) Çoxluğun səsi
D) Müəllimin dedikləri
C) Solası çiçək
E) Süd qoxulu körpə
