Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Feil sınağı

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.
1) Sadə feillər cərgəsini müəyyən edin.
a)
əymək, ağlamaq, yarışmaq
b)
dincəlmək, dərdləşmək, azalmaq
c)
yaxşılaşmaq, çağırmaq, bələmək
d)
oturmaq, səslənmək, izləmək
e)
barışmaq, dilləşmək, ələmək
2.
2) Biri omonim frazeoloji birləşmə deyil.
a)
başa vurmaq
b)
can vermək
c)
dilotu yemək
d)
ürəyi yanmaq
e)
üz vermək
3.
3) Təsriflənməyən feili izah edən zərf hansı cümlədədir?
a)
Sahilə gedəndə tələbə yoldaşları ilə rastlaşdı
b)
Meyvəni bıçaqla kəsəndə əlini zədələdi
c)
Yuxarı kəndə gediş-gəliş xeyli azalmışdı
d)
Sənin dilucu dediklərin yadımdadır
e)
Mən səni görəndə artıq gec idi.
4.
4) Feildən düzələn feilləri göstərin. 1.ayaqlaşmaq 2.ləngitmək 3.qorxutmaq 4.oynatmaq 5.düzəldi
a)
234
b)
345
c)
123
d)
135
e)
134
5.
5) Artırılsın sözü ilə bağlı səhv fikir hansıdır?
a)
kök, qrammatik, leksik, qrammatik sxeminə uyğundur
b)
başlanğıc forması feildir
c)
əmr şəklindədir
d)
ıl məchul növün şəkilçisidir
e)
kökü feildir
6.
6) Biri digərlərinə görə fərqlidir.
a)
Doğramaq
b)
dinləmək
c)
susmaq
d)
danışmaq
e)
söyləmək
7.
7) Birinin xəbəri sadə feildir.
a)
O, 3 ildir şəhərdə olur.
b)
Ən böyük arzusu tələbə olmaqdır.
c)
Nəhayət, hər kəs kimi o da məktəbdə oxuya biləcək.
d)
Elələrinə acığı gəlir.
e)
Onun hər kəsə canı yanır.
8.
8) Sadə feili göstərin.
a)
dağlamaq
b)
saxlamaq
c)
bağlamaq
d)
turşumaq
e)
yelləmək
9.
9) Biri fərqlidir
a)
görür
b)
seçir
c)
baxır
d)
deyəcək
e)
edəcək
10.
10) Biri fərqlidir
a)
uzat
b)
dağla
c)
gözlət
d)
düzəlt
e)
yazdır