WorksheetsZibeydə müəllim
Total questions: 25
Worksheet time: 32mins
Hansı sıradakı sözlərdə k-y əvəzlənməsi baş
vermir?
Külək, tərk
Şərik, təbrik
Kürk, bəzək
Kələk, fələk
Türk, böyrək
Hansı sözün tələffüzündə səs düşümü hadisəsi
baş verir?
Şəriət
Nitqin
Sərbəstlik
Çəmənlik
Aydınlıqla
"Dostluq" sözünün tələffüzü hansı variantda
düzgün verilib?
Dosdux
Dostdux
Dostlux
Dostduq
Dosluq
"Dəmir" sözü hansı birləşmədə məcazi mənada
işlənib?
Dəmir qapı
Dəmir hasar
Dəmir yumruq
Dəmir qolbaq
Dəmir stol
Hansı söz təkmənalı sözdür?
Açıq
Qızıl
Dolğun
Şkaf
Şirin
Sözlərdən biri termin ola bilməz.
Heca
Sifət
Gözəl
Bölmə
Zərf
Hansı sətirdə çoxmənalı sözlər
verilib?
Kitab, stol
Vərəq, telefon
Aşiq, vergül
Baş, ağır
Böyrək, balıq
Sinonimlər işlənmiş variantı seçin.
Oxumaq, yazmaq
Gülüş, sevinmək
Çiy bişməmiş
Vəfasız, bivəfa
Arzu, istək
Sözlərdən birində iki leksik şəkilçi var?
Açıq
Aydınlıq
Barışmaq
Bağlılıq
Dağıntı
Hansı isim cəm şəkilçisi qəbul etmədən çoxluq bildirir?
Alay
Respublika
Ölkə
Məktəb
Şagird
Həm mücərrəd, həm konkret düşünülə bilən ismi seçin.
Analıq
Arzu
Sevgi
Qorxu
Dəftər
Biri düzəltmə isimdir:
Yoldakı
Dağıntı
Qorxunc
Evlər
Dəmirçi
Həm ümumi, həm xüsusi isim kimi işlənə bilən sözləri seçin.
Ordu, masa, sevinc
Arzu, xəyal, ümid
Xəzər, kür, araz
Çanta, miras, bakı
Sevgi, məhəbbət, xoşbəxt
Mürəkkəb ismi seçin.
Rəngbərəng
Müxtəlif
Baxa-baxa
Qaçaqaç
Günbəgün
Sifətin sualına cavab verən isim hansı nümunədədir?
Daş hasar
Açıq rəng
Qapalı məkan
Rəngli çiçək
Qızıl almaq
"İstehza" sözünün sinonimi hansı variantdadır?
Gülüş
Kinayə
Satira
Sevinc
Təkəbbür
Sözlərdən birində səslərin sayı hərflərin sayından çoxdur.
Müəllif
Bəraət
Təriqət
İddia
İdea
Feildən düzələn sifəti seçin.
Sıxıcı
Baxıcı
Qoruq
Hörük
Görüntü
Antonim olmayan cütü seçin.
Güləyən- ağalağan
Yazmaq-pozmaq
Xoşbəxt - bədbəxt
Nikbin-bədbin
Baxan-baxmayan
İsmin hansı halları iki yerə bölünür?
Adlıq və təsirlik
Yiyəlik və təsirlik
Yerlik və çıxışlıq
Adlıq və yönlük
Çıxışlıq və yiyəlik
Hansı ikihecalı sözlərə yalnız mənsubiyyət şəkilçisi artıranda ikinci hecasındakı sait düşür?
İsim, qisim
Zehin, ağıl
Qayın, oğul
Ətir, fəsil
Beyin, fikir
İsmin hansı halı xəbərlik şəkilçisi qəbul edə bilmir?
Təsirlik
Yiyəlik
Çıxışlıq
Yönlük
Yerlik
Mənsubiyyət şəkilçili isim hansı nümunədədir?
Mən kitabı aldım
Dəftəri çox gözəldi
Yemək yeməyi sevir
Onu yaxşı tanıyıram
Məktəbi sevmək lazımdır
Hansı sözlər mənsubiyyətə görə dəyişərkən fərqlənir?
Cisim, nə
Ətir, fəsil
Ağıl, fikir
Mövqe, tale
Mənafe, bəxt
"Məktəb direktoru Mehman müəllim məni çağırdı" altından xətt çəkilmiş nümunə hansı haldadır?
Adlıq
Təsirlik
Çıxışlıq
Yönlük
Yiyəlik
