NEW
Font size
Worksheetsfelsefe 100-150
Total questions: 50
Worksheet time: 25mins
Fəlsəfi antropologiya nə haqqında ümumlaşdırılmış fəlsəfi təlimdir?
sivilizasiya
insan və cəmiyyət
cəmiyyət
mədəniyyət
insan
İnsan necə varlıqdır?
bioloji varlıqdır
mənəvi varlıqdır
sosial varlıqdır
biososial varlıqdır
psixoloji varlıqdır
Antropososiogenez nədir?
bioloji növ kimi insanın mənşəyi haqqında elm
ailənin mənşəyi haqqında elm
mədəniyyətin mənşəyi haqqında elm
insan və cəmiyyətin mənşəyi haqqında elm
cəmiyyətin mənşəyi haqqında elm
İnsanların davranışının hərəkətverici qüvvəsini psixi olanda görən cərəyan hansıdır?
ekzistensializm
naturalizm
hermenevtika
freydizm
personalizm
Sosiallaşma prosesi nəyə deyilir?
cəmiyyətin qərarlaşmasına
davranış prosesinə
şəxsiyyətin formalaşmasına
dövlətin meydana gəlməsinə
istehsal prosesinə
Fəaliyyət aktının strukturu hansı elementləri özündə birləşdirir?
obyekt, tələbat, maraq, qabiliyyət
subyekt, məqsəd, vasitə, predmet, hərəkət, nəticə
predmet, nəticə, maraq, hərəkət
istedad, maraq, tələbat, vasitə
vasitə, tələbat, maraq, istedad
Elmi biliklərin genezisinin ilkin formasını nə təşkil edir?
problem
hipotez
təxəyyül
anlayış
nəzəriyyə
Aşağıda göstərilənlərdən hansısı bu gün elmin ən mühüm inkişaf qanunauyğunluqlarını təşkil edir?
elmin modernləşdirilməsi
idrak vasitələrinin təkmilləşdirilməsi
elmin differensiasiyası
elmin inteqrasiyası
elmin differensiasiyası və inteqrasiyası
Antisientizm nədir?
nəzəri biliklərin həddindən artıq şişirdilməsi
təhsilin rolunun lazımi qədər qiymətləndirilməməsi
elmin differensiasiyası
empirik biliklərin həddindən artıq şişirdilməsi
idrak nəzəriyyəsi
İdraki, praktiki-təsirli funksiya aşağıda göstərilənlərdən hansının funksiyalarına aiddir?
mədəniyyətin
elmin
əxlaqın
incəsənətin
dünyagörüşün
Aşağıdakılardan hansı elmi biliyin əsas cəhətlərinə aiddir?
elmi biliyin sistemləşdirilmiş olması, yoxlana bilmə, sübutayetmə, obyektin tədqiq metodunun dərk edilməsi
həqiqətin spesifik əsaslandırma üsullarının olması, təsdiqlənmə, obyektin tədqiq metodunun dərk matni, edilməsi, verifikasiyaya olma
verifikasiyaya ola bilən, təkzib oluna bilən, nəzərilik, obyektin tədqiq metodunun dərk edilməsi
elmi biliyin sistemləşdirilmiş olması, həqiqətin spesifik əsaslandırma üsullarının olması, dərk edən subyektin xüsusi hazırlığının olması, obyektin tədqiq metodunun dərk edilməsi
nəzərilik, sübutayetmə, yoxlana bilmə, obyektin tədqiq metodunun dərk edilməsi
Biliyin ilkin səviyyəsini göstərin.
mücərrəd bilik
praktiki bilik
aprior bilik
empirik bilik
nəzəri bilik
L.Morqana görə tarixi proses hansı mərhələlərin ardıcıl əvəzlənməsindən ibarətdir?
Mədəniyyət, sivilizasiya və sosializmin
Totalitarizm, avtoritarizm və demokratiyanın
Quldarlıq, feodalizm və kapitalizmin
Barbarlıq, mədəniyyət və sivilizasiyanın
Vəhşilik, barbarlıq və sivilizasiyanın
Mədəniyyət və sivilizasiyanı kimlər qarşı-qarşıya qoyurdu?
Bekon və Holbax
Didro və Lametri
Lametri və Marks
Didro və Helvetsi
Kant və Şpenqler
Mədəniyyatda novatorluğa nə aiddir?
ideoloji funksiyaya yerinə yetirir
elmin inkişafından asılıdır
mühafizəkarlığa gətirib çıxarır
mədəniyyətin inkişafını şərtləndirir
mədəniyyətin fasiləsizliyini təmin edir
Mədəniyyətin fasiləsizliyi nədən irəli gəlir?
sosial tərəqqiyə istinad edir
irsiyyətə bağlıdır
elmi tərəqqisindən irəli gəlir
varislik əlaqələri ilə şərtlənir
yaşayış uğrunda mübarizə ilə şərtlənir
Mədəniyyətdə varisliyə hansı uyğundur?
üzvi aləmin qanunlarına tabedir
bioloji xarakter daşıyır
siyasi inkişafın məhsuludur
irsiyyətdən irəli gəlir
sosial məzmun daşıyır
Varislik əlaqələrini yaradan nədir?
əmək bölgüsüdür
iqtisadi tərəqqidir
ənənələr, tərbiyə və təhsil sistemidir
maddi istehsalçıdır
siyasi təsisatlardır
Mədəniyyətdə ənənələrin roluna aşağıdakılardan hansı uyğundur?
inqilabi dəyişikliklər tələb edir
yeniliklərin mənimsənilməsinə yol açır
tərəqqinin şərtlərindən biridir
mədəniyyətin fasiləsizliyini təmin edir
mühafizəkarlığın əleyhinədir
Aşağıdakılardan hansl mədəniyyətin sivilizasiyadan fərqini ifadə edir?
rasionalizm
iqtisadi tərəqqini hədəf götürməsi
Texnikanın inkişafına yol açması
insanın daxili aləminə istiqamətlənməsi
Fərdiyyçilik prinsiplərini rəhbər tutması
İnsanın öz hərəkətləri və fəaliyyətində tam sərbəst olmasını təbliğ edən baxış necə adlanır?
materializm
idealizm
ekzistensializm
fatalizm
volontarizm
Şəxsiyyətin məsuliyyəti nədə ifadə olunur?
öz ailəsi qarşısında məsuliyyətdə
hüquqi məsuliyyətdə
şəxsiyyətin öz hərəkətlərində tam sərbəst olmasında
insanın taleyinin azadlıq müəyən olunmasında
öz hərəkətinin sosial nəticələrini irəlidən görmək və onlara görə cavab verə bilməkdə
İnsanın həyatının həqiqi mənası hansı prosesdə açılır?
tərbiyə
fəaliyyət
təhsil
istirahət
davranış
İnsanı formalaşdıran əsas amilə hansı aiddir?
bürclər
maaşlar
çətinliklər
təbiətin qanunları
tərbiyə
Şəxsiyyət nədir?
özünü yüksək dəyərləndirən insan
parlaq qabiliyyətləri olan insan
məşhur adam
insanın sosial siması
güclü xarakterli insan
Hərəkətin formalarının təsnifatını kim təklif etmişdir?
Aristotel
Engels
Kant
Platon
Hegel
Təbiiatın varlığını fəlsəfənin hansı bölməsi öyrənir?
aksiologiya
antropologiya
ontologiya?
naturfəlsəfə
praksisologiya
Zaman anlayışının fəlsəfi mahiyyəti nədən ibarətdir?
obyektiv mövcudluq
hadisələrin baş vermə ardıcıllığı və müddəti
subyektiv mövcudluq
bütün mövcudluq?
maddi predmetlərin ölçüsü
Makan anlayışının fəlsəfi mahiyyəti nədən ibarətdir?
bütün mövcudluq
obyektiv mövcudluq
hadisələrin baş vermə ardıcıllığı və müddəti
subyektiv mövcudluq
predmetlərin ölçüsü və yerləşmə qaydası
Substansiya anlayışının mahiyyəti nədən ibarətdir?
bütün mövcudluq
subyektiv mövcudluq
obyektiv mövcudluq
dünyada baş verən dəyişkənlik
özü-özünün səbəbi olan müstəqil varlıq
Varlığın formaları hansı bənddə düzgün qeyd edilmişdir?
təbiət, bitkilər aləmi
mənəvi varlıq, insan
şüur, mənəvi varlıq
materiya, cansız təbiət
cəmiyyət, maddi istehsal
Varlığın fəlsəfi anlayışının mahiyyəti nədən ibarətdir?
varlıq bütün mövcud olanı ifadə edən fəlsəfi kateqoriyadır
varlıq obyektiv mövcud olanı ifadə edən fəlsəfi kateqoriyadır
varlıq dəyişkənliyi bildirən anlayışdır
varlıq subyektiv mövcudluğu bildirən anlayışdır
varlıq ideyalar aləmini bildirən anlayışdır
Varlıq haqqında fəlsəfi təlim necə adlanır?
praksisologiya?
antropologiya
aksiologiya
ontologiya
gnoseologiya
Varlığın abədi və ideal dairəyə malik olduğunu kim təxmin edir?
Fales
Platon
Protoqor
Heraklit
Sokrat
Orta əsr Qərb fəlsəfəsinin ontoloji prinsipi nə idi?
kreasionizm
rasionalizm
formalizm
tarixiilik
vəhy
Materiyanın mövcudluq formaları hansılardır?
keçmiş və gələcək
dəyişkənlik və inkişaf
fasisizlilik və sonsuzluq
məkan və zaman
təkamül və tənəzzül
Varlığın atributu hansıdır?
materiya
hərəkət
zəka
təkamül
ideya
Engelsin təklif etdiyi hərəkət formalarına aid deyil?
fiziki hərəkət
biristiqametli hərəkət
sosial hərəkət
mexaniki hərəkət
kimyəvi hərəkət
Aşağıdakı təyinatlardan hansısı materiyanın mahiyyətini daha dolğun açır?
materiya – fəlsəfi kateqoriyadır
materiya – duyğular məcmusudur
materiya – hər şeyin assanı təşkil edir
materiya – əsas substansiya, ilkin materiyadır
materiya – obyektiv reallıqdır, şüurdan asılı olmayaraq mövcuddur
Hərtərəfli inkişaf etmiş harmonik insan yetişdirmək aşağıdakılardan hansının əsas vəzifəsi idi?
İntibah mədəniyyətinin
Rasionalizmin ənənələrinin
Industrial cəmiyyətin
Orta əsr mədəniyyətinin
Qədim yunan mədəniyyətinin
İnsana münasibətdə mədəniyyə aşağıdakılardan hansısı uyğun deyil?
insanı əhatə edən təbii mühitdir
insan fəaliyyətinin məhsuludur
insani başlanğıcın inkişaf ölçüsüdür.
insanın mövcudluq məkanıdır
yalnız insana xas olan keyfiyyətdir
Hansı bənddə mədəniyyətin formaları yanlış göstərilmişdir?
ədəbiyyat, rəssamlıq, mədəniyyət
Təbiət, qalaktika, yer kürəsi
Təhsil, din, incəsənət
İncəsənət, fəlsəfə, əkinçilik
əkinçilik, sənaye, quşçuluq
Tarixi prosesə formasion yanaşma nəyi iddia edir?
Müxtəlif sivilizasiyaların bir-biri ilə müqayisə etmək olmaz
Tarixi proses dövri səciyyə daşıyır
Tarixin ümumi mənası hər bir xalqın öz taleyini özünün müəyyənləşdirməsindədir
Tarixi proses dalğavari xarakter daşıyır
Tarixi proses vahid olub ardıcıl olaraq bir sıra mərhələlərdən keçir
Mədəniyyətin fəlsəfi anlayışı üçün aşağıdakılardan hansısı uyğundur?
“Birinci təbiət”
Obyektiv hakimiyyət olan siyasi münasibətlərin məcmusu
İnsanın təbiətlə şərtlənən davranış qayda və normalar
İnsan tərəfindən öz inkişafı üçün yaradılmış maddi və mənəvi dəyərlər məcmusu
İctimai münasibətlər məcmusu
Tarixi determinizmin prinsipini seçin:
İctimai hadisələrin bir-birini inkar etməsi
İctimai hadisələrin ardıcıllıqla bir-birini şərtləndirməsi
İctimai hadisələrin ancaq azadlıqla əlaqələndirilməsi
İctimai hadisələrin bir-biri ilə eyniləşdirilməsi
İctimai hadisələrin ancaq zərurətdən irəli gəlməsi
N.Danilevskiyin “mədəni-tarixi tipi” nə deməkdir?
Mədəniyyətin spesifikliyini şərtləndirən mənəvi dəyərlər sistemidir
İnsanların dinlə şərtlənən norma və davranış qaydalarıdır
Cəmiyyətin mədəniyyətin parçalanması ilə müşayiət olunan inkişaf mərhələsidir
Təsərrüfat, siyasi, dini mədəni elementlərə əsaslanan və müəyyən inkişaf mərhələsini yaşayan mədəniyyətdir
İnsanların təbiətlə şərtlənən davranış qaydaları və normalarıdır
İctimai inkişafda formasion yanaşmanın əsas üçün meyar nədir?
Bazar münasibətləri
Hakim dəyərlər, norma və qaydalar
Maddi nemətlərin istehsal üsuludur
Mədəniyyətin tipidir
Sənaye dövrlərinin inkişaf səviyyəsidir
Şpenqler sivilizasiyanı necə səciyyələndirir?
Sivilizasiya mədəniyyətin sinonimidir
Sivilizasiya mədəni enene və dəyərləridir
Sivilizasiya mədəniyyətin çiçəklənmə dövrüdür
Sivilizasiya mədəniyyətin inkişafında son mərhələdir
Sivilizasiya mədəniyyətin yaranma dövrüdür
Ontologiya özündə aşağıdakı hansı məsələləri birləşdirir?
ideyaların mənşəyi
biliyin mənşəyi
idrakın prinsiplərini
anlayış və mühakimələrin mənşəyi
dünyanın mənşəyi və onun universal əlaqələri
İnsanın həyatının əzəldən Allah və ya varlığın obyektiv qanunları tərəfindən müəyyən edildiyini söyləyən təlim necə adlanır?
kreasionizm
ekzistensializm
volüntarizm
providensializm
fatalizm
