wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

analoq testlər 20-40

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

Qanunvericilikdə hüquqi şəxslərin müəllif olub-olmaması barədə nə nəzərdə tutulub?

a)

Qanunvericilikdə hüquqi şəxslərin müəllif olması yox, yalnız qanunverciliklə nəzərdə tutulmuş qaydada hüquq sahibi ola bilməsi nəzərdə tutulub.

b)

  Hüquqi şəxslər müəllif kimi çıxış edə bilərlər

c)

Əsərlərin müəllifləri hüquqi şəxslər ola bilərlər

d)

Həm fiziki, həm də hüquqi şəxslər müəllif ola bilər

e)

  Hüquqi şəxslər müqavilə əsasında müəllif ola bilər

2.

Heykəltəraşlıq, memarlıq layihəsi, qrafika əsərlərinin qorunma rejimi hansılara uyğundur?

a)

Ədəbi və bədii əsərlərin hüquqi qorunma rejiminə

b)

Sənaye nümunələrinin hüquqi qorunma rejiminə

c)

  Əmtəə nişanlarının hüquqi qorunma rejiminə

d)

Əlaqəli hüquqların hüquqi qorunma rejiminə

e)

Rəsmi sənədlər, dövlət rəmzlərinin hüquqi qorunma rejiminə

3.

Beynəlxalq və milli qanunvericiliyə əsasən, ədəbi əsər kimi qorunan əqli mülkiyyət obyektlərini seçin:

a)

Toplular və kompüter proqramları

b)

İxtira və kompüter proqramları

c)

Patent mühafizə sənədi verilmiş əqli mülkiyyət obyekti

d)

 Sənaye mülkiyyəti obyekti və kompüter proqramı

e)

  Əhəmiyyətli sərmayə qoyulmuş məlumat topluları

4.

Əsərə müəlliflik hüququnun qüvvədə olma müddəti qurtardıqda əsər necə dövlət varidatı hesab oluna bilər?

a)

Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada

b)

   Mili Məclisin müəyyən etdiyi qaydada

c)

   Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən etdiyi qaydada

d)

  Əqli Mülkiyyət Agentliyinin müəyyən etdiyi qaydada

e)

Ədliyyə Nazirliyinin müəyyən etdiyi qaydada

5.

İfaçılar, fonoqram istehsalçıları və yayım təşkilatlarının hüquqlarına aid olanları seçin.

a)

   fonoqrama yazılmış ifanı interaktiv istifadə üçün kütləyə çatdırmaq

b)

  fonoqramın birbaşa və dolayı yolla surətinini çıxarmaq

c)

  öz verilişinin surətini çıxarmaq

d)

  əsərin curətini çıxarmaq

e)

  əsərin nüxələrini yaymaq

6.

Patent hüququ əqli mülkiyyətin hansı obyektlərinin sahiblərinə verilir?

a)

İxtira, faydalı model və sənaye nümunəsinə

b)

Faydalı model, sənaye nümunəsi və coğrafi göstəriciyə

c)

Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə

d)

Sənaye mülkiyyəti obyektlərinə

e)

İxtira və müəlliflik hüququ obyektlərinə

7.

Yaymaq, kirayə, surətçıxarma, kütləvi ifa, kütləvi nümayiş hüquqları müəllifin şəxsi (qeyri-əmlak) hüquqlarından nə ilə fərqlənir?

a)

Göstərilən hüquqların digər şəxslərə keçməsi və ya müqavilə əsasında başqasına verilməsi ilə

b)

   Başqa şəxslərə verilməsi və ya keçməsinin mümkün olmaması ilə

c)

  Satış və bağışlama obyekti ola bilməməsi ilə

d)

İcarə müqaviləsinin obyekti ola bilməməsi ilə

e)

Sərbəst istifadənin obyekti olması ilə

8.

Yaradıcı şəxslərin hüquqlarını qorumaq və yaradıcılığı stimullaşdırmaq cəmiyyətə hansı əsas faydanı verir?

a)

Cəmiyyətin sosial, mədəni və iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təkan verir

b)

Cəmiyyətdə yüksək texnoloji obyektlərin transferinə əhəmiyyətli dərəcədə təsir göstərir

c)

Cəmiyyətin inkişafına və təhlükəsizliyinə əhəmiyyətli təsir göstərir

d)

Yeni texnologiyaların alqı-satqısına müsbət təsir göstərir

e)

Cəmiyyətin sosial vəziyyətinə müsbət təsi göstərir

9.

Müəllif hüquqlarının qorunması nə üçün vacibdir?

a)

Yaradıcılıq üçün əlverişli hüquqi məkan yaratmaq və yaradıcılığı stimullaşdırmaq

b)

Müəlliflərə və əlaqəli hüquqların sahiblərinə qonorar ödəmək

c)

Əqli mülkiyyətin sahiblərini dəstəkləmək

d)

Yaradıcılıq nəticələrinin istifadəsini stimullaşdırmaq üçün

e)

   Yaradıcılıq nəticələrinin transferini stimullaşdırmaq üçün

10.

Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması ilə müdafiəsi arasındakı fərq nədən ibarətdir?

a)

  Hüquqların qorunması icra hakimiyyəti orqanlarının yaratdığı qurumlar və ictimai birliklər tərəfindən, müdafiəsi isə məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir

b)

Hüquqların qorunması müəllifin özü tərəfindən,  müdafiəsi isə ictimai birliklər tərəfindən həyata keçirilir

c)

   Hüquqların qorunması və müdafiəsi ictimai birliklər tərəfindən həyata keçirilir

d)

Hüquqların qorunması və  müdafiəsi müəllif tərəfindən həyata keçirilir

e)

  Hüquqların qorunması və müdafiəsi məhkəmələr tərəfindən həyata keçirilir

11.

Verilişin yazılmasının surətini çıxarmaq əlaqəli hüquqlar subyektlərinin hansı hüquqları kateqoriyasına aiddir?

a)

Əmlak (iqtisadi) hüquqları

b)

  Şəxsi (qeyri-əmlak) hüquqları

c)

   Patent hüququ

d)

  Sənaye mülkiyyəti hüquqları

e)

    Şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları

12.

Yenilik, sənayedə tətbiq edilə bilmə hansı əqli mülkiyyət obyektinin qeydiyyatı üçün şərtlərdir?

a)

Faydalı modelin

b)

İxtiranın

c)

  Sənaye nümunəsinin

d)

  Coğrafi göstəricinin

e)

Elmi əsərlərin

13.

Əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ) hansı əqli mülkiyyət obyektləri kateqoriyasına aiddir?

a)

  Müəllif hüquqları

b)

   Əlaqəli hüquqlar

c)

Sənaye mülkiyyəti hüquqları

d)

Patent hüquqları

e)

    Əmlak hüquqları

14.

Əsəri tərcümə etmək (tərcümə hüququ) əqli mülkiyyət subyektlərinin hansına aiddir?

a)

Əsəri yaradıcılıq əməyi ilə yaratmış fiziki şəxsə

b)

  Əsərin istifadəsinə qeyri - müstəsna hüquq almış fiziki şəxsə

c)

    Əsərin tərcüməsinə qeyri - müstəsna hüquq almış fiziki şəxsə

d)

  Tərcümə mərkəzlərinə

e)

  əsəri şəxsi məqsədlər üçün tərcümə etmiş fiziki şəxsə

15.

Yaradıcının yaradığı əsərlər, mahnılar, şəkillər və topluların yaradılması və istifadəsi ilə bağlı məsələləri tənzimləmək nə üçün vacibdir?

a)

  Yaradıcılıq fəaliyyətini stimullaşdırmaq və bununla cəmiyyətin sosial, mədəni və iqtisadi inkişafına dəstək vermək

b)

Əqli mülkiyyət sənayesinin inkişafına dəstək vermək

c)

əqli mülkiyyət obyektlərinin istifadəsini dəstəkləmək

d)

Mədəni sənayenin inkşafına təkan vermək

e)

Texnoogiyaların transferi üçün əlverişli şərait yaratmaq

16.

Əqli mülkyyət sahəsində milli və beynəlxalq qanunvericiliyin tətbiq olunması necə tənzimlənir?

a)

  Azərbaycan Respublikasının əqli mülkyyət sahəsində qanunvericiliyinin müddəaları onun qoşulduğu beynəlxalq müqavilənin müddəaları ilə ziddiyyət təşkil edərsə, beynəlxalq müqavilənin müddəaları tətbiq olunur

b)

  Azərbaycan Respublikasının əqli mülkyyət sahəsində qanunvericiliyinin müddəaları onun qoşulduğu beynəlxalq müqavilənin müddəaları ilə ziddiyyət təşkil edərsə, milli qanunvericiliyin müddəaları tətbiq olunur

c)

   Beyəlxalq və milli qanunvericiliyin müddəaları birlikdə tətbiq olunur

d)

   Beyəlxalq qanunvericiliyin müddəaları tətbiq olunur

e)

Milli qanunvericiliyin müddəaları tətbiq olunur

17.

Müəlliflər, əsərlər və istifadəçilər haqqında danışılarkən daha çox hansı sahə nəzərdə tutulur?

a)

  Yaradıcılıq nəticələrinin yaradılması və istifadəsi ilə bağlı yaranan münasibətləri tənzimləyən müəllif-hüquq qanunvericiliyi

b)

  Yaradıcılıq nəticələrinin yaradılması və istifadəsi ilə bağlı yaranan münasibətləri tənzimləyən sənaye mülkiyyəti qanunvericiliyi

c)

  İxtiraları və onların hüquq sahiblərinin hüquqlarını qoruyan qanunvericilik

d)

   Yayım təşkilatlarını qoruyan qanunvericilik

e)

  Əlaqəli hüquqları qoruyan qanunvericilik

18.

Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi dedikdə nə başa düşülür?

a)

  Əqli mülkiyyət hüquqlarının müdafiəsi və pozulduğu halda məhkəmə qaydasında bərpası

b)

Əqli mülkiyyət hüquqlarının qorunması

c)

Əqli mülkiyyət hüquqlarının idarə edilməsi

d)

Əqli mülkiyyət hüquqlarının ötürülməsi

e)

Əqli mülkiyyət hüquqlarının cəmiyyətin maraqları naminə sərbəst istifadəsinə imkan yaradılması

19.

Piratçılığa qarşı mübarizə məsələləri necə tənzimlənir?

a)

Qeyri-qanuni istifadə halları müəyyən edilir və qanunvericilikdə nəzərdə tutulan tədbirlər tətbiq edilir

b)

Qeyri-qanuni istehsal edilmiş mallar müsadirə olunur və məhv edilir

c)

  Maların istehsal olunduğu avadanlıqlar müsadirə olunur

d)

  Pirat nüsxələr satılmaq və dəymiş ziyanı kompensasiya etmək məqsədilə hüquq sahibinə verilir

e)

  İcazəsiz istehsal olunmuş mallar satılır və əldə olunan vəsait dövlət nəfinə keçirilir

20.

Əqli mülkiyyətin iqtisadi inkişafda yerini müəyyənləşdirmək nə üçün lazımdır?

a)

   Əqli mülkiyyətə əsaslanan sənaye sahələrinin müasir dünya iqtisadiyyatında nə dərəcədə əhəmiyyətli rola malik olduğunu göstərmək

b)

Əqli mülkiyyətə əsaslanan sənaye sahələrinin rolunu artırmaq

c)

  Yaradıcı şəxslərin iqtisadi inkişafda rolunu göstərmək

d)

Yeni texnologiyaların transferini gücləndirmək

e)

Texnologiyaların mübadiləsini təşkil etmək