WorksheetsDövlət Rəmzlərinə dair Qanunvericilik
Total questions: 14
Worksheet time: 7mins
Tamamlayın:
Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Bayrağının Dövlət Bayrağı ................
daimi qaldırılır
daimi yerləşdirilir
yerləşdirilir və təsvirindən istifadə olunur
qaldırılır (asılır) və ya yerləşdirilir
"AR Dövlət Bayrağının istifadə qaydaları haqqında" qanunun 6-cı maddəsinə əsasən aşağıda göstərilənlərdən hansı doğrudur?
Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət hakimiyyət orqanları tərəfindən keçirilən tədbirlər və mərasimlər zamanı qaldırılır (asılır) və ya yerləşdirilir.
Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət hakimiyyət orqanları tərəfindən keçirilən rəsmi tədbirlər və mərasimlər zamanı daimi qaldırılır (asılır) və ya daimi yerləşdirilir.
Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət hakimiyyət orqanları tərəfindən keçirilən tədbirlər və mərasimlər zamanı daimi qaldırılır (asılır) və ya daimi yerləşdirilir.
Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət hakimiyyət orqanları tərəfindən keçirilən rəsmi tədbirlər və mərasimlər zamanı qaldırıla (asıla) və ya daimi yerləşdirilə bilər.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində Azərbaycan Respublikası Dövlət bayrağının ............. və (və ya) Dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilir.
Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
parçasının aşağı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir
parçasının orta hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir
dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir
dəstəyinin və ya dirəyinin aşağı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir
Aşağıda göstəriləndən hansı doğru deyil?
Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, həmin bayraqların ölçüsündən böyük ola bilməz.
Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı, digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan sağda olmalıdır.
Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların təsviri, onların ölçülərindən asılı olmayaraq, .............. müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
Azərbaycan Respublikasının Konstitusiyasında və "Azərbaycan Respublikasının Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda
Azərbaycan Respublikasının Konstitusiyasında və "Azərbaycan Respublikasının Dövlət bayrağının istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda
"Azərbaycan Respublikasının Dövlət bayrağının istifadə qaydaları haqqında" və "Azərbaycan Respublikasının Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda
"Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onun ölçüləri haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda
Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı neçə metr hündürlükdə olsun?
iki metr
üç metr
altı metr
on metr
Azərbaycan Respublikasının Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər ............... uyğun olaraq məsuliyyətə səbəb olur.
Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
"Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununa
Azərbaycan Respublikası Konstitusiyasına
bu Qanuna
Azərbaycan Respublikasının qanunvericiliyinə
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və ................. Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edir.
Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
"Azərbaycan Respublikası Dövlət Gerbindən istifadə qaydaları haqqında"
"Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında"
"Azərbaycan Respublikası Dövlət Gerbinin ölçülərinin təsdiq edilməsi haqqında"
"Azərbaycan Respublikası Dövlət Rəmzlərinin təsvirinin təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Konstitusiyasının ................... maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının dövlət rəmzidir.
Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
21-ci
22-ci
23-cü
24-cü
Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri hansı akt ilə müəyyən edilir?
"Azərbaycan Respublikası Dövlət rəmzlərinin təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanunu ilə
"Azərbaycan Respublikası Dövlət Gerbindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə
"Azərbaycan Respublikası Dövlət Gerbinin ölçülərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə
"Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanunu ilə
Aşağıda göstərilənlərdən hansı Azərbaycan Respublikasının Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələrindən deyil:
Azərbaycan Respublikasının Dövlət Gerbinin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək
əhalini Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət ruhunda tərbiyələndirmək
Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlərin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək
"Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında" qanuna riayət olunmasına nəzarəti təmin etmək
....................... Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət rəmzləri müəlliflik hüququnun obyekti deyildir.
Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
"Müəllif hüququ və əlaqəli hüquqlar haqqında"
"Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında"
"Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında"
"Azərbaycan Respublikasının Dövlət rəmzlərinin təsvirinin təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsviri vurulmur:
Azərbaycan Respublikasının bütün məhkəmə sədrlərinin xidməti otaqlarına
Azərbaycan Respublikasının dövlət iqamətgahlarının binalarına
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin xidməti otağına
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının binalarına
Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsviri vurulmur:
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) binalarına
Azərbaycan Respublikasının Prezident Sarayına
Azərbaycan Respublikasının Baş nazirinin xidməti otağına
Azərbaycan Respublikasının Milli Məclisinin iclas salonuna
