Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Untitled Quiz

Total questions: 150

Worksheet time: 1hrs 15mins

Name
Class
Date
1.

Yaş növləri hansılardır?

a)

xronoloji, bioloji, sosial, psixoloji

b)

fizioloji, bioloji, biososial

c)

erkən yaş və yetkin yaş

d)

çağa, körpə və məktəbəqədər

e)

anatomik-fizioloji, anatomik-bioloji

2.

Uzunmüddətli müşahidə dedikdə nə başa düşülür?

a)

müşahidə müəyyən dövrdə aparılır

b)

müşahidə müəyyən müddətdə aparılır

c)

müşahidə fasiləli şəkildə aparılır

d)

müşahidə məqsədli şəkildə aparılır

e)

müşahidə qısa müddətdə aparılır

3.

Dövri müşahidə nə deməkdir?

a)

müşahidə müəyyən müddətdə aparılır

b)

müşahidə fasiləsiz şəkildə aparılır

c)

müşahidə müəyyən dövrdə aparılır

d)

müşahidə qısa müddətdə aparılır

e)

müşahidə məqsədli şəkildə aparılır

4.

Son zamanlar hansı eksperiment formalarından geniş istifadə olunur? Verilənlər: 1. müəyyənedici 2. öyrədici 3. inkişafetdirici 4. tərbiyəedici

a)

1,2

b)

2,3

c)

3,4

d)

1,4

e)

1,3

5.

Yaş psixologiyasının bölmələri hansılardır?

a)

uşaq, yeniyetmə, gənclik, yetkin yaş, herontopsixologiya, diferensial psixologiya

b)

uşaq psixologiyası və pedaqoqikası, erkən uşaqlığın psixologiyası, intellektin psixologiyası

c)

məktəbəqədər psixologiya, məntiqi təfəkkür psixologiyası, yaş və fizioloji psixologiya

d)

idrak psixologiyası, təlim-tərbiyə psixologiyası, kiçik məktəblinin psixologiyası

e)

yaş və pedaqoji psixologiya, yetkin gənclik psixologiyası, təfəkkür psixologiyası

6.

Somatologiya nəyi öyrənir?

a)

bədən quruluşunun bütövlüyünü

b)

əzələ sisteminin bütövlüyünü

c)

ayaq quruluşunun bütövlüyünü

d)

sifət quruluşunun bütövlüyünü

e)

beyin quruluşunun bütövlüyünü

7.

Erqonomika nəyi öyrənir?

a)

insanın əmək fəaliyyətini

b)

insanın təlim fəaliyyətini

c)

insanın oyun fəaliyyətini

d)

insanın iradi fəaliyyətini

e)

insanın idrak fəaliyyətini

8.

Semiotika nəyi tədqiq edir?

a)

işarə sistemlərini

b)

skelet sistemlərini

c)

əzələ sistemlərini

d)

onurğa sistemlərini

e)

sinir sistemlərini

9.

Aksiologiya nəyi araşdırır?

a)

sərvət meyllərinin məzmununu

b)

əmək meyllərinin məzmununu

c)

idrak meyllərinin məzmununu

d)

emosional meyllərinin məzmununu

e)

aqressiv meyllərinin məzmununu

10.

Müşahidə neçə növə ayrılır və hansılardır?

a)

iki növ: özünümüşahidə və obyektiv müşahidə

b)

üç növ: sərbəst, ardıcıl, hərtərəfli

c)

dörd növ: sərbəst, obyektiv, planlı, qeyri-obyektiv

d)

bir növ: obyektiv müşahidə

e)

beş növ: obyektiv, planlı, hərtərəfli, fasiləsiz və pərakəndə

11.

Müşahidə hansı şəkildə həyata keçirilə bilər?

a)

uzunmüddətli və dövri

b)

fasiləli və qısamüddətli

c)

fasiləsiz və pərakəndə

d)

qısamüddətli və dövri

e)

məqsədli və məqsədə­müvafiq

12.

Eksperiment metodu neçə növə ayrılır və hansılardır?

a)

iki növ: laborator və təbii

b)

bir növ: laborator

c)

üç növ: sadə, mürəkkəb və qarışıq

d)

dörd növ: ümumi, xüsusi, konkret və mücərrəd

e)

beş növ: konkret, fərdi, ümumi, xüsusi və mücərrəd

13.

Kollektivin istiqaməti, kollektivdə şəxsiyyətlərarası münasibətlər hansı metod vasitəsilə müəyyənləşdirilir?

a)

sosiometrik metodu

b)

əkizlər metodu

c)

müşahidə metodu

d)

anket metodu

e)

eksperiment metodu

14.

Aşağıdakılardan hansılar eksperiment metoduna aiddir?

a)

müəyyənedici, öyrədici

b)

öyrədici, özünümüşahidə

c)

inkişafetdirici, tərbiyəedici

d)

özünütərbiyə, yenidən­tərbiyə

e)

tərbiyəedici, özünü­dərk

15.

Uşaq psixologiyası nəyi öyrənir?

a)

uşağın psixi inkişafının spesifik xüsusiyyətlərini

b)

uşağın fərdi-psixoloji xüsusiyyətlərini

c)

uşağın tərbiyəlilik səviyyəsini

d)

uşağın təlim fəaliyyətinin səviyyəsini

e)

uşağın iradi keyfiyyətlərini

16.

Uşaq psixologiyasının fəlsəfə ilə əlaqədə olması nəyi ifadə edir? Verilənlər: 1. insanın cəmiyyətdə rolunu aşkara çıxarır 2. psixi inkişafın yaş dinamikasını izləyir 3. tədqiqat istiqamətlərini müəyyənləşdirir 4. yaş dövrünün qanunauyğunluqlarını öyrənir 5. dünya ilə qarşılıqlı münasibətini aydınlaşdırır

a)

1,5

b)

2,3

c)

3,5

d)

1,4

e)

2,4

17.

Uşaq psixologiyasının ümumi psixologiya ilə sıx əlaqədə olması nəyə əsaslanır? Verilənlər: 1. Ümumi psixologiya insanın cəmiyyətdə rolunu aşkara çıxarır. 2. Ümumi psixologiya tədqiqat istiqamətlərini müəyyənləşdirməyə imkan yaradır. 3. Ümumi psixologiya açar rolunu oynayır. 4. Ümumi psixologiya yaş dövrünün qanunauyğunluqlarını öyrənir.

a)

2,3

b)

1,2

c)

1,4

d)

2,4

e)

1,3

18.

Uşaq psixologiyası hansı psixologiyanın bölmələrindən biridir?

a)

yaş psixologiyanın

b)

pedaqoji psixologiyanın

c)

ümumi psixologiyanın

d)

sosial psixologiyanın

e)

ünsiyyət psixologiyasının

19.

Uşaq psixologiyası hansı elmlərlə qarşılıqlı əlaqədədir?

a)

fəlsəfə, ümumi psixologiya, yaş psixologiyası, pedaqogika, uşaq anatomiyası və fiziologiyası

b)

fəlsəfə, tarix, botanika, yaş biologiyası, insan və cəmiyyət

c)

tarix, coğrafiya, fizika, astronomiya, yaş biologiyası

d)

ümumi psixologiya, yaş biologiyası, riyaziyyat, botanika, həndəsə, somotologiya, erqonomika

e)

yaş psixologiyası, yaş biologiyası, yaş gigiyenası, riyaziyyat, iqtisadiyyat, fizika, ingilis dili

20.

Fəlsəfə, ümumi psixologiya, yaş psixologiyası, pedaqogika, uşaq anatomiyası və fiziologiyası nəyi ifadə edir?

a)

uşaq psixologiyası ilə əlaqəsini

b)

fəlsəfə ilə əlaqəsini

c)

yaş biologiyası ilə əlaqəsini

d)

pedaqogika ilə əlaqəsini

e)

uşaq gigiyenası ilə əlaqəsini

21.

Yaş psixologiyasının bölmələrinə aid deyil?

a)

təfəkkür psixologiyası

b)

diferensial psixologiya

c)

herontopsixologiya

d)

yeniyetməlik və gənclik psixologiyası

e)

yetkin yaşın psixologiyası

22.

Aşağıdakılardan hansılar Uşaq psixologiyasında öyrənilmir?

a)

uşağın əqli, psixi və fiziki inkişafında pozulmalarını

b)

uşağın fərdi-psixoloji xüsusiyyətlərini

c)

uşağın tərbiyəlilik səviyyəsini

d)

uşağın təlim fəaliyyətinin səviyyəsini

e)

uşağın iradi keyfiyyətlərini

23.

Aşağıdakılardan biri doğrudur:

a)

Uşaq psixologiyası fəlsəfə, ümumi psixologiya, yaş psixologiyası, pedaqogika elmləri ilə qarşılıqlı əlaqədədir

b)

Uşaq psixologiyası fəlsəfə, botanika, yaş biologiyası, insan və cəmiyyət elmləri ilə qarşılıqlı əlaqədədir

c)

Uşaq psixologiyası tarix, coğrafiya, fizika, astronomiya, yaş biologiyası elmləri ilə qarşılıqlı əlaqədədir

d)

Uşaq psixologiyası ümumi psixologiya, yaş biologiyası, riyaziyyat, həndəsə, somotologiya elmləri ilə qarşılıqlı əlaqədədir

e)

Uşaq psixologiyası yaş psixologiyası, yaş biologiyası, yaş gigiyenası, riyaziyyat, iqtisadiyyat elmləri ilə qarşılıqlı əlaqədədir

24.

Hansı metod sistematik aparılan qeydlərə əsaslanır?

a)

ana gündəlikləri

b)

test

c)

anket

d)

müsahibə

e)

mksperiment

25.

Uşağın psixi həyatının öyrənilməsində geniş tətbiq olunan metod hansıdır?

a)

müşahidə

b)

test

c)

eksperiment

d)

sosiometrik

e)

müsahibə

26.

Söhbət metodunun xüsusi forması hesab olunur?

a)

kliniki söhbət

b)

diaqnostik sorğu

c)

anket sorğusu

d)

test sorğusu

e)

riyazi-statistik təhlil

27.

Elmi faktlara əsaslanan metod hansıdır?

a)

ana gündəlikləri metodu

b)

fəaliyyət məhsullarının öyrənilməsi metodu

c)

riyazi-statistik metodu

d)

test metodu

e)

eksperiment metodu

28.

Ana gündəlikləri metodu necə aparılır?

a)

sistematik aparılan qeydlərə əsasən

b)

pərakəndə aparılan qeydlərə əsasən

c)

iki ay müddətində aparılan qeydlərə əsasən

d)

aylıq aparılan qeydlərə əsasən

e)

həftəlik aparılan qeydlərə əsasən

29.

Uşağın irsiyyəti, xüsusilə mikromühitdə aparılan təlim-tərbiyə ilə irsiyyət arasındakı münasibətlər hansı metod vasitəsilə müəyyənləşdirilir?

a)

əkizlər metodu

b)

müsahibə metodu

c)

sosiometrik metodu

d)

müşahidə metodu

e)

anket metodu

30.

Əkizlər metodu vasitəsilə nəyi müəyyənləşdirirlər?

a)

uşağın irsiyyəti

b)

uşağın iradi sferası

c)

uşağın nitqi

d)

uşağın diqqəti

e)

uşağın qavrayışı

31.

Müsahibə sıx qarşılıqlı şəxsi əlaqə yaratmaq üçün hansı metoddan istifadə edilir?

a)

söhbət (sorğu)

b)

test

c)

müşahidə

d)

anket

e)

eksperiment

32.

Faktların kəmiyyət və keyfiyyət baxımından təhlili zamanı hansı metoddan istifadə olunur?

a)

riyazi-ststistik təhlil metodu

b)

sorğu metodu

c)

müşahidə metodu

d)

tərcümeyi hal metodu

e)

test metodu

33.

Uşağın psixi həyatının öyrənilməsində geniş tətbiq olunan metodlardan deyil?

a)

determinızm

b)

test

c)

eksperiment

d)

əkizlər metodu

e)

ana gündəlikləri metodu

34.

Aşağıdakılardan hansı yalnız uşaq psixologiyasının metodları kimi nəzərdən keçirilməlidir?

a)

əkizlər və ana gündəlikləri metodu

b)

test və eksperiment metodu

c)

əkizlər və söhbət metodu

d)

ana gündəlikləri və eksperiment metodu

e)

riyazi-statistik təhlil və test metodu

35.

“Ana qucağı məktəbi” adlı əsərin müəllifi kimdir?

a)

Y.A.Komenski

b)

H.Tard

c)

Ş.Blondel

d)

K.Buler

e)

Z.Freyd

36.

Hər bir uşaq cəmiyyətin tarixi inkişaf mərhələsini təkrarlayır. Bu fikir kimə məxsusdur?

a)

Xoll

b)

Freyd

c)

Uşinski

d)

Preyer

e)

Heç biri

37.

Psixi inkişaf irsiyyət və mühitin qarşılıqlı təsiridir fikrini kim qeyd edirdi?

a)

V. Ştern

b)

Z. Freyd

c)

L.Viqotski

d)

Heç biri

e)

P. Jane

38.

Psixi inkişafda problemlərin kökünü erkən uşaqlıq illərində axtarmaq lazımdır fikri kimə məxsusdur?

a)

Z. Freyd

b)

P. Jane

c)

V. Ştern

d)

K. Büler

e)

V. Preyer

39.

Uşaq psixoligiyası sahəsində yazılmış ilk əsər hansıdır?

a)

“uşağın ruhu”

b)

“ana qucağı məktəbi”

c)

“kitabi – nəsihət”

d)

“ət – təhsil”

e)

“böyük didaktika”

40.

K.Bülerə aiddir.

a)

uşaq oyunlarının xarakterini açmışdır

b)

irsiyyət və mühitin qarşılıqlı təsirini göstərmişdir

c)

genetik imkanlara üstünlük vermişdir

d)

psixi proseslərə elmi cəhətdən qiymətləndirmişdir

e)

psixi inkişafın dörd səviyyəsini qiymətləndirmişdir

41.

“Uşağın ruhu” əsərin müəllifi kimdir?

a)

V.Preyer

b)

K.Uşinski

c)

Y.A.Komenski

d)

J.Piaje

e)

L.Viqotski

42.

Uşaq oyunlarının xarakterini açan görkəmli alim kimdir?

a)

K.Büler

b)

K.Uşinski

c)

Vunt

d)

H.Tard

e)

Z.Freyd

43.

Uşağın psixi inkişafının dörd səviyyəsini kim fərqləndirmişdir?

a)

P.Jiane

b)

H.Tard

c)

K.Uşinski

d)

Ş.Blondel

e)

V.Preyer

44.

Psixoanalizin banisi kimdir?

a)

Z.Freyd

b)

A.Makovelski

c)

Ə.Zakıyev

d)

M.Məhərrəmov

e)

Z.Mehdizadə

45.

Uşağın doğulması onun bioloji tip kimi mövcudluğunun sonudur fikri kimə məxsusdur?

a)

L.Viqotskiyə

b)

A.Makovelskiyə

c)

Ə.Zəküyevə

d)

M.Məhərrəmova

e)

P.Janəyə

46.

Uşağın ontogenezdə inkişafını mərhələlər üzrə hansı müəllif göstərmişdir?

a)

A.Vallon

b)

Y.A.Komenski

c)

L.Vşqotski

d)

A.Makovelski

47.

Təkrarlama ideyasını kim irəli sürmüşdür?

a)

Xoll

b)

Freyd

c)

Uşinski

d)

Preyer

e)

Hamısı

48.

Hansı alim öz əsərlərində uşaqlarda qavrayışın, fantaziyanın, təfəkkür və nitqin inkişafına xüsusi diqqət yetirmişdir?

a)

K.Büler

b)

Freyd

c)

Preyer

d)

Heç biri

e)

A.Makovelski

49.

Sosioloji nəzəriyyənin tərəfdarları sırasına aiddir:

a)

H.Tard, Ş.Blondelin, J.Piaje

b)

Preyer, H.Tard, J.Piaje

c)

J.Piaje, K.Büler, H.Tard

d)

Ş.Blondel, J.Piaje, Freyd

e)

Freyd, A.Makovelski

50.

Uşağın psixi inkişafının səviyyələrindən biri yanlışdır:

a)

rollu-oyunlar

b)

motor reaksiyaların inkişafı

c)

sosial-şəxsi səviyyə

d)

elementar intellektual davranış

e)

perspektiv əməliyyatların mənimsənilməsi

51.

“İlk növbədə insanın şəxsi problemlərinə diqqət yetirmək lazımdır” fikri hansı alima məxsusdur?

a)

Z.Freyd

b)

P.Jane

c)

V.Ştern

d)

K.Büler

e)

V.Preyer

52.

“Həyat şəraiti uşağın psixi inkişafını birbaşa təyin etməyə qadir deyildir” fikri hansı alima məxsusdur?

a)

L.Viqotskiyə

b)

A.Makovelskiyə

c)

Ə.Zəküyevə

d)

M.Məhərrəmova

53.

A.Vallon uşağın ontogenezdə inkişafının mərhələlərini neçə yerə bölmüşdür?

a)

7 yerə

b)

8 yerə

c)

3 yerə

d)

5 yerə

e)

6 yerə

54.

Azərbaycanda uşaq psixologiyası sahəsində hansı alimlər tədqiqatlar aparmışdır?

a)

A.Makovelski, Ə.Zəküyev, M.Məhərrəmov, Ə.Bayramov, Ə.Əlizadə

b)

L.Viqotski, Ş.Ağayev, M.Həmzayev, Ə.Qadirov, Z.Mehdizadə

c)

A.Makovelski, M.Həmzayev, M.Məhərrəmov, V.Ştern, C.Bruner

d)

A.Makovelski, Ə.Zəküyev, M.Məhərrəmov, Ə.Bayramov, C.Bruner

e)

L.Viqotski, C.Bruner, Z.Mehdizadə, C.Bruner, Ə.Qadirov

55.

Psixi inkişafın zəruri şərtləri hansılardır?

a)

təbii imkanlar, irsi xüsusiyyətlər və yetkinləşmə

b)

mühit və şəratin təsirindən yaranan xüsusiyyətlər

c)

psixi və fiziki imkanlar

d)

fərdi psixoloji xüsusiyyətlər

e)

idrak imkanları və idrak maraqları

56.

Təbii imkanlar, irsi xüsusiyyətlər və yetkinləşmə nəyi ifadə edir?

a)

zəruri şərtləri

b)

qanunauyğunluqları

c)

hərəkətverici qüvvələri

d)

spesifik xüsusiyyətləri

e)

mexanizmləri

57.

Psixi inkişafın zəruri şərtlərinə aiddir? 1. təbii imkanlar 2. fiziki imkanlar 3. irsi xüsusiyyətlər 4. psixoloji xüsusiyyətlər 5. yetkinləşmə prosesləri

a)

1,3,5

b)

1,2,4

c)

1,3,4

d)

1,2,3

e)

1,2,5

58.

Psixi inkişafın zəruri şərtlərinə aid deyil? 1. təbii imkanlar 2. psixoloji xüsusiyyətlər 3. irsi xüsusiyyətlər 4. fiziki imkanlar 5. yetkinləşmə prosesləri 6. idrak imkanları

a)

2,4,6

b)

1,3,5

c)

2,3,4

d)

1,2,6

e)

2,3,6

59.

Müəyyən anatomik-fizioloji əlamət və xüsusiyyətlərin valideyn genləri vasitəsilə nəsildən nəslə verilməsi necə adlanır?

a)

irsiyyət

b)

tərbiyə

c)

təlim

d)

vərdiş

e)

bacarıq

60.

Psixi inkişafın ümumi qanunauyğunluqları hansılardır?

a)

qeyri-bərabər, inteqrasiya, kompensasiya

b)

sürətli, zəif, asta, müvazinətli

c)

uyğunlaşma, dəyişmə, formalaşma

d)

dinamik, dalğavari, sürətli, qeyri-müəyyən

e)

ontogenez, filogenez

61.

Psixi inkişafın ana xəttini nə təşkil edir?

a)

psixi inkişafın fasiləsizliyi

b)

psixi inkişafın mütəhərrikliyi

c)

psixi inkişafın rəngarəngliyi

d)

psixi inkişafın müvazinətliliyi

e)

psixi inkişafın ləngiməsi

62.

Bir psixi funksiyanın sürətlə inkişaf edərək zəif inkişaf edən, yaxud da inkişaf etməyəni əvəz etməsi necə adlanır?

a)

psixi inkişafın kompensasiyası

b)

psixi inkişafın qeyri-bərabərliyi

c)

psixi inkişafın fasiləsizliyi

d)

psixi inkişafın inteqrasiyası

e)

psixi inkişafın intensivliyi

63.

Psixi inkişafın ümumi qanunauyğunluqlarından biri yanlışdır:

a)

psixi inkişafın sabitliyi

b)

psixi inkişafın kompensasiyası

c)

interiorizasiya prosesi

d)

şəxsi konstruktlar

e)

psixi inkişafın inteqrasiyası

64.

Psixi inkişafın neçə ümumi qanunauyğunluğu var?

a)

6

b)

7

c)

2

d)

9

e)

5

65.

“İnsanın şəxsi görüşləri, baxışlar sisteminin təzahürü, hadisələri qabaqcadan görmək” hansı qanunauyğunluğa aiddir?

a)

şəxsi konstruktlar

b)

psixi inkişafın kompensasiyası

c)

psixi inkişafın inteqrasiyası

d)

psixi inkişafın qeyri-bərabərliyi

e)

interiorizasiya prosesi

66.

İnsanlar arasında ünsiyyətin neçə səviyyəsini fərqləndirirlər?

a)

üç səviyyəsini

b)

dörd səviyyəsini

c)

beş səviyyəsini

d)

altı səviyyəsini

e)

yeddi səviyyəsini

67.

Hansı yaşda uşağın yaşlılarla ünsiyyəti idrak fəaliyyətində həyata keçirilir?

a)

üç-beş yaşda

b)

iki-üç yaşda

c)

bir-iki yaşda

d)

iki-dörd yaşda

e)

beş-altı yaşda

68.

Uşaq ilk dəfə hansı ünsiyyətdə formalaşıb ərsəyə çatır?

a)

ailədaxili ünsiyyətdə

b)

tərbiyəçilərlə ünsiyyətdə

c)

uşaqlarla ünsiyyətdə

d)

ailədənkənar ünsiyyətdə

e)

müəllimlərlə ünsiyyətdə

69.

Ünsiyyətin mühüm bir forması necə adlanır?

a)

söhbət

b)

natiqlik

c)

hərəkət

d)

oyun

e)

davranış

70.

Hansı yaşda ünsiyyət şəxsi xarakter daşmağa başlayır?

a)

altı yaşda

b)

yeddi yaşda

c)

səkkiz yaşda

d)

doqquz yaşda

e)

on yaşda

71.

Şagird şəxsiyyətinin inkişafında hansı ünsiyyət forması daha mühüm rol oynayır?

a)

pedaqoji ünsiyyət

b)

mənalı ünsiyyət

c)

maddi ünsiyyət

d)

sosial ünsiyyət

e)

siyasi ünsiyyət

72.

Müəllim və tərbiyəçilərlə ünsiyyət necə adlanır?

a)

pedaqoji ünsiyyət

b)

fərdi ünsiyyət

c)

ailədaxili ünsiyyət

d)

sosial ünsiyyət

e)

peşəkar ünsiyyət

73.

Hansı yaşda uşağın yaşlılarla ünsiyyəti qeyri-formal xarakter daşıyır?

a)

üç-beş yaşda

b)

iki-üç yaşda

c)

bir-iki yaşda

d)

iki-dörd yaşda

e)

beş-altı yaşda

74.

Təlim inkişafın arxasınca gedir və ona uyğunlaşır fikri kimə məxsusdur?

a)

V.Şternə

b)

A.Makavelskiyə

c)

Z.Feydə

d)

Ə.Zəküyevə

e)

Ə.Əlizadəyə

75.

Təlim inkişafı heç bir əsaslı təsir göstərə bilməz fikri kimə məxsusdur?

a)

J.Piageyə

b)

B.Bayramova

c)

Ə.Qadirova

d)

K.Uşinskiyə

e)

Ə.Əlizadəyə

76.

Hər cür ağlı inkişafın əsasını yalnız mütəşəkkil və məqsədyönlü təlim təşkil edir fikri kimə məxsusdur?

a)

C.Brunerə

b)

K.Uşinskiyə

c)

J.Piageyə

d)

Ə.Qadirova

e)

M.Məhərrəmova

77.

“Təlim həmişə inkişafdan irəlidə gedir və onu da öz arxasınca aparır” fikri kimə məxsusdur?

a)

Viqotskiyə

b)

Uşinskiyə

c)

Uxtomskiyə

d)

Seçenova

e)

Pavlova

78.

Aqlı inkişafın neçə zonası vardır?

a)

iki zonası

b)

üç zonası

c)

dörd zonası

d)

beş zonası

e)

altı zonası

79.

Aqlı inkişafın zonaları hansılardır?

a)

fəal və inkişafın yaxın zonası

b)

qeyri-fəal və inkişafın yaxın zonası

c)

fəal və inkişafın uzaq zonası

d)

qeyri-fəal və inkişafın uzaq zonası

e)

pssiv və neqativ inkişaf zonası

80.

Fəal inkişaf zonası nə deməkdir?

a)

tapşırıqları müstəqil yerinə yetirmək

b)

təlim prosesində çalışmaq

c)

yaşlıların köməyi ilə işin icrası

d)

xarakter əlamətlərini nümayiş etdirmək

e)

ünsiyyət formalarını nümayiş etdirmək

81.

İnkişafın yaxın zonası nə deməkdir?

a)

yaşlıların köməyi ilə işin icrası

b)

hafizənin yüksək inkişaf səviyyəsi

c)

qavramanın müstəqil təşəkkülü

d)

təfəkkür proseslərinin təşəkkülü

e)

qabiliyyətin əsas formalarının inkişafı

82.

“İnkişafın fəal və yaxın zonası” ideyasının müəllifi kimdir?

a)

L. S. Viqotski

b)

İ. M. Seçenov

c)

İ. P. Pavlov

d)

K. D. Uşinski

e)

Ə. S. Bayramov

83.

Təlim və tərbiyə prosesinin inkişafetdirici xarakterə malik olması üçün neçə əsas cəhətə əməl edilməlidir?

a)

beş cəhətə

b)

altı cəhətə

c)

yeddi cəhətə

d)

səkkiz cəhətə

e)

doqquz cəhətə

84.

Şagirddə nə qədər bilik verməyin zəruriliyini necə dəqiqləşdirmək olar?

a)

yalnız ağlı inkişaf səviyyəsini müəyyən etməklə

b)

yalnız maraq səviyyəsini müəyyən etməklə

c)

yalnız iradə səviyyəsini müəyyən etməklə

d)

yalnız münasibət səviyyəsini müəyyən etməklə

e)

yalnız emosional sferanı müəyyən etməklə

85.

“Tərbiyəçi insanı bütün yaşlarda, bütün vəziyyətlərdə və bütün insan təsəllilərinin gücsüz olduğu zaman öyrənməlidir” fikri kimə məxsusdur?

a)

K. D. Uşinski

b)

Ə. Ə. Qadirov

c)

Ə. Ə. Əlizadə

d)

İ. M. Seçenov

e)

İ. P. Pavlov

86.

Ağlı inkişafının iki zonasını kim müəyyən etmişdir?

a)

Viqotski

b)

Uşinski

c)

Uxtomski

d)

Seçenov

e)

Pavlov

87.

“Uşağın öyrənməyə qabil olmadığı işləri ona öyrətməyə çalışmaq, onun müstəqil yerinə yetirə bildiyini ona öyrətmək qədər mənasızdır” fikri kimə məxsusdur?

a)

L. Viqotski

b)

Ə. Ə. Qadirov

c)

Ə. Ə. Əlizadə

d)

İ. M. Seçenov

e)

İ. P. Pavlov

88.

Uşaq nəy i ki, yaşlının köməyi ilə etmək iqtidarındadır, bu onun yaxın inkişaf zonasını göstərir” fikri kimə aiddir?

a)

L. Viqotskiyə

b)

Ə. Qadırova

c)

İ. Pavlova

d)

İ. Seçenova

e)

Ə. Əlizadəyə

89.

Akselerasiya dedikdə nə nəzərdə tutulur?

a)

psixi və fiziki inkişafda özünü göstərən sürətlənmə, böyümə, yetişkənlik

b)

psixi və fiziki inkişafda özünü göstərən gec yetişmə, qeyri-bərabərlik

c)

psixi və fiziki inkişafda özünü göstərən törəmə, dəyişkənlik, qüsurlar

d)

psixi və fiziki inkişafda özünü göstərən tormozlanma, qeyri-plastiklik

e)

psixi və fiziki inkişafda özünü göstərən ləngimə, gec böyümə

90.

Psixi və fiziki inkişafda özünü göstərən sürətlənmə, böyümə, yetişkənlik nəyi ifadə edir?

a)

akselerasiyanı

b)

adaptasiyanı

c)

anormallığı

d)

adekvatlığı

e)

emosionallığı

91.

Koxun irəli sürdüyü heliogen nəzəriyyə nəyi ifadə edir?

a)

günəşin təsiri sayəsində guya inkişaf sürətlənir

b)

günəşin təsiri sayəsində guya inkişaf ləngiyir

c)

günəşin təsiri sayəsində guya inkişaf kompensasiya olunur

d)

günəşin təsiri sayəsində guya inkişaf dalğavari gedir

e)

günəşin təsiri sayəsində guya inkişaf pozulur

92.

Akselerasiyanın urbanizasiya ilə əlaqədar izah edən fərziyyə nəyi ifadə edir?

a)

müasir uşaq elmi-texniki inqilabın bilavasitə diqtəsi altında formalaşır

b)

elmi-texniki inqilabın bilavasitə təsiri nəticəsində uşağın psixi inkişafı bərpa olunur

c)

elmi-texniki inqilabın bilavasitə təsiri nəticəsində uşağın psixi inkişafı pozulur

d)

elmi-texniki inqilabın bilavasitə təsiri nəticəsində uşağın fiziki inkişafı bərpa olunur

e)

müasir uşaq elmi-texniki inqilabın bilavasitə diqtəsi altında inkişafdan geri qalır

93.

Bir yaş böhranı hansı yaş dövrünə aiddir?

a)

çağalıq yaş dövrünə

b)

körpəlik yaş dövrünə

c)

məktəbəqədər yaş dövrünə

d)

yeniyetməlik yaş dövrünə

e)

kiçik məktəbli dövrünə

94.

Üç yaş böhranı hansı yaş dövrünə aiddir?

a)

körpəlik yaş dövrünə

b)

məktəbəqədər yaş dövrünə

c)

çağalıq yaş dövrünə

d)

yeniyetməlik yaş dövrünə

e)

kiçik məktəb yaş dövrünə

95.

Altı yaş böhranı hansı yaş dövrünə aiddir?

a)

məktəbəqədər yaş dövrünə

b)

körpəlik yaş dövrünə

c)

kiçik məktəb yaş dövrünə

d)

çağalıq yaş dövrünə

e)

yeniyetməlik yaş dövrünə

96.

On üç yaş böhranı hansı yaş dövrünə aiddir?

a)

yeniyetməlik yaş dövrünə

b)

kiçik məktəb yaş dövrünə

c)

məktəbəqədər yaş dövrünə

d)

körpəlik yaş dövrünə

e)

gənclik yaş dövrünə

97.

Bərabərhüquqluluq problemi hansı yaş dövrünə aiddir?

a)

yeniyetməlik dövrü

b)

gənclik dövrü

c)

kiçik məktəb yaşı dövrü

d)

məktəbəqədər yaş dövrü

e)

yaşlı adamlar

98.

Çağalıq dövrü hansı illəri əhatə edir?

a)

anadan olandan 1 yaşadək

b)

anadan olandan 3 yaşadək

c)

1 yaşdan 3 yaşadək

d)

2 yaşdan 4 yaşadək

e)

3 yaşdan 5 yaşadək

99.

Çağalıq yaş dövründə əsas fəaliyyət növü hansıdır?

a)

yaşlılarla bilavasitə emosional ünsiyyət

b)

nitqin formalaşması

c)

əyanı-obrazlı təfəkkür

d)

rollu oyunlar

e)

ictimai faydalı fəaliyyət sistemində ünsiyyət

100.

Anadan normal doğulmuş çağanın çəkisi orta hesabla neçə qram olur?

a)

3200-3500 qram

b)

2500-3000 qram

c)

2200-2500 qram

d)

2100-2600 qram

e)

3500-3700 qram

101.

Normal doğulmuş çağanın boyu neçə santimetr olur?

a)

50 sm

b)

33 sm

c)

35 sm

d)

40 sm

e)

30 sm

102.

Yeni doğulmuş uşağın beyin çəkisi orta hesabla neçə qram olur?

a)

360-400 qram

b)

400-450 qram

c)

450-500 qram

d)

500-520 qram

e)

520-550 qram

103.

Çağanın boyu birinci üç ayda neçə sm artır?

a)

9 sm

b)

7 sm

c)

6 sm

d)

5 sm

e)

4 sm

104.

Bir yaşın sonunda uşaqların boyu neçə sm-ə çatır?

a)

73-75 sm

b)

55-60 sm

c)

45-50 sm

d)

35-45 sm

e)

30-40 sm

105.

Beş yaşda uşaqların boyu neçə sm-ə çatır?

a)

100 sm

b)

90 sm

c)

80 sm

d)

70 sm

e)

60 sm

106.

14-15 yaşda uşaqların boyu neçə sm-ə çatır?

a)

150 sm

b)

120 sm

c)

105 sm

d)

90 sm

e)

80 sm

107.

Uşaq neçə aylıqda olanda əşyaları görəndə baxışlarını onun üzərinə yönəldir?

a)

3-4 aylıqda

b)

1-2 aylıqda

c)

5-6 aylıqda

d)

6-7 aylıqda

e)

7-8 aylıqda

108.

Uşaq neçə aylıqda olanda əşyanı iki əli ilə əlləşdirir?

a)

11 aylığında

b)

9 aylığında

c)

8 aylığında

d)

7 aylığında

e)

6 aylığında

109.

Çağalıq dövründə xəstəlik, aclıq və yuxusuzluqla əlaqədar hansı hiss özünü büruzə verir?

a)

narazılıq hissi

b)

sevinc hissi

c)

qorxu hissi

d)

həyəcan hissi

e)

fərəh hissi

110.

Çağanın boyu ikinci üç ayda neçə sm artır?

a)

8 sm

b)

10 sm

c)

9 sm

d)

7 sm

e)

5 sm

111.

Bir yaşın sonunda uşağın neçə dişi olur?

a)

8 dişi

b)

6 dişi

c)

5 dişi

d)

7 dişi

e)

9 dişi

112.

Neçə aylıqda uşağın impulsiv hərəkətlərində canlanma başlayır?

a)

1-2 aylıqda

b)

2-3 aylıqda

c)

1-3 aylıqda

113.

Çağada görmənin mərkəzləşməsi neçə aydan sonra daha tez-tez müşahidə olunur?

a)

iki aydan sonra

b)

üç aydan sonra

c)

dörd aydan sonra

d)

beş aydan sonra

e)

altı aydan sonra

114.

Yeni doğulmuş uşaq hansı müddətdən sonra səsə qarşı reaksiya verir?

a)

birinci həftənin sonunda

b)

yeddinci həftənin sonunda

c)

beşinci həftənin sonunda

d)

dördüncü həftənin sonunda

e)

səkkizinci həftənin sonunda

115.

Əgər uşaq səsə qarşı reaksiya vermirsə neçə həftədən sonra mütəxəssisə müraciət etmək lazımdır?

a)

iki həftədən sonra

b)

dörd həftədən sonra

c)

üç həftədən sonra

d)

beş həftədən sonra

e)

bir həftədən sonra

116.

Çağa hansı duyğu vasitəsilə anasını başqa adamlardan fərqləndirir?

a)

iybilmə duyğusu

b)

taktil (toxunma) duyğusu

c)

dadbilmə duyğusu

d)

görmə duyğusu

e)

eşitmə duyğusu

117.

Uşaq hansı duyğu vasitəsilə qidanın yararlı olub-olmadığını müəyyənləşdirir?

a)

dadbilmə

b)

iybilmə

c)

görmə

d)

eşitmə

e)

lamisə

118.

Erkən uşaqlıq dövründə nitq inkişafının neçə mərhələsi qeyd olunur?

a)

üç mərhələ

b)

beş mərhələ

c)

dörd mərhələ

d)

altı mərhələ

e)

iki mərhələ

119.

Nitq yiyələnməyə hazırlıq mərhələsi hansı dövrdə baş verir?

a)

2 aydan 11 ayadək

b)

6 aydan 17 ayadək

c)

5 aydan 15 ayadək

d)

8 aydan 18 ayadək

e)

10 aydan 17 ayadək

120.

Dilin psixi-hissi mənimsənilməsi mərhələsi hansı dövrdə baş verir?

a)

11 aydan 1 il 7 ayadək

b)

6 aydan 12 ayadək

c)

9 aydan 14 ayadək

d)

10 aydan 1 il 4 ayadək

e)

2 aydan 10 ayadək

121.

Dilin qramatik quruluşuna yiyələnmək mərhələsi hansı dövrdə baş verir?

a)

1 il 7 aydan 3 yaşadək

b)

1 il 4 aydan 2 yaşadək

c)

11 aydan 1 il 7 ayadək

d)

8 aydan 2 yaşadək

e)

1 yaşdan 2 yaşadək

122.

Çağalıq yaş dövründə uşağın nitqində neçə söz ehtiyatı olur?

a)

10-dan 45-ə qədər

b)

20-dan 70-ə qədər

c)

15-dən 65-ə qədər

d)

30-dan 75-ə qədər

e)

25-dən 60-a qədər

123.

Körpəlik yaş dövrü hansı illəri əhatə edir?

a)

1 yaşdan 3 yaşadək

b)

1 yaşdan 2 yaşadək

c)

1 yaşdan 4 yaşadək

d)

1 yaşdan 5 yaşadək

e)

1 yaşdan 6 yaşadək

124.

Körpəlik yaş dövründə əsas fəaliyyət növü hansıdır?

a)

əşyavi-manipulyativ

b)

rollu oyunlar

c)

əyani-obrazlı təfəkkür

d)

emosional ünsiyyət

e)

təlim

125.

Körpəlik dövründə uşağın fiziki inkişafında əsaslı dəyişiklik özünü nədə göstərir?

a)

uşağın ilk müstəqil addım atmasında

b)

uşağın təfəkkürünün inkişafında

c)

uşağın sərbəst danışmasında

d)

uşağın müstəqil yazı yazmasında

e)

uşağın emosional vəziyyətində

126.

İkinci ildə hansı bacarıq növü uşağın tələbatına çevrilir?

a)

yerimək bacarığı

b)

oxumaq bacarığı

c)

oynamaq bacarığı

d)

yazmaq bacarığı

e)

yemək bacarığı

127.

Körpəlik yaş dövrünün sonunda uşaqda əmələ gəlməyə başlayan yeni fəaliyyət növü necə adlanır?

a)

oyun

b)

süjetli oyun

c)

intellektual oyun

d)

rollu oyun

e)

didaktiv oyun

128.

Uşaq ikinci yaşın sonunda nə qədər sözdən istifadə edə bilir?

a)

300-ə qədər

b)

600-ə qədər

c)

500-ə qədər

d)

400-ə qədər

e)

700-ə qədər

129.

Uşaq üçüncü yaşın sonunda təxminən nə qədər sözdən istifadə edə bilir?

a)

1000-dan 1500-ə qədər

b)

800-dən 1000-ə qədər

c)

2000-ə qədər

d)

2200-ə qədər

e)

2500-ə qədər

130.

Körpəlik dövründə uşaqda diqqətin hansı növü təzahür etməyə başlayır?

a)

ixtiyari diqqət

b)

ixtiyari diqqətdən sonrakı

c)

diqqətin taraddüdü

d)

diqqətin yayılması

e)

diqqətin dalğınlığı

131.

Körpəlik dövründə uşaqda yaddaş nə cür xarakter daşıyır?

a)

qeyri-ixtiyari

b)

ixtiyari

c)

məntiqi

d)

emosional

e)

sözlü-məntiqi

132.

Körpəlik dövründə uşaqların təfəkkürü əsasən nə ilə bağlı olur?

a)

konkret cisim və hadisələrlə

b)

konkret ağlı nəticə ilə

c)

konkret məhfumlarla

d)

sistemləşdirmə ilə

e)

təhlil və tərkiblə

133.

Körpəlik dövründə uşaqlarda təxəyyül necə inkişaf edir?

a)

kiçik həcmli nağıllar əsasında

b)

geniş həcmli nağıllar əsasında

c)

riyazi hesablama əsasında

d)

tərbiyəvi təsir əsasında

e)

təlim əsasında

134.

Körpəlik dövründə uşaqlarda hansı hiss özünü büruzə verir?

a)

utanacaqlıq hissi

b)

sevinc hissi

c)

kədər hissi

d)

əxlaqi hisslər

e)

zehni hisslər

135.

İlk yaş böhranı neçə yaşda özünü büruzə verir?

a)

üç yaşda

b)

beş yaşda

c)

dörd yaşda

d)

altı yaşda

e)

iki yaşda

136.

Körpəlik yaş dövründə böyüklərlə qarşılıqlı münasibət zamanı tərslik, inadkarlıq, höcətlik kimi neqativ keyfiyyət halında diqqəti cəlb edən psixoloji hal necə adlandırırlar?

a)

üç yaş böhranı

b)

psixoloji böhran

c)

fiziki böhran

d)

emosional böhran

e)

iki yaş böhranı

137.

Yaş böhranı necə aradan qaldırıla bilər?

a)

uşağın müstəqilliyini, sərbəstliyini lazımı şəkildə tənzim və təşkil etməklə

b)

qarşılıqlı münasibəti sərtləşdirməklə

c)

qarşılıqlı münasibəti sərbəstləşdirməklə

d)

uşağın istək və arzularını yaşlılar tərəfindən yerinə yetirməklə

e)

uşağın sərbəstliyini, müstəqilliyini kifayət qədər məhdudlaşdırmaqla

138.

Məktəbəqədər yaş dövrü hansı illəri əhatə edir?

a)

3 yaşdan 6 yaşadək

b)

1 yaşdan 5 yaşadək

c)

3 yaşdan 8 yaşadək

d)

4 yaşdan 10 yaşadək

e)

1 yaşdan 3 yaşadək

139.

Məktəbəqədər yaş dövründə aparıcı fəaliyyət növü hansıdır?

a)

rollu oyunlar

b)

təlim

c)

emosional ünsiyyət

d)

obrazlı fəaliyyət

e)

ictimai faydalı fəaliyyət

140.

Altı yaşındakı uşağın ayaqları çağa ilə müqayisədə neçə dəfə böyümüş olur?

a)

üç dəfə

b)

iki dəfə

c)

dörd dəfə

d)

beş dəfə

e)

altı dəfə

141.

Çağa ilə müqayisədə altı yaşındakı uşağın əlləri neçə dəfə böyümüş olur?

a)

2,5 dəfə

b)

5,5 dəfə

c)

4,5 dəfə

d)

6,5 dəfə

e)

1,5 dəfə

142.

Altı yaşındakı uşağın bədəni çağa ilə müqayisədə neçə dəfə böyümüş olur?

a)

iki dəfə

b)

beş dəfə

c)

yeddi dəfə

d)

on dəfə

e)

on iki dəfə

143.

Dörd yaşlı uşağın nitqində neçə söz ehtiyatı olur?

a)

1600-2000

b)

1000-1500

144.

Beş yaşlı uşağın nitqində neçə söz ehtiyatı olur?

a)

2500

b)

1200

c)

1500

d)

2000

e)

1000

145.

Altı yaşlı uşağın nitqində neçə söz ehtiyatı olur?

a)

3000-3500

b)

2000-2500

c)

1500-2000

d)

1000-1500

e)

1100-1500

146.

Ailədə təlim-tərbiyə işi düzgün qurulmadıqda məktəbəqədər yaşlı uşaqda hansı iradi nöqsanlar təşəkkül etməyə imkan tapır?

a)

şıtlıq, höcətlik, tərslik

b)

səbrsizlik, hövsələsizlik, tələbkarlıq

c)

səliqəlilik, pintilik

d)

qayğıkeşlik, səliqəsizlik

e)

tələbkarlıq, qayğıkeşlik, inadkarlıq

147.

Uşaq ailədə əzizləndikdə, onun bütün arzu və tələbləri başqaları tərəfindən yerinə yetirildikdə, uşaqda hansı hal baş verir?

a)

tənballıq halı

b)

tələbkarlıq halı

c)

təkidlilik halı

d)

tovazökarlıq halı

e)

qayğıkeşlik halı

148.

Mənəvi yönəlişlik, sosial uyğunlaşma, ünsiyyət, qarşılıqlı münasibət, sosial bələdəlşmə və s. hansı motivlərə aid edilir?

a)

əxlaqi motivlərə

b)

təlim motivlərinə

c)

oyun motivlərinə

d)

əmək motivlərinə

e)

idrak motivlərinə

149.

Öyrənmə marağı, həvəskarlıq, iradi-emosional tənzimlənmə, qabiliyyətlərin inkişafı, özünüinkişaf marağının ödənilməsi, ixtiraçılıq meyli, fəaliyyətin planlı təşkili və s. hansı motivlərə aid edilir?

a)

dərk etmə motivlərinə

b)

emosional motivlərə

c)

oyun motivlərinə

d)

əmək motivlərinə

e)

iradi motivlərə

150.

Yaradıcılıq, rolların yeni sosial statusda icrası, özünü qaydalara tabeetmə, özünənəzarət, ətraf aləmə qayğı və həssaslıq, yeni fəaliyyətə adaptasiya və s. hansı motivlərə aid edilir?

a)

oyun motivlərinə

b)

emosional motivlərə

c)

iradi-emosional motivlərinə

d)

əmək motivlərinə

e)

iradi motivlərə