WorksheetsTURIZMIN COGRAFIYASI 50
Total questions: 51
Worksheet time: 51mins
Name
Class
Date
1.
Kanton sözünün mənası nədir?
a)
inzibati ərazi vahidi
b)
dairəvi hərəkət
c)
qədim dini inanc
d)
hökmdar evi
e)
dəyişiklik, düzəliş mənasını bildirir
2.
Avropa qitəsində Alp dağlarının əzəmətli massivləri, heyranedici gözəlliyi olan gölləri, memarlıq abidələri ilə beynəlxaqlq turizmin inkişafı üçün əlverişli şəraitə malik III qrupa daxil olan ölkələr hansılardır?
a)
İsveçrə, Avstriya
b)
Fransa, İtaliya
c)
Belçika, Almaniya
d)
Portuqaliya, Yunanınsan
e)
Böyük Britaniya, Polşa
3.
Avropa qitəsində beynəlxalq turizmdə iştirakına görə II qrupa daxil olan, Aralıq dənizi iqlimi qurşağında yerləşən, füsunkar təbiəti və çoxsaylı tarixi-mədəni abidələri ilə turistləri cəlb edən ölkələri seçin:
a)
İspaniya, İtaliya, Portuqaliya
b)
İsveçrə, Macarıstan, CAR
c)
Böyük Britaniya, İsveçrə, Misir
d)
Polşa, Çexiya, Fransa
e)
İtaliya, Fransa, Kanada
4.
Avropa qitəsində beynəlxalq turizmdə iştirakına görə birinci qrupa daxil olan əhalisi sıx, urbanizasiya və həyat səviyyəsi yüksək olan ölkələr hansıdır?
a)
Böyük Britaniya, Fransa, Almaniya
b)
İspaniya, İtaliya, Çin
c)
Fransa, Avstriya, Kanada
d)
İsveçrə,Avstriya, Kanada
e)
Böyük Britaniya, Almaniya, Çexiya
5.
Mülayim iqlim qurşağına və turizmin inkişafı üçün əlverişli şəraitə malik Aralıq dənizinə çıxan üç yarımada hansıdır?
a)
Pireney,Apennin, Balkan
b)
Paraquana, Quaxiya, Parakas
c)
Tasman, Keyp-York, Otaqo
d)
Avalon, Kent, Akadi
e)
Kronos, İlpinksi, Tayqonos
6.
Qitənin şimalı subarktika və arktika, cənubu isə subtropik zonaya daxildir. cənubda, qərbdə və şimal qərbdə Atlantik, şimalda isə Şimal Buzlu okeanı dənizlərinin suları ilə əhatə olunmuşdur. Sadalanan coğrafi əlamətlərə uyğun gələn qitə hansıdır?
a)
Avropa
b)
Asiya
c)
Antraktida
d)
Avstraliya
e)
Amerika
7.
Avropanın mərkəzində yerləşmiş, cənubda Avstriya və İsveçrə, qərbdə Niderland,Danimarka, Fransa, Belçika və Lüksemburq, şərqdə Polşa və Çexiya ilə həmsərhəddir. Şimal və Baltik dənizlərinə çıxışı var. Coğrafi əlamətlərinə görə müvafiq ölkəni seçin:
a)
Almaniya
b)
Böyük Britaniya
c)
Norveç
d)
İtaliya
e)
İspaniya
8.
Almaniya ərazisində yerləşən ən yüksək zirvə hansıdır?
a)
Tsuqşpitse
b)
Monblan
c)
Monte-roza
d)
QranParadizo
e)
Qran-komben
9.
Almaniya ərazisində yerləşən ən böyük göl hansıdır
a)
Boden gölü
b)
Ober gölü
c)
Alp gölü
d)
Ebni gölü
e)
Dikze gölü
10.
Reyn hövzəsi turizm bölgəsinə daxil olan, eramızın I əsrində romalılar tərəfindən möhkəmləndirilmiş düşərgə kimi salınan və dahi bəstəkar Bethovenin anadan olduğu şəhər hansıdır?
a)
Bonn
b)
Münhen
c)
Berlin
d)
Frankfurt-Mayn
e)
Veymar
11.
Roma kilsəsi, Ratuşa, Hammerştad villası, Şamburq sarayı kimi tarixi-memarlıq abidələri Almaniyanın hansı şəhərinin görkəmli yerləri sırasındadır?
a)
Bonn
b)
Berlin
c)
Münhen
d)
Baden-Baden
e)
Bamberq
12.
Reyn hövzəsi turizm bölgəsinə aid Avropanın ən qədim balneoloji kurort mərkəzlərindən biri hesab edilən şəhər hansıdır?
a)
Visbaden
b)
Bonn
c)
Frankfurt-Mayn
d)
Veymar
e)
Münhen
13.
Höte bu şəhərdə doğulmuşvə yaşamışdır. Feyerbax, Şiller və Qrim qardaşlarının, Qutenberqin yaradıcılığı bu şəhərlə bağlıdır. Yaxınlığında Bad-Hamburq, və Bad-Naugeym kimi iki böyük balneoloji kurort yerləşir. Qeyd olunan məlumatlar hansı şəhərlə bağlıdır?
a)
Frankfurt-Mayn
b)
Essen
c)
Düsseldorf
d)
Dortmund
e)
Köln
14.
Ölkənin ən yaxşı dağ kurortları olan Qarmiş-Partenkinhen və Mittenvald hansı turizm bölgəsinə aiddir?
a)
Bavariya turizm bölgəsi
b)
Baden-Vurtemberq turizm bölgəsi
c)
Reyn hövzəsi turizm bölgəsi
d)
Sahil ərazilərin turizm bölgəsi
e)
Maklenburq göllər diyarı turizm bölgəsi
15.
Bavariyanın əsas şəhəri, ölkənin mühüm sənaye, inzibati və mədəni mərkəzlərləridən biri hesab edilən, Milli Bavariya Muzeyi və Heykəllər muzeyinin yerləşdiyi şəhər hansıdır?
a)
Münhen
b)
Nürnberq
c)
Hamburq
d)
Hannover
e)
Bremen
16.
Turinqiya meşəsi turizm bölgəsinə aid şəhər Almaniyanın iri sənaye mərkəzlərindən biridir. Şəhərin müəssisələrində istehsal edilən optic cihazlar və dəqiq alətlər bütün dünyada məşhurdur. 1558-ci ildə əsası qoyulmuş, ölkənin qədim universitetlərindən biri bu şəhərdə yerləşir. Göstərilmiş məlumata əsasən düzgün şəhəri seçin:
a)
Yena
b)
Hannover
c)
Hamburq
d)
Regensburq
e)
Koburq
17.
Bələdçi Reyxstaqın binası, Brondenburq darvazası, Şarlottenburq qəsri, Prussiya Mədəniyyət Xəzinəsi barədə məlumat verirsə turist hansı şəhərdə ekskursiyadadır?
a)
Berlin
b)
Drezden
c)
Leypsiq
d)
Potsdam
e)
Yena
18.
Alp dağları beynəlxalq ...................turizm rayonudur
a)
dağ xizəkçilik
b)
işgüzar
c)
əyləncə
d)
ekzotik
e)
speloturizm
19.
Avropada yerləşmiş hansı ölkə cənubdan və cənub-şərqdən İtaliya , qərbdən, cənub-qərbdən və şimal-qərbdən Fransa, şimaldan Almaniya, şərqdən Avstriya və Lixtenşteyn ilə həmsərhəddir. Dənizlərə birbaşa çıxışı yoxdur.
a)
İsveçrə
b)
İspanya
c)
İtalya
d)
Yunanıstan
e)
Turkiyə
20.
1815-ci ildə Vyana konqresinin qərarı ilə Bitərəf dövlət statusu aldıqdan sonra, XIX əsrdə və XX əsrin əvvəllərində siyasi baxışlarına görə təqib edilən şəxslər bu ölkədə sığınacaq tapırdılar
a)
İsveçrə
b)
Almanya
c)
Avstriya
d)
İngiltərə
e)
İtalya
21.
Hansı kurort İsveçrəyə məxusdur
a)
Sankt-Moris
b)
Baden-Baden
c)
Visbaden
d)
Kosta Blanka
e)
Bad- İşl
22.
Verbye, Sermatt, Zas-Fe, Qrindelvald, Davos hansı ölkəyə aid dağ-xizəkçilik kurortlarıdır
a)
İsveçrə
b)
Almanya
c)
Avstriya
d)
İngiltərə
e)
İtalya
23.
Dəbdəbəli iqlim kurortu olan, hər il musiqi festivalları və sərgilər keçirilən Montre şəhəri İsveçrənin hansı turizm bölgəsində yerləşir
a)
Cenevrə və ölkənin cənub-qərb hissəsi
b)
Bern və ölkənin mərkəzi hissəsi
c)
Qraubünden
d)
Tessin
e)
Bazel və ölkənin şimal-qərb hissəsi
24.
Adelboden, Qrindelvald, Kanderşteq, Venger, Qştadt və Mürren İsveçrənin hansı bölgəsinin daha çox tanınmış kurortlarındandır
a)
Bern və ölkənin mərkəzi hissəsi
b)
Qraubünden
c)
Cenevrə və ölkənin cənub-qərb hissəsi
d)
Tessin
e)
Bazel və ölkənin şimal-qərb hissəsi
25.
Avropanın ilk mehmanxanalarından olan "Üç kral" mehmanxanası İsveçrənin hansı şəhərində yerləşir
a)
Bazel
b)
Bern
c)
Surix
d)
Lüsern
e)
Lozanna
26.
Hazırda 170-dən artıq beynəlxalq təşkilatın mənzil-qərargahları İsveçrənin hansı şəhərindədir
a)
Cenevrə
b)
Davos
c)
Bern
d)
Surix
e)
Bern
27.
Müqəddəs Stefan kilsəsini, Hofburq, Şenbrun, Belveder saray-qəsrləri Avstriyanın hansı turizm bölgəsinə aiddir
a)
Vyana turizm mərkəzi
b)
Zaltsburq turizm bölgəsi
c)
Burkenland turizm bölgəsi
d)
Ştiriya turizm bölgəsi
e)
Karintiya turizm bölgəsi
28.
Bu əyalət Avstriyanın cənubunda, Macarıstanla sərhəd zonasında yerləşir
a)
Burkenland turizm bölgəsi
b)
Zaltsburq turizm bölgəsi
c)
Vyana turizm mərkəzi
d)
Ştiriya turizm bölgəsi
e)
Karintiya turizm bölgəsi
29.
Aşağıdakılardan hansı Avstrayının kurortlarına aid deyildir
a)
Visbaden
b)
Bad-Qasteyn
c)
Bad-Hofqasteyn
d)
Halleyn
e)
Lex
30.
Avstriyanın dağ idman kurortları Lex, Şrunts, Lanken, Zurs, San-Anton kurortları hansı turizm bölgəsindədir
a)
Forarlberq turizm bölgəsi
b)
Burkenland turizm bölgəsi
c)
Ştiriya turizm bölgəsi
d)
Karintiya turizm bölgəsi
e)
Tirol turizm bölgəsi
31.
Mərkəzi Avropada yerləşmiş cənubda İtaliya, cənubda və qərbdə İsveçrə, Almaniya və Lixtenşteynlə, şimalda Çexiya, şərqdə Macarıstanla, şimal-şərqdə isə Slovakiya ilə həmsərhəd ölkə hansıdır
a)
Avstriya
b)
Polşa
c)
Sloveniya
d)
Fransa
e)
Yunanıstan
32.
İsveçin şimal-şərqində yerləşən Skandinaviya dağlarının İsveçdəki ən yüksək zirvəsi hansidir?
a)
Kebnekayse
b)
Qalhöpiggen
c)
Snejka
d)
Kekeş
e)
Monblan
33.
Hansı turizm bölgəsi İsveçin əsas turizm bölgələri sırasına daxil edilə bilməz?
a)
Fyordlar turizm bölgəsi
b)
Stokholm turizm bölgəsi
c)
Laplandiya turizm bölgəsi
d)
Dalarna turizm bölgəsi
e)
Qotland adası turizm bölgəsi
34.
Millesqorden muzeyi, İsveç Elmler Akademiyası, Nobel İnstitutu, Kral kitabxanası İsveçin hansı şəhərində yerləşir?
a)
Stokholm
b)
Visbüd
c)
Geteburq
d)
Upsala
e)
Malme
35.
İsveçin əsas turizm bölgələrinə aid deyildir
a)
Karintiya turizm bölgəsi
b)
Stokholm və ətrafı
c)
Botnik körfəzi və Baltik dənizi sahilləri
d)
Geteborq və ölkənin qərb sahilləri
e)
Qotland adası
36.
Açıq səma altında yerləşən və müxtəlif dövrlərə aid İsveç yaşayış tikililəri toplanmış Sansen muzeyi hansı şəhərdə yerləşir
a)
Stokholm
b)
Evle
c)
Kalmar
d)
Malme
e)
Helsinqborq
37.
Evle, Ala, Hudiksvall, Sundsvall, Kernosand hansı ölkənin kurortlarıdır
a)
İsveç
b)
Almanya
c)
Çexiya
d)
Polşa
e)
Macarıstan
38.
Şəhərin tarixi-mədəniyyət abidələri arasında XIII-XV əsrlərdə tikilmiş, İsveç qotikasının görkəmli nümunələrindən olan kilsə xüsusilə seçilir. Şəhərdə, əsası 1477-ci ildə qoyulmuş universitet və XVIII əsrin görkəmli təbiətşünası Karl Linneyin muzeyi fəaliyyət göstərir
a)
Upsala
b)
Stokholm
c)
Evle
d)
Visbü
e)
Geteborq
39.
Eresunn boğazı İsveçi,Danimarkaya məxsus olan hansı adadan ayırır
a)
Zeland adası
b)
Qotland adası
c)
Aland adası
d)
Men adası
e)
Normand adası
40.
Nobel mükafatının vətəni hesab olunur
a)
İsveç
b)
Norveç
c)
Finlandiya
d)
İslandiya
e)
Almanya
41.
Norveç mənşəli fyord sözünün mənası nədir?
a)
dağlıq sahildə dar girintili-çıxıntılı və dəniz körfəzlər
b)
gəmi hərəkəti üçün təhlükəsiz və əlverişli yol seçmələr kimi başa düşülür
c)
Ekvatordan 66 dərəcə 33 dəqiqə şimal və cənubdakı yer paralelləri
d)
Lüteran etiqadlıların kilsəsi
e)
Bir-birindən az aralı olub vəhdət təşkil edən adalar qrupu
42.
Əsası 871-ci ildə qoyulmuş, Norveçin ən qədim şəhəri hansıdır?
a)
Tönsberq
b)
Oslo
c)
Bergen
d)
Tronheym
e)
Malme
43.
Norveçin ən böyük gölü hansıdır?
a)
Myosa
b)
Nisser
c)
Femun
d)
Everuman
e)
Logen
44.
Fyordlar ölkəsi olan Norveçin ən uzun fyordu hansıdır?
a)
Soqnefyord
b)
Hardonger
c)
Nereyfyord
d)
Qrand-Kanyon
e)
Narvik
45.
Bu ölkələrdən biri şimal qütb dairəsinin keçdiyi ölkələr sırasında deyil:
a)
Polşa
b)
Kanada
c)
Finlandiya
d)
Norveç
e)
Danimarka
46.
Taxta tikililər muzeyi, Milli bədii qalereya, Vikinq gəmiləri muzeyi, Kon-Tiki muzeyi Norveçin hansı turizm bölgəsində yerləşir
a)
Oslo və ətrafı
b)
Myosa göllər zonası və Qudbransdal
c)
Bergen və ölkənin cənub-qərb sahilləri
d)
Tronheym
e)
Norveç dənizi sahilləri
47.
Norveçin hansı şəhərini - "qızıl güllər şəhəri" adlandırırlar
a)
Malme
b)
Tronheym
c)
Bergen
d)
Oslo
e)
Tönsberq
48.
Norveçin hansı şəhəri 1070-ci ildə əsası qoyulmuş ,materikdən dağlar vasitəsilə ayrılan yarımadada amfıteatr şəklində yerləşir
a)
Bergen
b)
Tronheym
c)
Oslo
d)
Malme
e)
Tönsberq
49.
Qərbdə Atlantik okeanına, şimalda Barens, cənubda isə Şimal dənizlərinə çıxışı olan ölkə hansıdır
a)
Norveç
b)
Finlandiya
c)
İsveç
d)
İslandiya
e)
Almanya
50.
Ölkə ərazisinin üçdə biri Qütb dairəsi hüdudlarında yerləçən ölkə hansıdır
a)
Finlandiya
b)
Norveç
c)
İsveç
d)
İslandiya
e)
Almanya
51.
Finlandiyanın turizm mərkəzlərinə aid deyildir
a)
Bergen
b)
Helsinki
c)
Turku
d)
Tampere
e)
Lahti
100 %
