wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Beynəlxalq ticarət-3

Total questions: 30

Worksheet time: 15mins

Name
Class
Date
1.

Hаnsı mərhələ kоmmеrsiyа sövdələşməsinin (Bеynəlxаlq) həyаtа kеçirilməsinə аid dеyil?

a)

Göndərmə şərtləri və оnun yеrinə yеtirilməsi hesabı

b)

Sifаrişin sаtıcı tərəfindən yеrinə yеtirilməsi

c)

Alıcı sifаrişi qаnuniləşdirir

d)

Müqаvilənin bаğlаnmаsı

e)

Pаrtnyоr ilə işgüzаr əlаqələrin qurulmаsı

2.

Gömrük ittifaqı nədir?

a)

Hər hansı bir malın istehsal səviyyəsinə nəzarəti və əlverişli qiymətlər rejimini təmin edən müxtəlif ölkələrin ixracatçıları arasında saziş

b)

Müqayisəli üstünlüyə malik olan malların ticarətindən yaranan və iştirakçı ölkələrin hər biri üçün faydalı olan iqtisadi effekt

c)

Üzvlər arasında rüsumsuz ticarət rejimi və ümumi xarici gömrük tarifi tətbiq olunması

d)

İstehsal və ixracatın artımı nəticəsində ölkənin iqtisadi rifahının pisləşməsi

e)

İki ölkə arasında ticarətdə gömrük rüsumlarının aradan qaldırılmasını, lakin, üçüncü ölkələrə münasibətdə milli tariflərin saxlanmasını

nəzərdə tutan saziş

3.

ÜTT prinsip və funksiyalarına aid deyil

a)

ticarət mübahisələrinin danışıqlar yolu ilə həlli

b)

ticarətdə qarşılıqlı əlverişli şəraitin yaradılması

c)

xarici mənşəli mal və xidmətlərə mülki rejimlərin tətbiqi

d)

daxili problеmlərə diqqətin vеrilməsi və öz fəaliyyətindən razılıq

e)

ticarət mübahisələrinin məsləhətləşmələr yolu ilə həll edilməsi

4.

İlin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə (ən çox kənd təsərrüfatı məhsulları üçün) tətbiq edilən

kvotalar

a)

Mütənasib

b)

Fərdi

c)

Qlobal

d)

Tarif

e)

Mövsümi

5.

İxracatın stimullaşdırılmasının əsas aləti hansıdır?

a)

ixracın dövlət tərəfindən krеditləşdirilməsi

b)

ixracatçılara informasiya və məsləhətlər vеrilməsi

c)

ixracın və ixrac krеditlərinin dövlət sığortası

d)

ixracın birbaşa subsidiyalaşdırılması

e)

ixracın lisеnziyalaşdırılması

6.

Dünya qiymətlərini hansı variant səciyyələndirir?

a)

BVF-nun müəyyən etdiyi qiymətlər

b)

mühüm dünya ticarət mərkəzlərində yaranan iri idxal-irac əməliyyatlarının qiymətləri

c)

mühüm ticarət birjalarında ixrac əməliyyatlarının qiymətləri

d)

inkişaf etmiş sənaye ölkələrinin müəyyən etdiyi qiymətlər

e)

mühüm əmtəə birjalarında idxal əməliyyatlarının qiymətləri

7.

Xarakterinə, fəaliyyət səviyyəsinə və dairəsinə görə qiymətlərə təsir edən qeyri-iqtisadi amillər:

a)

mövcud məhsulun xüsusiyyətləri ilə, onların istehsalı və satışı ilə müəyyən edilən amillərdir və onlara aiddirlər: tədavül; mənfəət; vergi

və yığımlar; mala olan tələb və təklif; və s.

b)

ancaq bir neçə mal və xidmət növlərinə aid olan amillərdirlər və bunlara aiddir: mövsümlülük, istismar xərcləri; komplekslilik; zəmanət

və servis şərtləri

c)

xüsusi mexanizm və iqtisadi alətlərin təsiri ilə əlaqədar olan amillərdir və onlara aid olunur: dövlət nizamlanması; valyuta məzənnəsi

d)

məhsul növündən və onların istehsal və satışının konkret şərtlərindən asılı olmayaraq mövcud olan amillərdir və bunlara aiddir: iqtisadi

dövrə; məcmu tələb və təklifin vəziyyəti; inflyasiya

e)

birbaşa iqtisadi mexanizmlərin təsiri ilə əlaqədar olmayan amillərdir və bunlara aiddirlər: siyasi, hərbi və s.

8.

Dünya qiymətləri (world pric – ... ibarətdir:

a)

ancaq topdansatış mərkəzlərində formalaşan qiymətlərdən

b)

dünya mal bazarlarında və əsas dünya ticarəti mərkəzlərində bağlanılan iri idxalat-ixracat sövdələşmələri qiymətlərindən

c)

inflyasiya zamanı formalaşan qiymətlərdən

d)

ancaq pərakəndə ticarətdə formalaşan qiymətlərdən

e)

mövsümülük xarakteri daşıyan qiymətlərdən

9.

Ölkə idxal olunan məhsullara embarqo qoyarsa:

a)

İstehlakçılar bundan yararlanar, istehsalçılar zərər görər

b)

Hər ikisi zərər görər

c)

Hər ikisi yararlanar

d)

İstehlakçılar bundan zərər görər, istehsalçılara isə təsir etməz

e)

İstehlakçılar bundan zərər görər, istehsalçılar yararlanar

10.

Təsərrüfat subyektlərinin müəyyən qrupuna müstəsna hüquqlar verən tədbirlər

a)

Qlobal kvotalar

b)

Kompensasiya

c)

Antidempinq

d)

İxracın məhdudlaşdırılması

e)

Monopolist

11.

İdxal və ixraca müvafiq hakimiyyət orqanlarının öz mülahizəsinə, yaxud hər hansı konkret meyarlara əsasən verdiyi xüsusi icazələr

a)

Kompensasiya

b)

lisenziyalaşdırma

c)

Antidempinq

d)

Kvotalaşdırma

e)

Proteksionizm

12.

İstehsal amilləri nəzəriyyəsinin banisi

a)

Rıbçinski

b)

David Rikardo

c)

Adam Smit

d)

Hekşer-Olin

e)

Jan Batist Sey

13.

David Rikardo mütləq üstünlüklər nəzəriyyəsinin müddəalarını inkişaf etdirərək hansı nəzəriyyəni hazırlamışdır?

a)

Merkantilizm

b)

istehsal amilləri

c)

alternativ xərc

d)

müqayisəli üstünlüklər

e)

əmtəələrin həyat dövrü

14.

XVIII əsrin ikinci yarısıında merkantilist yanaşma yerini ... verdi

a)

Feodalizmə

b)

Proteksionizmə

c)

Sosializmə

d)

fritrederliyə

e)

Mütləq üstünlüyə

15.

Yerli istehsalçılara iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq üçün dövlət tərəfindən edilən maddi yardımlar hansılardır?

a)

dövlətin rəqabət qabiliyyəti zəif olan firmalara faiz ayırması

b)

hökümətin ixracatçılara vergi güzəştləri etməsi

c)

istehsalçı firmların dövlət qarşısında hüquq və vəzifələri

d)

Merkantilizmin ən mühim formalarından olan subsidiyalar

e)

dövlətin yerli firmalara vergidən yayınmaya görə kəsdiyi cərimələr

16.

Hekşer-Olin modelində ticarət xarakteri ilə əlaqədar aşağıdakılardan biri nəzərdə tutulur?

a)

ölkələrarası ticarətin xarakteri ölkələrin miqyasından asılıdır

b)

hər bir ölkə sahib olduğu xammala ticarət edir

c)

ölkələr arasındakı ticarətin həcmi iqtisadiyyatların böyüklüyü və ölkələr arasındakı məsafə ilə müəyyənləşir

d)

hər bir ölkə elə bir məhsul istehsalı üzrə ixtisaslaşmalıdır ki, bu məhsul istehsalında ölkənin sahib olduğu istehsal amilləri intensiv

olaraq istifadə olunur

e)

hər bir ölkə elə bir məhsul istehsalı üzrə ixtisaslaşmalıdır ki, bu məhsul istehsalı ölkədəki texnologiyanı daha səmərəli istifadə edir

17.

Autsorsinq nədir?

a)

İxracatın subsidiyalar vasitəsi ilə reallaşdırılması

b)

Malların mənşə ölkəsinin bəlli olmaması

c)

Firmaların ölkə daxilində istehsal olunmuş mallara nisbətən idxal mallarına üstünlük verməsi

d)

Şirkətlərin öz istehsalatlarının bir hissəsinin digər şəxslərə həvalə etməsi

e)

Firmanın öz mallarını ölkə daxilində deyil, xaricdə satması

18.

Alıcı və satıcını bir araya gətirirlər və öz adlarından ticarət əməliyyatında iştirak etmirlər

a)

Komissionerlər

b)

Kreditorlar

c)

Distribyutorlar

d)

Brokerkər

e)

Konsiqnatorlar

19.

Beynəlxalq alqı-satqı və malların çatdırılması müqavilələrində istifadə olunan İnkoterms qaydaları ilə nə müəyyən edilir? (Yanlış cavabı

göstərin)

a)

Nəqliyyat xərclərinin bölüşdürülməsi

b)

Sığorta öhdəliklərinin paylaşması

c)

Gömrük rəsmiləşdirilməsi və gömrük rüsumlarının ödənilməsi öhdəliklərinin paylaşması

d)

Malların məhv olması riskinin satıcıdan alıcıya keçməsi anı

e)

Müqavilənin icrasına və qablaşdırmaya nəzarət

20.

ÜTT-yə üzvlük Azərbaycan iqtisadiyyatı üçün hansı üstünlükləri verə bilər?

a)

Dövlətin yerli sənayenin müdafiəsi məqsədilə birbaşa və dolayı subsidiyaları tədricən ləğv olunur və həmin sahələrdə adaptasiya

böhranı yaranır

b)

Ticarətin liberallaşdırılması və qoruyucu tədbirlərin səmərəli təşkili olmadığı halda daxili bazarda daha ucuz olan xarici malların yer

almasına şərait yaranır;

c)

Milli bazarda rəqabətin artımı nəticəsində rəqabətqabiliyyəti olmayan malların buraxılışı və xidmətlərin göstərilməsi sahəsində

adaptasiya tənəzzülü baş verir

d)

Texnologiyaların idxalı üzrə patentlərdən istifadəyə görə komisyon haqlarm ödənişi sənayenin xərclərini artırır və onların qiymət

rəqabətində uduşunu azaldır

e)

Rəqabət mühitinin formalaşdırılması və inhisarçılığın azalması

21.

Beynəlxalq iqtisadi münasibətlərin mahiyyətini və məzmununu ifadə edən ən mühüm iqtisadi kateqoriya nədir?

a)

Azad ticarət

b)

Beynəlxalq ticarət

c)

Beynəlxalq iqtisadi inteqrasiya

d)

Beynəlxalq əmək bölgüsü

e)

Beynəlxalq infrastruktur

22.

Ölkənin üstün olduğu sahələrdə əmtəələri istehsal etmək, zəif olduğu sahələrdə isə başqa ölkələrdən almaq imkanı necə adlanır?

a)

Azad ticarət

b)

Kvota

c)

Beynəlxalq ticarət

d)

Tarif

e)

Beynəlxalq iqtisadi münasibətlər

23.

Daxili qiymətlərin stabilləşdirilməsi və ya səviyyəsinin saxlanılması məqsədi ilə, həmçinin xarici rəqiblərin əliəyri ticarət təcrübəsinin

vura biləcəyi zərərin qarşısını almaq üçün tətbiq edilən tədbir

a)

idxal vergisinin qabaqcadan ödənilməsi

b)

xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər

c)

diskretləşdirilmiş gömrük qiymətləndirilməsi

d)

daxili (bərabərləşdirici) vergi və yığımlar

e)

Qiymətlər üzərində nəzarət tədbirləri

24.

Kəmiyyət nəzarəti tədbirləri

a)

valyuta məzənnələri çoxluğu

b)

idxal-ixrac əməliyyatlarının kvotalaşdırılması və lisenziyalaşdırılması

c)

ödəniş müddətin müəyyən edilməsi, və ödənişin növbəliliyi

d)

xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər

e)

idxal vergisinin qabaqcadan ödənilməsi

25.

Qeyri-Tarif Məhdudlaşdırıcı tədbirlər qrupuna hansı aid deyil?

a)

Maliyyə tədbirləri

b)

Qiymətlər üzərində nəzarət tədbirləri

c)

Paratarif tədbirləri

d)

Preferensial tədbirlər

e)

Lisenziyalaşdırma və kvotalaşdırma

26.

Kvotalaşdırmaya aşağıdakılardan hansı tədbir aiddir?

a)

İdxalına icazə verilmiş malların fiziki həcminin aşağı hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;

b)

İdxalına icazə verilməyən malların dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;

c)

Malların və nəqliyyat vasitələrinin idxalı zamanı gömrük dəyərinə qoyulan kəmiyyət məhdudlaşdırılması tədbirləri;

d)

İdxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;

e)

İdxalına icazə verilməyən malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması

tədbirləri

27.

Lisenziyalaşdırma nəyi özündə ehtiva edir?

a)

İdxalına icazə verilən malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri

b)

İdxalına icazə verilmiş malların fiziki həcminin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri

c)

Ümumdünya Ticarət Təşkilatının malların idxalına və ixracına verdiyi xüsusi icazələrin tətbiqi

d)

İdxal və ixraca müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi

e)

İdxala beynəlxalq təşkilatların verdiyi xüsusi icazələrin tətbiqi

28.

Aşağıdakılardan hansı tədbir qeyri-tarif məhdudiyyət kimi kəmiyyət nəzarəti tədbirləri hesab edilmir?

a)

Lisenziyalaşdırma

b)

Malın idxalının qadağan edilməsi

c)

Ixracın məhdudlaşdırılması

d)

Standartlaşdırma

e)

Kvotalaşdırma

29.

Miqyaslı iqtisadiyyat beynəlxalq ticarəti necə müəyyənləşdirir?

a)

miqyaslı iqtisadiyyat müqayisəli üstünlükləri artırır

b)

beynəlxalq ticarət transmilli şirkətlərin fəaliyyəti ilə yaranır və genişlənir

c)

beynəlxalq ticarət bazarın miqyasının artması nəticəsində yaranır və genişlənir

d)

beynəlxalq ticarət masştab iqtisadiyyatı çərçivəsində texnologiya və biliklərin beynəlxalq ötürülməsi nəticəsində yaranır və genişlənir

e)

miqyaslı iqtisadiyyat ölkələr arasında mövcud resurs təminatındakı fərqi artırır

30.

XVI-XVIII-ci əsrlərin əvvəllərində iqtisadiyyatda hakim olan merkantilizm siyasəti nəyə istiqamətlənmişdir?

a)

neftin çox olmasına

b)

buğdanın çox olmasına

c)

gümüşün çox olmasına

d)

dəmirin çox olmasına

e)

qızılın çox olmasına

Similar Resources on Wayground