wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

азер язык

Total questions: 96

Worksheet time: 48mins

Name
Class
Date
1.

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin öyrədilməsi tələbələrə nə qazandırır?

a)

elmə olan münasibətin ciddiliyini qazandırır

b)

dərsə qarşı olan məsuliyyətin artılımasını qazandırır

c)

orfoepiya qaydalarının təkmilləşdirilməsini qazandırır

d)

ədəbi dil və üslub normalarının işgüzar və akademik kommunikasiyalılıqda mühüm yerini aşılayır

e)

elmi işə qarşı olan məsuliyyətin artılımasını və elmi işə olan münasibətin ciddiliyini qazandırır

2.

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

nəyin göstəricisidir?

a)

nitqin ifadəliliyinin, səlisliliyinin və dəqiqliyinin göstəricisidir

b)

bədii ədəbiyyatın inkişafının göstəricisidir

c)

yalnız orfoqrafiya qaydalarına əməl olunmasının göstəricisidir

d)

natiq olmaq deməkdir

e)

məruzə və muhazirənin düzgün tərtib olunmasıdır

3.

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya aid edilənlərdən biri yalnışdır:

a)

spontan, monoloji və dialoji - nitqin növləridir

b)

işgüzar - akademik kommunikasiya prosesində düzgünlük, dəqiqlik, aydınlıq, səlislik, təmizlik, yığcamlıq və s. əsasdır

c)

bədii ədəbiyyatın düzgün yazılması qaydalarıdır

d)

azərbaycan dilində işgüzar - akademik kommunikasiya prosesində rəsmi, işgüzar üslubun rolu böyükdür

e)

işgüzar kommunikasiya rəsmi sənədlərin dilidir

4.

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsədi və vəzifələri nədən ibarətdir?

a)

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsədi və vəzifələri nədən ibarətdir?

b)

azərbaycan dili, onun inkişaf tarixi və mərlələləri haqqında düzgün məlumat vermək

c)

yalnız ritorika və natiqlik sənəti haqqında məlumat verir

d)

dunya təhsil sistemində baş verənlərə münasibət bildirməyi tövsiyyə edir

e)

tələbənin elmə olan marağını artirmağa yönəlmişdir

5.

Müasir dövrdə azərbaycan dilində işgüzar və akademik kommunikasiyanın əhəmiyyəti:

a)

iqtisadi inkişaf, xarici ölkələrlə siyasi əlaqə

b)

xarici vətəndaşlarla ünsiyyət

c)

xarici ölkələrlə siyasi əlaqə

d)

iqtisadi inkişaf

e)

üslub və normalar sisteminin düzgün mənimsədilməsi

6.

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin öyrədilməsində rolu böyükdür:

a)

orta məktəblərin

b)

radio-televiziya verilişlərinin

c)

ali məktəblərin

d)

idman məktəblərinin və orta məktəblərin

e)

müxtəlif təşkilatların

7.

Azərbaycan dilində nitqin axıcılığını təmin etməyin yollarından biri səhv verilmişdir.

a)

əsas isimlər təkrarlanmalıdır

b)

cümlələr bir-biri ilə əlaqəli olmamalıdır

c)

ardıcıl olaraq əvəzliklərdən istifadə olunmalıdır

d)

İdeyaları əlaqələndirmək üçün keçid siqnallarından istifadə olunmalıdır

e)

İdeyalar məntiqi ardıcıllıqda düzülməlidir

8.

Niqdə “Axıcılıq” nədir?

a)

ani keçidlər olmadan cümlələr bir-birilə əlaqəli, bir cümlədən digərinə keçid məntiqi olmalıdır

b)

cümlə quruluşu gözlənilməklə fikir ayrılığına yol verilə bilər

c)

dil normaları haqqında sistemli məlumat verilməlidir

d)

nitq üslubları haqqında geniş təsəvvür yaradılmalıdır

e)

problemin mahiyyəti izah edilməlidir, ziddiyyətli məqamlar açıqlanmalıdır

9.

Azərbaycan dilində işgüzar yazışmalarda rəsmi kargüzarlıq üslublu yazının şəxsi məzmunlu yazıdan fərqi nədir?

a)

cümlələr uzun və məzmunlu olmalıdır

b)

burada şivə və dialekt sözlərdən istifadə olunur

c)

yazı zamanı fərqli dillərdən istifadə olunur

d)

burada konkret yazı strukturu tələb olunur

e)

yalnız əl yazısı olması

10.

Mətndə əvvəldən sonadək bir və yalnız bir ideyanı müzakirə etmək akademik yazının hansı əsas xarakterik xüsusiyyətidir?

a)

yüksək oxu bacarığı

b)

məntiqi ardıcıllıq

c)

ideyaların dəstəklənməsi

d)

düşünmə və ünsiyyət qurma

e)

məzmun bütövlüyü

11.

Mətndə arqumentləri oxucunun diqqətini ən çox cəlb edəcək ardıcıllığa uyğun olaraq yerləşdirilməsi akademik yazının hansı əsas xarakterik xüsusiyyətidir?

a)

ideyaların dəstəklənməsi

b)

məzmun bütövlüyü

c)

məntiqi ardıcıllıq

d)

düşünmə və ünsiyyət qurma

e)

yüksək yazı bacarığı

12.

Azərbaycan Respublikasının Konstitusiyasının neçənci maddəsi Dövlət dili haqqındadır?

a)

maddə 13

b)

maddə 3

c)

maddə 21

d)

maddə 11

e)

maddə 10

13.

Aşağıdakılardan biri Azərbaycan Respublikasının Dövlət rəmzi deyil:

a)

bayraq

b)

dövlət dili

c)

gerb

d)

himn

e)

gerb və bayraq

14.

Bu fikir kimə məxsuslur: «Mən öz dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm».

a)

M.Ə.Sabir

b)

S.Vurğun

c)

A.Bakıxanov

d)

H.Əliyev

e)

M.F.Axundov

15.

«Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini sənə bu dildə bəyan edir. Bir dil ki, sən hələ beşikdə ikən bir laylay şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır» sözləri kimə məxsusdur?

a)

Mirzə Fətəli Axundzadə

b)

Mirzə Fətəli Axundzadə

c)

Hafiz Məmmədəmin Şeyxzadə

d)

Nəriman Nərimanov

e)

Yusif Vəzir Çəmənzəminli

16.

Bu Azərbaycan şairi ana dilini xalq ruhunu ifadə edən başlıca vasitə saymış, yazının, oxunun, dövlət və siyasət işlərinin ana dilində aparılması ideyasının praktik həllinə nail olmuşdur:

a)

Saib Təbrizi

b)

İmadəddin Nəsimi

c)

Məhəmməd Füzuli

d)

Şah İsmayıl Xətai

e)

Abbasqulu ağa Bakıxanov

17.

Verilənlərdən biri akademik yazı nümünəsi deyil:

a)

bədii ədəbiyyat

b)

dissertasiya

c)

monoqrafiya

d)

tezis

e)

məqalə

18.

Biri nitqin təzahür formasına aid deyil:

a)

danışmaq

b)

fikirləşmək

c)

dinləmə və anlama

d)

oxumaq

e)

yazmaq

19.

Әdəbi dilimizdə rəsmi üslubun ilk dəfə formalaşması hansı dövrlə və səbəblə bağlıdır?

a)

XX əsrin 20-30cu illəri Sovet idarə sisteminin yaranması və möhkəmlənməsi ilə

b)

XIII əsr Azərbaycan dilində əsərlərin yaranması ilə

c)

XIX əsr milli ədəbi dilin sabitləşməsi ilə

d)

XVI əsr Azərbaycan dilinin Səfəvilər dövlətində dövlət dili elan edilməsi ilə

e)

XIX əsrin əvvəlləri Azərbaycanın Rusiya tərkibinə daxil edilməsi ilə

20.

Ana dilimizdə ilk rəsmi dövlət sənədləri hansı dövrdə yaranıb?

a)

XVII əsrdə

b)

XIX əsrdə

c)

XX əsrdə

d)

XI əsrdə

e)

XV-XVI əsrlərdə

21.

Әvvəl bir düşün, sonra dilə gəl,

Divar tez yıxılar, olmasa təməl!

Verilmiş beyt kimindir?

a)

Sədi Şirazinin

b)

Nizami Gəncəvinin

c)

Xaqani Şirvaninin

d)

Qazi Bürhanəddinin

e)

Əmir Xosrov Dəhləvinin

22.

Görkəmli natiqlər yetişən ölkələrdən birinin adı səhv verilmişdir:

a)

Misir

b)

Hindistan

c)

Çin

d)

Ərəbistan

e)

Fransa

23.

«Ritorika» əsəri neçə hissədən ibarətdir?

a)

dörd

b)

üç

c)

beş

d)

altı

e)

iki

24.

Düşünüb sonra de sözü, müxtəsər,

O qədər danışma, «bəsdir» desinlər.

Nitqlə üstündür heyvandan insan,

Heyvandan əskiksən boş-boş danışsan!

Verilmiş misraların müəllifi kimdir?

a)

Sədi Şirazi

b)

Xaqani Şirvani

c)

Nizami Gəncəvi

d)

Məhəmməd Füzuli

e)

Əlişir Nəvai

25.

Qızıl iş görməsə, iş olsa mahal,

Qılınca atardı əlini dərhal.

Bir iş görməsəydi onlar da əgər,

Köməyə gələrdi onda natiqlər.

Verilmiş misraların müəllifi kimdir?

a)

Sədi Şirazi

b)

Əbülqasim Firdovsi

c)

Marağalı Övhədi

d)

Nizami Gəncəvi

e)

Əlişir Nəvai

26.

«Ritorika» əsərinin hissələri hansılardır?

1. Nitqin tərtibi prinsipləri

2. Materialın plan üzrə müvafiq formaya salınması

3. Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət

4. Materialın öyrənilməsi və yadda saxlanılması

5. Nitqin texnikası, vasitələri və priyomları

a)

1,2,3,4

b)

1,2,4,5

c)

1,2,4,5

d)

1,3,5

e)

1,2,3

27.

«Ancaq müdrik adam həqiqi natiq ola bilər, … kim gözəl danışırsa, o, bütün xeyirxah cəhətləri özündə təcəssüm etdirir və buna görə də müdrikdir» sözlərinin müəllifi kimdir?

a)

Siseron

b)

Lisi

c)

Trasimax

d)

Demosfen

e)

Aristotel

28.

Solon qanunları antik Yunanıstanda nəyə güclü təsir göstərmişdir?

a)

natiqlik sənətinin inkişafına

b)

iqtisadiyyatın inkişafına

c)

elmin inkişafına

d)

hüqüq elminin inkişafına

e)

hərb sənətinin inkişafına

29.

«Əgər istedad insanın gözəlliyidirsə, bu gözəlliyin rəngi natiqlikdir» fikri kimə məxsusdur?

a)

Aristotelə

b)

Lisiyə

c)

Trasimaxa

d)

Demosfenə

e)

Siserona

30.

Nizami hansı əsərində «Sözün qüdrəti» adlı ayrıca fəsil vermiş, sözün şəninə ən ləyaqətli sözlər işlətmişdir?

a)

«Leyli və Məcnun»

b)

«Xosrov və Şirin»

c)

«Sirlər xəzinəsi»

d)

«Yeddi gözəl»

e)

«İsgəndərnamə»

31.

Natiqlik sənətinin ilk vətəni haradır?

a)

Yunanıstan

b)

Hindistan

c)

Çin

d)

Roma

e)

Misir

32.

Roma natiqlik məktəbinin ən görkəmli nümayəndəsi kimdir?

a)

Antoni

b)

Koton

c)

Siseron

d)

Qrakx

e)

Krass

33.

Qədim Yunanıstanda kimlər məhkəmədə vətəndaşların hüquqlarının qorunmasında kömək edirdilər?

a)

vəkillər

b)

loqoqraflar

c)

filosoflar

d)

siyasətçilər

e)

katiblər

34.

Antik Yunanıstanda «ritor» termini neçə mənada işlənmişdir?

a)

beş

b)

bir

c)

üç

d)

iki

e)

dörd

35.

Antik Yunanıstanda «ritor» hansı mənada işlənmişdir?

a)

məhkəmədə çıxış edən şəxs

b)

gözəl danışan şəxs

c)

mitinqdə alovlu çıxış edən şəxs

d)

dərslərini hərtərəfli başa salan müəllim

e)

mədrəsələrdə dini təbliğ edən molla

36.

«Ritorika» hansı anlayışı özündə əks etdirir?

a)

semantika anlayışı

b)

bədii ədəbiyyatın janrı

c)

dilçilik elmi haqqında anlayış

d)

nitq mədəniyyəti məsələləri

e)

natiqlik sənətindən bəhs edən elmi, sənəti

37.

«Ritorika» əsəri nə vaxt yazılmışdır?

a)

325-ci ildə

b)

305-ci ildə

c)

295-ci ildə

d)

335-ci ildə

e)

315-ci ildə

38.

Bu şəxs görkəmli ədəbiyyatşünas, yazıçı və dövlət xadimi olmuş, onun Azərbaycan natiqliyinin yaranması və inkişafında xüsusi xidmətləri olmuşdur. Bu şəxs kimdir?

a)

Cəlil Məmmədquluzadə

b)

Şıxəli Qurbanov

c)

Əbdürrəhim bəy Haqverdiyev

d)

Cəfər Cabbarlı

e)

Nəriman Nərimanov

39.

Akademik natiqliyə aid edilir:

a)

konfranslar, kütlə qarşısında çıxış mühazirələr

b)

ilk olaraq XIX əsrdə yaranmış mətnlər

c)

yalnız bədii ədəbiyyat nümunələri

d)

esselərin, inşaların və ifadələrin yazılması

e)

fikrin yalnız şifahi şəkildə ifadəsi

40.

Natiqliyin növləri hansılardır?

a)

idman natiqliyi, siyasi natiqlik

b)

məhkəmə natiqliyi, idman natiqliyi

c)

siyasi natiqlik, məhkəmə natiqliyi

d)

məhkəmə natiqliyi, xalq natiqliyi

e)

xalq natiqliyi, siyasi natiqlik

41.

Müəllim auditoriyada S.Vurğun şeirlərinin bədii-ifadə xüsusiyyətləri barədə danışır. Onun nitqi natiqliyin hansı sahəsinə aiddir?

a)

bədii natiqlik

b)

akademik natiqlik

c)

siyasi natiqlik

d)

inzibati-idarə natiqlik

e)

işgüzar natiqlik

42.

Biri məhkəmə nitqi üçün vacib deyil:

a)

yalan danışmamaq

b)

nitq predmetini yaxşı bilmək

c)

qanunlara dərindən bələdçilik

d)

terminlərdən istifadə etmək

e)

dili yaxşı bilmək

43.

«Əziz məktəblilər! Bugünkü söhbətimiz türk xalqlarının qədim tarixi barədədir. Türklərin ilk vətəninin hara olması mübahisəlidir. Araşdırıcıların əksəriyyəti həmin vətəni Ön Asiyada axtarırlar...»

Bu nitqi natiqliyin hansı növünə aid etmək olar?

a)

akademik natiqlik

b)

bədii natiqlik

c)

siyasi natiqlik

d)

inzibati-idarə natiqlik

e)

işgüzar natiqlik

44.

Verilənlər ritorikanın hansı sahəsinə aiddir?

1. Prezidentin inaqurasiya nitqi 2. Parlament mübahisələri 3. Qanunvericilik layihələri

a)

Akademik

b)

Diplomatik

c)

İctimai-siyasi

d)

Məişət

e)

Hərbi

45.

İş adamlarının, sahibkarların çıxışları natiqliyin hansı sahəsinə aiddir?

a)

İnzibati-idarə

b)

Siyasi

c)

Akademik

d)

Bədii

e)

İşgüzar

46.

Tələb olunan sözü, cümləni, ifadəni tapmaq nitq mədəniyyətinin hansı tələbinə aiddir?

a)

ifadəlilik

b)

düzgünlük

c)

dəqiqlik

d)

konkretlik

e)

aydınlıq

47.

Fonetik, leksik, qhammatik qayda-qanunlara əməl olunması nitq mədəniyyətinin hansı şərtinə aiddir?

a)

münasiblik

b)

düzgünlük

c)

yığcamlıq

d)

dəqiqlik

e)

ifadəlilik

48.

«Dədə-baba yurduma gedirəm» cümləsi nitqin hansı tələbinə aiddir?

a)

zənginlik

b)

yığcamlıq

c)

dəqiqlik

d)

aydınlıq

e)

ifadəlilik

49.

«At sürüsü» birləşməsində nitqin hansı şərti pozulmuşdur?

a)

zənginlik

b)

düzgünlük

c)

ifadəlilik

d)

təmizlik

e)

dəqiqlik

50.

Nitqin zənginliyinin başlıca meyarı nədir?

a)

orfoepiya qaydalarına əməl etmək

b)

səslərin öz məxrəcinə uyğun şəkildə tələffüzü

c)

orfoqrafiya qaydalarına əməl etmək

d)

geniş söz ehtiyatına malik olmaq

e)

düzgün danışıq qaydasına əməl etmək

51.

Nitqin orijinallığı necə başa düşülməlidir?

a)

Nitqin özünəməxsusluğu

b)

Nitqin orijinallığı

c)

Nitqin fərdiliyi

d)

Nitqin sadəliyi

e)

Nitqin elmiliyi

52.

Nitqin dəqiqliyi dedikdə nə başa düşülür?

a)

nitqin ədəbi tələffüz baxımından düzgünlüyü

b)

dilin fonetik, leksik, qrammatik qayda-qanunlarına tam əməl etmək

c)

dilin fonetik, leksik, qrammatik qayda-qanunlarına tam əməl etmək

d)

ən məqsədəuyğun, üslub bazımından ən uğurlu dil vasitələini tapıb işləmək

e)

fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitələrini tapmaq

53.

Melodiklik nitqin hansı tələblərinə aiddir?

a)

ifadəlilik

b)

münasiblik

c)

zənginlik

d)

aydınlıq

e)

sadəlik

54.

Nitqin dəqiqliyi nədir?

a)

nitq sadə olmalıdır

b)

nitq özünəməxsus olmalıdır

c)

nitq orijinal olmalıdır

d)

nitq danışanın fikrinə uyğun olmalıdır

55.

Biri nitqin təmizliyinə aid edilə bilməz:

a)

vulqar və loru sözlərə yol verməmək

b)

məhəlli sözlərə, yerli şivələrə yol verməmək

c)

əcnəbi sözlərin lüzumsuz işlənməsinə yer verməmək

d)

tüfeyli sözləri nitqdə işlətməmək

e)

danışılacaq materialı əvvəlcədən hazırlamaq

56.

Hansı mədəni nitqin tələbi deyil?

a)

nitqdə əcnəbi sözlərə yol verməmək;

b)

dialekt və loru sözlərdən istifadə etmək;

c)

nitqin təmizliyinə həmişə əməl etmək;

d)

fikrin ifadəliliyini təmin etmək;

e)

bədii ifadə vasitələrindən səmərəli istifadə etmək;

57.

Nitqin sadəliyi dedikdə nə başa düşülür?

a)

yığcam cümlələrdən istifadə etmək

b)

yerli şivə ilə danışmaq

c)

fikri təmiz şəkildə ifadə etmək

d)

nitqin asan qavranılması

e)

fikrin bir neçə dəfə təkrarı

58.

Biri nitqin zənginliyini təmin edən amil deyil:

a)

leksik rəngarənglik

b)

sinonimlik

c)

sadəlik

d)

intonasiya

e)

təkrardan qaçmaq

59.

Nitqin ifadəliliyini yaradan vasitələr hansılardır?

a)

zərbi-məsələlər, aforizmlər

b)

dialoji nitq

c)

monoton nitq

d)

aşağı tonlu nitq

e)

yüksək tonlu nitq

60.

Hansı fikir səhvdir?

a)

nitq sadə, aydın, dəqiq olmalıdır

b)

zəngin dil mükəmməl nitqin əsasıdır

c)

düzgün nitqdə dəqiqlik olmaya da bilər

d)

gözəl nitq üçün ifadəlilik əsas şərtlərdən biridir

e)

nitq dilə əsaslanır, onun əsasında meydana çıxır

61.

İntonasiya nitqin hansı tələblərinə aiddir?

a)

dəqiqlik

b)

təmizlik

c)

aydınlıq

d)

ifadəlilik

e)

sadəlik

62.

Vurğu nitqin hansı tələbinə aiddir?

a)

təbiilik

b)

intonasiya

c)

aydınlıq

d)

dəqiqlik

e)

təmizlik

63.

İfadəliliyin ən incə və mürəkkəb vasitələrindən biri hansıdır?

a)

münasibətlik

b)

aydınlığı

c)

tembr

d)

təmizlik

e)

sadəlik

64.

Biri nitqin zənginliyini təmin edən amil deyil:

a)

sadəlik

b)

sinonimlik

c)

leksik rəngarənglik

d)

intonasiya

e)

təkrardan qaçmaq

65.

.Aşağıdakı göstəricilərdən biri nitqin təmizliyinə xələl gətirir.

a)

Vurğudan və fasilələrdən yerində istifadə olunur.

b)

Ədəbi dilin normalarına əməl edilir.

c)

Fikirlər yığcam və səlisdir.

d)

Dilin leksik-qrammatik normaları gözlənilir.

e)

Sözdən leksik mənasına uyğun istifadə olunmur.

66.

Yazılışından fərqli tələffüz edilən sıra sayını göstərin.

a)

beşinci

b)

altımışıncı

c)

altıncı

d)

dördüncü

e)

yetmişinci

67.

Qrammatik norma harada pozulmuşdur?

a)

yarpaqlar töküldülər

b)

sözün qüdrəti

c)

çayın suyu

d)

qapının cəftəsi

e)

dilə düşmək

68.

«A» saiti nə zaman uzun tələffüz edilir?

a)

dialekt və şivə sözlərdə

b)

əsil Azərbaycan sözlərində

c)

ahəng qanununa tabe olmayan ərəb və fars mənşəli sözlərdə

d)

apastroflu sözlərdə

e)

ahəng qanununa tabe olan sözlərdə

69.

«Ә» saiti nə zaman uzun tələffüz olunur?

a)

alınma sözlərdə

b)

ahəng qanuna tabe olan sözlərdə

c)

ahəng qanuna tabe olmayan sözlərdə

d)

qoşa «ə» ilə yazılan sözlərdə

e)

dialekt və şivə sözlərdə

70.

Qrammatik norma nə zaman pozulmuş hesab olunur?

a)

həm leksik, həm qrammatik norma pozulduqda

b)

leksik təkrara yol verdikdə

c)

orfoqrafik qayda pozulduqda

d)

orfoepik norma pozulduqda

e)

xəbər mübtəda ilə uzlaşmayanda

71.

Hansı cərgədə ədəbi norma gözlənilmişdir?

a)

gəlif-gəlip, dəyil-dəgil

b)

əv-öy, qədeş-qərdeş

c)

murtda-yumurta, uşaz-uşaq

d)

sənnən-səndən

e)

nöşün-necə-uçax-uşaq

72.

«Süzdən şikayətçiyəm» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

a)

orfoqrafik

b)

leksik

c)

qrammatik

d)

həm leksik, həm də qrammatık

e)

sintaktik

73.

«Bu iki kitabları müəllimə çatdırın» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

a)

uslub

b)

leksik

c)

orfoepik

d)

orfoqrafik

e)

qrammatık

74.

Verilmiş cümlədə ədəbi dilin hansı norması pozulmuşdur? «Bu üç almaları sənin üçün qoymuşam».

a)

leksik

b)

qrammatık

c)

orfoepik

d)

orfoqrafik

e)

uslub

75.

Hansı nümunədə orfoepik normaya riayət edilməmişdir?

a)

[mator]

b)

[polat]

c)

[kəndli]

d)

[nöksan]

e)

[bədi:]

76.

«Atamdan» sözünü «atamnan» kimi yazsaq, ədəbi dilin hansı norması pozulmuş olar?

a)

qrammatik

b)

orfoepik

c)

orfoqrafik

d)

leksik

e)

heç biri

77.

«Anam başımın üstündə dua deyirdi» cümləsində nitqin hansı norması pozulmuşdur?

a)

leksik

b)

leksik-qrammatik

c)

fonetik

d)

qrammatik

e)

morfoloji

78.

Aşağıdakı sözlərdən birində ədəbi dilin orfoepik norması pozulmuşdur:

a)

Elçinnən

b)

uşaxlarnan

c)

kəntdəkilər

d)

gedirsiniz

e)

divarrar

79.

Bədii əsərdə obrazın dilini fərqləndirmək üçün istifadə edilir:

a)

etiketlərdən

b)

neologizmlərdən

c)

arxaizmlərdən

d)

məcazlardan

e)

dialektizmlərdən

80.

Birinin tələffüzü düz deyil:

a)

[qızdar]

b)

[dostdan]

c)

[oğlannar]

d)

[açarrar]

e)

[daşdıyın]

81.

«Toyuqlar yuvalarına doluşdular» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

a)

leksik

b)

fonetika

c)

fonetik və leksik

d)

qrammatık

e)

leksik və qrammatık

82.

Cümlədə ədəbi dilin hansı norması pozulub? Hər dəfə onun bu halını görəndə könlüm ağrıyırdı.

a)

morfoloji

b)

leksik (semantik)

c)

orfoqrafik

d)

sintaktik

e)

orfoepik

83.

Biri «yorulmaq» sözünün sinonimi deyil:

a)

yola getmək

b)

haldan düşmək

c)

nəfəsi kəsilmək

d)

cana doymaq

e)

əldən düşmək

84.

Nitqdə müəyyən miqdar sayından sonra gələn isim cəmdə işlərilərsə, hansı norma pozulur?

a)

fonetik

b)

leksik

c)

qrammatik

d)

leksik-qrammatik

e)

leksik-fonetik

85.

Әdəbi dilin qrammatık normasının əsas tələbi nədir?

a)

sözü düzgün tələffüz etmək və düzgün yazmaq

b)

sözün mənasına bələd olmaq, onu düzgün işlətmək

c)

milli sözləri daha çox işlətmək

d)

nitqdə sözlər və cümlələr arasındakı əlaqələrin düzgün qurulması

e)

məhəlli, yerli sözləri nitqdə işlətmək

86.

«Silahlı əsgərlər kəndin sakit sakinlərinə amansız divan tutdular» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

a)

orfoepik

b)

qrammatık

c)

fonetik

d)

orfoqrafik

e)

leksik

87.

Xəbər mübtəda ilə uzlaşmırsa, ədəbi dilin hansı norması pozulmuş sayılır?

a)

qrammatık

b)

leksik

c)

həm leksik, həm qrammatık

d)

orfoqrafik

e)

orfoepik

88.

Sözlərin hansında orfoepik norma pozulmuşdur?

a)

getmisən

b)

başlayır

c)

mənnən

d)

səniydin

e)

malicə

89.

«Zahirdə özünü sadə göstərirdi» cümləsində «zahirdə» sözünü hansı sözlə əvəz etmək olar?

a)

yadlar arasında

b)

daxildə

c)

xaricdə

d)

üzdə

e)

qohumlar arasında

90.

Nitqin hissələri arasında əlaqəni bildirən ara sözü göstərin:

a)

birincisi

b)

deyilənə görə

c)

ehtimal ki

d)

doğrudan da

e)

heyf

91.

Şəxssiz cümləni göstərin:

a)

Yalançının şahidi yanında olar.

b)

Soyuq bir axşam idi.

c)

Onlar bu yaxşılığı unutmazlar.

d)

Oğlunun dedikləri ananın qəlbinə toxunmuşdu.

e)

Saxla samanı, gələr zamanı.

92.

Bu atalar sözlərindən hansı ümumi şəxsli cümlədir?

a)

Qorxan gözə çöp düşər.

b)

Dost dar gündə tanınar.

c)

Cücəni payızda sayarlar.

d)

İgid ölər, adı qalar.

e)

İşləməyən dişləməz.

93.

"Salondakılara sabahkı tədbirdə iştirak etmələri barədə xəbərdarlıq edildi" cümləsinin növünü müəyyənləşdirin:

a)

müəyyən şəxsli cümlə

b)

ümumi şəxsli cümlə

c)

adlıq cümlə

d)

qeyrimüəyyən şəxsli cümlə

e)

şəxssiz cümlə

94.

Bunlardan biri güman, şübhə bildirmir:

a)

Görəsən, imtahanı verə biləcəklərmi?

b)

Olmaya, məni tanımadın.

c)

Deyəsən, yağış tökəcək.

d)

Ola bilsin ki, mən də sizinlə getdim.

e)

Deyildiyinə görə, sizin qrup qış tətilində ekskursiyaya gedəcək.

95.

Ara sözün işləndiyi cümləni göstərin:

a)

Düzdür, riyaziyyatdan bir az anlayıram.

b)

Güman gələn yerləri ələk-vələk etdilər.

c)

Yəqin etdim ki, sən düz demirsən.

d)

Hər dilinə gələn sözü deməli deyilsən.

e)

Sənin dediklərin tamamilə düzdür.

96.

Orfoqrafiya prinsiplərindən hansı səhvdir?

a)

fonetik prinsip

b)

sintaktik prinsip

c)

morfoloji prinsip

d)

tarixi-ənənəvi prinsip

e)

fonetik, morfoloji, tarixi ənənəvi