wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

İnformasiya-axtarış sistemi mövzusu üzrə suallar

Total questions: 35

Worksheet time: 18mins

Name
Class
Date
1.

Lazım olan informasiyanın axtarılması üçün istifadəçilərə informasiya-axtarış dilinin və CGI-skriptlərin köməyi ilə öz sorğularını formalaşdırmaq və axtarış sisteminə ötürmək, eləcə də axtarışın nəticəsini istifadəçiyə təqdim etmək üçün nəzərdə tutulan proqram hansıdır?

a)

indekslər bazası

b)

interfeys proqramı

c)

robot proqramı

d)

müştəri proqramı

e)

axtarış maşını

2.

Nəticələrin istifadəçiyə təqdim edilməsi üsullarına görə İAS necə fərqləndirilir?

a)

sorğuya relevantlıq dərəcələrinə görə tərtibilmiş sənədlərin düzülmüş – nizamlanmış siyahını təqdim edən İAS

b)

sadə dialoqu olan İAS – açar sözlərə görə və ya tematik kataloq üzrə sadə axtarış aparmağa imkan verir

c)

inkişaf etmiş dialoqu olan İAS – məntiqi əməliyyatların köməyi ilə mürəkkəb sorğuları tərtib etmək və onların əsasında axtarış həyata keçirmək imkanına malik olurlar

d)

əl ilə indeksləşdirmə üsulları reallaşdırılan İAS

e)

avtomatik indeksləşdirmə üsulları reallaşdırılan İAS

3.

Terminlərin əlavə üst-üstə düşmələrini təmin etmək üçün hansı üsul tətbiq olunur?

a)

ehtimala əsaslanan indeksləşdirmə

b)

assosiativ sözlərin istifadəsi

c)

bibliografik məlumatların istifadəsi

d)

mövzu kataloqların işlənməsi

e)

web-kataloqların modifikasiyası

4.

Bibliografik məlumatların istifadə olunma üsulları hansı imkanlar yaradır?

a)

axtarış prosesində əhatə olunan sənədlər dairəsini məhdudlaşdırmaq

b)

axtarış prosesində əhatə olunan sənədlər dairəsini darlaşdırmaq

c)

açar sözlərin sayını artırmaq

d)

açar sözlərin sayını azaltmaq

e)

terminlərin sərhəd qiymətlərini müəyyən etmək

5.

Axtarış sorğusunda göstərilən formal əlamətlərə görə təşkil edilən axtarış prosesi hansı axtarış növünə aiddir?

a)

ünvanlı

b)

meta-verilənlər üzrə

c)

faktografik

d)

semantik

e)

təsvirlərə görə

6.

İnformasiya axtarışı hansı əsas vəzifələrin həllinin təmin edilməsinə yönəlmişdir?

a)

sorğuya relevant, informasiya tələbatını ödəyən informasiyanın axtarılıb tapılması

b)

əldə olunmuş informasiyanın yoxlanması və strukturlarşdırılması

c)

oxşar məsələlərdən çıxış edərək informasiyanın yoxlanması və strukturlarşdırılması

d)

bir-birinə uzaq sahələrdə əks informasiyanın axtarılması

e)

sorğuya qeyri-relevant, informasiya tələbatını ödəməyən informasiyanın axtarılıb tapılması

7.

İnformasiya axtarışı modelləri hansı parametrlərlə xarakterizə olunur?

a)

sənədlərin təqdimatının dəyişdirilməsi

b)

sorğunun parçalanması (hissələrə ayrılması)

c)

sorğunun genişləndirilməsi

d)

sənədlərin və sorğuların təqdim edilməsi

e)

sənədlərin təqdimatının genişləndirilməsi

8.

Sintaksik vahidlərin identifikasiyası nə üçün aparılır?

a)

sadə sintaktik təhlil prosedurası

b)

genişləndirilmiş sorğuların identifikasiyası

c)

genişləndirilmiş sorğular dilinin formallaşdırılması

d)

xüsusi sorğuların formallaşdırılması

e)

qrammatik söz birləşmələrinin formallaşdırılması

9.

Sorğunun təqdimatının dəyişdirilməsi üsullarına hansı aiddir?

a)

sənədin təqdimatının dəyişdirilməsi

b)

bibliografik məlumatların istifadə olunması

c)

terminlərin assosiativlik göstəricisinin müəyyən edilməsi

d)

ehtimala əsaslanan indeksləşdirmə

e)

sorğunun parçalanması

10.

Ayrı-ayrı sənədlərin məzmununu təsvir edən indekslər (göstəricilər) çoxluğu necə adlanır?

a)

leksik vahidləri

b)

axtarış obrazı

c)

indekslər bazası

d)

vaciblik dərəcəsi

e)

leksik dərəcə

11.

İnformasiya axtarışı hansı əsas vəzifələrin həllinin təmin edilməsinə yönəlmişdir?

a)

bir-birinə yaxın sahələrdə analoji informasiyanın axtarılması

b)

bir-birinə uzaq sahələrdə əks informasiyanın axtarılması

c)

əldə olunmuş informasiyanın yoxlanması və strukturlarşdırılması

d)

oxşar məsələlərdən çıxış edərək informasiyanın yoxlanması və strukturlarşdırılması

e)

sorğuya qeyri-relevant, informasiya tələbatını ödəməyən informasiyanın axtarılıb tapılması

12.

Aşağıda göstərilən verilənlər üçün informasiya massivində olan bütün relevant sənədlərin sayını müəyyən edin: Cədvəl məlumatı: "Axtarış sistemi ilə tapılan" üçün Relevant = 40, Qeyri-relevant = 10; "Axtarış sistemi ilə tapılmamış" üçün Relevant = 5, Qeyri-relevant = 120.

a)

130

b)

50

c)

125

d)

45

13.

Ən səmərəli İAS hansını hesab etmək olar?

a)

dolğunluq əmsalı və seçim qabiliyyəti arasında optimal tarazlığı olan

b)

dəqiqlik əmsalı və seçim qabiliyyəti arasında optimal tarazlığı olan

c)

dolğunluq və dəqiqlik əmsalları arasında optimal tarazlığı olan

d)

dolğunluq, dəqiqlik əmsalları və küy arasında optimal tarazlığı olan

e)

dəqiqlik əmsalı və küy arasında optimal tarazlığı olan

14.

İAS-ın effektivliyinin qiymətləndirilməsi üçün axtarışın hansı parametrlərinin dəqiq müəyyənləşdirilməsi tələb olunur?

a)

dəqiqlik və F-qiymət

b)

dəqiqlik və dolğunluq

c)

seçim qabiliyyəti və dəqiqlik

d)

dəqiqlik və küy

e)

dolğunluq və seçim qabiliyyəti

15.

İnformasiya ehtiyatlarının təsvir olunması üçün terminlərin seçilməsi üsullarına görə axtarış sistemləri hansılardır?

a)

avtomatik indeksləşdirmə üsulları reallaşdırılan İAS

b)

sadə dialoqu olan İAS – açar sözlərə görə və ya tematik kataloq üzrə sadə axtarış aparmağa imkan verir

c)

terminlərin aid edilməsi üsulundan istifadə edən İAS

d)

inkişaf etmiş dialoqu olan İAS – məntiqi əməliyyatların köməyi ilə mürəkkəb sorğuları tərtib etmək və onların əsasında axtarış həyata keçirmək imkanına malik olurlar

e)

əl ilə indeksləşdirmə üsulları reallaşdırılan İAS

16.

İnternet üçün reallaşdırılan, özlərinin məxsusi indekslər bazası olmayan xüsusi növ axtarış sistemləri hansılardır?

a)

indekslər bazaları

b)

meta-axtarış sistemləri

c)

robot proqramları

d)

axtarış maşınları

e)

müştəri proqramları

17.

İnformasiya (axtarış) sorğusu nədir?

a)

sənədlərin məzmunu (bütün mətni) üzrə axtarışı

b)

məzmununa görə təsvirlərin axtarılması

c)

sənədlərin axtarış sistemi tərəfindən qəbul edilən atributlara və ya rekvizitlərə görə axtarılması

d)

istifadəçinin informasiya tələbatının informasiya-axtarış dilində ifadə olunan xüsusi forması

e)

axtarış sorğusunda göstərilən formal əlamətlərə görə sənədlərin axtarılması

18.

İnformasiya-axtarış sistemi (İAS) nədir?

a)

əldə olunmuş informasiyanın yoxlanması və strukturlarşdırılması üçün sistem

b)

oxşar məsələlərdən çıxış edərək informasiyanın yoxlanması və strukturlarşdırılması üçün proqram

c)

istifadəçiləri maraqlandıran informasiyanın saxlanılması, axtarılması və təqdim edilməsi üçün nəzərdə tutulmuş proqram-texniki sistem

d)

sorğuya qeyri-relevant, informasiya tələbatını ödəməyən informasiyanın axtarılıb tapılması üçün alətlər

e)

istifadəçiləri maraqlandıran informasiyanın saxlanılması, axtarılması və təqdim edilməsi üçün nəzərdə tutulmuş verilənlər bazası

19.

İnternetin axtarış maşınları hansı komponentlərdən ibarətdir?

a)

tematik kataloqlar

b)

axtarış kataloqları

c)

avtomatlaşdırılmış indekslər

d)

axtarış maşını

e)

rastgəlinmə indeksləri

20.

İnternetin axtarış maşınları informasiyanın axtarışını reallaşdırmaq üçün hansı məsələlərin həllini təmin etməlidirlər?

a)

tapılmış relevant sənədlərin xüsusi şəkildə sistemləşdirilməsi və nizamlanması

b)

məntiqi əməliyyatların köməyi ilə mürəkkəb sorğuların tərtib edilməsi və onların əsasında axtarışın həyata keçirilməsi imkanın yaradılması

c)

sənədlərin relevanlıq dərəcələrinin təhlili aparılmadan tərtib olunan sadə siyahıların formallaşdırılması

d)

açar sözlərə görə və ya tematik kataloq üzrə sadə axtarış aparmağa imkanın yaradılması

e)

sorğuya relevanlıq dərəcələrinə görə tərtibmiş sənədlərin düzülmüş – nizamlanmış siyahısının təqdim edilməsi

21.

İnformasiya axtarışı nəticəsində tapılmış sənədlərin məzmununun istifadəçinin axtarış sorğusu şəklində formalaşdırılmış informasiya tələbatına uyğunluq dərəcəsi necə adlanır?

a)

relevanlıq

b)

pertinentlik

c)

dolğunluq

d)

seçim qabiliyyəti

e)

dəqiqlik

22.

İnformasiya massivində olan bütün relevant sənədlərin sayı hansı düstur əsasında müəyyən etmək olar?

a)

Dr=Dtr+DtnD^r = D^{tr} + D^{tn}

b)

Dr=Dm+DnmD^r = D^{m} + D^{nm}

c)

Dr=Dtr+DmD^r = D^{tr} + D^{m}

d)

Dr=Dtn+DmD^r = D^{tn} + D^{m}

e)

Dr=Dtn+DnmD^r = D^{tn} + D^{nm}

23.

Aşağıda göstərilən verilənlər üçün informasiya massivində sorğuya relevant olan, lakin İAS tərəfindən tapılmayan sənədlərin sayını tapın: Cədvəl məlumatı: "Axtarış sistemi ilə tapılan" üçün Relevant = 40, Qeyri-relevant = 10; "Axtarış sistemi ilə tapılmamış" üçün Relevant = 5, Qeyri-relevant = 120.

a)

5

b)

130

c)

15

d)

50

e)

45

24.

İnformasiya-axtarış dilinin növlərindən birini qeyd edin:

a)

ünvanlı

b)

semantik

c)

verbal

d)

indeksləşdirilmiş

e)

leksik

25.

İndekslər nədir?

a)

ayrı-ayrı söz və ya söz birləşmələrindən ibarət olan göstəricilər (terminlər, açar sözlər)

b)

informasiya ehtiyatlarının indeksləşdirilməsi nəticəsində alınmış göstəricilər çoxluğu

c)

indeksləşdirmə prosesində istifadə olunan terminlər çoxluğu

d)

ayrı-ayrı sənədlərin məzmununu təsvir edən göstəricilər (terminlər, açar sözlər) çoxluğu

e)

informasiya axtarışının sadələşdirilmiş proseduru

26.

Meta-axtarış sistemləri axtarış üçün zəruri olan hansı əsas xarakteristikaları yaxşılaşdırmağa imkan verir?

a)

funksionallıq

b)

axtarışın dəqiqliyi

c)

mərkəzdən asılılıq

d)

paralellik

e)

sistemin həyat dövrü

27.

İAS-a qoyulan əsas tələblər hansılardır? 1. yeni informasiya ehtiyatlarının təhlili 2. istifadəçiyə vaxtında və dolğun cavab vermək üçün onun sorğusuna uyğun olaraq axtarış sistemi tərəfindən yüksək sürətli axtarışın aparılmasının təmin edilməsi 3. axtarışın nəticəsinin dəqiqliyinin və pertinentliyinin, yəni alınmış nəticələrin istifadəçinin tələbatına tamamilə uyğun olmasının təmin edilməsi 4. istifadəçi ilə əks əlaqənin qurulması imkanlarının reallaşdırılması 5. xüsusi proqramların tətbiqi yolu ilə zəruri informasiyaya ehtiyacının axtarılması

a)

2, 3, 5

b)

1, 3, 4

c)

2, 3, 4

d)

3, 4, 5

e)

1, 2, 4

28.

Sənədlərin təqdimat formasını dəyişdirən və yalnız cari axtarış seansında deyil, həmçinin sonrakı seanslarda da axtarışın nəticəsini yaxşılaşdırmağa imkan verən üsullar hansılardır?

a)

sorğunun təqdimatının dəyişdirilməsi

b)

sənədin təqdimatının dəyişdirilməsi

c)

söz birləşmələrinin seçilməsi

d)

ümumi sintaktik və semantik dəyişdirilmələr

e)

söz birləşmələrini təşkil edən komponentlərin qrammatik və mətn strukturlarının lingvistik təhlili

29.

Hansı növ lüğətlərdə sənədlərdə yeni terminlər bazaya avtomatik olaraq əlavə edilir?

a)

sərbəst

b)

nəzarət olunan

c)

verbal

d)

faktqrafik

e)

obyekt-əlamətli

30.

Sənədlərin göstəricilərinin yaradılması prosesi necə adlanır?

a)

normallaşdırma

b)

nizamlama

c)

informasiya-axtarış sorğusu

d)

indeksləşdirmə

e)

strukturlaşdırma

31.

Aşağıdakıardan informasiya axtarışına aid olan modeli seçin:

a)

bibliqrafik model

b)

sənədli model

c)

faktqrafik model

d)

analitik model

e)

statistik tezliklər üsulu

32.

Sənədlərin indeksləşdirilməsi zamanı onlardan seçilib götürülən terminlər və ya açar sözlər necə adlanır?

a)

sənədin axtarış obrazı

b)

çəki əmsalları

c)

indekslər bazası

d)

indeksləşdirmə terminləri

e)

vaciblik dərəcəsi

33.

İnformasiya axtarışının nəticəsinin keyfiyyəti və İAS-ın işinin səmərəliliyi əsasən hansı parametrlərlə xarakterizə olunur?

a)

axtarışın relevantlıq, pertinentlik dərəcələri

b)

axtarışın relevantlıq, qeyri-pertinentlik dərəcələri

c)

axtarışın dəqiqliyi, relevantlıq dərəcəsi

d)

axtarışın dolğunluğu, relevantlıq dərəcəsi

e)

axtarışın dəqiqliyi, dolğunluğu

34.

Cari seansda axtarışın effektivliyini artırmaq üçün nəzərdə tutulan və digər sorğular üzrə axtarışın effektivliyinə təsir etməyən üsullar hansılardır?

a)

sintaktik və semantik dəyişdirilmələr

b)

söz birləşmələrinin seçilməsi

c)

söz birləşmələrini təşkil edən komponentlərin qrammatik və mətnin strukturlarının linqvistik təhlili

d)

sorğunun təqdimatının dəyişdirilməsi

e)

sənədin təqdimatının dəyişdirilməsi

35.

i və j terminləri hansı şərtlərdə assosiativ terminlər kimi qəbul olunur?

a)

aij1a_{ij} \le 1

b)

aijδa_{ij} \ge \delta