
vergi 3
Authored by Shahla Alijanova
Education
University
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Diskresion vergi siyasəti nəyi nəzərdə tutur?
Vergilərin ləğv edilməsi yolu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
Yalnız vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə beynəlxalq təşkilatların qərarları əsasında həyata keçirilir
Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Son illərdə Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas istiqamətlərindən biri hansıdır?
İnkişaf etmiş regionlarda yüksək vergi dərəcələrinin tətbiqi
Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün vergi dərəcələrinin artırılması
Kənd təsərrüfatı sahəsində fəaliyyətin torpaq vergisindən başqa bütün vergilərdən azad olması
Regionlarda diferensiallaşdırılmış mənfəət vergisi dərəcələrinin tətbiqi
Bəzi regionların vergilərdən tamamilə azad edilməsi
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən royalti anlayışına aid deyil?
sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlər
ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı üzərində hüquqların istifadə olunmasına görə ödənişlər
kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödənişlər
sənaye, kommersiya və ya elmi avadanlığın istehsalı, yaxud satışına görə alınan ödənişlər
istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
Qeyri-rezident dedikdə kim nəzərdə tutulur? 1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olmayan şəxs
və onun ailə üzvləri; 2. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan
şəxs; 3. rezident anlayışı ilə əhatə edilən digər şəxslər; 4. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət
qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata
keçirən şəxs və onların ailə üzvləri; 5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan
diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların
nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri.
2, 3, 4
1, 2, 3
1, 2, 4
1, 3, 5
2, 4, 5
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Aşağıdakılardan hansı vergitutma obyektlərinə aid deyil?
torpaq, faydalı qazıntılar
əmlak
təqdim edilmiş malların [işin, xidmətin] dəyəri
xeyriyyəçilik fəaliyyəti
gəlir
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata
keçirilməyə bilər? 1. qaz, su, istisu təhcizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti; 2. lotoreya biletlərinin satışı 3.
İşçilərin sayı bir nəfər olan aptekdə dərman satışı; 4. Orta məktəblərdə ticarət fəaliyyəti; 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı.
1, 2, 5
1, 2, 4
3, 4, 5
2, 3, 4
1, 3, 5
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Vergitutma məqsədləri üçün bir şəxsin digər şəxsin əmlakında bilavasitə və ya dolayısı iştirak payı və ya səs hüququ neçə faizdən az olmadıqda, bu şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlar?
25 faiz
5 faiz
20 faiz
10 faiz
15 faiz
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?