
Gömrük isi. resmiləsdirilməsi
Authored by Lamiya Huseynova
Other
University
Used 6+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
11 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
“Bəyanetmə” anlayışına Gömrük Məcəlləsində necə tərif verilmişdir?
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi nəzərdə tutulan mal və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi
mal və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçirilməsi məqsədilə sərhəd orqanlarına mal sahibi tərəfindən yazılı formada lazımlı məlumatların bəyan edilməsi
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi;
Xarici iqtisadi fəaliyyət iştirakçısının öz fəaliyyəti haqqında dövlət gömrük orqanlarına yazılı və ya elektron formalarda məlumat verməsi
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməzdən əvvəl, gömrük nəzarəti altında olmayan mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Gömrük rəsmiləşdirilməsi zamanı mal və nəqliyyat vasitələri hansı vergilərə cəlb oluna bilər?
Gömrük rüsumu,aksiz,yol vergisi
Dövlət rüsumu, gömrük haqqı
Rüsum, yığım
Rüsum,ƏDV,aksiz,yol vergisi,yığım
ƏDV, aksiz, yol vergisi
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
İlk növbədə və sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi kimlərə şamil edilir:
avtomobillərə;
beynəlxalq yüklərə
sərnişinlərə;
hərbi sursatlara;
yardım xarakterli mallara;
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Hansı hallarda malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınır
gömrük proseduru dəyişdirildikdə yeni gömrük proseduru üçün
humanitar və texniki yardım (qrant) yüklərinin rəsmiləşdirilməsi zamanı;
elektrik enerjisinin qarşılıqlı ötürülməsinin gömrük rəsmiləşdirilməsi zamanı;
Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi istifadəsi üçün keçirilən malların gömrük rəsmiləşdirilməsi zamanı
mallar dövlətin xeyrinə imtina rejimi altında yerləşdirildikdə;
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri bunlardan asılı olaraq fərqləndirilir:
1) gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə;
2) gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə;
3) malları keçirən şəxsə görə;
4) malların mənşəyinə görə;
5) göndərilmə və təyinat ölkəsinə görə.
1;3;4.
1;3;5
3;4;5.
2;3;4.
1;2;4
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Gömrük rəsmiləşdirilməsi:
Azərbaycan respublikasının gömrük sərhədini keçən mal və nəqliyyat vasitələrinin gömrük vergi və rüsumlarına cəlb edilməsi tədbirlərinin məcmusu;
Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərin məcmusu;
gömrük orqanlarının fəaliyyəti üzrə günlük, aylıq və illik hesabatların tərtib olunması;
xarici iqtisadi fəaliyyət iştirakçılarının Azərbaycan Respublikasının ərazinə gətirdikləri mal və nəqliyyat vasitələrinin ölkə ərazisinə buraxılması prosedurlarının məcmusu
xarici iqtisadi fəaliyyət iştirakçılarının gömrük sərhəini keçməsi zamın yerinə yetirilməsi gömrük qanunvericiliyi ilə tələb olunan hərəkətlərin məcmusu
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Bir YGB ilə neçə adda mal bəyan edilə bilər?
33 adda;
1 adda.
10 adda.
50 adda.
100 adda;
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?