... proqramlar digər proqramların yaradılması üçün istifadə olunurlar.

Proqram təminatı Variant 1

Quiz
•
Computers
•
University
•
Easy
Zarifa Hasanova
Used 2+ times
FREE Resource
8 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Xidməti
Tətbiqi
Utilit
İnstrumental
Servis
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Arxivləşdirmə faylları hansı məqsədlə istifadə edilir?
Kompüteri lazımsız fayllardan təmizləmək üçün
Əməliyyat sistemini bərpa etmək üçün
Pozulmuş faylları bərpa etmək üçün
Faylları gizlətmək üçün
Fayldakı informasiyanı sıxıb ölçüsünü azaltmaq üçün
3.
OPEN ENDED QUESTION
3 mins • 1 pt
Fayl virusunun əsas xüsusiyyəti
Evaluate responses using AI:
OFF
Answer explanation
Fayllı viruslar əsasən icra olunan fayllar, mətn və cədvəl prosessorunun fayllarına yayılır. Fayl sistemini sıradan çıxardır
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Filtr tip antivirus proqramlarının əsas funksiyası nədir?
icra olunan proqram fayllarına, rezident proqramların yerləşdirilməsinə, diskin yükləyici sektoruna nəsarət edir, təhlükəli əməliyyatları izləyir.
əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir.
virusların aşkar edilməsinə və zərərsizləşməsinə imkan verir.
kataloqların, proqramların, sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir.
vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır
5.
OPEN ENDED QUESTION
3 mins • 1 pt
Ziyansız və Təhlükəsiz viruslar haqqında məlumat verin
Evaluate responses using AI:
OFF
Answer explanation
Ziyansız viruslar kompüterə heç bir zərər göstərmir, sadəcə diskdə yer tutur və diskin boş yaddaşı azalır. Təhlükəsiz virusların tətbiqi ilə diskin boş yaddaş sahəsi azalır, amma onun təsiri məhdudlaşır.
6.
OPEN ENDED QUESTION
3 mins • 1 pt
Tətbiqi proqram təminatı (application software) haqqında məlumat verin( sistem proqram təminatından fərqi və hansı növləri var)
Evaluate responses using AI:
OFF
Answer explanation
Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələni həll etməsi üçün yaradılır. Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq, onu informasiyanın emalında kompüterin bu və ya digər funksiya və proseduralarının necə yerinə yetirilməsini bilməkdən azad edir. Sistem proqramları ilə tətbiqi proqramların əsas fərqi ondadır ki, sistem proqramları istifadəçinin kompüterdə rahat işləməsini təmin etmək, kompüteri təhlükələrdən qorumaq, kompüterin işini yüngülləşdirmək və s. funksiyaları yerinə yetirir. Tətbiqi proqramlar isə istifadəçinin öz işlərini kompüterdə yerinə yetirməsi üçün, sənədlər hazırlaması, əyləncəli vaxt keçirməsi, müəyyən problemləri həll etməsi və s. məsələlər üçün nəzərdə tutulmuşdur. Bir sözlə, sistem proqramları kompüterə xidmət edir, tətbiqi proqramlar isə istifadəçiyə xidmət edir. TPP-lərin aşağıdakı növləri vardır: -ümumi təyinatlı (universal) - üsulyönlü -problemyönlü -qlobal kompüter şəbəkələri
7.
OPEN ENDED QUESTION
3 mins • 1 pt
Mətn redaktorları haqqında məlumat verin
Evaluate responses using AI:
OFF
Answer explanation
Mətn redaktorları mətnli informasiyanın emalı üçün istifadə olunur və əsasən aşağıdakı funksiyaları yerinə yetirir: mətnin fayla yazılması; simvol, sətir və mətnin yerləşdirilməsi, silinməsi, əvəz olunması; orfoqrafiyanın yoxlanması; mətnlərin müxtəlif şriftlərlə tərtibi; başlıqların hazırlanması, mətnin səhifələrə bölünməsi; mətnlərin lazımi formaya salınması; söz və ifadələrin əvəz olunması; şəkillərin mətnlərə əlavə edilməsi; mətnlərin çapı. Bir çox mətn prosessorları üçün ümumi olan bir sıra anlayışlara baxaq. Hazırlanacaq sənəd müxtəlif elementlərdən - simvollardan, abzaslardan, sətirlərdən, bölmələrdən, haşiyələrdən, kadrlardan və sərlövhələrdən ibarət olur. WYSIWYG (What You See Is What You Get, yəni, nə görürsüz, о da çap olunur) - rejimi onu göstərir ki, redaktə olunmuş sənəd ekranda necə görünürsə, о cür də çap olunur. Mətn redaktorlarından ən geniş yayılanları aşağıdakılardır: Microsoft Word, WordPerfect, ChiWriter, Multiedit, Lexicon, Chiwriter, AmiPro, WordStar, NotePad, WordPad, Write Bəzən bu redaktorlara mətn prosessorları da deyilir. Bunlardan Notepad və Wordpad mətn redaktorları Windows əməliyyat sisteminin standart proqramlarındandır. Yəni, Windows əməliyyat sistemi yüklənərkən bu proqramlar da onunla birlikdə yüklənir. Notepad (bloknot) sırf qeydlər aparmaq üçün nəzərdə tutulmuşdur və bu redaktorda heç bir formatlaşdırma etmək olmur. Notepad mətn redaktorunun genişlənməsi “.txt”-dir. Yəni, bu proqramla hazırlanmış mətn sənədinin adının sonunda mütləq .txt yazılır (məs: Document.txt). Windowsun digər standart proqramı olan Wordpad mətn redaktorunda isə nisbətən 50 daha keyfiyyətli mətnlər hazırlamaq və bu mətnlərə yüngül format vermək mümkündür. Bu redaktorun genişlənməsi isə “.rtf’olur (məs: Document.rtf). Ən geniş istifadə olunan mətn redaktoru isə Microsoft Office paketinə daxil olan Word mətn prosessorudur. Bu proqram vasitəsilə mürəkkəb və keyfiyyətli mətn faylları hazırlamaq və onlara keyfiyyətli format vermək mümkündür. 2010-cu ildə istifadəyə verilmiş Microsoft Office Word 2010 mətn redaktorunun genişlənməsi “.docx” şəklindədir (Document.docx). Word mətn redaktorunun bir xarakterik cəhəti də odur ki, bu proqramda mətn sənədi hazırlayarkən digər proqramlardan da müxtəlif obyektlər əlavə etmək mümkündür. Məsələn şəkil, cədvəl, diaqram, düstur və s. obyektlər Worddə hazırlanan sənədə əlavə oluna bilər. Ümumiyyətlə kompüterdə müxtəlif proqramların əlamətlərinin birlikdə tətbiqi, yəni bir sənəddə həm mətn, həm şəkil, həm cədvəl və s. elementlərin tətbiq olunması OLE (Object Linking and Embedding - obyektlərin əlaqələndirilməsi və quraşdırılması) texnologiyası vasitəsilə həyata keçirilir. Bu texnologiya bizə imkan verir ki, bir proqramda müxtəlif digər proqramların obyektlərindən istifadə edə bilək.
8.
OPEN ENDED QUESTION
3 mins • 1 pt
Proqramlaşdırma dilləri haqqında ( aşağı və yuxarı səviyyəli dillər) haqqında məlumat verin
Evaluate responses using AI:
OFF
Answer explanation
Alqoritmin kompüterdə təsviri üçün proqramlaşdırma dillərindən istifadə olunur. Məlumdur ki, kompüter informasiyanı maşın dilində (diskret formada) emal edir. Lakin maşın dilində alqoritm qurmaq təbii ki, olduqca böyük zəhmət tələb edirdi. Buna görə də proqramçılar yeni yaradılan proqramın alqoritmini adi danışıq dilinə daha yaxın olan proqramlaşdırma dilində yazır. Daha sonra isə proqramlaşdırma dilində yazılan bu proqram xüsusi çevirici proqramlar vasitəsilə maşın dilinə çevrilir və kompüterdə emal olunmaq üçün hazır olur. Proqramlaşdırma dilləri iki yerə ayrılır: Maşın dilləri və simvolik dillər. Maşın dillərində kodlar maşının başa düşdüyü kimi ikilik kodlarla ( 0 və ya 1-lərlə) yazılır. Bu dildə proqramlaşdırmaya əl ilə proqramlaşdırma da deyirlər. Bu dildə proqram yazmaq çox ağır olduğundan simvolik dillərlə əvəz olunmuşdur. Simvolik dillər iki yerə ayrılır : Maşınyönlü (aşağı səviyyəli dillər) və yuxarı səviyyəli dillər. Birinciyə Assembler dili aiddir. Yüksək səviyyəli dillər belə təsnif oluna bilər : Elmi-texniki məsələlər üçün nəzərdə tutulmuş dillər Algol, Fortran, Basic, C, Pascal, Ruby, Phython, Scheme Texnoloji proseslərin idarəetmə alqoritmlərinin və modelləşdirmə məsələlərinin proqramlaşdırılması üçün dillər: ART, Simula, Simskript; İqtisadi məsələlər üçün nəzərdə tutulmuş dillər Cobol, PL/1, RPQ, ADA İnformasiya məntiq məsələlərinin həlli üçün ( Süni intellekt sistemləri üçün) Lisp, Proloq, Fort, Komet, FPL, KRL; Obyektə əsaslanan dillər Delphi, C++, C#(Sharp), Java və s. İnternet üçün nəzərdə tutulmuş dillər PERL,HTML, XML, PHP, Javascript, ASP.NET, Scala, Ruby və s. Verilənlər bazası üçün nəzərdə tutulmuş dillər Sql, PL/Sql və s. Proqramlaşdırma dilləri kompüter proqramlarının tərtibində istifadə olunan leksik, sintaksis və semantik qaydaları təyin edir
Similar Resources on Quizizz
10 questions
M2_Simsiz Şəbəkələr üzrə Quiz

Quiz
•
University
9 questions
Футбольный клуб и цифровая трансформация

Quiz
•
University
10 questions
MS Excel cədvəl prosessorunun imkanaları

Quiz
•
University
10 questions
MS Excel cədvəl prosessorunun imkanları

Quiz
•
University
6 questions
C++ 651.23

Quiz
•
University
7 questions
Proqramlaşdırma Dilləri və Python

Quiz
•
University
10 questions
Məsələlərin kompüterdə həll mərhələləri

Quiz
•
University
10 questions
Viruslar

Quiz
•
University
Popular Resources on Quizizz
15 questions
Character Analysis

Quiz
•
4th Grade
17 questions
Chapter 12 - Doing the Right Thing

Quiz
•
9th - 12th Grade
10 questions
American Flag

Quiz
•
1st - 2nd Grade
20 questions
Reading Comprehension

Quiz
•
5th Grade
30 questions
Linear Inequalities

Quiz
•
9th - 12th Grade
20 questions
Types of Credit

Quiz
•
9th - 12th Grade
18 questions
Full S.T.E.A.M. Ahead Summer Academy Pre-Test 24-25

Quiz
•
5th Grade
14 questions
Misplaced and Dangling Modifiers

Quiz
•
6th - 8th Grade