wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Əvəzlik

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

Bütün nitq hissələrini əvəz edən nitq hissəsi hansıdır?

a)

İsim

b)

Sİfət

c)

Say

d)

Əvəzlik

2.

Şəxs əvəzliklərinin hamısı qəbul edə bilmir:

a)

hal şəkilçilərini

b)

cəm şəkilçisini

c)

mənsubiyyət şəkilçiləri

d)

şəxs şəkilçiləri

3.

Qeyri-müəyyən əvəzlik işlənmiş cümləni seçin:

a)

Özü etiraf etdi ki, Bakıdandır.

b)

Gördüyünüz meyvələrin hamısı bağımızdandır.

c)

Özünü çox yorma.

d)

Sən də çox əsəbiləşmə.

4.

Təyini əvəzlikləri seçin:

a)

mən

b)

öz

c)

bütün

d)

hamı

e)

hər

5.

"Bu, bizim ən müqəddəs vəzifəmizdir" cümləsindəki "bu" əvəzliyi hansı nitq hissəsini əvəz etmişdir?

a)

isim

b)

sifət

c)

say

d)

əvəzlik

6.

Hansı əvəzlik həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etmişdir?

a)

özün

b)

mənim

c)

hamımızdan

d)

kiminsə

7.

Bu əvəzliklər yiyəlik halda fərqli formada olurlar:

a)

mən, biz

b)

sən, siz

c)

o, onlar

d)

kim, nə

8.

"Bu şövqü kim mənim ruhuma yaydı"? cümlədə hansı əvəzliklər işlənmişdir?

a)

şəxs

b)

işarə

c)

təyini

d)

qeyri-müəyyən

e)

sual

9.

"O adam öz taleyindən nigarandır" cümləsində hansı əvəzliklər işlənməmişdir?

a)

şəxs

b)

sual

c)

təyini

d)

qeyri-müəyyən

e)

işarə

10.

Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmalıdır? (Vergüllər buraxılıb).

a)

O uşağı nəzarətsiz qoyma.

b)

Sənə dediyim o sözlər yadından çıxmasın.

c)

O bilirdi ki, hər dərdə dərman tapmaq olmur.

d)

De görüm, o dərsə hazır idi?

11.

Hansı cümlədə o əvəzliyi həm işarə, həm də şəxs əvəzliyi kimi başa düşülə bilər. (Vergüllər buraxılıb).

a)

O buradakı uşaqların hamısından böyük idi.

b)

O da gün batan kimi bazarı tərk edir.

c)

O məndən çox narazıdır.

d)

O heykəlin qarşısında fikrə getmişdi.

12.

Qeyri-müəyyən əvəzlikləri seçin?

a)

mən

b)

hərə

c)

hər

d)

bütün

e)

kimi

13.

Kimsə qapını döyür - Kim qapını döyür? Cümlədəki sual əvəzliyi hansı nitq hissəsini əvəz edir?

a)

isim

b)

sifət

c)

say

d)

əvəzlik

14.

İşarə əvəzliyi hansı cümlədə sifəti əvəz etmişdir?

a)

Sənə elə əhvalat danışaram ki, ürəyin gedər.

b)

Belə görünür ki, xəstə düzəlməyə doğru gedir.

c)

Belə danışdıqca mənim sənə inamım daha da azalır.

d)

Mənə elə baxma.

15.

Hansı əvəzlik yalnız sifəti əvəz edə bilir?

a)

Elə

b)

Belə

c)

Bu

d)

Həmin