NEW
Font size
WorksheetsVergitutma test
Total questions: 15
Worksheet time: 8mins
Azərbaycan Respublikasında hansı vergilər müəyyən edilir və ödənilir?
Dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri).
Birbaşa dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri).
Dövlət vergiləri, muxtar respublika vergiləri
Proqressiv vergilər, proporsional vergilər, reqressiv vergilər
Dövlət vergiləri, Naxçıvan Muxtar Respublikasının vergiləri
" Aşağıdakıların hansında yığımın tərifi düzgün verilmişdir? "
Yığım – hüquqi şəxslər tərəfindən ona göstərilən xidmətə görə dövlətə ödənilən məqsədyönümlü ödənişdir
Yığım – ödəyici tərəfindən ona göstərilən xidmətə görə dövlətə ödənilən məqsədyönümlü ödənişdir
Yığım – vətəndaşlar tərəfindən ona göstərilən xidmətə görə dövlətə ödənilən məqsədyönümlü ödənişdir
Yığım – hüquqi şəxslər və vətəndaşlar tərəfindən ona göstərilən xidmətə görə dövlətə ödənilən məqsədyönümlü ödənişdir
Yığım – həyata keçirilmiş hüquqi fəaliyyətə və hüquqi əhəmiyyətə malik sənədlərin verilməsinə görə müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən hüquqi və fiziki şəxslərdən alınan ödənişdir
Aşağıda göstərilən hansı bənddə vergilərin düzgün tərifi verilmişdir?
Vergilər – dövlət və bələdiyyələrin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində, istifadəsində və operativ idarəçiliyində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi, əvəzsiz ödənişdir
Vergilər – dövlət və bələdiyyələrin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin əmlakının özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi, əvəzsiz ödənişdir
Vergilər – dövlət büdcəsinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində, istifadəsində və operativ idarəçiliyində olan pul vəsaitlərindən tutulan məcburi, fərdi, əvəzsiz ödənişdir
Vergilər – dövlət və bələdiyyə büdcəsinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi ödənişdir
Vergilər – dövlət və bələdiyyələrin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi, əvəzsiz ödənişdir
" Vergitutma subyektinə görə vergilər hansı qruplara bölünür: 1) yalnız hüquqi şəxslərdən tutulan vergilər; 2) yalnız fiziki şəxslərdən tutulan vergilər; 3) həm hüquqi, həm də fiziki şəxslərdən tutulan vergilər; 4) fərdi sahibkarlardan tutulan vergilər 5) müəssisələrdən tutulan vergilər "
2,3,4
1,2,3
3,4,5
1,3,5
2,4,5
Azərbaycan Respublikasımn Vergi Məcəlləsində vergi anlayışına verilən tərifdə onun səciyyəvi əlamətləri hansılardır?
məcburilik; fərdilik; ekvivalentlilik
məcburilik; fərdilik; əvəzsizlik
könüllülük; fərdilik; əvəzsizlik, qanunilik
məcburilik; fərdilik; dolayısı ilə əvəzi ödənilmək
dolayısı ilə əvəzi ödənilmək
İlk dəfə olaraq verginin hüquqi anlayışı hansı qanunvericilik aktında verilmişdir.
Konstitusiyada
Cinayət Məcəlləsində
İnzibati Xətalar Məcəlləsində
Vergi Məcəlləsində
Büdcə sistemi haqqında qanunda
Dövlətin maliyyə dayağıdır:
qanunvericilik
Dövlət büdcəsi
maliyyə sistemi
Dövlət Neft Fondu
vergi sistemi
Vergilər öz iqtisadi mahiyyətini nələr vasitəsilə büruzə verir?
Fiskallığı
Prinsipləri
Xassə və əlamətləri
Səciyyəvi xassələri
Funksiyaları
Vergitutmanın ən əsas klassik prinsipləri hansılardır?
Ədalətlilik, qənaətçilik, effektlilik, və əlverişlilik
Ədalətlilik, effektlilik, müəyyənlik və əlverişlilik
Ədalətlilik, müəyyənlik, əlverişlilik və səmərəlilik
Ədalətlilik, fiskallıq, əlverişlilik və səmərəlilik
Effektlilik, fiskallıq, səmərəlilik və əlverişlilik
Dövlət vergiləri dedikdə, hansı vergilər nəzərdə tutulur?
Vergi Məcəlləsinə müvafiq olaraq müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
Vergi Məcəlləsinə müvafiq olaraq müəyyən edilən və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
Vergi qanunvericiliyi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisindən kənarda ödənilməli olan vergilər
Vergi Məcəlləsinə müvafiq olaraq müəyyən edilən və Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda ödənilməli olan vergilər
Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Gömrük Məcəlləsinə müvafiq olaraq müəyyən edilən vergilər
Hansı vergilər təhkim edilmiş adlandırılır?
Ardıcıl olaraq daimi faiz dərəcələri ilə müxtəlif səviyyəli büdcələrə (dövlət, regional, yerli) daxil olan vergilər
Ardıcıl olaraq bir neçə il ərzində daimi faiz dərəcələri ilə büdcəyə daxil olan vergilər
Ardıcıl olaraq bir neçə il ərzində daimi faiz dərəcələri ilə müxtəlif səviyyəli büdcələrə (dövlət, regional, yerli) daxil olan vergilər
İl ərzində faiz dərəcələrinin dəyişdiyi vergilər
İl ərzində daimi faiz dərəcələri ilə büdcəyə daxil olan vergilər
Hansı vergilər tənzimlənən adlanır?
İl ərzində faiz dərəcələrinin dəyişdiyi vergilər
Ardıcıl olaraq daimi faiz dərəcələri ilə müxtəlif səviyyəli büdcələrə (dövlət, regional, yerli) daxil olan vergilər
Ardıcıl olaraq bir neçə il ərzində daimi faiz dərəcələri ilə müxtəlif səviyyəli büdcələrə (dövlət, regional, yerli) daxil olan vergilər
Ardıcıl olaraq bir neçə il ərzində daimi faiz dərəcələri ilə büdcəyə daxil olan vergilər
İl ərzində daimi faiz dərəcələri ilə büdcəyə daxil olan vergilər
" Aşağıdakıların hansında rüsumun tərifi düzgün verilmişdir? "
Rüsum – həyata keçirilmiş hüquqi fəaliyyətə və hüquqi əhəmiyyətə malik sənədlərin verilməsinə görə müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən hüquqi və fiziki şəxslərdən alınan ödənişdir
Rüsum – hüquqi əhəmiyyətli əməliyyatların aparılmasına, yaxud hüquqi əhəmiyyət kəsb edən müvafiq sənədlərin müvəkkil orqanlar və onun vəzifəli şəxsləri tərəfindən verilməsinə görə tutulan məcburi ödənişdir
Rüsum – ödəyici tərəfindən ona göstərilən xidmətə görə dövlətə ödənilən məqsədyönümlü ödənişdir
Rüsum – gömrük orqanları tərəfindən ölkə ərazisinə gətirilən mallara görə tutulan məcburi ödənişdir
"Rüsum – hüquqi əhəmiyyətə malik sənədlərin verilməsinə görə müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən hüquqi və fiziki şəxslərdən alınan ödənişdir "
"Aşağıdakılarılardan hansılar birbaşa vergilərə aid edilmir? "
Yol vergisi, aksizlər, əlavə dəyər vergisi, gömrük rüsumları
Mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, əmlak vergisi, torpaq vergisi
Mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, fiziki və hüquqi şəxslərin əmlak vergisi, torpaq vergisi
Mənfəət vergisi, əmlak vergisi, torpaq vergisi, yol vergisi, aksizlər, əlavə dəyər vergisi , gömrük rüsumları
Torpaq vergisi, yol vergisi, aksizlər, əlavə dəyər vergisi , gömrük rüsumları
"Aşağıdakılarılardan hansılar birbaşa vergilərə aiddir? "
Fiziki şəxslərin gəlir vergisi,hüquqi şəxslərin əmlak vergisi, torpaq vergisi, yol vergisi
Mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, əmlak vergisi, torpaq vergisi
Fiziki şəxslərin mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi, aksizlər
Mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, əmlak vergisi, torpaq vergisi, yol vergisi, gömrük rüsumları
Torpaq vergisi, yol vergisi, aksizlər, əlavə dəyər vergisi , gömrük rüsumları
