wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ümumiləşdirici testlər

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

Ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələsi zamanı buraxılan səhvləri müəyyən edin:

1. Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi ilə əldə olunan bilgiləri ümumiləşdirir;

2. Müəllim şagirdlərin dərsin axırında çıxardıqları nəticələri və etdikləri ümumiləşdirmələrlə ilkin fərziyyələr və tədqiqat sualı arasında əlaqə yaratmağa çalışmır.

3. Əldə edilmiş ideyanı tədqiqat sualı ilə və şagirdlərin ilkin fərziyyələri ilə müqayisəsini təşkil edir.

4. Müəllim problem qoyur və problemin həllində əsas iştirakçı özü olur.

(a)  

2.

Motivasiya zamanı buraxılan səhvlərə aiddir:

1.Müəllim motivasiyanı elə təşkil edir ki, şagirdlərdə idrak fəallığı oyanır, yeni dərsin məzmunu şagirdlər tərəfindən müəyyən olunur.

2.Müəllim motivasiya qismində bir həll variantı olan çalışmadan istifadə edir.

3.Açıq suallardan istifadə edir.

4.Müəllim motivasiya qismində real problem əvəzinə həvəsləndirici informasiyadan (maraqlı, cəlbedici) və ya onun təqdimatı üsullarından (oyun, rəngarəng şəkil) istifadə edir.

(a)  

3.

Aşağıdakılardan biri tədqiqat aparılması zamanı buraxılan səhvlərə aiddir:

A)Qiymətləndirmə meyarlarını şagirdlərin nəzərinə çatdırır

B)Müəllim düşünür ki, fəal təlim yalnız qrup işi formasında təşkil olunur

C)Tədqiqat üçün ayrılmış vaxtı şagirdlərin nəzərinə çatdırır.

D)Tədqiqat sualına cavab axtarmaq üçün şagirdlərə müvafiq şərait yaradır

E)Müəllim təlim üsulunu və formasını müəyyənləşdirir

(a)  

4.

Məlumatın müəllimdən şagirdə ötürülməsi üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədə uyğundur. Söhbət hansı üsuldan gedir?

A)Karusel

B)Ziqzaq

C)Akvarium

D)Auksion

E)Mühazirə

(a)  

5.

Bu üsul mətnin məzmunun qısa müddətdə şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır.Şagirdlər 4 nəfərlik qruplara bölünür (əsas qrup). Müəllim informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün suallar verə bilər. Bu hansı üsuldur?

A)Karusel

B)Söz assosiasiyaları

C)Klaster

D)BİBÖ

E)Ziqzaq

(a)  

6.

Verilənlər hansı təlimə aiddir:

1. Ev tapşırığının yoxlanılması

2. Yeni mövzuya dair mühazirə (yeni mövzunun izahı)

3. Aydın olmayan məsələlərin açıqlanması və dəqiqləşdirilməsi

4. Yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar

5. Öyrənilən mövzuların sorğusu (frontal və fərdi sorğu)

6. Qiymətləndirmə

7. Reproduktiv (təkraredici) tətbiq etmə

A)ənənəvi təlim

B)Fəal təlim

C)Konstruktiv təlim

D)müasir təlim

E)inteqrasiya olunmuş təlim

(a)  

7.

Testin reprezentativliyi nə deməkdir?

A)Test tapşırıqlarının məzmununun yoxlama məqsədlərinə uyğun olması.

B)Nəticələrinin onun kim tərəfindən keçirilməsindən asılı olmasını bildirir

C)Testin qiymətləndirmə standartlarına uyğunluğunun olması

D)Testin fundamental tədqiqatlarla əsaslandırılması və onun təlim məqsədlərini düzgün ölçməsinin müəyyən olunmasıdır.

E)Testin yoxlanılan tədris materialını tam əhatə etməsi

(a)  

8.

Təlimin amilləri hansılardır?

A)Vaxt, tədris materialı, illustrasiya və demonstrasiya, şagirdlərin oxumağa qabilliyi

B)Vaxt, kitab üzərində iş, illustrasiya və demonstrasiya, praktiki məşğələlər

C)Vaxt, tədris materialı, oxumağa qabillik, təşkilati pedaqoji təsir

D)Vaxt, rəğbətləndirmə, inandırma, alışdırma

E)İnandırma, alışdırma, rəğbətləndirmə və cəzalandırma, şəxsi nümunə

(a)  

9.

Müəllimin ünsiyyət üslubları arasındakı uyğunluğu tapın

1-Avtoritar

2-Liberal

3-Demokratika-

a -Müəllim yalnız əmrlər, göstərişlər verir, şagirdlər sözsüz tabe olur

b-Müəllim şagirdlərin arzu və istəkləri ilə hesablaşır, onların fikrini, rəyini nəzərə alır, mövqelərinə hörmətlə yanaşır

c-Müəllim dərsini deməklə vəzifələrini bitmiş hesab edir, şagirdlərlə bağlı bütün digər məsələlərə biganədir

A)1 - b; 2 - a; 3 - c

B)1 - a; 2 - b; 3 - c

C)1 - c; 2 - b; 3 - a

D)1 - a; 2 - c; 3 - b

E)1 - c; 2 - a; 3 - b

(a)  

10.

Aşağıdakı fikirlərdən hansı yanlışdır?

A)Tapşırıqvermə üsulunun vasitəsi çalışmalardır

B)Test diaqnostik qiymətləndirmə vasitəsi deyil

C)Məktəbdaxili qiymətləndirmənin 3 növüvar

D)Dinləmə üzrə qeydiyyat vərəqi formativ qiymətləndirmə üsuludur

E)Qiymətləndirmə standartları 3 səviyyə üzrə müəyyən olunmur

(a)