WorksheetsHəyat bilgisi Qiymətləndirmə
Total questions: 19
Worksheet time: 10mins
Kütləvi kitabxana nədir?
Elmi tədris və ya müəyyən ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulur.
Bu kitabxanadan hər kəs istifadə edə bilər.
Bu kitabxanaya kütlə ilə gəlirlər
Qədim dövrlərdə insanlar bir-birinə məlumat ötürmək üçün nədən istifadə edirdilər?
gil lövhə, papirus, perqament
perqament, kağız, gil lövhə
papirus, internet, perqament
Biri kitabxanda olan qaydalara aid deyil:
kitabı kitabxanaçıya sifariş vermək lazımdır
kitabxanada lazım olan kitabı tapmaq üçün, onun adını və müəllifini bilmək lazımdır
kitabxanadan kitabları istifadə etmək üçün tibbi arayış təqdim olunmalıdır
Azərbaycan Respublikasında ümumi təhsil hansı mərhələlərdən ibarətdir?
İbtidai təhsil (1-3), orta təhsil ( 4-11)
İbtidai təhsil (1-4), natamam orta təhsil ( 5-9), tam orta təhsil ( 10-11)
İbtidai təhsil (1-4), tam orta təhsil (5-8), ixtisas üzrə təhsil (9-11)
Azərbaycanda əvvəllər yalnız kimlər təhsil ala bilərdi?
təhsil haqqını ödəyə bilən ailələrin uşaqları
məktəbli forması olan uşaqlar
məktəblər hmı üçün idi
Hansı səbəblərə görə kağızdan hazırlanmış kitablar- gil lövhələr, papirus və perqamentdən hazırlanmış kitablardan daha geniş yayılmışdır?
kağızda yazmaq daha əlverişlidir
perqament, papirus, gil lövhələrdə yazılmış kitablar çox böyük olur, çox yer tutur, bahalıdır
bütün cavablar düzdür
Şagirdlərin vəzifələrinə aid olan cavabları seç:
1. məlum olmayanı öyrənmək üçün suallar vermək
2. bütün dərsi sakit oturmaq
3. verilən tapşırıqları yerinə yetirmək
4. digər şagirdləri səhvlərə görə tənqid etmək
5. hər gün yeniliklər öyrənməyə çalışmaq
1, 2, 4
2, 3, 5
1, 3, 5
İnsanın formalaşmasında təhsilin rolu nədir?
hər bir insanın bacarıq və qabiliyyətlərini aşkar edib inkişaf etdirir
təhsil insana məktəbi bitirməsi haqda sənəd verir
insanın formalaşmasında təhsil bir o qədər də rol oynamır
Müasir dünyada hər bir ölkənin gələcəyi nədən asılıdır?
neftin qiymətindən
ölkədəki təhsilin səviyyəsindən
ölkədəki təbii sərvətlərdən
Cəmiyyətdə başçı rolunu kim yerinə yetirir?
Baş general
dövlət başçısı
A) ata
İnsan avtomobilini qəza zamanı əzilməkdən sığorta edir. Burada hansı növ sığorta əks olunub?
tibbi sığorta
səyahət sığortası
avtomobil sığortası
Monarxiyaya aid olmayanı seç.
ali hakimiyyət xalqın iradəsindən asılı olmayaraq, dövlət başçısınınəlində cəmləşmişdir
monarxları xalq seçir
dövləti idarəetmə formalarından biridir
Dövlət büdcəsinə gəlir gətirən mənbələr:
ölkədə fəaliyyət göstərən müəssisələrin və işləyən adi vətəndaşların dövlətə verdikləri vergilər
xaricdə işləyən vətəndaşların maaşı
dövlət orqanlarında işləyənlərin maaşı
Gəlir az olanda ailə başçısı ailə büdcəsindən necə istifadə etməlidir?
heç nə almamalıdır
adi qaydada, həmişəki kimi istifadə edib, sonra borc almalıdır
daha çox qənaətcil olmağa çalışmalıdır
״İstehlakçı ״ sözünün mənası nədir?
cəmiyyət üzvlərinin ehtiyaclarını ödəmək üçün məhsullar hazırlayan şəxs
məhsulu satan şəxs
A) məhsulları alıb istifadə edən şəxs
Sığorta nə üçün vacibdir?
insanlar tərəfindən keyfiyyətli məhsullar əldə etmək üçün
insanlara əmək haqqı vermək üçün
insanların arxayın yaşaması üçün
Azərbaycan dövləti konvensiyada göstərilən öhdəlikəri yerinə yetirmək üçün nə etdi?
” Uşaq Hüquqları haqqında ” Qanun qəbul etdi
Uşaqlar üçün bayram keçirdi
Valideynləri məlumatlandırdı
İstehlakçı hüququnun istehlakçı üçün faydası nədir?
bu hüquq istehsal olunmuş məhsulu əlverişli qiymətə satmağa imkan verir
hər bir insanın yaşamaq, sağlamlığını qorumaq və normal fəaliyyət göstərmək hüququ var
bu hüquq istehlakçının sağlamlığını ona ziyan gətirən mallardan qoruyur
Nəyə görə BMT ״Uşaq Hüquqları Konvensiyası ״ sənədi qəbul etmişdir?
çünki bir çox ölkələrdə uşaqlar aclıq çəkir, təhsildən kənarda qalırlar
valideynlərin vəziyyətini yaxşılaşdırmaq üçün
dövlət valideynləri valideynlik hüququndan məhrum edə bilsin deyə
