Font size
WorksheetsAzərbaycan dili - qrammatika
Total questions: 20
Worksheet time: 40mins
Yanlış mülahizəni seçin:
Əsas nitq hissələri leksik mənaya malik olur.
Əsas nitq hissələri müəyyən suala cavab verir.
Əsas nitq hissələri leksik və qrammatik şəkilçi qəbul etmir.
İsim, sifət, say, əvəzlik, feil və zərf əsas nitq hissələridir.
Biri feildən düzələn isimdir:
ağlağan
qorxu
düzgün
gurultu
Yanlış yazılmış söz birləşməsini seçin:
ismin halları
alının qırışları
sinfin əlaçıları
şəkilin rəssamı
Hansı cümlədə [-nan²] çıxışlıq hal şəkilçisinin tələffüz formasıdır?
Bütün bunları evin yanındakı [dükannan] almışıq.
Əsgərlər [cəsarətnən] vuruşurdular.
O, [Sadiqnən] birlikdə yola düşdü.
Uşaq olanda tez-tez [qardaşımnan] birlikdə oynayırdım.
Aşağıdakı ifadələrdən hansının birinci tərəfini müəyyənlik bildirən yiyəlik halda işlətmək olar?
hazırlıq işləri
Dərbənd qalası
Qala bürcləri
iş günü
"Maşın palçıq yolda ehtiyatla hərəkət edirdi." cümləsində "palçıq" sözü hansı nitq hissəsinə aiddir?
isim
sifət
əvəzlik
feil
Düzgün yazılmış miqdar sayı olan cümləni seçin:
10-in yarısı 5-dur.
1-ci siniflər çox həyəcanlı görünürdülər.
Konsert martın 4-də keçirilir.
Dostumun ad günü ayın 16-sındadır.
Uyğunsuzluğu müəyyən edin:
təəccüblə, qəfildən, həyəcanla - kəmiyyət zərfləri
səhər, əvvəl, indi - zaman zərfləri
içəri, üzüyuxarı, sola - yer zərfləri
yavaşca, bərkdən, şairanə - tərzi-hərəkət zərfləri
Aşağıdakı şəkilçilərdən biri sifətin azaltma dərəcəsini əmələ gətirmir:
-sov
-ımtıl⁴ (-mtıl)
-ca²
-raq²
Verilənlərdən hansı mübtədanın ifadə vasitələrindən biri ola bilməz?
feili bağlama
sifət
say
mürəkkəb ad
Biri frazeoloji omonim deyil:
cana gəlmək
üz vermək
başa vurmaq
yola düşmək
"Ağıl gücdən üstündür" atalar sözündəki isimlər hansı haldadır? (Bir neçə cavab variantı seçə bilərsiniz.)
adlıq hal
yiyəlik hal
təsirlik hal
çıxışlıq hal
yerlik hal
Mənsubiyyət şəkilçili söz özündən əvvəl hansı halda işlənən sözlə bağlı olur?
yiyəlik hal
təsirlik hal
yönlük hal
adlıq hal
Hansı mürəkkəb xüsusi isimdir?
Daşkəsən
kəklikotu
Qələbə Günü
Türkmənistan
Yanlış yazılmış sifət hansıdır?
qəlbitəmiz
soyuqqanlı
kələkötür
qaşqabaqlı
Yazılışı səhv olan sözləri müəyyən edin:
1. isimin
2. beyinə
3. çiyni
4. ömrün
5. sinifə
6. şəkli
1, 2, 3
4, 5, 6
1, 3, 5
2, 4, 6
..... salmaq
Nöqtələrin yerinə hansı söz yazılsa, sabit söz birləşməsi alınmaz?
nəzər
yola
qabı
gözdən
Biri feil sayıla bilməz:
yanğınsöndürmə
yamadı
susuzlamaz
aydınlaşmalıdır
"Tapıla", "dinləyə" sözləri feilin hansı şəklinə aiddir?
əmr şəkli
arzu şəkli
vacib şəkli
şərt şəkli
Cümlələrdəki feillərdən birinin inkarı "deyil" sözü ilə yaranır:
Bir az da gözləsə idi...
Əgər yaxşı həkimsənsə, onları da müalicə et.
Mən bu hadisə barədə çox eşitmişəm.
Onsuzda bizə gələsidir.
