NEW
Font size
WorksheetsAZƏRBAYCAN DİLİ FƏNNİ 6-CI SİNİF
Total questions: 15
Worksheet time: 8mins
Boş xanaların yerinə hansı söz birləşməsi uyğun gəlir?
A) sərt rəftar, isti çay
B) sərt daş, isti duyğular
C) sərt parça, isti su
D) sərt taxta, isti paltar
E)sərt ağac, isti ölkə
Leksik mənaları eyni nitq hissəsinə aid olan omonim sözü göstərin.
A) yağ
B) yay
C) yad
D) yol
E) yal
Həm termin,həm də ümumişlək söz kimi işlənə bilməyən sözü müəyyən edin:
A) ahəng
B) xəbər
C) say
D) mübtəda
E) təyin
Hansı variantda sözlərin leksik mənası səhv izah olunub?
A) Cüssə ==> gövdə,bədən,boy – buxun
B) Şakər ==> xasiyyət, adət, vərdiş
C) Sal ==> iri, bütöv yastı daş
D) İstila ==> sülh, firavanlıq
E) Göyərtə ==> gəmi gövdəsinin üst hissəsindəki açıq sahə
Sözlərdən birində üç leksik şəkilçi işlənmişdir.
A) sənətkarlıq
B) azaldılmış
C) ələkdədir
D) döyüşçülər
E) gizlədilmişdir
Hansı söz digərləri ilə eyniköklü deyil?
A) yaşıd
B) yaşamaq
C) yaşayış
D) yaşarmaq
E) yaşlanmaq
Verilmiş sözlərdən hansına “ – lıq4” şəkilçisini artırsaq, yeni yaranan sözün şəkildə təsvirin vermək olar.
A) Bir
B) yazıçı
C) dərs
D) razı
E) pis
Feildən isim düzəldən şəkilçilər hansı bənddədir.
A) 1,5
B) 2,4
C) 1,4
D) 2,3
E) 3,5
“ Quyuya su tökməklə quyu dolmaz” atalar sözündəki isimlərin halları hansı ardıcılıqla verilib?
A) yönlük, yiyəlik, yerlik
B) yönlük, adlıq,çıxışlıq
C) yerlik, adlıq,çıxışlıq
D) adlıq, yiyəlik, çıxışlıq
E) yönlük, təsirlik, adlıq
Hansı cümlədə - ı4 şəkilçisi sifət düzəldib.
A) Yazı işləri tamamlandı
B) Yeməyi çox yağlı idi.
C) İsti çörəyin ətri hər yana yayılmışdı.
D) Onun sözləri acı zəhər idi.
E) Qoca armudu stəkanda çay içdi.
Sifətlərdən neçəsi bitişik yazılmalıdır?
qəlbi ? qara, qeyri ? mümkün, isti ? soyuq, az ? yaşlı,yığın ? yığın, tünd ? xasiyyət,tünd ? sarı, kəm? savad, ala? göz.
A) 3
B) 4
C) 5
D) 6
E) 7
Çoxaltma dərəcəsində olan hansı sifəti yaranma üsulu digərindən fərqlənir?
A) lap ucuz
B) ən maraqlı
C) tünd – qırmızı
D) ağappaq
E) zil qara
Hansı cümlədə qeyri – müəyyən miqdar sayı işlənmişdir?
A) Beşincilər daha çox çalışırlar.
B) Bu gün çox işləmisən.
C) İş saat 8 – də başlanır.
D) Siz xeyli danışdınız.
E) Bir çox işlərdə xəbərim var.
Nümunədə əvəzliyin mənaca hansı növü işlənmişdirr?
A) təyini
B) sual
C) işarə
D) qeyri – müəyyən
E) şəxs
Hansı əvəzliklər mənsubiyyət şəkilçisi qəbul edə bilmi?
A) kim isə, həmin
B) hamı , heç kəs
C) bəzi, biri
D) kim, öz
E) hərə, heç kim.
