NEW
Font size
WorksheetsAZƏRBAYCAN DİLİ FƏNNİ 8-Cİ SİNİF
Total questions: 15
Worksheet time: 8mins
Əsas tərəfi sayla ifadə olunan söz birləşmələrini müəyyənləşdirin:
A) Böyük birlik, şagirdlərin biri
B) Birinci dərs, ikinci dəstə
C) Bir-bir gələn, gələnlərdən beşi
D) Xalqın çoxluğu, stulların azı
E) İlin birincisi, quzuların ikisi
Hansı birləşmələrin arasına söz əlavə etmək mümkündür?
1.Şəhər həyatı 2.insanın taleyi 3.tarixi hadisə
4.bulağın suyu 5.atalar sözü 6.dağın zirvəsi
A) 1,2,3
B) 2,3,4
C) 3,5,6
D) 2,4,6
E) 1,2,5
Hansı mürəkkəb adın yazılışında səhv yoxdur?
A) Qurtuluş günü
B) Orta paleolit dövrü
C) Milli məclis
D) Azərbaycan Mərkəzi Bankı
E) Tərəqqi medalı
“O(1),ağır(2) çəkmələrini(3) taqqıldada – taqqıldada(4) həyətə(5) endi(6)” cümləsində hansı
sözlər arasında sintaktik əlaqə yoxdur.
A) 4,6
B) 2,3
C) 3,6
D) 5,6
E) 1,6
Hansı sual cümləsi cavab tələb etmir?
A) Nəsimin əsərlərini oxumuşsan?
B) Axşam tədbirə gələcəksənmi?
C) Tətili Qəbələdəmi keçirəcəksən?
D) Dostunu görə bildinmi?
E) Kim öz ayranına turş deyər?
Biri yalnız baş üzvlərdən ibarət müəyyən şəxsli cümlədir:
A) Mənim işim indi çoxdu.
B) Göylər buludlarla örtülüdü.
C) Hələ də qar yağır.
D) Günəşin rəngi sapsarıdır.
E) İlin əvvəlləri idi.
Şəksiz cümlənin xəbəri neçənci şəxsdə olur?
A) II şəxsin cəmində
B) I və III şəxsin təkində
C) III şəxsin təkində
D) I və II şəxslərin təkində
E) II və III şəxslərin cəmi
“ Öz səadətini başqasının bədbəxliyi üzərində qurular lənətlə yad olunurlar” cümləsində mübtəda nə ilə ifadə olunur?
A) ismi birləşmə ilə
B) feili sifət tərkibi ilə
C) mürəkkəb adla
D) məsdər tərkibi ilə
E) feili bağlama ilə
“ Şahın üzünə ağ olduğum üçün məni buraya göndəriblər” cümləsində zərfliyin mənaca hansı növləri işlənmişdir?
A) səbəb, yer
B) səbəb, tərzi – hərəkət
C) məsdər, yer
D) Tərzi – hərəkət, zaman
E) zaman, yer
Qışın buz qatığı, yayın ayranı.
Payızın qaymağı yadıma düşdü.
Nümunəsində hansı cümlə üzvü həmcinsdir?
A) zərflik
B) tamamlıq
C) təyin
D) mübtəda
E) xəbər
Bəndlərin birində həm xitab, həm də ara söz işlənmişdir:
A) Elin qüvvəsinə inananlar, əlbəttə, siz bir gün qalib gələcəksiniz.
B) Məncə, bu iş sənin ürəyincə olacaq.
C) Uzun bəri döndər, ay mələkzadə,
Səni and verirəm peymana, Telli: ( A.Ələsgər)
D) Aşıq, bağrına bas sədəfli sazı
E) İş bu gün yaxşı gedir, olsun ki, sabah qüvvəmiz çatmasın.
Hansı cümlədə tamamlıq söz birləşməsi ilə ifadə olunmuşdur?
A) Biz küləşdən və səmadan daxma tikdik.
B) Sevər qardaşının köynəyini ütülədi.
C) Qardaşları balaca Tərlanı incidirdilər.
D) Müəllim kitabı Kamrana verdi.
E) Gənc təbiətçilər ağaclara qulluq edirlər.
Hərdən(1) , çəkilir(2), buludlar(3),göstərirdi(4), günəş(5) özünü nümunəsində söz sırasının ardıcılığını müəyyən edin.
A) 4,5,2,1,6,3
B) 3,1,6,4,2,5
C) 5,3,6,1,4,2
D) 6,2,1,3,4,5
E) 1,3,2,5,6,4
Hansı cümlənin xəbərini feilini müxtəlif şəkillərdə düşünmək olar?
A) Sözün düzünü zarafatla deyərlər.
B) Ağıllı adam yanılar, yayınmaz.
C) Kitabı diqqətlə oxudun.
D) Yeni ildə gərək yeni qələbələrə imza ataq.
E) Dolanın qürbəti, dönün Vətənə.
Hansılar sərbəst söz birləşməsi deyil?
1. kitaba baxmaq
2. həyatı sevmək
3. xəbər almaq
4. küçəyə çıxmaq
5. başa gəlmək
A) 3,5
B) 1,5
C) 2,4
D) 3,4
E) 1,2
