wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

5R 01.06.2023

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

Tərkibində say işlənməyən söz birləşməsi hansıdır?

a)

insanların çoxu

b)

onlarla muzey

c)

rəngli şar

d)

beşinci sıra

e)

xeyli meyvə

2.

Sifətlərin işləndiyi söz sırasını seçin.

a)

qartal, bülbül

b)

eyvan, döşəmə

c)

meşəlik, okean

d)

dərin, ucaboy

e)

düşündü, göstərdi

3.

Əvəzlik hansı variantda yiyəlik haldadır?

a)

sizdən

b)

onları

c)

mənim

d)

onda

e)

sizə

4.

Hansı işarə əvəzliyidir?

a)

həmin

b)

onlardan

c)

hər kəs

d)

hamının

e)

sizlərdən

5.

Hansı sayın yazılışında səhvə yol verilib?

a)

yetmiş səkkiz

b)

altmış altı

c)

iki minyeddi yüz on

d)

doxsan doqquz

e)

iyirmi dördüncü

6.

Hansı cümlədə söz sırası düzgün verilib?

a)

Bir zamanlar var imiş ölkənin çox ağıllı padşahı.

b)

Şahzadəyə həvəslə öyrədir balaca çoban tütək çalmağı.

c)

O, sərhəd kəndində anadan olmuşdu.

d)

Bir həftədən sonra beşinci sinif uşaqları gəldilər kitabxanaya.

e)

Adamlar neft çıxarırlar fırtınalı havada dənizin ortasından.

7.

Yaxınmənalı sözlər cütlüyünü ( sinonimlər) seçin.

a)

işgüzar-tənbəl

b)

sağlam-xəstə

c)

göyçək-çirkin

d)

dar- geniş

e)

toplamaq- yığmaq

8.

Yazılışında səhvə yol verilmiş sözləri seçin.

a)

ürəyin, bulağı

b)

səxavətli, qoruqdan

c)

sizdərdən, bizdərdən

d)

qatarlar, küləkli

e)

avtobus, başladı

9.

Hansı söz birləşməsində sifət məcazi mənada işlənib?

a)

acı həqiqət

b)

mehriban ana

c)

ləzzətli yemək

d)

səliqəli şagird

e)

acı bibər

10.

Say işlənməyən cümləni göstərin.

a)

İclas binanın on beşinci mərtəbəsində keçirilirdi.

b)

İşi görmək üçün 5 nəfərdən ibarət işçi qrup yaradıldı.

c)

Ananın vacib işi olduğu üçün səhər saat 6-da oyanmışdı.

d)

Çoxlu kitab oxuduğu üçün hər kəsə maraqlı məlumatlar verirdi.

e)

Oğlan pəncərənin qarşısında leyləklərin gəlişini gözlədi.

11.

Verilmiş fikirlərdən hansı səhvdir?

a)

“1679” sayını yazmaq üçün beş sözdən istifadə edilir.

b)

“O” əvəzliyi ancaq işarə əvəzliyidir.

c)

“ Mehriban, ədalətli” sözləri keyfiyyət bildirən sifətdir.

d)

Gözlə görülməyən xüsusiyyətlər əşyanın keyfiyyətidir.

e)

"Uzun , qısa" sözləri əlamət bildirən sifətdir.

12.

Sözləri elə ardıcıllıqla düzün ki, cümlə yaransın.


qırmızı, yerləşdirilmişdir, kökü, olan, heyvanlar, kəsilməkdə, haqqında, məlumatlar, səhifələrdə

4 lines
13.

Əlamət bildirən sözləri seçin.


gödək, səmimi, gömgöy, xeyirxah, hündür, ləzzətli, şirin, , xallı, qırmızıtəhər, qayğıkeş, tünd-göy,

4 lines
14.

Sayları məna növlərinə görə qruplaşdırın.


1. qeyri-müəyyən miqdar sayları

2. müəyyən miqdar sayları

3. kəsr sayları

4. sıra sayları


a. 3/10, yüzdə on beş

b. XIII, 2025-ci

c. minlərlə, 5 - 6, xeyli

d. milyon, dörd yüz əlli

4 lines
15.

Cümlədəki yerinə görə “mən” əvəzliyini ismin uyğun hallarında yazın.


Göyərçin ... görən kimi qonduğu budaqdan uçdu.

Rəfiqəm ürəyindən keçən sözləri ... söylədi.

... Qırmızı kitaba düşən heyvanlar haqqında maraqlı məlumatlar var.

Elcan ... uzaqlaşdıqdan sonra yolda bir qədər dincəlmişdi.

4 lines