wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

autoacademy

Total questions: 10

Worksheet time: 20mins

Name
Class
Date
1.

Darvazanın qarşısında sürücü nə zaman dayana bilər?

a)

Sərnişin mindirib-düşürmək üçün

b)

Yük götürmək üçün

c)

Özü avtomobilin yanında olmaqla istənilən halda

d)

Yalnız 1-ci və 2-ci variantlar doğrudur

e)

Göstərilən bütün hallarda

2.

Parklanma yeri dolduqda sürücü təhlükəsizlik qaydalarına əməl etməklə, qəza dayanma işıq siqnallarını qoşmaqla və sol tərəfindəki 1.1 nişanlanma xətti ilə 3 m-dən çox ara məsafəsi saxlamaqla 1 neçə dəqiqəlik avtomobilin yanından uzaqlaşa bilər?

a)

Bəli, əgər avtomobildə başqa şəxslər varsa

b)

Bəli, əgər avtomobildə B kateqoriya sürücülük vəsiqəsi olan başqa şəxs varsa

c)

Bəli, əgər avtomobili həmin müddət ərzində nəzarətdə saxlaya biləcəksə

d)

Bəli, 2-ci və 3-cü variantlarda göstərilən hallarda

e)

Xeyr

3.

Minik avtomobilinin sürücüsü yük avtomobilinə mane olmursa onunla eyni vaxtda yolayrıcına daxil ola bilər?

a)

Xeyr, bütün hallarda dayanmalıdır, yük avtomobili yolayrıcında manevrini başa çatdırdıqdan sonra daxil olmalıdır

b)

Xeyr, sürətini azaltmalı, yük avtomobili yolayrıcında manevrini başa çatdırdıqdan sonra daxil olmalıdır

c)

Bəli

4.

Minik avtomobilinin göstərilən manevr ilə digər hərəkət hissəsinə keçməsi qayda pzuntusu hesab olunur?

a)

Bəli

b)

Xeyr

5.

Birtərəfli olmayan yolda qarşıdan nəqliyyat vasitəsi gəlmədikdə sürücü yaşayış zonasına göstərilən trayekrotiya ilə daxil ola bilər?

a)

Bəli, mümkündür

b)

Xeyr

6.

Hansı sürücünün manevri düzgündür?

a)

2, 4, 5

b)

Yalnız 4

c)

1, 2, 4, 5

d)

3 və 4

e)

4 və 5

7.

Hansı manevr ilə sürücü yol hərəkəti qaydalarının tələblərini pozmuş olmayacaq?

a)

Б və B trayektoriyaları ilə yolayrıcından sağa döndükdə

b)

A nöqtəsində dayandıqda, Б ilə yolayrıcından sağa döndükdə

c)

Yalnız Б ilə yolayrıcından sağa döndükdə

d)

Hər birində

e)

Heç birində

8.

Hansı hallarda minik avtomobilin istismarı qadağandır?

a)

Şüşələrindən biri olmadıqda

b)

Avtomobilin salonunda yerləşən arxanı göstərən güzgü olmadıqda

c)

Ehtiyat təkər olmadıqda

d)

Yük yerinin cəftəsi işləmədikdə

e)

Göstərilən heç bir halda istismar qadağan deyil

9.

Yaşayış məntəqəsində sutkanın qaranlıq vaxtı süni işıqlandırma olmayan yolda güclü yağış yağdıqda minik avtomobilində yandırılan işıqlar hansı variantda düzgün göstərilmişdir?

a)

Faraların yaxın işıqları və qabarit işıqlar

b)

faraların yaxın işıqları və duman faraları

c)

Faraların yaxın və ya uzaq işıqları, duman faraları və duman fənərləri

d)

Faraların yaxın və ya uzaq işıqları, qabarit işıqlar

10.

Nizamlayıcının sol tərəfindən yaxınlaşıb düzünə getmək istəyən minik avtomobilinin sürücüsü bilməlidir ki ?

a)

Yolayrıcında tramvay ilə hərəkət trayektoriyaları kəsişməyəcək

b)

Yolayrıcında tramvaya yol verməlidir

c)

Yolayrıcında yalnız sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir

d)

Yolayrıcında bütün nəqliyyat vasitələri və piyadalara nisbətən üstünlüyə malikdir