NEW
Font size
WorksheetsTəhsil Qanunu (Ivə II fəsil qarışıq)-Test
Total questions: 16
Worksheet time: 8mins
Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanun haqqında fikirlərdən hansı doğru deyil?
Təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan ibarətdir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə şamil edilmir.
Konsulluqları yanında təhsil müəssisələrinə şamil edilir.
Xarici dövlətlərin diplomatik nümayəndəlikləri yanında təhsil müəssisələrinə şamil edilmir.
……… milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi
Fasiləsizlik, vəhdətlik, daimilik
Millilik və dünyəvilik
Liberallaşma
D. Demokratiklik
Təhsil hüququna dövlət təminatı haqqında olan fikirlərdən biri doğru deyil:
Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir.
Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir
Dövlət milli təhsil ənənələrinin qorunmasına, inkişafına və innovasiyaların tətbiqinə təminat verir.
Dövlət məzunların işlə təmin edilməsində kişilər üçün daha çox imkan yaradır.
Aşağıdakı fikirlərdən biri yanlışdır:
Akkreditasiyada müvafiq dövlət təhsil standartları əsas götürülmür.
Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur.
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün xüsusi dövlət standartları müəyyən edilir.
Attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür.
Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində aşağıdakı fənlərdən hansı mütləq tədris olunmalıdır?
Tariхi və cоğrafiyası
Kimya və tarix
Biologiya və kimya
Azərbaycan dili və informatika
Fikirlərdən biri doğru deyil....
Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi Azərbaycan Respublikasının müvafiq qanunlarından
Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi əmək məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı müqavilələrdən ibarətdir..
Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı müqavilələrdən ibarətdir
Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxmadığı beynəlxalq müqavilələrdən ibarətdir
Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri aşağıdakılardan hansı uyğun gəlmir?
A. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir
Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların maksimum normalarını müəyyən edir
Azərbaycan Respublikasının Əmək Məcəlləsi maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsipinə əsaslanır.
.................... ölkədə qəbul olunan dövlət təhsil və peşə standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir.
Təhsil sisteminin quruluşu
Təhsil hüququna dövlət təminatı
Təhsilin əsas məqsədi
Təhsilin keyfiyyət səviyyəsi
Təhsil proqramı (kurikulum) haqqında fikirlərdən biri doğru deyil:
Təhsil proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir.
Təhsil proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları daxildir
Təhsil proqramlarının yerinə yetirilməsi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir
Əlavə təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilmir
Fikirlərdən biri doğru deyil:
Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da həyata keçirilmir
Əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan, uzun müddət müalicəyə ehtiyacı olan təhsilalanların təhsilini, müalicəsini, sosial bacarıqlarının inkişafını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi ümumtəhsil proqramları müəyyən edilir və həyata keçirilir.
Azərbaycan Respublikasında təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən təhsil proqramları həyata keçirilir
Təhsil proqramına tədris planı, fənlər üzrə tədris proqramları, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları daxildir.
Fikirlərdən biri doğrudur:
Tədris materialında yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilər.
Məktəb gündəliyində yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilər
Albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilər.
Dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.
Fikirlərdən biri doğru deyil:
İdman mərc oyunlarının reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir
Lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 150 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir
Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir.
Dərslikdə yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.
Azərbaycan Respublikasında təhsilalma formaları haqqında fikirlərdən biri doğru deyil:
Əyəni Təhsilalma forması var
Qiyabi Təhsilalma forması var
Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər
Heç bir halda müasir təhsil texnologiyalarından istifadə etməklə digər təhsilalma formaları da tətbiq edilə bilməz.
Mülkiyyət növünə görə neçə təhsil müəssisələri fəaliyyət göstərir?
3
5
7
9
Təhsil müəssisəsinin tipləri sırasında verilənlərdən bir yanlışdır:
Məktəbəqədər təhsil müəssisələri
Məktəbdənkənar təhsil müəssisələri
Sanator tipli məktəbəqədər təhsil müəssisəsi
Peşə təhsili müəssisələri
Fikirlərdən biri yanlışdır:
Təhsil müəssisəsində, təhsili idarəetmə və digər təhsil orqanlarında siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilir.
Muxtariyyət hüququna malik təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstdir.
Dövlət bütün təhsil müəssisələrinin, o cümlədən özəl təhsil müəssisələrinin inkişafını qanunvericiliyə uyğun kreditlər vermək, qrantlar ayırmaq və dövlət təhsil müəssisələrinə güzəştlər tətbiq etməklə təmin edir
Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir
