WorksheetsKsq 1 Azərbaycan dili
Total questions: 16
Worksheet time: 19mins
ŞAH VƏ XIDMƏTÇI
Keçmiş zamanlarda bir şah varmış. Bu şah həmişə bir neçə qüvvətli köpək saxlarmış. 1. Şahın bir nəfərə acığı tutanda onu itlərə atarmış. 2. İtlər də o saat onu parçalar, dağıdıb yeyərmiş. Şahın cavan bir xidmətçisi də vardı. Cavan fikirləşirdi ki, cəllad şah bir gün qəzəblənib onu da itlərə atdıracaq. Buna görə də o, itlərə baxan xidmətçi ilə dostlaşdı. 3. İtlər cavanı gördükdə onu mehribanlıqla qarşılayardılar. Günlərin birində zülmkar şahın cavan xidmətçiyə acığı tutur. 4. Əmr edir ki, onu itlərə atsınlar. Cəllad gəncin əl-qolunu bağlayıb onu itlərə atır. Lakin itlər oğlanı dərhal tanıyır, quyruqlarını bulayırlar. 5. Sonra itlərin hamısı cavanı dövrəyə alır, sanki onu şahın bəlasından qorumaq istəyirdilər (Nizami Gəncəvidən).
“Cavan hər dəfə itlərin yanına gələndə özü ilə bir parça ət gətirər və köpəklərə atardı” cümləsini hara əlavə etmək olar?
2
5
3
4
1
Fikrin davamına hansı cümlə daha çox uyğundur?
Xidmətçi itlərə baxan xidmətçi ilə ona görə dostlaşır ki, ...
İtləri oğurlamaq istəyirdi.
Şah tapşırmışdı.
Xidmətçini öldürmək istəyirdi.
İtləri zəhərləmək istəyirdi.
Şahın ona da bir gün acığı tutacağından və itlərə atacağından ehtiyat edirdi.
Şah nə üçün köpək saxlayırdı?
Heyvanları sevirdi.
Onların sayını artırmaq istəyirdi.
Onlara yazığı gəlirdi.
Acığı tutanda insanları itə atırdı.
Təhlükə zamanı itləri düşmən üzərinə buraxırdı.
“İtlərin hamısı” birləşməsi ilə bağlı doğru fikri müəyyənləşdirin.
Hər iki tərəf isimlə ifadə olunub.
Əsas tərəf isimdir, yiyəlik hal şəkilçisi qəbul edib.
Bu, söz birləşməsi deyil.
İkinci tərəf II şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul edib.
Əsas tərəf əvəzlikdir, mənsubiyyət şəkilçisi qəbul edib.
Feili birləşməni müəyyənləşdirin:
Şahın bir nəfərə acığı tutanda
Onu parçalar
Qüvvətli bir köpək saxlarmış
Onu itlərə atarmış
Keçmiş zamanlarda
Söz birləşməsi ilə bağlı səhv cavabı müəyyənləşdirin.
Şahın cavan bir xidmətçisi – ismi birləşmədir.
Zülmkar şah - feili birləşmədir.
İtlərə baxan – ikinci tərəf təsriflənməyən feillə ifadə olunub.
Cavanı gördükdə – tərəflərdən biri feili bağlamadır.
Mehribanlıqla qarşıladılar – cümlədir.
“Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərindən götürülmüş “Şah və xidmətçi” hekayəsi nəsrə çevrilmişdir” cümləsindəki mürəkkəb adları seçin.
1. Nizami Gəncəvi
2. “Leyli və Məcnun” əsəri
3. Nəsrə çevrilmişdir.
4. “Şah və xidmətçi” hekayəsi
5. Əsərindən götürülmüşdür
2,3,4
1,3,5
1,2,4
2,4,5
1,2,3
"Məktəb direktoru, Azərbaycan dili, sinif rəhbərləri" haqqında doğru fikri müəyyənləşdirin.
Feili birləşmələrdir.
III növ təyini söz birləşmələridir.
I növ təyini söz birləşmələridir.
II növ təyini söz birləşmələridir.
Cümlədir.
"Lap yaxşı, məktəbə doğru" söz birləşməsi deyil, çünki
Köməkçi nitq hissələri söz birləşməsi yarada bilmir.
Tərəflərin leksik mənası yoxdur.
"Doğru" sifətdir.
Şəkilçi qəbul etməyib.
Mürəkkəb sözdür.
Quruluşca mürəkkəb söz birləşməsi işlənmiş cavabı seçin.
Azərbaycanın qələbəsi, şəxsi keyfiyyətlər, zəhmət çəkən
Vətənin mərd oğulları, təhsilin inkişafındakı uğurlar, onun qayğısız gülüşü
Qələbəyə doğru addımlamaq, sənin üçün çalışmaq, ən çalışqan şagird
XIX əsr, mətndəki faktlar, ən doğru cavab
Savadlı kadr, evə tərəf getmək, işə tələsən
Hansı fikir yanlışdır?
Mürəkkəb adlar söz birləşməsi şəklində olur.
Mürəkkəb adların tərkibindəki bütün sözlər ayrı yazılır.
Ad və soyadlar mürəkkəb ad hesab olunur.
Tərkibində coğrafi adlar (çay, dağ, göl və s.) olan sözlərdə hər iki tərəf böyük hərflə yazılır.
Bəzi mürəkkəb adlar ixtisar edilə bilər. Bu zaman bütün hərflər böyük hərflə yazılır.
Əsas tərəfi feilin təsriflənməyən formaları ilə ifadə olunan söz birləşmələri nə adlanır?
Mürəkkəb söz birləşmələri
Sadə söz birləşmələri
Feili birləşmələr
İsmi birləşmələr
Mürəkkəb adlar
"Bu dil əcdadlarımızın bizə qoyub getdiyi ən müqəddəs mirasdır" cümləsindəki söz birləşmələrini müəyyən edin.
bu dil
dil əcdadlarımızın
əcdadlarımızın bizə qoyub getdiyi
ən müqəddəs miras
qoyub getdiyi
"İtburnu, dəvədabanı, çobanyastığı" sözlərini söz birləşməsi kimi yazın.
(a)
Söz birləşməsinin əsas tərəfi hansı tərəfdir?
1 tərəf
tabe edən tərəf
2 tərəf
tabe olan tərəf
1-ci tərəfi yiyəlik hal, 2-ci tərəfi mənsubiyyət şəkilçisi qəbul edən söz birləşməsi necə adlanır?
(a)
