Font size
WorksheetsAzərbaycan dili 4cü sinif
Total questions: 10
Worksheet time: 8mins
Tərkibində yalnız açıq saitlər olan atalar sözü hansıdır?
El atan daş dağdan aşar.
Qurddan qorxan qoyun saxlamaz.
İgidlik döyüşdə məlum olar.
Hansı sıradakı sözün yazılışı düzgündür?
müasir
ümüd
müdrük
Tələffüzə uyğun olaraq, məntiqi ardıcıllığı tamamlayın:
faiz, zəif, ?
şair
camaat
müəllim
heca haqqında verilən fikirlərdən hansı doğru deyil?
Sözdə neçə samit varsa, o qədər də heca olur.
Sözün asanlıqla bölünə bilən hissəsidir.
Sözdə neçə sait varsa, o qədər də heca var.
Hansı cümlə ahəng qanununa tabe olmayan sözlə başlayır?
Vicdanlı müəllim həmişə diqqətli şagird olmalıdır.
Nəfsinin hakimi olan dünyanın ağası olar.
Dərin çaylar səssiz axar.
"Xatırlamaq" sözünün fonetik təhlili ilə bağlı səhv fikir hansıdır?
Sözdə üç samitin qarşılığı yoxdur.
Ahəng qanununa tabedir.
Bütün saitlər qalın və dodaqlanmayandır.
Hansı sözdə nöqtələrin yerinə əlifbanın 27-ci hərfi uyğundur.
barı...
ümi...
kən...
Hansı sözdə qalın saitlərin sayı incə saitlərin sayından çoxdur?
komandir
düşərgə
yubiley
(kisə - sə) + (qutab - qu) = ?
kitab
səki
xitab
Hansı sözdə hecaların yerini dəyişdikdə yeni mənalı söz yaranmır?
saflıq
duzgün
saqqal
