wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Landscape 3

Total questions: 12

Worksheet time: 7mins

Name
Class
Date
1.

Samur-Dəvəçi, Lənkəran və Kür-Araz ovalıqlarında qrunt və yeraltı suların səthə çıxdığı alçaq sahələrdə hansı landşaft tipləri inkişaf etmişdir ?

a)

yarımsəhra və quru-çöl

b)

çəmən, çəmən-bataqlıq landşaftları

c)

meşə-çəmən və meşə kolluqlar

d)

abrazion-akkumlyativ tipi lanşaftlar

e)

terraslaşmış alçaqdağlıq landşaftları

2.

Azərbaycan Respublikasında yeganə iqtisadi rayon hansıdır ki, burada yerüstü içməli su mənbəyi yoxdur ?

a)

Gəncə-Qazax

b)

Şəki-Zaqatala

c)

Quba-Xaçmaz

d)

Aran rayonu

e)

Abşeron rayonu

3.

Xəzərsahili turizm-rekreasiya landşaftları içərisində xüsusilə seçilən geoloji-geomorfoloji abidələr hansıdır ?

a)

Pirqulu meşələri, Qobustan qayalıqları

b)

Tufandağ vulkanik gölləri, Yalama meşələri, Yanardağ

c)

Qobustan qayalıqları, Beşbarmaq dağı , Şollar və Lənkəran ovalıqları

d)

Burovar silsiləsi ,Afurca şəlaləsi , Qalaltı meşələri

e)

Beşbarmaq dağı, Şahdağ milli parkı, Qızılağac qoruğu

4.

Xəzər dənizi hövzəsinin çirklənməsinin əsas səbəbləri və mənbələri nələrdən ibarətdir?

a)

sahil ərazilərdə əhalinin yüksək sıxlığı, sənaye müəssisələri, dənizə tökülən çayların çirklənməsi və s.

b)

dəniz nəqliyyatından intensiv istifadə, tez-tez baş verən tanker qəzaları və s.

c)

dəniz suyunun normadan artıq duzlu olması, ən çox kənd təsərrüfatı tulantıları ilə çirklənmə və s.

d)

dənizə tökülən çayların çox böyuk olması və fenollarla çirklənmənin əsasən şimalda yığılması

e)

kənd təsərrüfatında istifadə edilən kimyəvi gübrələr və pestisidlərlə çirklənmə , əhalinin sahil boyu sıxlığı

5.

Azərbaycan Respublikası ərazisində kollektor-drenaj şəbəkəsi və kanalların uzunluğu təxminən nə qədərdir?

a)

120 km

b)

90 km

c)

200 km

d)

317 km

e)

175 km

6.

Azərbaycan respublikası ərazisində ən çox məhsuldar torpaq sahələrində seliteb komplekslərin inkişaf etdiyi rayon hansıdır ?

a)

Abşeron rayonu

b)

Gəncə-Qazax rayonu

c)

Şəki-Zaqatala rayonu

d)

Lənkəran-Astara rayonu

e)

Naxçıvan MR

7.

Azərbaycan Respublikası ərazisində Abşeron yarımadasından başqa, təbii landşaft sahələrinin neftlə çirklənməsi hansı rayonlarda da müşahidə edilir?

a)

Lənkəran, Astara, Yardımlı, Bəhramtəpə

b)

Ordubad, Şərur, Şahbuz, Babək

c)

Şırvan, Neftçala, Siyəzən, Kürdəmir

d)

Naftalan, Daşkəsən, Kəlbəcər , Laçın

e)

Zəngilan, Şabran, Xızı, Siyəzən

8.

Azərbaycan Respublikası torpaqlarının çirklənməsində neft məhsulları ilə yanası hansı ağır metallar vasitəsilə çirklənmə yüksək dərəcədədir?

a)

dəmir, manqan, volfram, civə

b)

qızıl, alüminium, miss, qalay

c)

fenol, azot, sink, gümüş

d)

çuqun , düralüminium, qurğuşun

e)

qurğuşun, kadmiy, sink, mis

9.

Azərbaycan ərazisində dik yamaclardan istifadə etmək məqsədilə hansı metoddan istifadə olunur?

a)

filtirasiya

b)

irriqasiya

c)

terraslaşdırma

d)

meliorasiya

e)

rekultivasiya

10.

Terraslaşdırma metodundan hansı problemlərin qarşisının alınması üçün istifadə edilir?

a)

şiddətli yuyulmuş torpaqların yarğan və dərələrlə parçalanmasının qarşısını almaq üçün

b)

kənd təsərrufatının əsas sahəsi olan çəltikçiliyin inkişaf etdirilməsi məqsədi ilə

c)

gilli süxurların üstünlük təşkil etdiyi ərazilərdə sürüşmələrin qarşısının alınması üçün

d)

irriqasiya landşaftlarının geniş yayıldığı sahələrdə şoranlaşmanın dərəcəsini azaltmaq üçün

e)

rütubətli ərazilərdə bataqlıqların sahəsinin genişlənməməsi məqsədi ilə

11.

Azərbaycan Respublikası ərazisində torpaqların külək eroziyasisından zərər çəkdiyi əsas sahələr hansılardır ?

a)

Böyük Qafqazın cənub-şərqi və Lənkəran ovalığı

b)

Qərbi Azərbaycan və Xəzəryanı zona

c)

Şimal-şərqi Qafqaz və kiçik Qafqazın cənub-Şərqi

d)

Xəzərətrafı ovalıqlar və Acinohur-Ceyrançöl

e)

Qanıx-Əyriçay vadisi və Talış dağlarının ortadağlığı

12.

Təbii landşft elementlərinin qorınması məqsədi ilə yaradılmış “Azərbaycanın Qırmızı kitabı” neçənci ildə çap olunmuşdur?

a)

1987-ci ildə

b)

1942-ci ildə

c)

1955-ci ildə

d)

1970-ci ildə

e)

1989-ci ildə